Həmkarım, elm və təhsil naziri Emin Əmrullayevlə birgə sabah.city innovasiya şəhərciyini ziyarət etdik.
Startaplar üçün yaradılmış kovorkinq mərkəzləri və laboratoriyaların imkanları ilə tanış olduq, şəhərciyin inkişaf perspektivləri və əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi apardıq.
Süni intellekt sahəsində fəaliyyət göstərən startaplara dəstək, maliyyələşmə mexanizmləri, qanunvericiliyin təkmilləşdirilməsi və SABAH.city-nin gələcək inkişaf planını müzakirə etdik.
Rashad Nabiyev
Rashad Nabi Oghlu Nabiyev (Azerbaijani: Rəşad Nəbi oğlu Nəbiyev; born 1977) is an Azerbaijani politician serving as the Minister of Digital Development and Transportation of Azerbaijan since 2021. He previously served as the chairman of the board and chief executive officer of Azercosmos. More on Wikipedia
-
Rashad Nabiyev
@RashadNNabiyev
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Sabirabad şəhərində Sabirabad, Saatlı və İmişli rayonlarının sakinləri ilə görüşdük.
Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq.
Göstərilən məsələlərin bir hissəsi yerində müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının birliyinin, milli iradəsinin və qəhrəmanlığının təntənəsidir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasəti və rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində tarixi ədalət bərpa olundu, torpaqlarımız işğaldan azad edildi.
Bu qələbəni bizə yaşadan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.
Zəfər Günümüz mübarək! -
Rashad Nabiyev
@RashadNNabiyev
Tallin şəhərində "Bolt" şirkətinin ofisini ziyarət etdik və nümayəndə heyəti ilə görüş keçirdik.
Görüşdə Azərbaycanda mobillik xidmətlərinin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi, sərnişin təhlükəsizliyi və xidmət keyfiyyətinin artırılması məsələlərini müzakirə etdik.
Avtonom nəqliyyat vasitələri, süni intellekt və məlumat mühəndisliyi sahəsində əməkdaşlıq imkanları, eləcə də Azərbaycanda regional texnologiya mərkəzinin yaradılması perspektivləri barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Estoniyanın iqtisadiyyat və sənaye naziri Liina Vahtras ilə görüş keçirdik.
Görüşdə Estoniyanın İT şirkətlərinin ölkəmizə cəlb olunması, onların yerli şirkətlərlə əməkdaşlığının təşviqi və Azərbaycanda biznes fəaliyyətinin genişləndirilməsi imkanlarını müzakirə etdik.
Eyni zamanda iki ölkənin biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı biznes forumlarının və digər birgə tədbirlərin təşkili məsələləri ətrafında fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Estoniyanın İnformasiya Texnologiyaları və Telekommunikasiya Assosiasiyasının (ITL) təşkilatçılığı ilə İT şirkətlərindən ibarət nümayəndə heyəti ilə dəyirmi masa keçirdik.
Dəyirmi masa çərçivəsində Azərbaycanda rəqəmsallaşma sahəsində həyata keçirilən son yeniliklər, qəbul edilmiş yeni qanunvericilik paketi və texnologiya sektorunda yaradılan imkanlar barədə Estoniya şirkətlərinə məlumat verdik.
Həmçinin İKT sahəsində əməkdaşlığın genişləndirilməsi, Estoniya şirkətlərinin Azərbaycan bazarına çıxış imkanları və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Estoniyaya səfərimiz çərçivəsində Baltik regionunun aparıcı texnologiya və biznes mərkəzlərindən biri olan "Ülemiste City" texnoparkının rəhbərliyi ilə görüş keçirdik.
Görüşdə Azərbaycanda texnopark fəaliyyətinin daha da genişləndirilməsi, mövcud innovasiya infrastrukturunun gücləndirilməsi və texnologiya şirkətləri üçün biznes imkanlarının artırılması məsələlərini müzakirə etdik.
Estoniya və Azərbaycan şirkətləri arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı bazarlara çıxış və təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Estoniyanın ədliyyə və rəqəmsal işlər naziri Liisa-Li Pakosta ilə görüş keçirdik.
Görüşdə Azərbaycan və Estoniya arasında rəqəmsal inkişaf, süni intellekt, rəqəmsal hökumət və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik.
Həmçinin Estoniyanın qabaqcıl təcrübəsinin öyrənilməsi, süni intellektin dövlət sektorunda tətbiqi, innovativ texnologiyaların təşviqi və texnologiya şirkətləri arasında əməkdaşlığın gücləndirilməsi məsələləri barədə fikir mübadiləsi apardıq.
Gələcəkdə Hökumətlərarası Komissiya çərçivəsində rəqəmsallaşma məsələləri üzrə müzakirələrin davam etdirilməsi, konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi onlayn görüşlərin keçirilməsi barədə razılığa gəldik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Estoniya – Azərbaycan Hökumətlərarası Komissiyasının dördüncü iclasında iştirak etdik.
Estoniyanın ədliyyə və rəqəmsal işlər naziri Liisa-Li Pakosta və xarici işlər naziri Marqus Tsaxnanın da iştirak etdiyi görüşdə ölkələrimiz arasında nəqliyyat, logistika, ticarət, rəqəmsal inkişaf və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik.
Həmçinin süni intellekt, rəqəmsal hökumət, texnoloji sahibkarlıq və regional nəqliyyat bağlantılarının inkişafı, eləcə də enerji, ticarət və təhsil sahələrində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq.
İclasın yekununda müzakirə olunan məsələləri əks etdirən protokol imzalandı. -
Rashad Nabiyev
@RashadNNabiyev
Süni intellekt texnologiyalarının tətbiqi və genişləndirilməsi üzrə ixtisaslaşan beynəlxalq texnologiya şirkəti “Wonderful”un təsisçisi və baş icraçı direktoru Bar Vinkler ilə görüş keçirdik.
Görüşdə süni intellekt həllərinin dövlət sektorunda tətbiqi, rəqəmsal transformasiyanın sürətləndirilməsi, eləcə də şirkətin Azərbaycanda ofisinin açılması və yerli mütəxəssislərin işə cəlb olunması imkanlarını müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Beynəlxalq logistika, yükdaşıma və liman əməliyyatları sahələrində ixtisaslaşan Niderlandın “C. Steinweg Group” şirkətinin baş icraçı direktoru Ulf Boll ilə görüş keçirdik.
Görüşdə Orta Dəhlizin inkişaf perspektivləri, Azərbaycanın tranzit və logistika imkanlarının genişləndirilməsi, liman və nəqliyyat infrastrukturunun modernləşdirilməsi, eləcə də şirkətin Azərbaycanda fəaliyyətinin və investisiyalarının genişləndirilməsi imkanlarını müzakirə etdik.
Həmçinin beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılması, Orta Dəhliz vasitəsilə yeni yük axınlarının cəlb edilməsi və AZCON Holding şirkətləri ilə potensial əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş siyasət direktoru Karolin Vik ilə görüş keçirdik.
Görüşdə Azərbaycanda süni intellekt məlumat mərkəzlərinin yaradılması, rəqəmsal infrastrukturun inkişafı, eləcə də nəqliyyat və logistika sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik.
Həmçinin Orta Dəhlizin inkişafı, dayanıqlı təchizat zəncirlərinin gücləndirilməsi və birgə investisiya layihələrinin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında iştirak edən cüdoçularımızla görüşdük.
İdmançılarımızın əldə etdikləri qələbələri yüksək qiymətləndirdiyimizi, onların əzmkarlığının, peşəkarlığının və əsl idman ruhunun ölkəmizin idman nüfuzunun yüksəldilməsinə mühüm töhfə verdiyini bildirdik.
Cüdoçularımıza gələcək yarışlarda yeni uğurlar və qələbələr arzuladıq! -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Qəbələ şəhərində Oğuz, İsmayıllı və Qəbələ rayonlarının və Naftalan şəhərinin sakinləri ilə görüşdük.
Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq.
Göstərilən məsələlərin bir hissəsi yerində müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Prezidenti cənab Kasım-Jomart Tokayev Transxəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışını etdilər.
“Rəqəmsal İpək Yolu” təşəbbüsü çərçivəsində həyata keçirilən layihə Asiya ilə Avropa arasında rəqəmsal bağlantıların gücləndirilməsinə, məlumat mübadiləsinin genişləndirilməsinə və Orta Dəhlizin rəqəmsal əhəmiyyətinin artırılmasına mühüm töhfə verəcək.
Layihəyə göstərdikləri dəstəyə və rəqəmsal əməkdaşlığın inkişafına verdikləri töhfəyə görə dövlət başçılarına minnətdarlığımızı bildiririk. -
Rashad Nabiyev
@RashadNNabiyev
Çexiyanın nəqliyyat naziri İvan Bednarik ilə görüş keçirdik.
Görüşdə Azərbaycan–Çexiya nəqliyyat əlaqələrinin genişləndirilməsi, avtomobil və hava nəqliyyatı sahələrində əməkdaşlığın inkişafı, beynəlxalq yükdaşımaların artırılması və Orta Dəhlizin təşviqi məsələlərini müzakirə etdik.
Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, xüsusilə də Beynəlxalq Nəqliyyat Forumunun fəaliyyəti və Azərbaycanın sədrliyi dövründə əldə olunan nəticələr barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında +100 kq çəki dərəcəsində Uşanqi Kokauri gümüş, Kənan Nəsibov isə bürünc medal qazanıb.
Bu nəticə ilə milli komandamız fərdi yarışları rekord göstərici – 7 medalla başa vurub.
Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, sabah keçiriləcək qarışıq komanda yarışında millimizə uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Murad Fətiyev (-90 kq) bürünc mükafat qazanmaqla medallarımızın sayını 5-ə çatdırıb. Bununla da, milli komandamız bir mundialda medalların sayına görə rekorda imza atıb.
Cüdoçumuzu və komandamızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında -81 kq çəki dərəcəsində Zelim Tçkayev gümüş, Ömər Rəcəbli isə bürünc medal qazanıb.
Cüdoçularımızı bu nailiyyət münasibətilə təbrik edir, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Estoniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mihkelson ilə görüş keçirdik.
Görüşdə Azərbaycan–Estoniya əlaqələrinin inkişaf perspektivlərini, xüsusilə rəqəmsal inkişaf, süni intellekt, innovasiya və texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik.
Həmçinin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşıdakı Hökumətlərarası Komissiyanın iclası və Estoniya texnologiya şirkətləri ilə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Rəşid Məmmədəliyev (-73 kq) Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bürünc medal qazanıb.
Cüdoçumuzu bu nailiyyət münasibətilə təbrik edir, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Böyük Britaniyanın Biznes, İnnovasiya və Ticarət Departamentinin ticarət üzrə dövlət naziri Anas Sarvar ilə görüş keçirdik.
Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafı, xüsusilə nəqliyyat, rəqəmsal inkişaf, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik.
Nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə Yol Xəritəsi ilə birlikdə Anlaşma Memorandumu imzaladıq və sənəddə nəzərdə tutulan tədbirlərin icrasını əlaqələndirmək məqsədilə Birgə İşçi Qrupunun yaradılması barədə razılığa gəldik.
Həmçinin nəqliyyat infrastrukturunun inkişafı və prioritet layihələrin maliyyələşdirilməsi imkanları barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bakıda cüdo üzrə dünya çempionatının rəsmi açılış mərasimi keçirildi.
Prezident İlham Əliyevin mərasimdə iştirakı Azərbaycan idmanına göstərilən yüksək diqqət və qayğının, ölkəmizdə cüdoya verilən xüsusi önəmin bariz göstəricisidir.
Dünya cüdo ailəsini yenidən Bakıda salamlamaqdan böyük məmnunluq duyur, bütün idmançılarımıza parlaq qələbələr arzulayıram! -
Rashad Nabiyev
@RashadNNabiyev
Rəqəmsal Əməkdaşlıq Təşkilatının baş katibi Deemah Al Yahya ilə görüş keçirdik.
Görüşdə rəqəmsal transformasiya, süni intellekt, innovasiya, kibertəhlükəsizlik və rəqəmsal bacarıqların inkişafı və birgə təşəbbüslərin genişləndirilməsi məsələlərini müzakirə etdik.
Azərbaycanın rəqəmsal həllərinin beynəlxalq bazarlara çıxarılması, startap ekosisteminin inkişafı, nəqliyyatın rəqəmsallaşdırılması və regional bağlantının gücləndirilməsi üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq.
Həmçinin Azərbaycanın "DCO"ya üzvlüyü çərçivəsində Təşkilatın Nizamnaməsini imzalayaraq qarşı tərəfə təqdim etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Əhməd Yusifov (-60 kq) Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanıb.
Cüdoçumuzu dünya çempionluğu münasibətilə təbrik edir, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer “Dostluq” ordeni ilə təltif edilib.
Dəyərli həmkarımı bu yüksək təltif münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar arzulayıram.
Cüdo idman növünün inkişafına göstərdiyi diqqət və dəstəyə görə cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. -
Rashad Nabiyev
@RashadNNabiyev
4-11 oktyabr tarixlərində Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı ilə əlaqədar ölkəmizdə səfərdə olan Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə birlikdə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdik.
Daha sonra Zəfər abidəsini ziyarət edərək Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi rəhmətlə andıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təltif edilmiş rəqəmsal inkişaf və nəqliyyat sahəsində çalışan əməkdaşlara dövlət mükafatlarını təqdim etdik.
Sahə əməkdaşlarına göstərdiyi yüksək diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlığımızı bildirir, təltif olunan bütün əməkdaşları səmimi-qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
“Cisco” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə Müştəri Təcrübəsi istiqamətinin baş vitse-prezidenti və baş direktoru Adel Trombetta ilə görüş keçirdik.
Görüşdə Azərbaycanın rəqəmsal transformasiya və süni intellekt sahəsində prioritetləri, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, məlumat mərkəzləri və “Hökumət buludu”nun inkişafı, kibertəhlükəsizlik və innovasiya sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik.
Həmçinin birgə tədqiqat və innovasiya layihələrinin həyata keçirilməsi, regional mərkəzin, o cümlədən “Cisco” akadamiyasının yaradılması imkanları və rəqəmsal bacarıqlara malik mütəxəssislərin hazırlanması istiqamətində fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
27 Sentyabr – Anım Günü Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən qəhrəmanlarımızı ehtiram və minnətdarlıqla yad etdiyimiz gündür.
Vətən uğrunda həyatlarını qurban verən bütün şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. -
Rashad Nabiyev
@RashadNNabiyev
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçi tərəfdaşı, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüş keçirdik.
Görüşdə Azərbaycan və "GIP" arasında əməkdaşlığın inkişaf perspektivlərini, investisiya imkanlarını və regional layihələrdə, o cümlədən Orta Dəhlizin inkişafında iştirak məsələlərini müzakirə etdik. Azərbaycanın nəqliyyat-logistika və rəqəmsal infrastruktur sahəsində artan imkanlarını nəzərə alaraq, logistika, rəqəmsal infrastruktur və data mərkəzləri istiqamətində potensial investisiya imkanları barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Brookfield Asset Management”in baş icraçı direktoru Konnor Teski ilə görüş keçirdik.
Görüşdə nəqliyyat-logistika və liman infrastrukturu, rəqəmsal infrastruktur və data mərkəzləri sahələrində investisiya imkanlarını müzakirə etdik. Şirkətin qlobal tərəfdaşlıq imkanlarını nəzərə alaraq, potensial birgə investisiya layihələrinin müəyyənləşdirilməsi və investisiya layihələri portfelinin formalaşdırılması barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu və “BlackRock” tərəfindən təşkil olunan “Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu: Süni intellekt və rəqəmsal infrastruktur” panel müzakirəsində həmkarlarımla birlikdə iştirak etdik.
Azərbaycanın enerji potensialı, geniş fiber-optik şəbəkəsi və strateji coğrafi mövqeyinin süni intellekt və rəqəmsal infrastrukturun inkişafı üçün yaratdığı imkanlardan danışdıq. Rəqəmsal hökumət, süni intellekt, milli məlumat infrastrukturu və kibertəhlükəsizlik sahəsində görülən işləri qeyd edərək Azərbaycanın regional rəqəmsal sənaye mərkəzinə çevrilməsi hədəfini vurğuladıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
“Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzinin rəsmi açılışında iştirak etdik.
Şirkətin Azərbaycandakı fəaliyyəti yüksəkixtisaslı İKT mütəxəssislərinin yetişdirilməsi, yerli oyun ekosisteminin inkişafı və innovativ startapların dəstəklənməsinə töhfə verir. Hazırda Mərkəzdə 79 əməkdaş çalışır və onların 95 faizi proqram təminatının hazırlanması üzrə mütəxəssislərdir.
Əminik ki, “Xsolla” ilə əməkdaşlığımız rəqəmsal məhsul və xidmətlərin ixracının genişləndirilməsinə, yerli oyun tərtibatçılarının beynəlxalq bazarlara çıxışına və ölkəmizin rəqəmsal oyun sənayesinin inkişafına əlavə stimul verəcək. -
Rashad Nabiyev
@RashadNNabiyev
Milli Aviasiya Akademiyasında ABŞ-nin Spartan Aeronavtika və Texnologiya Məktəbinin regionda ilk filialının açılış mərasimində iştirak etdik.
Akademik Arif Paşayevin də vurğuladığı kimi, müasir aviasiyanın inkişafı yüksəkixtisaslı kadr hazırlığı ilə yanaşı, elmi-tədqiqatların, innovativ texnologiyaların və praktiki təcrübənin vəhdətini tələb edir.
İnanıram ki, bu əməkdaşlıq Azərbaycan aviasiyası üçün yeni nəsil mütəxəssislərin hazırlanmasına, beynəlxalq təcrübənin tədris prosesinə inteqrasiyasına və aviasiya təhsilinin yeni imkanlarla zənginləşdirilməsinə mühüm töhfə verəcək. -
Rashad Nabiyev
@RashadNNabiyev
Həmkarım, elm və təhsil naziri Emin Əmrullayevlə birgə AZSET – AZCON Mühəndislik və Texnologiya Məktəbinin ilk tələbələri ilə görüşdük.
Tələbələri yeni təhsil mərhələsinə başlamaları münasibətilə təbrik etdik, onlara uğurlar arzuladıq.
Görüş zamanı tələbələrlə tədris prosesi, akademik mühit, proqramın yaratdığı imkanlar və qarşıdakı mərhələlər barədə fikir mübadiləsi apardıq.
İnanırıq ki, AZSET ölkəmizdə müasir mühəndislik və texnologiya sahələrində yüksəkixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək. -
Rashad Nabiyev
@RashadNNabiyev
Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke ilə görüşdük.
Görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli əməkdaşlığın inkişafı, xüsusilə Orta Dəhliz, aviasiya, rəqəmsallaşma və təlim sahələrində gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi apardıq.
Orta Dəhlizin inkişafı, Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi, eləcə də Almaniyanın texnologiya şirkətləri ilə süni intellekt, "Big Data", "IoT" və məlumat mərkəzləri sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dunkan Norman ilə görüş keçirdik.
Görüşdə Azərbaycan və Böyük Britaniya arasında nəqliyyat, rəqəmsal inkişaf, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik.
Böyük Britaniyanın Orta Dəhlizin inkişafına verə biləcəyi töhfələr, həmçinin qabaqcıl Britaniya şirkətləri ilə Azərbaycanda data mərkəzlərinin və digər rəqəmsal infrastruktur layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq.
Eyni zamanda qeyd olunan istiqamətləri əhatə edən Azərbaycan–Böyük Britaniya Yol Xəritəsinin hazırlanması və qəbul edilməsi məsələlərini müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ilə görüş keçirdik.
Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivlərini, həmçinin dəmir yolu, metro və ümumilikdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi, rəqəmsallaşdırılması və dekarbonizasiyası istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik.
Həmçinin hava və dəniz nəqliyyatı, eləcə də kosmik sahədə potensial maliyyələşdirmə imkanları ilə bağlı fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
“Huawei Technology” şirkətinin baş vitse-prezidenti Filip Qanla görüşdük.
Görüşdə Azərbaycanla “Huawei” arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, xüsusilə süni intellekt, data mərkəzləri, 5G və bulud texnologiyaları üzrə birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə etdik.
Eyni zamanda insan kapitalının inkişafı, birgə təlim və sertifikasiya proqramlarının təşkili, Azərbaycanda “Huawei”nin regional rəqəmsal və əməliyyat mərkəzinin, eləcə də birgə innovasiya mərkəzinin yaradılması imkanları barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Cüdo üzrə yeniyetmə və gənclərdən ibarət milli komandaların üzvləri ilə görüşərək, onların son beynəlxalq yarışlarda qazandıqları uğurlar münasibətilə təbrik etdim.
İdmançılarımıza əldə etdikləri nəticələrlə kifayətlənməməyi, qarşılarına daha böyük hədəflər qoymağı və idmanla yanaşı, təhsilə də önəm verməyi tövsiyə etdim.
Əminəm ki, cüdoçularımız qarşıdakı yarışlarda da Azərbaycanı layiqincə təmsil edərək yeni qələbələr qazanacaqlar. -
Rashad Nabiyev
@RashadNNabiyev
Tacikistan Respublikasının Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikası Hökuməti adından çıxış etdim.
Azərbaycan–Tacikistan münasibətlərinin strateji tərəfdaşlıq, qarşılıqlı hörmət və dostluq prinsipləri əsasında inkişaf etdiyini vurğuladım.
Nəqliyyat, logistika, iqtisadiyyat, mədəniyyət və turizm sahələrində əməkdaşlığımızın genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırdım. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Bərdə şəhərində Tərtər, Ağdam, Goranboy, Ağcabədi, Bərdə rayonlarının və Naftalan şəhərinin sakinləri ilə görüşdük.
Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq.
Göstərilən məsələlərin bir hissəsi yerində müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün cənab Prezident İlham Əliyev Naxçıvan şəhərində “BakuBus” MMC-nin yeni avtobus parkının fəaliyyəti ilə tanış oldu.
Dövlətimizin başçısına Naxçıvan şəhərində ictimai nəqliyyatın təşkili, yeni elektrikli avtobuslar, müasir nəqliyyat infrastrukturu və nağdsız ödəniş sistemi barədə məlumat verdik.
Cənab Prezidentə ölkəmizdə ictimai nəqliyyat infrastrukturunun inkişafına, müasir və ekoloji dayanıqlı nəqliyyat sisteminin formalaşdırılmasına göstərdiyi diqqət və dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Zəngilan rayonunun Ağalı kəndində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının sakinləri ilə görüşdük.
Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq.
Göstərilən məsələlərin bir hissəsi yerində müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
Qazaxıstan Respublikasının Prezident Administrasiyası rəhbərinin müavini Asel Janasova ilə görüş keçirdik.
Görüş zamanı Azərbaycan və Qazaxıstan arasında nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə etdik.
Orta Dəhlizin inkişafı, onun rəqabətqabiliyyətinin artırılması, liman və nəqliyyat infrastrukturunun gücləndirilməsi, rəqəmsal platformaların tətbiqinin genişləndirilməsi, avtomobil yükdaşımalarının asanlaşdırılması və yeni bərə layihəsinin həyata keçirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev, “Samruk-Kazına” ASC-nin İdarə Heyətinin sədri Nurlan Jakupov və “Qazaxıstan Dəmir Yolları”nın İdarə Heyətinin sədri Eljas Otınşıyev ilə görüş keçirdik.
Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığın genişləndirilməsi, o cümlədən bərə gəmilərinə investisiya imkanları, avtomobil nəqliyyatı ilə yükdaşımaların artırılması, eləcə də Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kabel xəttinin çəkilməsi layihəsi ilə bağlı məsələləri müzakirə etdik.
Eyni zamanda Orta Dəhlizin inkişafına dair Saziş layihəsi və dəhlizin rəqəmsallaşdırılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Xaçmazda Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri ilə görüşdük.
Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq.
Göstərilən məsələlərin bir hissəsi yerində müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
"Samsung C&T Corporation Engineering & Construction Group"un prezidenti və baş icraçı direktoru Oh Se Çul və Qlobal biznes və əməliyyatlar bölməsinin prezidenti Kim Cunq Vuk ilə görüş keçirdik.
Görüşdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirilən layihələri müzakirə etdik.
Eyni zamanda Azərbaycanda "Samsung"un Regional Əməliyyat və Rəqəmsal Mərkəzinin yaradılması perspektivləri və bu istiqamətdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Avrasiyanın Odları Dayanıqlılıq Sammiti çərçivəsində keçirilən "Qlobal əlaqəliliyin gələcəyi" panel sessiyasında iştirak etdik.
Azərbaycanın uzunmüddətli nəqliyyat strategiyasının əsas məqsədinin ölkəmizi Avropa ilə Asiyanı birləşdirən aparıcı multimodal nəqliyyat və logistika qovşağına çevirmək olduğunu bildirdik. Bu məqsədlə müasir nəqliyyat infrastrukturunun yaradıldığını və rəqəmsal həllərin tətbiq edildiyini diqqətə çatdırdıq.
Eyni zamanda, yol hərəkəti təhlükəsizliyinin nəqliyyat siyasətinin əsas prioritetlərindən biri olduğunu, bu istiqamətdə təhlükəsiz infrastrukturun qurulması, rəqəmsal innovasiyaların tətbiqi və beynəlxalq təcrübə əsasında ardıcıl islahatların həyata keçirildiyini qeyd etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
BMT Baş katibinin yol hərəkəti təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Tod ilə görüş keçirdik.
Görüş zamanı yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi, piyadaların və digər yol hərəkəti iştirakçılarının qorunması, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik.
Eyni zamanda Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar və görülən işlər barədə ətraflı məlumat verdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
AZCON Holding AZSET bakalavr proqramı ilə tələbələr üçün təhsil və sənaye arasında körpü yaradır. Beynəlxalq akademik yanaşmanı praktik təcrübə ilə birləşdirən proqram gələcəyin mühəndislərinə peşəkar inkişaf və karyera imkanları təqdim edir.
www.azsetedu.az -
Rashad Nabiyev
@RashadNNabiyev
Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirində Murad Fətiyev (-90 kq) bürünc medal qazanıb.
Cüdoçumuzu bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, milli komandamızıa gələcək yarışlarda uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirində Zelim Tçkayev qızıl, Hidayət Heydərov ( hər ikisi -81 kq) isə bürünc medal qazanıb.
Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, sabah tatamiyə çıxacaq idmançılarımıza uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirində Əhməd Yusifov (-60 kq) bürünc medal qazanıb.
Cüdoçumuzu bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, sabah tatamiyə çıxacaq idmançılarımıza uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə ölkəmizin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması naminə şərəflə xidmət edən bütün əsgər və zabitlərimizi təbrik edirəm!
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Ağdam şəhərində Füzuli, Ağdam və Xocavənd rayonlarının sakinləri ilə görüşdük.
Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq.
Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bakı Gəmiqayırma Zavodunda inşa edilən “Dostlug” tankerinin Azərbaycan tərəfindən Türkmənistana hədiyyə olunması ölkələrimiz arasında strateji tərəfdaşlığın və qarşılıqlı etimadın növbəti mühüm təzahürüdür.
Bu layihə Azərbaycanın gəmiqayırma sahəsində əldə etdiyi nailiyyətləri və yüksək sənaye potensialını bir daha nümayiş etdirir.
Əminik ki, “Dostlug” tankeri Azərbaycan – Türkmənistan dostluğunun daha da möhkəmlənməsinə və Xəzər regionunda əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək. -
Rashad Nabiyev
@RashadNNabiyev
Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Murad Fətiyev (-90 kq) və Zelim Kotsoyev (-100 kq) bürünc medal qazanıblar.
Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, milli komandamıza gələcək yarışlarda uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Balabəy Ağayev (-60 kq) qızıl, Nizami İmranov (-66 kq) isə bürünc medal qazanıb.
Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, sabah tatamiyə çıxacaq idmançılarımıza uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkəmizdə sabitlik, dövlətçilik və davamlı inkişaf mərhələsinin əsasını qoydu.
Milli Qurtuluş Günü münasibətilə bütün həmvətənlərimizi təbrik edirəm. -
Rashad Nabiyev
@RashadNNabiyev
Həmkarım Sahil Babayevlə birlikdə AZCON Holding-in tərkibinə daxil olan “Bakı Metropoliteni” QSC ilə Asiya İnfrastruktur İnvestisiya Bankı arasında Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsinin birinci mərhələsinin maliyyələşdirilməsi üçün 180 milyon ABŞ dolları məbləğində kredit sazişlərinin imzalanması mərasimində iştirak etdik.
Kredit sazişləri əsasında ayrılan vəsait hesabına “Dərnəgül” və “Xocəsən” elektrik depolarının tikintisi davam etdiriləcək, eyni zamanda Yaşıl xətt üzrə 10 stansiya əsaslı şəkildə modernləşdiriləcək. Layihə Bakı şəhərində daha rahat, təhlükəsiz və dayanıqlı ictimai nəqliyyat sisteminin inkişafına, həmçinin artan sərnişin tələbatının qarşılanmasına mühüm töhfə verəcək.
Bakı Metropoliteninin genişləndirilməsi cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2025–2030-cu illərdə Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində göstərdiyi davamlı diqqət və dəstəyə görə cənab Prezidentə dərin minnətdarlığımızı bildiririk. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Bakı Gəmiqayırma Zavodunda Xəzər dənizində istismar olunacaq 780 TEU tutumlu konteyner gəmilərindən birincisinin kilqoyma mərasimi keçirildi.
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında strateji əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə ölkəmizin gəmiqayırma sənayesinin və Orta Dəhlizin inkişafına mühüm töhfə verir.
Bakı Gəmiqayırma Zavodunun beynəlxalq sifarişlər əsasında həyata keçirdiyi layihələr Azərbaycanın sənaye və mühəndislik potensialının artdığını bir daha nümayiş etdirir. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirildikdən sonra yenidən istifadəyə verildi.
Azərbaycan, Gürcüstan və Türkiyənin uğurlu əməkdaşlığının nəticəsi olan bu layihə Orta Dəhlizin imkanlarını daha da genişləndirərək regionun nəqliyyat və tranzit potensialını gücləndirir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.
Bu strateji layihənin reallaşmasına göstərdiyi daimi diqqət və dəstəyə görə dövlət başçımıza minnətdarlığımızı bildiririk. -
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik.
Görüş zamanı rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlıq perspektivləri, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində normativ-hüquqi bazanın genişləndirilməsi, eləcə də ölkəmizdə data mərkəzinin tikintisi məqsədilə ABŞ dövlət qurumları və şirkətləri ilə tərəfdaşlıq məsələlərini müzakirə etdik.
Həmçinin Orta Dəhlizin genişləndirilməsi, Zəngəzur dəhlizinin inkişafı istiqamətində görülən və planlaşdırılan işlər, bu proseslərdə ABŞ şirkətlərinin iştirak perspektivləri ilə bağlı fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
28 May – Müstəqillik Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Müstəqilliyimizin sarsılmaz, dövlətimizin güclü olmasını, xalqımızın isə davamlı inkişaf və firavanlıq yolu ilə irəliləməsini arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Müqəddəs Qurban bayramı münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edirəm. Bu əziz bayramın hər bir evə sevinc və xoşbəxtlik gətirməsini arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Xızı şəhərində Xızı, Abşeron, Zəngilan, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinləri ilə görüşdük.
Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq.
Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanın ev sahibliyi ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Bağlantılığın mərkəzində şəhərlər: şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq” adlı xüsusi sessiyada “İnfrastruktur və bağlantılıq perspektivi” mövzusunda çıxış etdik.
Azərbaycanın Avrasiya nəqliyyat və logistika marşrutlarının mühüm mərkəzinə çevrilərək nəqliyyat dəhlizləri, logistika qovşaqları və rəqəmsal həllər vasitəsilə regional inteqrasiyanı gücləndirdiyini qeyd etdik. Eyni zamanda Bakının insan yönümlü şəhər modelinə keçid çərçivəsində ictimai nəqliyyat, piyada məkanları və mikromobillik layihələrini genişləndirdiyini vurğuladıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik.
Görüş zamanı LRT (yüngül relsli nəqliyyat) layihəsi, Orta Dəhlizin potensialının artırılması, eləcə də gəmiçilik sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik.
Eyni zamanda telekommunikasiya, rəqəmsallaşma, kibertəhlükəsizlik və süni intellekt sahələrini əhatə edən yol xəritəsinin hazırlanması üzrə razılıq əldə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Slovakiya Respublikasının investisiyalar, regional inkişaf və informasiya naziri Samuel Miqal ilə görüş keçirdik.
Görüşdə rəqəmsallaşma, innovasiyalar və şəhərsalma sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.
Slovakiya tərəfi ölkəmizlə elektron hökumət, "SİMA imza" və elektron imza sahələrində əməkdaşlıqda maraqlı olduqlarını bildirdi. Bununla bağlı ekspertlər səviyyəsində danışıqlara başlanılmasını qərara aldıq.
Həmçinin kosmik sənaye və texnologiyalar sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.
Görüşdə Bakı – Tbilisi – Qars dəmir yolu layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda – Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası və inşası ilə bağlı Koordinasiya Şurasının 41-ci iclasının Protokolunu imzaladıq.
Sənəd regional nəqliyyat bağlantılarının gücləndirilməsi, tranzit imkanlarının genişləndirilməsi və Orta Dəhliz üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda bu sənəd Bakı – Tbilisi – Qars dəmir yolu layihəsi üzrə həyata keçirilmiş modernizasiya işlərinin yekun qəbulunu və tamamlanmasını təsdiq edir.
Nəqliyyat sektorunun inkişafına göstərdiyi davamlı diqqət və dəstəyə görə cənab Prezidentə minnətdarlığımızı bildiririk. -
Rashad Nabiyev
@RashadNNabiyev
AZCON Mühəndislik və Texnologiya Məktəbinin – AZSET proqramının təsis edilməsinə dair müqavilənin imzalanması mərasimində iştirak etdik.
AZCON Holding və Azərbaycan Texniki Universitetinin əməkdaşlığı və “TUM International GmbH”nın akademik dəstəyi ilə həyata keçirilən bu təşəbbüs gənclərə beynəlxalq akademik standartlar əsasında praktiki yönümlü və sənaye ilə inteqrasiya olunmuş təhsil imkanı yaradacaq.
İnanırıq ki, AZSET gələcəyin rəqəmsal iqtisadiyyatı üçün güclü insan kapitalının formalaşmasına mühüm töhfə verəcək. -
Rashad Nabiyev
@RashadNNabiyev
Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Uşanqi Kokauri (+100 kq) gümüş medal qazanıb.
Cüdoçumuzu bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, milli komandamıza gələcək yarışlarda uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Həyatını dövlətimizin tərəqqisinə və xalqımızın rifahına həsr etmiş Ümummilli Liderin xatirəsini böyük ehtiramla anırıq!
-
Rashad Nabiyev
@RashadNNabiyev
Leypsiq şəhərində Ukraynanın Baş nazirinin müavini, icma və ərazilərin inkişafı naziri Oleksi Kuleba ilə görüş keçirdik.
Görüşdə Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə beynəlxalq avtomobil daşımalarında tranzit imkanlarının artırılması və rəqəmsal həllərin tətbiqi məsələlərini müzakirə etdik.
Beynəlxalq avtomobil daşımalarında elektron icazə sisteminin (e-Permit) tətbiqinə dair Anlaşma Memorandumu imzaladıq. Bu təşəbbüs sərhəd keçidlərinin sadələşdirilməsinə, daşımaların rəqəmsallaşdırılmasına və daşıyıcılar üçün daha çevik və effektiv əməliyyat mühitinin yaradılmasına şərait yaradacaq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Beynəlxalq Nəqliyyat Forumunun Sammiti çərçivəsində Dünya Bankı Qrupunun nəqliyyat və logistika üzrə direktoru Bertrand de la Borde ilə görüş keçirdik.
Görüşdə nəqliyyat sistemlərinin uzunmüddətli dayanıqlığı və gələcək tələblərə uyğun inkişafı üçün investisiya yanaşmalarını müzakirə etdik.
Beynəlxalq maliyyə institutları ilə tərəfdaşlığın rəqəmsal infrastrukturun genişləndirilməsi və iqtisadi dayanıqlığın gücləndirilməsi baxımından əhəmiyyətini qeyd etdik.
Eyni zamanda Bakı Beynəlxalq Dəniz Limanı, Orta Dəhlizin inkişafı və ölkəmizin tranzit-logistika potensialının artırılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Almaniyada Beynəlxalq Nəqliyyat Forumunun Sammiti çərçivəsində yaponiyalı həmkarım Kaneko Yasuşi ilə görüşdük, ikitərəfli əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Sammiti çərçivəsində keçirilən Nəqliyyat Nazirləri Şurasının iclasında və nazirlərin mətbuat konfransında iştirak etdik.
Nəqliyyat Nazirləri Şurasının iclası nəqliyyat sistemlərinin daha səmərəli və dayanıqlı inkişafını hədəfləyən konkret nəticələrlə yekunlaşdı.
Azərbaycanın sədrliyi dövründə əsas diqqət siyasət istiqamətlərinin real icra mexanizmləri ilə uyğunlaşdırılmasına, Forumun institusional əsaslarının gücləndirilməsinə və qlobal əhatəsinin genişləndirilməsinə yönəldi. -
Rashad Nabiyev
@RashadNNabiyev
Beynəlxalq Nəqliyyat Forumunun Sammiti çərçivəsində BMT İnsan Məskunlaşmaları Proqramının (UN-Habitat) icraçı direktoru xanım Anaklaudia Rossbax ilə görüş keçirdik.
Görüşdə Azərbaycan ilə UN-Habitat arasında inkişaf edən tərəfdaşlıq və xüsusilə COP29 çərçivəsində birgə təşkil olunan Nazirlər görüşü fonunda şəhər inkişafı və iqlim dəyişikliyi sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etdik. Eyni zamanda Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində hazırlıq işləri və bu tədbirin qlobal şəhər gündəliyinə verəcəyi töhfə barədə fikir mübadiləsi apardıq.
Azərbaycanın şəhərsalma və nəqliyyat sahəsində həyata keçirdiyi transformasiya proqramları, o cümlədən dayanıqlı mobillik, rəqəmsal şəhər idarəçiliyi, ictimai nəqliyyatın genişləndirilməsi və inklüziv şəhər mühitinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Almaniyada BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi nümayəndəsi Jan Todt ilə görüş keçirdik.
Görüşdə Azərbaycan ilə BMT arasında mövcud strateji tərəfdaşlıq və onun inkişaf dinamikası, eləcə də dayanıqlı inkişaf, innovasiya və inklüziv şəhərsalma istiqamətində əməkdaşlıq məsələlərini müzakirə etdik.
Eyni zamanda Azərbaycanda yol təhlükəsizliyi, şəhər mobilliyi və nəqliyyat infrastrukturunun inkişafı, şəhər nəqliyyatının modernləşdirilməsi, rəqəmsallaşma, ictimai nəqliyyatın genişləndirilməsi və mikromobillik həllərinin təşviqi istiqamətində görülən işlər barədə məlumat verdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Asiya İnfrastruktur İnvestisiya Bankının baş direktoru xanım Syaohon Yan ilə görüş keçirdik.
Görüş zamanı nəqliyyat sistemlərinin uzunmüddətli davamlılığı, çevikliyi və dayanıqlılığının təmin olunması üçün investisiya yanaşmalarını müzakirə etdik.
Bankla tərəfdaşlıq çərçivəsində layihələr üzrə əldə olunan maliyyələşmə, eləcə də yeni təşəbbüslər üzrə texniki və maliyyə imkanlarının araşdırılması və gələcək mərhələlərdə nəzərdə tutulan investisiya perspektivləri barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) İcraçı katibi Tatyana Molcean ilə görüş keçirdik.
Görüşdə Azərbaycan ilə UNECE arasında nəqliyyat sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf istiqamətlərini müzakirə etdik.
Regional bağlantıların gücləndirilməsi, rəqəmsal transformasiya və normativ uyğunlaşdırma istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Almaniyada Monqolustanın yol və nəqliyyat naziri Borxu Delgersaixan ilə görüş keçirdik.
Görüşdə ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə avtomobil və hava daşımaları üzrə mövcud imkanların artırılması məsələlərini müzakirə etdik.
“Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş” imzaladıq. Bu sənəd ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələrin inkişafına töhfə verəcək, aviaşirkətlər arasında səmərəli əməkdaşlıq üçün əlverişli şərait yaradacaq və uçuşların həyata keçirilməsi üçün möhkəm müqavilə – hüquqi baza formalaşdıracaq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Leypsiq şəhərində Almaniyanın nəqliyyat naziri Patrik Şnayderlə görüş keçirdik.
Görüş zamanı ölkələrimiz arasında nəqliyyat sahəsində, xüsusilə avtomobil və hava daşımalarında mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Almaniyada Çex Respublikasının nəqliyyat naziri İvan Bednarik ilə görüş keçirdik.
Görüşdə ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik.
Sonda nəqliyyat və şəhər mobilliyi üzrə Anlaşma Memorandumu imzaladıq.
İnanırıq ki, bu sənəd dayanıqlı nəqliyyatın inkişafına, rəqəmsallaşmaya və Orta Dəhliz üzrə əməkdaşlığın güclənməsinə töhfə verəcək. -
Rashad Nabiyev
@RashadNNabiyev
Almaniyanın Leypsiq şəhərində Beynəlxalq Nəqliyyat Forumunun Azərbaycanın prezidentliyi ilə keçirilən sammiti çərçivəsində açılış mətbuat konfransı və açılış plenar iclasında iştirak etdik.
Ölkəmizin prezidentliyi dövründə müəyyən edilən prioritet istiqamətlər üzrə görülən işlər barədə məlumat verdik.
Bildirdik ki, əsas diqqət nəqliyyat sistemlərinin dayanıqlığının gücləndirilməsinə yönəlib. Bu çərçivədə əlaqəlilik, rəqəmsallaşma və investisiya mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl işlər görülüb, inklüzivlik və institusional davamlılıq prinsipləri ön planda saxlanılıb. -
Rashad Nabiyev
@RashadNNabiyev
Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Rəşid Məmmədəliyev (-73 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) bürünc medal qazanıblar.
Cüdoçularımızı bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, milli komandamıza gələcək yarışlarda uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Belqraddan Bakıya ilk birbaşa aviareysi qarşıladıq.
Yeni marşrut turizm və biznes əlaqələrini genişləndirərək regionlararası bağlantını daha da gücləndirəcək.
İnanırıq ki, bu təşəbbüs nəqliyyatın inkişafı və rəqəmsallaşma prioritetləri ilə uzlaşaraq əməkdaşlığımızı daha da dərinləşdirəcək. -
Rashad Nabiyev
@RashadNNabiyev
Avropa Yenidənqurma və İnkişaf Bankının icraçı direktoru Elisabetta Falcetti ilə görüş keçirdik.
Görüşdə nəqliyyat və rəqəmsallaşma sahələrində əməkdaşlıq, Orta Dəhliz və xüsusilə Zəngəzur dəhlizinin, o cümlədən Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafı və bu istiqamətdə həyata keçirilən layihələrdə Bankın mümkün iştirakı məsələlərini müzakirə etdik.
Eyni zamanda şəhər nəqliyyatı, eləcə də kibertəhlükəsizlik, süni intellekt və elektron hökumət sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Kəlbəcərdə sakinlərlə görüşdük.
Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq.
Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
Çin Xalq Respublikasının Kibermühit Administrasiyasının rəhbəri Cuan Junven ilə görüş keçirdik.
Görüş zamanı ölkələrimiz arasında nəqliyyat, logistika və texnologiya sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik.
İKT və innovasiya ekosisteminin inkişafı istiqamətində mövcud imkanlar barədə fikir mübadiləsi apardıq.
Eyni zamanda kibertəhlükəsizlik, tədqiqat, kadr hazırlığı və digər müvafiq sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi, eləcə də bu istiqamətdə normativ-hüquqi bazanın genişləndirilməsi haqqında danışdıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Fərid Hüseynov və Kamran Sadıxlı ilə Mentorluq proqramı çərçivəsində görüşdük.
Qaliblərlə mentorluq dövründə fərdi inkişaf istiqamətləri və peşəkar bacarıqlarının artırılması ilə bağlı fikir mübadiləsi apardıq.
Eyni zamanda onların idarəetmə bacarıqlarının gücləndirilməsi və innovativ layihələrdə daha fəal iştirak perspektivlərini müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında Zelim Tçkayev (-81 kq) bürünc medal qazanıb.
Cüdoçumuzu bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, sabah mübarizəyə qoşulacaq bütün idmançılarımıza uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında Hidayət Heydərov (-73 kq) gümüş medal qazanıb.
Cüdoçumuzu bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında Əhməd Yusifov (-60 kq) və Turan Bayramov (-66 kq) bürünc medal qazanıblar.
Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Leah Gutierrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik.
Görüşdə Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında uzunmüddətli və strateji əməkdaşlığın inkişafı, eləcə də nəqliyyat sektorunda həyata keçirilən iri layihələr ətrafında fikir mübadiləsi apardıq.
Həmçinin dəmir yolu, metro və aviasiya sahələrində icra olunan və planlaşdırılan layihələr, əlavə maliyyələşdirmə imkanları, qərarların sürətləndirilməsi mexanizmləri, eləcə də rəqəmsallaşma və dayanıqlı inkişaf istiqamətlərində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
12 Aprel — Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür.
Ölkəmizdə kosmik sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Bu gün qürurla deyə bilərik ki, cənab Prezident İlham Əliyevin diqqət və dəstəyi nəticəsində ölkəmiz kosmik ekosistemin inkişafına önəm verir, gələcək nəsillərin rifahı və elmi-texniki tərəqqi naminə bu istiqamətdə davamlı təşəbbüslər həyata keçirir. -
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak etdilər.
İnanırıq ki, yeni yaradılan təlim infrastrukturu regionda aviasiya sahəsi üzrə ixtisaslı və rəqabətqabiliyyətli milli kadrların hazırlanmasına və beynəlxalq tələblərə uyğun təhsil imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək.
Cənab Prezidentə sahəyə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk. -
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə işgüzar səfərdə olan “Samruk-Kazına” ASC-nin İdarə heyətinin sədri Nurlan Jakupov ilə görüş keçirdik.
Görüş zamanı nəqliyyat və logistika sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə etdik. Həmçinin Azərbaycan və Qazaxıstan limanlarında dibdərinləşdirmə işləri üzrə birgə layihə çərçivəsində əldə olunmuş nəticələr və əsas məqsədlər barədə fikir mübadiləsi apardıq.
Görüşün yekununda AZCON Holding ilə “Samruk-Kazına” ASC-nin törəmə şirkəti olan “Samruk-Kazına Invest” MMC arasında dibdərinləşdirmə gəmisinin alışı və dibdərinləşdirmə işlərinin aparılması məqsədilə birgə müəssisənin yaradılmasına dair səhmdarlar sazişi imzalandı. -
Rashad Nabiyev
@RashadNNabiyev
31 Mart – Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Müqəddəs Ramazan və Novruz bayramları münasibətilə xalqımızı ürəkdən təbrik edir, hər kəsə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və xoş günlər arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Qobustan şəhərində Şamaxı və Qobustan rayonlarının sakinləri ilə görüşdük.
Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq.
Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası” mövzusunda panel iclasında iştirak etdik.
Azərbaycanın süni intellekt, kibertəhlükəsizlik və digər sahələrdə yenilikləri dəstəkləmək üçün çevik və davamlı idarəetmə yanaşmasını tətbiq etdiyini bildirdik.
Eyni zamanda innovasiyaların təşviqi ilə risklərin effektiv idarə olunması arasında balansın qorunmasının vacibliyini vurğuladıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Dəyərli xanımlar, sizi 8 Mart — Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavanlıq, fəaliyyətinizdə yeni uğurlar arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirində Ruslan Paşayev qızıl medal qazanıb.
Cüdoçumuzu bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Böyük Britaniyaya səfər çərçivəsində “Dell Technologies” şirkətinin Avropa,Yaxın Şərq və Afrika üzrə prezidenti Edrian Makdonald ilə görüşdük.
Görüş zamanı Azərbaycan ilə “Dell Technologies” arasında rəqəmsal transformasiya, süni intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik.
Həmçinin Azərbaycanda suveren "bulud" həlləri, süni intellekt imkanları barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Böyük Britaniyaya səfər çərçivəsində “ScaleAI” nümayəndələri ilə görüş keçirdik.
Görüş zamanı Azərbaycanla “ScaleAI” arasında süni intellektin tətbiqi, prioritet istifadə ssenarilərinin həyata keçirilməsi və ölkədə süni intellekt ekosisteminin inkişafı üzrə əməkdaşlıq imkanlarını müzakirə etdik.
Həmçinin qısa və uzunmüddətli mərhələlərdə süni intellekt layihələrinin miqyasının artırılması, yerli istedadların inkişafı və ekosistem tərəfdaşlıqlarının formalaşdırılması barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Böyük Britaniyaya səfər çərçivəsində “Palantir” şirkətinin nümayəndələri ilə görüş keçirdik.
Görüş zamanı Azərbaycanla “Palantir” arasında milli məlumat inteqrasiyası, süni intellekt idarəçiliyi, kibertəhlükəsizlik və kritik infrastruktur monitorinqi sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik.
Həmçinin yerli bacarıqların inkişafı, bilik transferi və "Palantir" platformalarının Afrikada tətbiqi üzrə Azərbaycanın potensial rolu barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Böyük Britaniyaya səfər çərçivəsində “Oracle” şirkətinin vitse-prezidentləri Ken Maklennan və Mark Nyuol ilə görüşdük.
Görüş zamanı Azərbaycan ilə “Oracle” arasında rəqəmsal transformasiya, süni intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik.
Həmçinin Azərbaycanda suveren "bulud" həlləri, süni intellekt imkanları, Bakıda "Oracle" Mükəmməllik Mərkəzinin yaradılması və Yeni Texnologiya, Süni İntellekt və Oyun İqtisadi Zonasının inkişafı üzrə növbəti addımlar barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Birləşmiş Krallıqda #texnologiya sahəsində fəaliyyət göstərən diasporanın üzvləri və təhsil alan tələbələrlə görüş keçirdik.
Görüş zamanı Azərbaycanın #rəqəmsal və süni intellekt əsaslı transformasiya mərhələsinə qədəm qoyduğunu vurğuladıq, bu istiqamətdə ölkəmizdə həyata keçirilən layihələr və görülən işlər barədə ətraflı məlumat verdik. Genişmiqyaslı #rəqəmsallaşma, insan kapitalına yatırımlar və 2026–2028-ci illər üçün təsdiqlənmiş Fəaliyyət Planı çərçivəsində əsas hədəfin Azərbaycanın regionun etibarlı #rəqəmsal mərkəzinə çevrilməsi olduğunu qeyd etdik.
Eyni zamanda diaspora nümayəndələrini bilik və təcrübə mübadiləsinə, birgə layihələrə və texnoloji diplomatiya istiqamətində daha fəal əməkdaşlığa dəvət etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Böyük Britaniyanın elm, #innovasiya və #texnologiyalar nazirinin müavini Baroness Lloyd ilə görüş keçirdik.
Görüşdə Azərbaycan – Böyük Britaniya strateji tərəfdaşlığının yeni mərhələsi, xüsusilə süni intellekt, #kibertəhlükəsizlik və #rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik.
Eyni zamanda Böyük Britaniya universitetləri ilə birgə proqramlar, təqaüdlər və #rəqəmsal akademiyalar vasitəsilə insan kapitalının inkişafı, eləcə də süni intellekt üzrə #data mərkəzlərinə investisiya istiqamətində əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Böyük Britaniyaya səfər çərçivəsində #rəqəmsal #identifikasiya, #elektron #imza, #kriptoqrafik həllərin yaradılması üzrə ixtisaslaşmış qlobal #texnologiya şirkəti “Entrust”ın nümayəndələri ilə görüş keçirdik.
Görüşdə Azərbaycanın #rəqəmsal transformasiya və süni intellekt strategiyası çərçivəsində milli rəqəmsal identifikasiya, elektron imza və #kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi istiqamətində aparılan tədbirlər barədə məlumat verdik və “Entrust” ilə indiyə qədər olan və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdik.
Sonda "Entrust" və "AzInTelecom" arasında əməkdaşlığa dair memorandum imzalandı. -
Rashad Nabiyev
@RashadNNabiyev
Londonda “BlackRock” şirkətinin Maliyyə və Strateji İnvestorlar Qrupunun qlobal rəhbəri Çarlz Hatami ilə görüş keçirdik.
Görüşdə Davosda cənab Prezident İlham Əliyev tərəfindən “BlackRock” və onun törəmə şirkəti “Global Infrastructure Partners” ilə imzalanmış Niyyət Memorandumu çərçivəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik.
Həmçinin rəqəmsal infrastruktura, süni intellekt ekosisteminə, regional məlumat mərkəzinin qurulmasına və hava nəqliyyatı infrastrukturuna investisiyaların cəlb edilməsi ilə əlaqədar birgə işlərin ilkin nəticələri barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Böyük Britaniya parlamentinin üzvü, aviasiya, dənizçilik və dekarbonizasiya məsələləri üzrə nazir Kir Meyzer ilə görüş keçirdik.
Görüşdə Azərbaycanın #tranzit potensialı, şəhər daxilində nəqliyyat infrastrukturunun modernləşdirilməsi, Bakı Metropoliteni, dəmir yolu layihələri barədə məlumat verdik.
Həmçinin #rəqəmsal #nəqliyyat sistemləri, süni intellekt əsasında yaradılan "Rəqəmsal Nəqliyyat Əkizi" və Böyük Britaniya ilə hava əlaqələrinin genişləndirilməsi, uçuşların sayının artırılması imkanlarını müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Böyük Britaniyanın ticarət naziri Ser Kris Brayant ilə görüş keçirdik.
Görüşdə Azərbaycan və Böyük Britaniya arasında mövcud strateji tərəfdaşlığın daha da gücləndirilməsi, süni intellekt, #kibertəhlükəsizlik və #rəqəmsal #texnologiyalar sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik.
Böyük Britaniya investorlarını Azərbaycanda süni intellekt üzrə #data mərkəzlərinin yaradılmasında iştiraka dəvət etdik. Eyni zamanda #metro, dəmir yolu, dəniz və hava nəqliyyatı, eləcə də #telekommunikasiya sahələrində həyata keçirilən iri infrastruktur layihələri üzrə Böyük Britaniyanın investisiya, mühəndislik və maliyyə dəstəyi imkanları ətrafında fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Böyük Britaniyaya səfər çərçivəsində süni intellekt infrastrukturu və xidmətləri sahəsində qlobal şirkətlərdən olan “Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidenti Filip Sachs və icraçı direktoru Fabio Fregi ilə görüş keçirdik.
Görüşdə Azərbaycanın süni intellekt və #rəqəmsal infrastruktur sahəsində regional mərkəzə çevrilmək məqsədilə milli strategiya həyata keçirdiyini və bu vizyonu dəstəkləmək üçün dünya səviyyəli #texnologiya tərəfdaşları ilə əməkdaşlıq etdiyini vurğuladıq.
“Nscale”in data mərkəzləri və süni intellekt xidmətləri üzrə təcrübəsi çərçivəsində Azərbaycanla birgə investisiya, layihələr, #texnoloji və kadr hazırlığı sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Böyük Britaniyanın İxrac maliyyələşdirilməsi üzrə dövlət agentliyinin baş icraçı direktoru Tim Rid ilə görüş keçirdik.
Görüşdə Azərbaycanda #nəqliyyat, #logistika və #rəqəmsal infrastruktur sahəsində aparılan #transformasiya barədə məlumat verdik. Bu sahədə Birləşmiş Krallıqla strateji tərəfdaşlıq imkanlarını müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Londonda Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Lord Con Alderdays ilə görüş keçirdik.
Görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində süni intellekt, #kibertəhlükəsizlik və #texnologiya istiqamətlərində əməkdaşlığın perspektivlərini müzakirə etdik.
Eyni zamanda fiziki və #rəqəmsal bağlantıların genişləndirilməsi, süni intellekt əsaslı #data mərkəzlərinə sərmayə imkanları, rəqabətədavamlı enerji resursları, #nəqliyyat infrastrukturunun inkişafı, Böyük Britaniya universitetləri ilə birgə kadr hazırlığı proqramlarının həyata keçirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən #cüdo üzrə Böyük Dəbilqə turnirinin son günündə Murad Fətiyev və Kənan Nəsibov #qızıl, Zelim Kotsoyev ilə Camal Qamzatxanov #bürünc #medal qazanıblar.
Yekunda 4 qızıl, 1 #gümüş və 2 bürünc olmaqla 7 medal əldə edən yığmamız ümumi komanda hesabında ikinci, kişilərin mübarizəsində #birinci yeri tutub. Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, qarşıdakı yarışlarda uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən #cüdo üzrə Böyük Dəbilqə turnirində Ömər Rəcəbli #qızıl #medal qazanıb.
Cüdoçumuzu bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, sabah tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Əhməd Yusifov qızıl, Balabəy Ağayev isə gümüş medal qazanıb.
Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Bu sənədlər ölkədə rəqəmsal transformasiyanın sistemli və koordinasiyalı şəkildə həyata keçirilməsi, innovasiya ekosisteminin gücləndirilməsi və dövlət xidmətlərinin daha effektiv və əlçatan formada təqdim olunması baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Cənab Prezidentə sahəyə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk. -
Rashad Nabiyev
@RashadNNabiyev
Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə birlikdə "AI Academy"ni ziyarət etdik.
Qonaqlara Akademiyanın tədris proqramları, ixtisaslaşmış kursları və praktiki təlim modulları barədə məlumat verdik.
Süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və birgə təşəbbüslərin inkişafı məsələlərini müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Xocalı faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edirik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
#İran İslam Respublikasının #yol və şəhərsalma naziri Fərzanə Sadeqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik.
Görüşdə #avtomobil və dəmir yolu ilə yükdaşımaların həcminin artırılması və #nəqliyyat infrastrukturunun inkişafı məsələlərini müzakirə etdik. Bununla bağlı yol xəritəsinin hazırlanması barədə razılıq əldə etdik.
Eyni zamanda çoxtərəfli formatda nəqliyyat dəhlizləri üzrə regional əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Elnur Abdullazadə və Salman Babazadə ilə Mentorluq proqramı çərçivəsində görüşdük.
Qaliblərlə mentorluq dövründə fərdi inkişaf istiqamətləri və peşəkar bacarıqlarının artırılması ilə əlaqədar fikir mübadiləsi apardıq.
Onların karyera perspektivləri, idarəetmə səriştələrinin təkmilləşdirilməsi və innovativ layihələrdə fəal iştirak imkanlarını müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Salyan şəhərində Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərlərinin sakinləri ilə görüşdük.
Vətəndaşların #nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq.
Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və nəqliyyat departamentinin sədri Məhəmməd Əli Əl-Şorafanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik.
Görüş zamanı Əbu-Dabi və Azərbaycan arasında şəhər #nəqliyyatının inkişafı sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik.
Bakı şəhərində həyata keçirilən nəqliyyatın optimallaşdırılması tədbirləri, yeni #elektrikli #avtobusların alınması, eləcə də #mikromobillik və #parklanma infrastrukturunun yaradılması ilə bağlı fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirildi.
Müşavirədə dövlət başçısının tapşırığına əsasən hazırlanmış fəaliyyət planını təqdim etdik.
Dövlət başçısına #rəqəmsal inkişaf və #nəqliyyat sahələrinə göstərdiyi davamlı diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk. -
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ Ticarət Palatasının vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik.
Görüşdə "Apple", "Mastercard", "Visa", "Ericsson", "Motorola Solutions", "Honeywell", "Parallel Wireless", "Meta", "Resecurity", "Global Data Risk", "WhiteFox Defense Technologies", "bp", "Lummus Technology" və digər aparıcı ABŞ şirkətlərinin rəhbər və nümayəndələri iştirak etdi.
Görüş zamanı #kibertəhlükəsizlik, süni intellekt və #rəqəmsal #texnologiyalar sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Fransanın paytaxtı Parisdə keçirilən #cüdo üzrə Böyük Dəbilqə turnirində Zelim Tçkayev #gümüş #medal qazanıb.
Cüdoçumuzu bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, idmançılarımıza qarşıdakı yarışlarda uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Fransanın paytaxtı Parisdə keçirilən #cüdo üzrə Böyük Dəbilqə turnirində Balabəy Ağayev #qızıl, Ruslan Paşayev isə #bürünc #medal qazanıb.
Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, sabah tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
#startap nümayəndələri ilə görüş keçirdik.
Görüşdə ölkəmizdə #startap ekosisteminin mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə etdik.
Eyni zamanda #innovativ təşəbbüslərin təşviqi üçün irəli sürülən təklifləri nəzərdən keçirdik və dövlətin bu prosesdə göstərə biləcəyi dəstək mexanizmləri ətrafında fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
İsrailə səfər çərçivəsində Baş nazirin Aparatının Milli Süni İntellekt Direktorluğu ilə Anlaşma Memorandumu imzaladıq. Mərasimdə İsrailin Baş naziri Benyamin Netanyahu çıxış etdi.
Daha sonra sənədin gələcək icra mexanizmlərini müzakirə etdik.
Görüşdə, həmçinin #kibertəhlükəsizlik, #rəqəmsallaşma və #kosmik sahədə qarşılıqlı maraq doğuran məsələlər barədə də fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi təbrik edir, onlara uğurlar arzulayıram.
Bu gün ölkəmizdə yüksək intellektə malik, vətəninə bağlı, təşəbbüskar və innovativ ideyalarla çıxış edən gənclərin artması sevindiricidir.
Bayramınız mübarək, əziz gənclər! -
Rashad Nabiyev
@RashadNNabiyev
#bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüş keçirdik.
Görüş zamanı insan kapitalının inkişafı və BP ilə mümkün əməkdaşlıq istiqamətləri, həmçinin şirkətin #logistika proseslərində #azcon-la birgə fəaliyyət məsələlərini müzakirə etdik.
Eyni zamanda BP ilə süni intellekt, #kibertəhlükəsizlik və #rəqəmsallaşma sahələrində birgə addımların atılması barədə razılığa gəldik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə baş direktoru Gert Can Kupman ilə görüş keçirdik.
Görüşdə Naxçıvanın #nəqliyyat infrastrukturunun inkişafı və bu istiqamətdə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanılması ilə bağlı məsələləri müzakirə etdik. #zəngəzur dəhlizinin Aİ-nin Trans-Avropa nəqliyyat şəbəkələrinə (TEN-T) əlavə olunması, Orta Dəhlizin potensialının artırılması və rəqəmsallaşdırılması, eləcə də #aviasiya, #dəniz nəqliyyatı, süni intellekt və #kibertəhlükəsizlik sahələrində Aİ ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq.
Süni intellekt və #kibertəhlükəsizlik sahəsində kadr potensialının gücləndirilməsi, Aİ şirkətlərinin ölkəmizdə fəaliyyəti barədə danışdıq.
Eyni zamanda Azərbaycanın Aİ-nin “Horizon Europe” proqramı çərçivəsində layihələrdə iştirakı imkanlarını nəzərdən keçirdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma həyata keçirən daşıyıcı şirkətlərin nümayəndələri ilə görüş keçirdik.
Görüş zamanı beynəlxalq daşımalar sahəsində mövcud vəziyyət, daşıyıcıların beynəlxalq bazarlarda iştirakının artırılması istiqamətində görülən tədbirlər barədə fikir mübadiləsi apardıq.
Eyni zamanda daşıyıcıların təkliflərini dinlədik və fəaliyyətin daha səmərəli təşkili istiqamətində atılacaq addımları müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə infrastruktur direktoru Çarlz Kormier ilə görüş keçirdik.
Görüş zamanı AZCON Holding-ə aid qurumlarla həyata keçirilən layihələrin icrasında Dünya Bankının iştirak imkanlarını müzakirə etdik.
Xüsusilə Orta Dəhliz, limanın ikinci fazasının tikintisi və şəhər nəqliyyatı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirdik.
Görüş zamanı ölkəmizdə İKT sahəsinin inkişafı, prioritet istiqamətlər və dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi məsələlərini müzakirə etdik.
Eyni zamanda şirkətlərin fəaliyyətində qarşılaşdıqları əsas çətinliklər və onların həlli yolları barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Həmkarım əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ilə #İnnovasiya və #rəqəmsal İnkişaf Agentliyi nəzdində fəaliyyət göstərən kadr hazırlığı mərkəzlərini ziyarət etdik.
“Andersen Lab” və Azərbaycan #kibertəhlükəsizlik Mərkəzində tədris, praktiki təcrübə və beynəlxalq standartlara uyğun kadr hazırlığı imkanları ilə tanış olduq.
#rəqəmsal texnologiyalar və əlaqəli sahələr üzrə peşəkar kadr potensialının gücləndirilməsinin strateji əhəmiyyətini müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,6% artaraq 14,894.6 milyon manat təşkil edib.
#rİNN -
Rashad Nabiyev
@RashadNNabiyev
2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,7% artaraq 3,989.0 milyon manat təşkil edib.
#rİNN -
Rashad Nabiyev
@RashadNNabiyev
20 Yanvar faciəsi tariximizdə əbədi iz qoymuş qəhrəmanlıq nümunəsidir.
Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyirəm. -
Rashad Nabiyev
@RashadNNabiyev
“Mastercard” şirkətinin sədr müavini və strateji inkişaf üzrə prezidenti Con Hantsman ilə görüş keçirdik.
Görüş zamanı süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal inkişaf, eləcə də tranzit daşımaları və ümumilikdə nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik.
Həmçinin Bakıda kibertəhlükəsizlik üzrə mükəmməllik mərkəzinin yaradılması ilə bağlı fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Yeni fəaliyyətə başlamış Şabran Cüdo Təlim Mərkəzinə baxış keçirdik, məşqçilər və cüdoçularla görüşdük, bölgədə idmançılar üçün yaradılan şəraitlə yaxından tanış olduq.
Cüdonun daha da populyarlaşdırılması məqsədilə yeni cüdo zallarının istifadəyə verilməsi istiqamətində işlər davam etdiriləcək. -
Rashad Nabiyev
@RashadNNabiyev
Şabran şəhərində Xızı, Siyəzən və Şabran rayonlarının sakinləri ilə görüşdük.
Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq.
Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüş keçirdik.
Görüşdə Zəngəzur dəhlizi, Orta Dəhlizin inkişafı, dəmir yolu nəqliyyatı və digər məsələləri müzakirə etdik. Ölkəmizin BMT institutları ilə əməkdaşlığı, Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) Bakıda uğurla keçirilməsi yüksək qiymətləndirildi.
Vladanka Andreyevaya Azərbaycandakı fəaliyyəti dövründə əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrə görə təşəkkür etdik və gələcək fəaliyyətində uğurlar arzuladıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
"Oxford Insights" beynəlxalq tədqiqat mərkəzi tərəfindən yayımlanan “Hökumətin Süni İntellektə Hazırlıq İndeksi 2025”in hesabatına görə, Azərbaycan 2025-ci ildə süni intellektə hazırlıq sahəsində dünyada ən sürətli irəliləyiş göstərən ölkədir.
Bu nəticə dövlət idarəçiliyində rəqəmsallaşmanın genişlənməsi, süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal infrastrukturun və insan kapitalının gücləndirilməsi sayəsində əldə edilib.
Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi strategiyaya əsasən, Azərbaycanın prioriteti regional süni zəka və İT mərkəzinə çevrilərək innovativ və vətəndaşmərkəzli xidmətlərlə qlobal rəqabət qabiliyyətini artırmaqdır. -
Rashad Nabiyev
@RashadNNabiyev
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edirəm!
-
Rashad Nabiyev
@RashadNNabiyev
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı–Qroznı reysini həyata keçirən “Embraer 190” tipli təyyarənin çoxsaylı insan tələfatı ilə nəticələnən faciəli qəzasının ildönümü ilə əlaqədar anım mərasimində iştirak etdik.
Bu ağır hadisə qurbanlarının xatirəsini dərin hüzn və böyük ehtiramla yad edirik.
Allah rəhmət eləsin! -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad günüdür.
Ölkə rəhbərinə ən xoş arzularımızı çatdırır, Azərbaycanın inkişafı və xalqımızın rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi məsuliyyətli fəaliyyətində daim müvəffəqiyyətlər arzulayırıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Naxçıvan Dövlət Universitetində İnnovasiya Mərkəzinin fəaliyyəti ilə tanış olduq.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə yaradılan mərkəzin laboratoriyalarında ideyaların prototiplərə və praktik layihələrə çevrilməsi üçün geniş imkanlar mövcuddur.
Mərkəzdə keçirilən praktiki dərslərdə tələbələrlə söhbət etdik, onların innovativ ideyaları və texnologiyaya yanaşmaları barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Naxçıvanda Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarının və Naxçıvan şəhərinin sakinləri ilə görüşdük.
Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq.
Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bakıda "Vistar" Mükəmməllik Mərkəzinin açılışını etdik.
İRİA, Azərkosmos və İsrail Aerokosmik Sənayesi Korporasiyasının birgə təşəbbüsü ilə yaradılan Mərkəz insan kapitalının inkişafına, startapların dəstəklənməsinə, eləcə də kosmik texnologiyalar və süni intellekt kimi strateji sahələrdə beynəlxalq texnoloji əməkdaşlığın təşviqinə xidmət edəcək.
İnanırıq ki, təhsil, innovasiya və akselerasiyanı birləşdirən üçmərhələli model əsasında fəaliyyət göstərəcək Mərkəz Azərbaycanda qlobal səviyyədə rəqabətədavamlı mütəxəssislərin və texnoloji həllərin formalaşmasına töhfə verəcək. -
Rashad Nabiyev
@RashadNNabiyev
Stanford Mühəndislik Məktəbinin Qlobal və Onlayn Təhsil Mərkəzinin rəhbəri Karissa Littl ilə ABŞ-da keçirdiyimiz strateji müzakirələr qısa müddət ərzində praktik əməkdaşlıq müstəvisinə keçdi.
Bu gün Bakıda bir sıra dövlət qurumlarının rəhbər şəxsləri üçün Stanford alimləri tərəfindən “Süni intellekt liderliyi” təliminə start verilib.
İnanırıq ki, bu təşəbbüs dövlət sektorunda innovativ yanaşmaların tətbiqinə, məlumat yönümlü idarəetmənin genişlənməsinə və süni intellektin məsuliyyətli inteqrasiyasına mühüm töhfə verəcək. -
Rashad Nabiyev
@RashadNNabiyev
Prezident İlham Əliyevin sərəncamları ilə təltif olunan dəmir yolu nəqliyyatı və Bakı Metropoliteninin əməkdaşlarına dövlət mükafatlarını təqdim etdik.
Cənab Prezidentə sahə işçilərinə göstərdiyi diqqətə görə minnətdarlığımızı bildirir, təltifə layiq görülənlərin hər birini təbrik edirik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyev idxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
Bu Fərman rəqəmsal iqtisadiyyatın inkişafına, xarici ticarət əməliyyatlarının sürətləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, habelə Azərbaycanın beynəlxalq logistika zəncirlərində mövqeyinin möhkəmləndirilməsinə xidmət edən fundamental strateji sənəddir.
Fərmandan irəli gələn tapşırıqların icrasına artıq başlanılıb. Bu çərçivədə Rəqəmsal Logistika Platforması (DLP – Digital Logistics Platform) yaradılmaqdadır. Platformanın “Ticarət bələdçisi” modulu istifadəyə hazırdır, digər modulların isə mərhələli şəkildə 2026-cı ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur.
Cənab Prezidentə sahəyə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk. -
Rashad Nabiyev
@RashadNNabiyev
San-Fransiskoda ABŞ-nin "Silikon Vadisi"ndə yaşayan startap icmasının üzvləri və texnoloji şirkətlərdə çalışan azərbaycanlılarla görüş keçirdik.
Görüş zamanı onların ölkəmizdə rəqəmsal sahənin inkişafına verə biləcəyi töhfələr, həmçinin Azərbaycan tərəfindən onlar üçün mümkün dəstək imkanları barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ-yə səfər çərçivəsində “Apple” şirkətinin korporativ hökumət əlaqələri üzrə rəhbəri Ceyson Lundqard ilə görüş keçirdik.
Görüş zamanı rəqəmsal transformasiya və innovasiya sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik.
Həmçinin təhsil, innovasiya ekosistemi və inkişaf proqramları üzrə “Apple Developer Academy” və digər təşəbbüslərlə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində birgə layihələr barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ-yə səfər çərçivəsində “NVIDIA” şirkətinin qlobal süni intellekt təşəbbüsləri üzrə vitse-prezidenti Kalista Redmond ilə görüşdük.
Görüş zamanı Azərbaycan və “NVIDIA” arasında əməkdaşlıq çərçivəsində suveren milli süni intellekt platformalarının qurulması və yüksək hesablama gücünə əsaslanan dövlət xidmətlərinin modernizasiyası üzrə imkanları müzakirə etdik.
Həmçinin suveren süni intellekt ekosisteminin əsas elementləri və iştirakçıları, startapların inkişafı, süni intellekt üzrə kadr hazırlığı və “NVIDIA” texnologiyalarının strateji sahələrdə tətbiqi üzrə birgə təşəbbüslər barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ-yə səfər çərçivəsində “OpenAI” şirkətinin tətbiqi tədqiqatlar ofisinin rəhbəri Boris Pouer ilə görüş keçirdik. Suveren süni intellekt infrastrukturunun yaradılması, birgə innovasiya və tədqiqat təşəbbüsləri, təhsil və kadr hazırlığı, lokal tələblərə uyğunlaşdırılmış suni zəka həlləri sahəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Süni intellekt, istedadların inkişafı və innovasiya ekosistemləri sahələrində əməkdaşlığın gücləndirilməsini müzakirə etmək məqsədilə Stanford Mühəndislik Məktəbinin Qlobal və Onlayn Təhsil Mərkəzinin (CGOE) rəhbəri Karissa Litl və Stanford Universitetinin professoru Marko Pavone ilə görüş keçirdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ-də "Meta" şirkətinin qlobal əlaqələr üzrə direktoru Molli Montqomeri ilə görüş keçirdik.
Görüşdə Azərbaycanın "Meta" ilə rəqəmsal idarəetmə və innovativ həllərin tətbiqi üzrə əməkdaşlıq imkanları, eləcə də regional rəqəmsal ekosistemin inkişafına yönəlmiş birgə layihələr ətrafında fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ-yə səfər çərçivəsində “AMD” şirkətinin baş vitse-prezidenti Devid Vanq ilə görüş keçirdik.
Görüşdə Azərbaycanın süni intellekt sahəsində imkanlarının genişləndirilməsi və regional rəqəmsal mərkəzə çevrilməsi perspektivlərini müzakirə etdik.
Həmçinin “AMD” ilə birgə süni intellekt mərkəzləri, tədqiqat və təhsil təşəbbüsləri, eləcə də uzunmüddətli strateji əməkdaşlıq və birgə investisiya imkanları barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anırıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ-yə səfər çərçivəsində qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi və Kapital formalaşdırılması üzrə qlobal rəhbəri Erik Varvel ilə görüşdük.
Görüşdə Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin yaratdığı regional imkanları müzakirə etdik.
Həmçinin nəqliyyat, logistika, rəqəmsal infrastruktur və data mərkəzləri üzrə birgə investisiya platformasının yaradılması barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ-də “IBM” şirkətinin Qlobal strateji təşəbbüslər üzrə icraçı direktoru Dima Alatel ilə görüşdük.
Görüşdə Azərbaycanın rəqəmsal transformasiyası, suveren “bulud”, data və kvantum platformalarının yaradılması, həmçinin dövlət müəssisələrinin rəqəmsallaşdırılması, logistika layihələrində əməkdaşlıq imkanlarını müzakirə etdik.
Eyni zamanda innovasiya mərkəzləri və kadr hazırlığı proqramları vasitəsilə uzunmüddətli strateji tərəfdaşlıq və investisiya modelləri barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ-yə səfər çərçivəsində “Brookfield” şirkətinin icraçı direktoru Bruce Flatt ilə görüş keçirdik.
Görüş zamanı data mərkəzləri, süni intellekt, nəqliyyat infrastrukturunun modernləşdirilməsi sahəsində birgə investisiya imkanları barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ-yə səfər çərçivəsində ABŞ Ticarət Departamenti katibinin müavinləri Vilyam Kimmitt və Ceffri Kessler ilə görüşdük.
İki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə etdik, Azərbaycanda investisiya üçün əlverişli mühit olduğunu vurğuladıq.
Həmçinin Orta Dəhliz və Zəngəzur dəhlizinin inkişafı, eləcə də "TRIPP" layihəsinin qısa zamanda istifadəyə verilməsi ilə bağlı fikir mübadiləsi apardıq.
Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik.
Qarşı tərəf ABŞ istehsalı olan rəqəmsal məhsulların Azərbaycana ixracında mövcud çətinliklərin aradan qaldırılmasına dəstək göstərməyə hazır olduğunu bildirdi. -
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ-yə səfər çərçivəsində "Ağ Ev"in Elm və Texnologiya Siyasəti Ofisinin rəhbəri İtan Klayn ilə görüşdük.
Görüşdə süni intellekt və yeni texnologiyalar sahəsində əməkdaşlıq, beynəlxalq standartlara uyğun kadr hazırlığı, eləcə də enerji və kibertəhlükəsizlik istiqamətlərində birgə fəaliyyət və təlim imkanlarını müzakirə etdik.
Həmçinin ABŞ şirkətləri ilə Azərbaycan arasında daha sıx tərəfdaşlığın qurulması və bu istiqamətdə atılacaq addımlar barədə fikir mübadiləsi apardıq.
İki ölkə arasında normativ-hüquqi bazanın genişləndirilməsi, bu çərçivədə İKT və süni intellekt sahələrinin xüsusi yer almasının vacibliyini vurğuladıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ-yə səfər çərçivəsində “Google” şirkətinin beynəlxalq hökumət əlaqələri üzrə rəhbəri Reyçel Koulman ilə görüşdük.
“Google” ilə “bulud” innovasiya laboratoriyaları, bacarıq proqramları da daxil olmaqla, innovasiya və startap ekosisteminin qurulması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi Daniel Edvards ilə görüş keçirdik.
Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi strateji əhəmiyyəti, multimodal dəhlizlər və infrastruktur layihələri barədə ətraflı məlumat verdik.
Zəngəzur dəhlizinin açılması, "TRIPP" layihəsinin sürətləndirilməsi, Naxçıvan dəmir yolunun bərpası və modernləşdirilməsində ABŞ ilə əməkdaşlıq barədə fikir mübadiləsi apardıq.
Eyni zamanda aviasiya və dəniz nəqliyyatı daxil olmaqla nəqliyyatın digər sahələrində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ-yə səfər çərçivəsində “Amazon Web Services” (AWS) şirkətinin ümumdünya dövlət sektorunda texnologiyalar üzrə vitse-prezidenti Dominik Delmolino ilə görüşdük.
Görüş zamanı "bulud" infrastrukturunun inkişafı, dövlət xidmətlərində rəqəmsal transformasiya, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və innovasiya ekosisteminin genişləndirilməsi üzrə əməkdaşlıq sahələrini müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ-də Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin direktoru vəzifəsini icra edən Madhu Qottumukkala ilə görüş keçirdik.
Görüş zamanı kibertəhlükəsizlik standartlarının uyğunlaşdırılması, “bulud” mühitində dövlət məlumatlarının daha etibarlı qorunması, bu sahədə idarəetmə modelinin yaxşılaşdırılması və kadr hazırlığının gücləndirilməsi üzrə tərəfdaşlıq perspektivlərini müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ-yə səfər çərçivəsində “Intel” şirkətinin vitse-prezidenti Sara Kemp ilə görüşdük.
Süni intellekt və yüksək performanslı hesablama infrastrukturu, ağıllı mobillik və bu sahələrdə milli kadr hazırlığı üzrə əməkdaşlıq imkanlarını müzakirə etdik.
İnsan kapitalının inkişafı istiqamətində təlim proqramlarına dair fikir mübadiləsi apardıq.
Eyni zamanda prioritet sektorlar üzrə birgə investisiyanın və tətbiqi həllərin araşdırılmasına hazır olduğumuzu bildirdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı münasibətilə bütün sahə əməkdaşlarını təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan və İraq Hökumətləri arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclasında iştirak etdik.
Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu bildirdik.
İclas zamanı iqtisadiyyat, sənaye, ticarət, qarşılıqlı investisiyalar, neft və qaz, rəqəmsal inkişaf, elm və təhsil, mədəniyyət, turizm, gənclər və idman sahələrində əməkdaşlıq imkanlarına dair geniş müzakirələr apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara Dəniz regionlarının nəqliyyat nazirlərinin görüşündə iştirak etdik.
Regional nəqliyyat dəhlizlərinin sadəcə ticarət yolları olmadığını, eyni zamanda iqtisadi rifah, davamlı inkişaf və uzunmüddətli sülhün əsasını təşkil etdiyini bildirdik.
Dəmir yolları, limanlar və yollar da daxil olmaqla fiziki infrastrukturun modernləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal infrastrukturun inkişafının prioritetimiz olduğunu diqqətə çatdırdıq. Ölkəmizin Avropa İttifaqı ilə tərəfdaşlıq çərçivəsində regionun daha dayanıqlı, rəqabətqabiliyyətli və əlaqəli olmasını təmin etməyi hədəflədiyini vurğuladıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Forumunda Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara Dəniz Regionu üzrə Əhatəli Əlaqələndirmə Gündəliyi panelində iştirak etdik.
Böyük dəhliz layihələrində əsas maneələrin sərhəd standartlarının fərqli olması, rəqəmsallaşmanın yetərsizliyi və infrastruktur çatışmazlıqları olduğunu qeyd etdik.
Azərbaycanın strateji mövqeyi, sabitliyi və iqtisadi diversifikasiyası ilə etibarlı və cəlbedici investisiya məkanı olduğunu vurğuladıq.
Həmçinin Zəngəzur dəhlizinin Avropa ilə Mərkəzi Asiya arasında dayanıqlı, sürətli və sərfəli əlaqə yaradacağını, Orta Dəhlizin isə region üçün davamlı və effektiv model kimi inkişaf etdirildiyini qeyd etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
MDB-yə üzv dövlətlərin Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında iştirak etdik.
Ölkəmizdə beynəlxalq dəhlizlər, o cümlədən Zəngəzur dəhlizi və “Şərq – Qərb” istiqamətindəki layihələr, həmçinin “Şimal – Cənub” dəhlizinin vacib elementlərinin uğurla həyata keçirildiyini bildirdik.
Son illərdə aparılan genişmiqyaslı infrastruktur layihələrinin regionun tranzit xəritəsini əhəmiyyətli dərəcədə dəyişdiyini vurğuladıq.
Həmçinin qeyd etdik ki, Azərbaycan tərəfdaş ölkələrlə birlikdə ümumi nəqliyyat siyasətini inkişaf etdirir, logistika zəncirinin rəqabət qabiliyyətini gücləndirir və yeni marşrutlar yaradır. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Dorin Boqdan-Martin, BTİ-nin Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Lakison Zavazava və Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) iştirakçıları ilə birlikdə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdik.
Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin, Şəhidlər xiyabanında isə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini dərin hörmət və ehtiramla yad etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Misirə işgüzar səfər çərçivəsində Qahirə şəhərində Azərbaycan və Misir şirkətlərinin iştirakı ilə keçirilən biznes forumda iştirak etdik.
Forumda çıxış edərək bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradacağına əminlik ifadə etdik. Azərbaycanın yüksək texnologiyalar parklarında İT şirkətləri üçün tətbiq edilən güzəşt və imtiyazlar barədə məlumat verdik. Ölkəmizin rəqəmsal məhsullarının Misirə ixracı imkanlarının geniş olduğunu diqqətə çatdırdıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Qahirə şəhərində keçirilən Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında iştirak etdik.
Ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi barədə məlumat verdik, Müştərək Komissiyanın tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün səmərəli platforma olduğunu vurğuladıq.
Qarşılıqlı investisiyalar, ticarət, qida sənayesi və kənd təsərrüfatı, energetika, nəqliyyat, rəqəmsal inkişaf və İKT, elm və təhsil, səhiyyə, mədəniyyət, turizm, gənclər və idman sahələrində əməkdaşlıq imkanlarına dair geniş müzakirələr apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Regional Akselerasiya Mərkəzinin açılışında iştirak etdik.
Qürurvericidir ki, mərkəz MDB məkanında ilk dəfə Azərbaycanda yaradılır. Əsas məqsədi regionun startapları, biznes subyektləri, dövlət qurumları və təhsil müəssisələrini bir araya gətirərək innovativ sahibkarlıq potensialını gücləndirmək, ekosistemdə əməkdaşlığı təşviq etmək və regional səviyyədə rəqəmsal transformasiyanın sürətlənməsinə töhfə verməkdir. -
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon və ABŞ Dövlət Departamentinin Siyasətin Planlaşdırılması Ofisinin baş müşaviri Conatan Askonas ilə görüşdük.
Orta Dəhlizin inkişafı üçün Azərbaycan tərəfindən görülmüş işlər barədə məlumat verdik. Bu istiqamətdə, eləcə də Zəngəzur dəhlizi ilə bağlı iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə etdik. Eyni zamanda kibertəhlükəsizlik və süni intellekt sahələri üzrə tərəfdaşlığa dair fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Stella Renita ilə görüşdük.
Bankla ölkəmiz arasında mövcud və gələcək layihələr üzrə əməkdaşlıq imkanlarını müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak məqsədilə ölkəmizdə səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri Səttar Haşemi ilə görüş keçirdik.
Ölkələrimiz arasında İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. Tərəfdaşlığın gücləndirilməsi ilə bağlı işçi qrupun yaradılması və normativ hüquqi bazanın genişləndirilməsinə dair fikir mübadiləsi apardıq.
Son zamanlar iki ölkə arasında İKT sahəsində, xüsusilə tezliklərin koordinasiyasında əldə olunan uğurlu əməkdaşlığın davam etdirilməsini razılaşdırdıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Malayziyanın rabitə naziri Datuk Ahmad Fahmi Mohamed Fadzil ilə görüşdük.
İki ölkə arasında İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Xüsusilə 5G, data mərkəzləri və rəqəmsal iqtisadiyyat sahəsində təcrübə mübadiləsini, bu məqsədlə azərbaycanlı mütəxəssislərin qısa zamanda Malayziyaya ezam olunmasını razılaşdırdıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatima Xavaja ilə görüş keçirdik.
Ölkəmizdə innovasiya və rəqəmsal inkişaf sahəsində həyata keçirilən yeniliklər haqqında danışdıq. İKT sahəsində normativ hüquqi bazanın genişləndirilməsi və müvafiq sahədə birgə layihələrin icrası məqsədilə işçi qrupun yaradılmasına dair razılığa gəldik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak məqsədilə ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının sənaye və informasiya texnologiyaları nazirinin müavini Zhang Yunming ilə görüşdük.
Azərbaycan və Çin arasında İKT sahəsində əməkdaşlığın mövcud vəziyyətini və perspektivlərini müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak məqsədilə ölkəmizdə səfərdə olan ABŞ nümayəndə heyətinin rəhbəri, kiberməkan və rəqəmsal siyasət üzrə dövlət katibinin köməkçisinin müavini Con Mills və ABŞ Federal Rabitə Komissiyasının komissarı Olivia Trasti ilə görüşdük.
Qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirə apardıq. Azərbaycanın, xüsusən texnologiyalar, nəqliyyat və logistika sahələrində ABŞ ilə tərəfdaşlığa böyük əhəmiyyət verdiyini bildirdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak məqsədilə ölkəmizdə səfərdə olan Keniya Respublikasının informasiya, rabitə və rəqəmsal iqtisadiyyat naziri Vilyam Kaboqo Gitau ilə görüşdük.
Rəqəmsallaşma, o cümlədən peyk xidmətləri sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. Qarşı tərəf SİMA və "mygov" həllərinin Keniyada tətbiqində maraqlı olduğunu bildirdi. -
Rashad Nabiyev
@RashadNNabiyev
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak məqsədilə ölkəmizdə səfərdə olan Qabonun iqtisadiyyat və innovasiya naziri Mark Aleksandre Doumba ilə görüşdük. İki ölkə arasında sahə üzrə əməkdaşlıq məsələlərini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) açılış mərasimi keçirildi.
Açılış mərasimində cənab Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciəti səsləndirdik.
Qürurvericidir ki, “WTDC”yə MDB regionunda ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edir. Tədbirdə 160-dan artıq ölkədən 2500 nümayəndə iştirak edir.
WTDC-25 regionda texnoloji və elmi sahələrdə, habelə rəqəmsallaşmada rolumuzu daha da möhkəmləndirəcək və ölkəmizin beynəlxalq miqyasda nüfuzunu gücləndirəcək. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bakıda Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının (WTDC-25) gənclərə həsr olunmuş “Beynəlxalq Telekommunikasiya İttifaqı Qlobal Gənclər Sammiti 2025” (ITU Global Youth Celebration 2025) keçirildi.
Tədbirin məqsədi gənc innovatorları, dövlət xadimlərini və sənaye liderlərini bir araya toplayaraq gənclərin rəqəmsal inkişafın gələcəyinin formalaşmasında iştirakını təşviq etmək idi.
Sammit çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqının regional nümayəndəliyindən və Azərbaycandan olan gənclər fikir mübadiləsi aparıblar. -
Rashad Nabiyev
@RashadNNabiyev
İmişlidə yeni fəaliyyətə başlamış #cüdo zalına baxış keçirdik, məşqçilər və cüdoçularla görüşdük, bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olduq.
Cüdonun daha da populyarlaşdırılması istiqamətində növbəti ildə də yeni cüdo zallarının istifadəyə verilməsi davam etdiriləcək. -
Rashad Nabiyev
@RashadNNabiyev
Beyləqan şəhərində İmişli, Saatlı, Sabirabad, Xocavənd və Beyləqan rayonlarının sakinləri ilə görüşdük.
Vətəndaşların #nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq.
Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
Beynəlxalq Maliyyə Korporasiyasının Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlomer ilə görüşdük.
Görüş zamanı AZCON Holding-ə daxil olan şirkətlərin fəaliyyət istiqamətləri və həyata keçirdikləri layihələr barədə ətraflı məlumat verdik. Orta Dəhlizin inkişafı və Xəzər keçidləri ilə bağlı qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik.
Həmçinin ictimai nəqliyyat, hava nəqliyyatı, AZAL və Bakı Gəmiqayırma Zavodu üzrə mümkün tərəfdaşlıq sahələri, eləcə də bu şirkətlərə gələcəkdə özəl investorların cəlbi perspektivləri barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasından 30 il ötür.
Konstitusiya Günü münasibətilə xalqımızı təbrik edir, ən xoş arzularımı çatdırıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və Ordumuzun rəşadəti sayəsində qazanılmış 8 Noyabr – Zəfər Günü tariximizin ən şanlı qəhrəmanlıq və qürur səhifəsidir.
Bu zəfəri bizə bəxş edən bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə dərin ehtiramımızı bildiririk.
Zəfər Gününüz mübarək! -
Rashad Nabiyev
@RashadNNabiyev
İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüş keçirdik.
Görüş zamanı AZCON Holding-ə daxil olan şirkətlərlə effektiv tərəfdaşlığın qurulması və layihələrin maliyyələşdirilməsi məsələlərini müzakirə etdik.
Gələcək əməkdaşlıq üçün imkanların araşdırılması istiqamətində fikir mübadiləsi apardıq. Təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduğumuzu bildirdik.
Məhəmməd Süleyman Əl-Casir son illər ərzində Azərbaycanda rəqəmsallaşma sahəsində görülən işləri yüksək qiymətləndirdiyini vurğuladı. -
Rashad Nabiyev
@RashadNNabiyev
Əbu-Dabi İnkişaf Fondu, Küveyt Ərəb İqtisadi İnkişaf Fondu və Səudiyyə İnkişaf Fondunun nümayəndə heyəti ilə görüş keçirdik.
Görüş zamanı #azcon Holding-ə daxil olan şirkətlərin fəaliyyət istiqamətləri, həyata keçirdikləri layihələr və gələcək planları barədə ətraflı məlumat verdik.
Xüsusilə #telekommunikasiya, #rəqəmsallaşma və #nəqliyyat sahələrində #innovativ layihələrin maliyyələşdirilməsi, beynəlxalq maliyyə resurslarının cəlb olunması, eləcə də bu istiqamətlərdə investisiya təşəbbüslərinin həyata keçirilməsi imkanlarını müzakirə etdik.
Eyni zamanda birgə əməkdaşlığın gücləndirilməsi və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin formalaşdırılması istiqamətində fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Moldovada keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisi 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq həm ümumi komanda hesabında, həm də kişilər arasında birinci yeri tutub.
İdmançılarımızı təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun rifahı üzrə regional təcrübə direktoru Asad Alam və tanınmış iqtisadçı alim Ufuk Akçiğit ilə görüş keçirdik.
Azərbaycanda #innovasiya və sahibkarlıq ekosisteminin inkişafı, dövlət qurumları və özəl sektorda səmərəliliyin yüksəldilməsi, eləcə də #rəqəmsal transformasiyanın tətbiqi ilə innovativ iqtisadi artım modelləri istiqamətində geniş müzakirələr apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
"Huawei Enterprise Business Group"un Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə prezidenti Hao Zhichen ilə görüşdük.
Azərbaycanın süni intellekt strategiyası, süni intellekt həllərinin tətbiqi istiqamətində müvafiq infrastrukturun formalaşdırılması və bu sahədə “Huawei” şirkətinin beynəlxalq təcrübəyə əsaslanan həllərinin təqdim edilməsi məsələlərini müzakirə etdik.
Eyni zamanda elektron hökumət platformalarında süni intellekt texnologiyalarının tətbiqi imkanları, “Huawei”in təcrübəsindən irəli gələrək “Ağıllı şəhər” konsepsiyasının reallaşdırılması, insan kapitalının inkişafı məqsədilə birgə təşəbbüslərin həyata keçirilməsi barəsində fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Çin Xalq Respublikasının Sian şəhərinin meri Ye Niupinqlə görüşdük.
Görüş zamanı ölkələrimiz, xüsusilə də Sian vilayəti ilə Azərbaycan arasında dəmir yolu və ümumilikdə #nəqliyyat sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərini müzakirə etdik.
Həmçinin Sian şəhəri ilə birbaşa hava əlaqələrinin yaradılması imkanları, süni intellekt, #rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq. Bu məqsədlə müvafiq işçi qrupunun yaradılması barədə qərar verdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Baş katibi Yunq Ta Kimlə görüşdük.
Azərbaycanın BNF-yə prezidentliyi ilə bağlı məsələlər, bu dövr üçün müəyyən edilən prioritetlər və təşkilatla əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik.
Qeyd olundu ki, Bakıda BNF-nin 4-cü rüblük iclasları uğurla davam edir.
Həmçinin nəqliyyat sahəsində rəqəmsallaşma, kadr potensialının gücləndirilməsi istiqamətində əməkdaşlıq məsələləri, cari və növbəti ildə Bakıda keçiriləcək BNF tədbirləri barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Gürcüstanda keçirilən 5-ci Tbilisi İpək Yolu Forumunda iştirak etdik.
Azərbaycanın Orta Dəhliz üzrə həyata keçirdiyi məqsədyönlü və müasir infrastruktur yatırımları, həmçinin daxili nəqliyyat şəbəkəsinin gücləndirilməsi istiqamətində atılan addımların nəticələrini diqqətə çatdırdıq.
Eyni zamanda Zəngəzur dəhlizi üzrə aparılan sürətli infrastruktur işlərini və bu layihənin region üçün strateji əhəmiyyətini xüsusi vurğuladıq.
Azərbaycanın nəqliyyat sahəsindəki strateji mövqeyi, müasir logistika imkanları və gələcəyə hesablanmış təşəbbüsləri barədə ətraflı məlumat verdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Astanaya səfər çərçivəsində Qazaxıstanın dövlət aktivlərinin idarə edilməsi məqsədilə təsis edilən “Samruk-Kazyna” Milli Rifah Fondu və İnvestisiya Holdinqində görüş keçirdik.
Görüş zamanı “Samruk-Kazyna” Holdinqi ilə AZCON Holding arasında mümkün əməkdaşlıq istiqamətləri, birgə layihələr, o cümlədən #nəqliyyat-logistika və #telekommunikasiya sahələrində tərəfdaşlıq imkanlarını müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Astana şəhərində Qazaxıstanın nəqliyyat naziri Nurkan Sauranbayev və Prezidentin müşaviri Asel Janasova ilə görüşlər zamanı innovasiya, rəqəmsallaşma və İKT sahələrində əməkdaşlıq perspektivlərini müzakirə etdik.
Səfər çərçivəsində “Astana Hub” #innovasiya mərkəzinin fəaliyyəti ilə tanış olduq. Burada #İKT sahəsində peşəkar mütəxəssislərin hazırlanması, startapların inkişafı və #rəqəmsal ekosistemin gücləndirilməsi üzrə həyata keçirilən layihələrlə bağlı ətraflı məlumat aldıq. Rəqəmsal inkişaf sahəsində təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi apardıq.
Qazaxıstanın Baş nazirinin müavini – rəqəmsal inkişaf və süni intellekt naziri Jaslan Madiyev ilə keçirilən görüşdə isə rəqəmsal hökumət həlləri, süni intellekt, #kibertəhlükəsizlik və #kosmik #texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri gündəmdə idi. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Zərdab şəhərində Ağcabədi, Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarının sakinləri ilə görüşdük.
Vətəndaşların #nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq.
Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik.
Görüşdə dəmir yolu və #avtomobil nəqliyyatı sahəsində ölkələrimiz arasındakı mövcud əməkdaşlıq məsələlərini müzakirə etdik.
Eyni zamanda #tranzit imkanlarının artırılması, infrastrukturun təkmilləşdirilməsi istiqamətində gələcək birgə fəaliyyət, #logistika və #nəqliyyat əməliyyatlarının təkmilləşdirilməsi, sərhəd-keçid məntəqələrində prosedurların sadələşdirilməsi, yük daşımalarının sürətləndirilməsi və əməliyyatların rəqəmsallaşdırılması kimi mövzular barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün İsrail, Belarus və İsveçrənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri ilə görüşdük.
Ölkələrimiz arasında #nəqliyyat və #logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq #yükdaşıma və #tranzit imkanlarının artırılması, həmçinin #rəqəmsal #innovasiyalar, süni intellekt, #kibertəhlükəsizlik və #peyk texnologiyaları üzrə birgə fəaliyyət perspektivlərini müzakirə etdik.
Eyni zamanda peşəkar kadr hazırlığı, təcrübə və bilik mübadiləsi, eləcə də təlim mərkəzlərinin yaradılması kimi təşəbbüslər barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Brüsseldə Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kos ilə görüşdük.
Görüşdə Zəngəzur dəhlizinin gələcək perspektivləri, eləcə də Naxçıvanın #nəqliyyat infrastrukturunun inkişafı sahəsində Aİ-nin mümkün dəstəyi barədə müzakirələr apardıq. Azərbaycan tərəfindən bu istiqamətdə icra olunan strateji əhəmiyyətli layihələr barədə ətraflı məlumat verdik.
Eyni zamanda həmin layihələrdə Aİ-nin potensial iştirak imkanları barədə fikir mübadiləsi apardıq.
Görüşdə, həmçinin nəqliyyat, #rəqəmsallaşma, #innovasiyalar və #İKT sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində oldu. -
Rashad Nabiyev
@RashadNNabiyev
Brüsseldə keçirilən “Global Gateway Forum 2025” çərçivəsində təşkil olunan Qara dəniz – Strateji Tərəfdaşlıq Panelində iştirak etdik.
Paneldə Azərbaycanın Avrasiya məkanında artan geoiqtisadi rolu, #nəqliyyat və #rəqəmsallaşma sahəsində həyata keçirdiyi innovativ layihələr nəticəsində ölkəmizin Avropa ilə Asiya arasında təhlükəsiz və sürətli məlumat dəhlizi, eləcə də #rəqəmsal körpü kimi formalaşması istiqamətində atılan addımlar barədə məlumat verdik.
İnfrastruktur sahəsində əldə etdiyimiz uğurların yalnız milli deyil, eyni zamanda regional davamlılığa xidmət etdiyini vurğuladıq. Bakı – Naxçıvan – Qars və Zəngəzur dəhlizlərinin bölgədə dayanıqlı və çevik nəqliyyat bağlantısının qurulması baxımından həyati əhəmiyyət daşıdığını qeyd etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Brüsseldə Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ikinci iclasında iştirak etdik.
Görüş zamanı Zəngəzur dəhlizinin gələcək perspektivləri və Naxçıvanın #nəqliyyat infrastrukturunun inkişafına Aİ-nin mümkün dəstəyi məsələlərini müzakirə etdik.
Həmçinin ölkəmizlə Aİ arasında hava, dəniz və #avtomobil nəqliyyatı sahələrində əməkdaşlıq, eləcə də nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində mövcud imkanlar və yeni təşəbbüslər barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Asiya İnkişaf Bankının bazar həlləri üzrə vitse-prezidenti cənab Barqav Dasqupta ilə görüş keçirdik.
AZCON Holding-ə daxil olan şirkətlərin özəlləşdirilməsi istiqamətində görüləcək işlər və strateji layihələrə özəl sektorun cəlb olunması məsələlərini müzakirə etdik.
"Hökumət buludu", hava nəqliyyatı, metro, dəmir yolu və avtomobil nəqliyyatı kimi strateji sahələr üzrə tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün “INMerge İnnovasiya Sammiti 2025”də iştirak etdik.
Tədbirdə Azərbaycanın innovasiyanı formalaşdıran və inkişaf etdirən bir ölkəyə çevrildiyini bildirdik.
Ölkəmizin rəqəmsal gələcəyini bilik, bacarıq və əməkdaşlıq üzərində qurulduğunu diqqətə çatdırdıq.
Sammitdə, həmçinin süni intellekt, kadr potensialının formalaşdırılması və bu istiqamətdə beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər barədə də məlumat verdik.
Bu ilin noyabrında Bakının BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Ümumdünya Telekommunikasiya İnkişaf Konfransına (WTDC) ev sahibliyi edəcəyini də auditoriyanın diqqətinə çatdırdıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün cənab Prezident İlham Əliyev ictimai nəqliyyatın səmərəli idarə olunmasını təmin etmək məqsədilə “BakuBus” MMC-nin müasir standartlara cavab verən Gəncə Avtoparkının açılışında iştirak etdi.
Dövlətimizin başçısına avtoparkda yaradılan şərait barədə məlumat verdik. Gəncə şəhərində sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə 280 müasir avtobus gətirildiyini bildirdik.
Gəncədə tətbiq edilən yeni marşrut şəbəkəsi, “CityCard” nağdsız ödəniş sistemi və yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verdik.
Cənab Prezidentə ölkəmizdə nəqliyyat sahəsinin inkişafına göstərdiyi daimi diqqət və qayğıya görə dərin minnətdarlığımızı bildiririk. -
Rashad Nabiyev
@RashadNNabiyev
27 Sentyabr – Anım Günü ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən Şəhidlərimizi yad etdiyimiz qürur və ehtiram günüdür.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Oğuz şəhərində Şəki, Qəbələ və Oğuz rayonlarının sakinləri ilə görüşdük.
Vətəndaşların nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq.
Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bakıda keçirilən 10-cu beynəlxalq “Caspian Air Cargo Summit”də iştirak etdik.
2006-cı ildən etibarən regionun aparıcı #logistika tədbirinə çevrilən bu sammit ölkəmizin qlobal ticarətdə artan rolunu nümayiş etdirir.
Bu gün Azərbaycan regionda ən böyük və müasir hava yükü donanmalarından birinə sahibdir.
2027-ci ildə Ələt Azad İqtisadi Zonasının tərkibində istifadəyə veriləcək yeni beynəlxalq yük hava limanı isə Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək.
Ümid edirəm ki, Bakıda bir araya gələn sahə liderləri məhsuldar müzakirələri ilə qlobal hava yük daşımalarının inkişafına töhfə verəcəklər. -
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanın #rəqəmsal ekosistemində vacib layihələrdən biri olan “SİMA İmza” mobil tətbiqi 5 milyon yüklənməyə çatıb.
Bu nailiyyət “SİMA İmza”nın vətəndaşlar, sahibkarlar, hüquqi şəxslər və dövlət qurumları arasında rəqəmsal ünsiyyətin etibarlı və effektiv vasitəsinə çevrildiyini göstərir.
Hazırda təhsil, səhiyyə, vergi, gömrük, ədliyyə, məşğulluq, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 90-a yaxın qurumun xidmətlərində "SİMA İmza" inteqrasiya olunub.
Ödənişsiz şəkildə və heç yerə getmədən rəqəmsal imza əldə etmək hər bir vətəndaşımız, xüsusilə də ucqar bölgələrdə yaşayan şəxslər üçün elektron xidmətlərə əlçatanlığı formalaşdırır.
Layihədə əməyi keçən hər kəsə təşəkkür edirəm. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün “Andersen Lab” qlobal İT şirkətinin Azərbaycanda rəsmi mərkəzinin açılışını etdik.
“Andersen Lab” şirkətinin işə götürdüyü gənclərlə görüş zamanı onların bilik və bacarıqlarının real layihələrdə tətbiqi imkanları barədə fikir mübadiləsi apardıq.
Yeni mərkəz ölkəmizin İKT potensialının inkişafına dəstək verəcək, gənclərin beynəlxalq layihələrdə iştirakını genişləndirəcək və rəqəmsal xidmətlərin ixracına töhfə olacaq. -
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brenden Hanrahan ilə görüş keçirdik.
8 avqust tarixində Vaşinqtonda imzalanmış sənədlər əsasında görüləcək işlər, eləcə də ölkələrimiz arasında #nəqliyyat, #tranzit, süni intellekt, #rəqəmsal infrastruktur, #kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq.
Həmçinin Orta Dəhlizin potensialının artırılması, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində əməkdaşlıq imkanlarını nəzərdən keçirdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Oyun yaradıcıları üçün qlobal kommersiya platforması olan “Xsolla” şirkətinin prezidenti Kris Hevişlə görüşdük. Görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin “Xsolla”nın ölkəmizdəki ofisinin regional tədqiqat və inkişaf "hub"ına çevrilməsi perspektivləri barədə fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Çinin Zhejiang vilayətinin vitse-qubernatoru Ke Ji Xinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük.
Görüşdə nəqliyyat, logistika, Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivləri məsələlərini müzakirə etdik. Həmçinin logistika dəhlizlərinin rəqəmsallaşdırılması barədə fikir mübadiləsi apardıq.
Eyni zamanda Zhejiang vilayətində yerləşən Ningbo limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında avtomatlaşma və rəqəmsallaşma sahəsində əməkdaşlığın qurulması üçün işçi qrupunun yaradılması məsələsini razılaşdırdıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüş keçirdik.
Görüşdə Orta Dəhlizlə bağlı həyata keçirilən tədbirlər və layihələr barədə ətraflı məlumat verdik.
ABŞ şirkətləri ilə liman, yaşıl logistika və innovasiya layihələrində gələcək əməkdaşlıq imkanlarını müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Həmkarım, elm və təhsil naziri Emin Əmrullayevlə birgə Süni İntellekt Akademiyasının açılış mərasimində iştirak etdik. Tədris mərkəzinin ilk tələbələri ilə görüşərək, onların gözləntiləri və gələcək planları barədə fikir mübadiləsi apardıq.
Akademiyanın məqsədi süni intellekt üzrə mütəxəssislər yetişdirmək, Azərbaycanı regionda bu sahədə təhsil və innovasiyanın mərkəzinə çevirməkdir. -
Rashad Nabiyev
@RashadNNabiyev
Slovakiyada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Nihad Məmişov və Məhəmməd Musayev qızıl, Nizami İmranov isə bürünc medal qazanıb.
Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, qarşıdakı yarış günlərində tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Əməkdar bədən tərbiyəsi və idman xadimi Əhməddin Rəcəbli ilə 80 illik yubileyi ərəfəsində görüşdük.
Əhməddin müəllimin cüdonun Azərbaycanda formalaşması və inkişafında göstərdiyi misilsiz xidmətlər, yetişdirdiyi idmançılar və məşqçi kimi qazandığı nailiyyətlər hər zaman təqdirəlayiq olub.
Ölkə cüdosuna verdiyi dəyərli töhfələrə görə ona təşəkkür edir, möhkəm can sağlığı və yeni-yeni uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Prezidentinin müşaviri Asel Janasova və "Qazaxıstan Dəmir Yolları" Milli Şirkətinin İdarə heyətinin sədri Talqat Aldıbergenov ilə görüşdük.
Görüşdə avtomobil nəqliyyatı ilə #yükdaşımalar, #aviadaşımalar, #gəmiqayırma sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.
Həmçinin Orta Dəhlizin inkişafı, limanların və #logistika dəhlizlərinin rəqəmsallaşdırılması barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Əbu-Dabidə BƏƏ-nin sənaye və ən yeni texnologiyalar naziri Sultan Əhməd Əl-Caberlə görüş keçirdik.
Görüşdə süni intellekt, #kibertəhlükəsizlik, #rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr potensialının artırılması, təlim, mübadilə və təqaüd proqramlarının təşkili məsələlərini müzakirə etdik.
Həmçinin süni intellekt sahəsində birgə tədqiqat və inkişaf mərkəzinin yaradılması, müştərək investisiya imkanlarının araşdırılması, həmçinin birgə risk kapitalı fondunun təşkil edilməsi barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Əbu-Dabidə süni intellektlə bağlı dəyirmi masa müzakirəsində çıxış etdik.
Ölkələrimiz arasında süni intellekt, #rəqəmsallaşma, #kibertəhlükəsizlik və insan kapitalının inkişafı sahələrində əməkdaşlığımızı daha da genişləndirmək üçün böyük potensial olduğunu bildirdik.
Azərbaycanda Milli Süni İntellekt Strategiyasının qəbul edildiyi, süni intellektin tətbiqi ilə bağlı mövcud mexanizmlər barədə ətraflı məlumat verdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Əbu-Dabidə BƏƏ-nin #kibertəhlükəsizlik Şurasının nümayəndələri ilə görüş keçirdik.
Bu sahədə böyük təcrübəyə malik olan BƏƏ ilə ikitərəfli əməkdaşlıq çərçivəsində süni intellekt əsaslı #kibermüdafiə və insan kapitalının hazırlanması məsələlərini müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Abu-Dabidə #liman xidmətləri və azad ticarət zonaları üzrə ixtisaslaşmış “DP World” şirkətinin baş icraçı direktorunun müavini Yuvraj Naraian ilə görüşdük.
Limanların və #logistika dəhlizlərinin rəqəmsallaşdırılması, "ağıllı" #nəqliyyat sistemləri, dataya əsaslanan #mobillik həlləri ilə bağlı əməkdaşlıq, birgə müəssisənin yaradılması imkanlarına baxılması və investisiya məsələlərini müzakirə etdik.
Həmçinin dəniz, dəmir yolu və yol logistikası arasında infrastrukturun inteqrasiya edilməklə modernləşdirilməsi sahəsində təcrübə mübadiləsi və sabit qrafik üzrə işləyən blok qatarları ilə yükdaşımalara keçid barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
BƏƏ-yə səfər çərçivəsində dünyanın aparıcı texnologiya və telekommunikasiya şirkətlərindən olan “Etisalat”ın sədri Jassim Mohammed ilə görüşdük.
Dubayda keçirilən COP28-də əldə etdikləri dəyərli təcrübəni COP29-un Bakıda təşkili zamanı bizimlə bölüşdükləri üçün şirkət rəhbərliyinə təşəkkür etdik.
Telekommunikasiya sahəsində təcrübə mübadiləsi, məsləhət dəstəyi və gələcək əməkdaşlıq imkanlarını müzakirə etdik. Eyni zamanda şəhər nəqliyyatı sahəsində həyata keçirilən layihələr barədə fikir mübadiləsi apardıq.
“Etisalat” rəhbərliyini 17-28 noyabr 2025-ci il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC-25) dəvət etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Amy Carlon ilə görüş keçirdik.
Görüşdə #nəqliyyat, Orta Dəhlizin inkişafı və bu istiqamətdə daşımaların perspektivlərini müzakirə etdik.
Eyni zamanda #telekommunikasiya, #kibertəhlükəsizlik, süni intellekt, kadr potensialının artırılması və ABŞ şirkətləri ilə gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Koreya Respublikasının ölkəmizdəki səfiri Kang Kymgu ilə görüşdük.
Görüşdə Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti və növbəti iclasın keçirilməsi haqqında müzakirələr apardıq.
Süni intellekt, #kibertəhlükəsizlik, #rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında birbaşa uçuşların təşkili, həmçinin Koreya şirkətlərinin Azərbaycanda aktiv iştirak imkanları barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Dünyanın aparıcı ticarət, logistika və dənizçilik şirkətlərindən olan "Abu Dhabi Ports Group"un nümayəndələri ilə görüş keçirdik.
Görüş zamanı şirkətlə gəmi nəqliyyatı, gəmiqayırma və logistika sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Horadiz şəhərində Beyləqan, İmişli, Xocavənd və Füzuli rayonlarının sakinləri ilə görüşdük.
Vətəndaşların #nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq.
Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
Beşinci “Yüksəliş” müsabiqəsinin bütün qaliblərini səmimi-qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
Qaliblər arasında nəqliyyat və rəqəmsallaşma sahəsində çalışan 4 əməkdaşımızın da yer alması bizim üçün xüsusi qürurvericidir. Bu nailiyyət onların peşəkarlığının və potensialının göstəricisidir.
Cənab Prezidentə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək şəxslərin aşkar olunmasına və inkişafına şərait yaradan “Yüksəliş” müsabiqəsini təsis etdiyi üçün dərin təşəkkürümüzü bildiririk. -
Rashad Nabiyev
@RashadNNabiyev
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşdük.
Ölkələrimiz arasında #nəqliyyat sahəsində mövcud əməkdaşlıq və gələcək perspektivlər, BTQ dəmir yolu layihəsinin tam fəaliyyətə düşməsi üçün görüləcək işlər, avtomobil nəqliyyatı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi məsələlərini müzakirə etdik.
Eyni zamanda #İKT, #rəqəmsal transformasiya, süni intellekt və #innovasiya sahələrində potensial əməkdaşlıq ilə bağlı fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Cenevrəyə səfər çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Dorin Boqdan Martin ilə görüşdük.
18-27 noyabr tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan Ümumdünya Telekommunikasiya İnkişafı Konfransına hazırlıq, görülən işlər və bu istiqamətdə əməkdaşlıq məsələlərini müzakirə etdik.
Eyni zamanda innovasiya imkanlarını artırmaq, dinamik rəqəmsal ekosistemi inkişaf etdirmək üçün ölkəmizdə BTİ-nin Akselerasiya Mərkəzinin yaradılması, kibertəhlükəsizlik sahəsində BTİ-nin rəhbərlik etdiyi təlim proqramları və təcrübə mübadiləsi barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (WSIS)+20 Yüksək Səviyyəli Tədbir 2025” çərçivəsində təşkil edilən nazirlərin dəyirmi masasında iştirak etdik.
BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində Azərbaycanın doqquz pillə irəlilədiyini və elektron hökumətin çox sürətlə inkişaf etdiyi ölkə statusuna nail olduğunu, qlobal Kibertəhlükəsizlik İndeksində MDB ölkələri arasında birinci yerdə qərarlaşdığını diqqətə çatdırdıq.
Region dövlətlərindən ilk dəfə məhz Azərbaycanın Milli Süni İntellekt Strategiyası hazırladığını bildirdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
"Global Transport Connectivity Forum" çərçivəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə baş direktorunun müavini Simon Mordue ilə ikitərəfli görüşlər keçirdik. Nəqliyyat sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivlərinə dair fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Türkiyədə keçirilən "Global Transport Connectivity Forum 2025" çərçivəsində BMT-nin və Dünya Bankının iştirakı ilə Orta Dəhliz üzrə nazirlərin qapalı görüşündə iştirak etdik.
Dəyişən geosiyasi reallıqlar fonunda Orta Dəhlizin qlobal təchizat zəncirlərinin dayanıqlığını təmin edən əsas marşrutlardan birinə çevrildiyini vurğuladıq.
Azərbaycanın bu sahədə öz öhdəliklərinə sadiq qalaraq regional layihələrin icrası və tranzit axınının təhlükəsizliyini təmin etmək üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdiyini diqqətə çatdırdıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bütün şəxsi heyətini ürəkdən təbrik edirəm!
Vətənimizin ərazi bütövlüyünün qorunmasında, müstəqilliyimizin təmin olunmasında fədakarlıq və qəhrəmanlıq göstərən əsgər və zabitlərimizə güc, əzmkarlıq və daim qalibiyyətlər arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
“Albayrak Holdinq”in İdarə heyətinin sədri Ahmet Albayrak ilə görüş keçirdik. Görüşdə Orta Dəhlizin inkişafı, bu dəhliz vasitəsilə yükdaşımaların artırılması, eləcə də Bakı Limanında əməkdaşlıq imkanlarını müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bakıda səfərdə olan “Ookla” şirkətinin prezidenti və baş icraçı direktoru Stefen Bay ilə görüşdük. İKT sahəsində əməkdaşlıq və birgə layihələrin icrasını müzakirə etdik.
Stefen Bay Azərbaycanda son 4 il ərzində genişzolaqlı internetə çıxış imkanının 4 dəfə artdığını və bunun əhəmiyyətli göstərici olduğunu bildirdi.
“Ookla” şirkətinin rəhbərliyi Azərbaycanda internet xidmətinin keyfiyyət göstəricilərinin operator və provayderlər tərəfindən “Speedtest” alətindən istifadə edilməklə ölçüldüyünü vurğuladı. Nəticələrə əsasən son 1 il ərzində sabit genişzolaqlı internetin median sürətinin 2 dəfə artdığını qeyd etdi. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Ağdam rayonunda Tərtər, Ağdam, Bərdə, Ağcabədi, Goranboy, Laçın, Xocalı rayonları və Naftalan şəhərinin sakinləri ilə görüşdük.
Vətəndaşların #nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq.
Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Zelim Kotsoyev bürünc medal qazanıb.
Zelimi bu əlamətdar nailiyyəti münasibətilə təbrik edir, qarşıdakı yarış günlərində tatamiyə çıxacaq bütün cüdoçularımıza uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Elcan Hacıyev bürünc medal qazanıb.
Elcanı bu əlamətdar nailiyyəti münasibətilə təbrik edir, qarşıdakı yarış günlərində tatamiyə çıxacaq bütün cüdoçularımıza uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında idmançımız Zelim Tçkayev bürünc medal qazandı.
Zelimi bu nailiyyəti münasibətilə təbrik edir, qarşıdakı yarış günlərində mübarizə aparacaq bütün cüdoçularımıza uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin qorunması, möhkəmlənməsi və inkişafında müstəsna əhəmiyyətə malik tarixi hadisədir. Xalqımızı Milli Qurtuluş Günü münasibətilə təbrik edirəm.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Qurban bayramı münasibətilə xalqımızı ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Asiya İnkişaf Bankının Cənubi, Mərkəzi və Qərbi Asiya regionu üzrə vitse-prezidenti cənab Yingming Yang ilə görüşdük. Ölkədə #nəqliyyat sahəsində aparılan layihələrin maliyyələşdirilməsi, həmçinin rəqəmsallaşma və #kibertəhlükəsizlik istiqamətlərində əməkdaşlıq imkanlarını müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşdük.
Görüşdə ölkəmizdən keçən #nəqliyyat dəhlizləri, xüsusilə Orta Dəhlizin inkişafı barədə fikir mübadiləsi apardıq. Eyni zamanda, alman #logistika şirkətlərinin Orta Dəhlizin potensialından yararlanması imkanlarını müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
28 May – Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edir, güclü və qüdrətli Azərbaycanın müstəqilliyinin əbədi olmasını arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Birol Akgün ilə görüşdük.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik.
Xüsusilə avtomobil nəqliyyatı, dəmir yolu, aviasiya və Orta Dəhlizin inkişafı istiqamətlərində qarşılıqlı fəaliyyət imkanları barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
“Skoda Group” şirkətinin baş icraçı direktoru Petr Novotny ilə görüş keçirdik.
Görüşdə “Skoda Group” öz xidmət və məhsulları barədə ətraflı məlumat verdi.
Şəhər mobilliyi sahəsində həyata keçirilən layihələr çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Ümumdünya Poçt İttifaqının (UPİ) Baş direktorunun müavini cənab Marjan Osvald ilə görüşdük.
UPİ ilə əməkdaşlığın genişləndirilməsi barəsində fikir mübadiləsi apardıq. E-ticarət və poçt daşımalarının gələcək inkişafını müzakirə etdik.
Həmçinin bu ilin 7-19 sentyabr tarixlərində Dubayda təşkil olunacaq 28-ci Konqres zamanı keçiriləcək seçkilərdə Azərbaycanın ÜPİ-nin İnzibati Şura və Poçt İstismarı Şurası üzvlüyünə namizədliyinin irəli sürüldüyünü qeyd etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays ilə görüşdük.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibinə daxil olan qurumlarla birgə layihələrin həyata keçirilməsi, o cümlədən Orta Dəhlizin inkişafı və tranzit potensialının artırılması ilə bağlı əməkdaşlığı müzakirə etdik.
Eyni zamanda kibertəhlükəsizlik və şəhər mobilliyi sahəsində birgə fəaliyyətlə bağlı müvafiq addımların atılmasını razılaşdırdıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik!
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bakıda səfərdə olan Vyetnam Sosialist Respublikasının elm və texnologiya naziri Nguyen Manh Hung ilə görüşdük.
Ölkələrimiz arasında İT, rəqəmsallaşma, texnologiyalar və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.
Eyni zamanda Vyetnam İT şirkətlərinin gələcəkdə Azərbaycanda fəaliyyət göstərməsi barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Monteneqroda keçirilən Avropa çempionatının dördüncü günündə cüdoçumuz Zelim Kotsoyev gümüş medal qazanıb.
İdmançımızı təbrik edir, millimizə qarışıq komanda yarışında uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Monteneqroda keçirilən Avropa çempionatının üçüncü günündə cüdoçularımız Zelim Tçkayev və Murad Fətiyev bürünc medal qazanıblar.
İdmançılarımızı təbrik edir, komandamıza davamlı uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Monteneqroda keçirilən Avropa çempionatının ikinci günündə cüdoçumuz Rəşid Məmmədəliyev bürünc medal qazanıb.
İdmançımızı təbrik edir, komandamıza davamlı uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Cüdoçumuz Əhməd Yusifov Monteneqroda keçirilən böyüklər arasında Avropa çempionatında bürünc medal qazanıb.
Bu münasibətlə idmançımızı təbrik edir və çempionatda iştirak edən bütün təmsilçilərimizə uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
2025-ci ilin I rübündə Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,8% artaraq 823,5 milyon manat təşkil edib.
#rİNN -
Rashad Nabiyev
@RashadNNabiyev
2025-ci ilin I rübündə Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,5% artaraq 3,278.1 milyon manat təşkil edib.
#rİNN -
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea ilə görüşdük.
İki ölkə arasında #nəqliyyat, o cümlədən avtomobil nəqliyyatı, dəmir yolu və aviasiya sahələrində əməkdaşlıq imkanlarını, xüsusən də uçuşların sayının artırılmasını, hava nəqliyyatı ilə yük daşımalarını müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan #nəqliyyat və #kommunikasiya Holdinqinin (#azcon) Müşahidə Şurasının ilk iclasını keçirdik.
İclasda AZCON-un inkişaf istiqamətləri, ümumi fəaliyyət planı və digər məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul etdik.
AZCON-un əsas hədəfləri ona idarəçiliyi həvalə olunmuş qurumlarda müasir korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsini, eləcə də bu qurumların rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının artırılmasını təmin etməkdir. -
Rashad Nabiyev
@RashadNNabiyev
İsrailin #yol infrastrukturu şirkəti “Netivei Israil”in rəhbərliyi ilə görüş keçirdik.
Görüşdə İsrailin şəhər nəqliyyatının idarəedilməsi daxil olmaqla #avtomobil və #dəmiryolu üzrə icra olunan layihələrə dair təqdimatlar edildi, bu sahədə rəqəmsallaşmanın tətbiqi haqqında məlumat verildi.
Eyni zamanda qarşı tərəf Azərbaycanla yol nəqliyyatı, o cümlədən dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıqda maraqlı olduqlarını bildirdi.
Həmçinin Azərbaycan şirkətlərinin İsraildə həyata keçirilən yol-nəqliyyat infrastrukturu layihələrində iştirakına dair fikir mübadiləsi aparıldı. -
Rashad Nabiyev
@RashadNNabiyev
İsrailin “ICL Group” və “Elbit Systems” şirkətlərinin rəhbərliyi ilə görüşdük.
“ICL Group” təmsilçiləri ilə #avtomobil və #dəmiryolu nəqliyyatı sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik. Görüş zamanı, xüsusilə Orta Dəhliz çərçivəsində daşımaların həyata keçirilməsində şirkətin mümkün iştirak perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
“Elbit Systems” nümayəndələri ilə görüşdə #kibertəhlükəsizlik, #rəqəmsal dayanıqlılıq və süni intellekt sahələrində strateji əməkdaşlığın dərinləşdirilməsi məsələləri diqqət mərkəzində oldu. Həmçinin ölkəmizdə mükəmməllik və təlim mərkəzlərinin yaradılması imkanları nəzərdən keçirildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
İsrailə səfər çərçivəsində #innovasiya, #elm və #texnologiya naziri Qila Qamliel ilə görüş keçirdik.
İnnovasiya, süni intellekt, #kibertəhlükəsizlik, #kosmos sahələrində əməkdaşlıq və qanunvericilik bazasının təkmilləşdirilməsi məsələlərini müzakirə etdik.
İsrailin texnoloji şirkətlərini Azərbaycanda ofislər açmağa, biliyə əsaslanan istehsal müəssisələri, İT tədris mərkəzləri və yüksək texnologiyalar sahəsində Mükəmməllik Mərkəzi yaratmağa dəvət etdik.
Görüşün nəticəsi olaraq iki ölkə arasında elm sahəsində əməkdaşlıq proqramına dair Anlaşma Memorandumu imzalandı. -
Rashad Nabiyev
@RashadNNabiyev
İsrailə səfər çərçivəsində #nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqev ilə görüşdük.
Ölkələrimiz arasında #tranzit potensialı, hava nəqliyyatı sahəsində əməkdaşlıq, yüklərin avtomobil nəqliyyatı ilə daşınması imkanlarını və nəqliyyat sahəsində insan kapitalının inkişafı ilə bağlı əməkdaşlıq perspektivlərini müzakirə etdik.
İsrailin yol təhlükəsizliyi və "ağıllı" nəqliyyat idarəetmə sistemləri üzrə qabaqcıl təcrübəsinin öyrənilməsinə dair fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
“Yüksəliş” müsabiqəsinin 5-ci mövsümü yenidən yüksək potensiallı və idarəetmə bacarığına sahib kadrlar üçün start götürüb.
Bu müsabiqə hər bir iştirakçıya innovativ imkanlar qazanmaq və yeni karyera hədəflərinə doğru irəliləmək üçün mühüm şərait yaradır.
Hər kəsi 10 aprelədək “Yüksəliş” müsabiqəsində qeydiyyatdan keçməyə dəvət edir və uğurlar arzulayırıq.
yukselish.az
#yüksəliş2025 #yüksəlişMüsabiqəsi #yüksəlişSizinləDavamEdir #ÖlkəninGələcəyiniQur -
Rashad Nabiyev
@RashadNNabiyev
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Elnur Abdullazadə və Salman Babazadə ilə Mentorluq proqramı çərçivəsində görüşdük.
Onların karyera inkişafı, idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və innovativ layihələrdə aktiv iştirakını müzakirə etdik.
Mentorluq proqramının növbəti addımları və fəaliyyət planına dair fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Müqəddəs Ramazan bayramı münasibətilə hər birinizi təbrik edirəm.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Novruz bayramı münasibətilə hər birinizi təbrik edir, cansağlığı, səadət və yeni uğurlar arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
#rəqəmsal İnkişaf və #nəqliyyat Nazirliyi yanında İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüşdük.
Ölkəmizdə rəqəmsallaşma və nəqliyyat sahələri üzrə görülmüş işlər və planlar haqqında danışdıq.
İctimai Şura üzvlərinin rəy və təkliflərini dinlədik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi Mariya Amparo Lopes Senovilya ilə görüşdük.
İki ölkə arasında #rəqəmsallaşma və #nəqliyyat, o cümlədən Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Eyni zamanda həftəlik uçuş tezliyinin artırılması, eləcə də dəmir yolu və metro nəqliyyatı sahəsində İspaniya şirkətləri ilə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam ilə görüşdük.
#nəqliyyat, xüsusilə aviasiya və dəniz nəqliyyatı sahələrində əməkdaşlıq imkanlarını və qanunvericilik bazasının genişləndirilməsi məsələlərini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə nəqliyyat sahəsində Mükəmməllik Mərkəzinin (excellence center) yaradılmasına və bununla bağlı İşçi qrupunun formalaşdırılmasına dair razılığa gəldik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Dəyərli xanımlar, sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc dolu günlər və yeni nailiyyətlər arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Samuxda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl və Gəncə sakinlərinin müraciətlərinə baxdıq.
Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
Xocalı faciəsi qurbanlarının xatirəsini əziz tutur və onları dərin ehtiramla anırıq.
#xocalıSoyqırımı #khojalygenocide -
Rashad Nabiyev
@RashadNNabiyev
Gürcüstana səfər çərçivəsində Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşdük.
İki ölkə arasında #nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığı, o cümlədən dəmiryolu ilə sərnişin daşımalarını müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Yüklərin Çindən Avropa istiqamətinə və geriyə daşınmasının səmərəli təşkili üçün mütəmadi tədbirlərin görülməsinə dair fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bakıda keçirilən #cüdo üzrə "Böyük Dəbilqə" turnirində cüdoçularımız Zelim Tçkayev qızıl, Rəşid Məmmədəliyev gümüş, Vüsal Qələndərzadə, Elşən Əsədov və Əhməd Yusifov bürünc medal qazanıblar.
Qalibləri təbrik edir, bazar günü mübarizəyə başlayacaq cüdoçulara uğurlar arzulayıram! -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Bakı Böyük Dəbilqə turnirinin açılış mərasimində Beynəlxalq #cüdo Federasiyasının prezidenti Marius Vizer ilə birlikdə iştirak etdik.
Turnir iştirakçılarını təbrik edərək komandalara uğurlar arzuladıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
2024-cü ildə Azərbaycan üzərindən keçən #tranzit yükdaşımaların həcmi 2023-cü illə müqayisədə 8,4% artaraq 14,5 milyon ton təşkil edib.
-
Rashad Nabiyev
@RashadNNabiyev
2024-cü ildə ölkəmizdə sabit #genişzolaqlı internetin orta sürəti 2023-cü illə müqayisədə 30.3 Mbit/s artaraq 65.6 Mbit/s təşkil edib.
-
Rashad Nabiyev
@RashadNNabiyev
2024-cü ildə Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2023-cü illə müqayisədə 12,9% artaraq 14,1 milyard manat təşkil edib.
-
Rashad Nabiyev
@RashadNNabiyev
2024-cü ildə Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2023-cü illə müqayisədə 11,7% artaraq 3,6 milyard manat təşkil edib.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Hacıqabul şəhərində Salyan, Kürdəmir, Hacıqabul rayonları və Şirvan şəhər sakinlərinin müvafiq müraciətlərinə baxdıq.
Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan Gəncləri Günü münasibətilə gənclərimizi təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Qusar şəhərində Quba, Xaçmaz və Qusar rayonları sakinlərinin müvafiq müraciətlərinə baxdıq.
Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı.
Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Pakistanın özəlləşdirmə, investisiya şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşdük.
Rashad Nabiyev
@RashadNNabiyev
İki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik.
Pakistanda yol-nəqliyyat sahəsində həyata keçirilən infrastruktur layihələrində Azərbaycan tərəfinin iştirakı məsələlərinə dair fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Ankara şəhərində Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Üç ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini, o cümlədən Orta Dəhlizin potensialının artırılması, infrastrukturun yaradılması və inkişafını müzakirə etdik.
Görüşün yekunlarına dair "Ankara Bəyannaməsi" imzalandı və nəqliyyat üzrə Fəaliyyət Planı qəbul edildi. -
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur və onları dərin ehtiramla anırıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibi Kayrat Sarıbay ilə görüşdük.
Azərbaycanın təşkilata sədrliyi çərçivəsində nəqliyyat və İKT sahəsində görüləcək işləri müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Müvafiq tədbirlərin keçirilməsi və layihələrin icrası ilə bağlı əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Beynəlxalq Telekommunikasiya İttifaqının Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Zavazava ilə görüşdük.
Azərbaycanla qurum arasında əməkdaşlıq məsələlərini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Ötən il Bakının ev sahibliyi etdiyi COP29 çərçivəsində birgə fəaliyyətimiz və bu ilin noyabrında ölkəmizdə keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına hazırlıq prosesi haqqında danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı-Qroznı reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Rashad Nabiyev
@RashadNNabiyev
Sərəncamla Kşnyakin İqor İvanoviç, Kalyaninov Aleksandr Georgiyeviç, Əliyeva Hökumə Cəlil qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı,
Əsədov Zülfiqar Sərdar oğlu, Rəhimli Aydan Vaqif qızı 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Rashad Nabiyev
@RashadNNabiyev
Dövlət başçısına göstərdiyi diqqətə görə minnətdarlığımızı bildiririk.
Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik.
president.az/az/articles/view/67819 -
Rashad Nabiyev
@RashadNNabiyev
-
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edirik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü münasibətilə cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında “Tərəqqi” medalı ilə təltif olunmuş sahə işçilərinə mükafatlarını təqdim etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Rabitə ustası” adı almış əməkdaşlara döş nişanları və vəsiqələrini verdik.
Cənab Prezidentə sahə işçilərinə göstərdiyi diqqətə görə minnətdarlığımızı bildirir, təltifə layiq görülənlərin hər birini təbrik edirik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anırıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdük, gənclərin karyera yüksəlişini dəstəkləyən mentorluq proqramı haqqında danışdıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan şəxslərin aşkar olunmasına, ölkədə kadr ehtiyatı bankının yaradılmasına böyük töhfədir.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı münasibətilə sahə əməkdaşlarını təbrik edir, çətin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyev rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısına sahə əməkdaşlarına göstərdiyi diqqətə görə minnətdarlığımızı bildirir, təltifə layiq görülənləri təbrik edirik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Saatlı şəhərində İmişli, Sabirabad və Saatlı rayonları sakinlərinin müvafiq müraciətlərinə baxdıq. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Çinin Sian Beynəlxalq Liman İdarəetmə Komitəsinin Baş katibi Sun Yiminlə görüşdük.
Sian Limanı ilə Azərbaycan Dəmir Yolları və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Sevindiricidir ki, 24 noyabrda Azərbaycan - Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salındı.
-
Rashad Nabiyev reposted
İlham Əliyev
@azpresident
COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!
#cop29 #cop29azerbaijan -
Rashad Nabiyev
@RashadNNabiyev
İsrailin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevlə görüşdük.
Hava nəqliyyatı, "ağıllı" nəqliyyat sistemləri və dəniz nəqliyyatı sahəsinin rəqəmsallaşdırılması üzrə gələcək əməkdaşlıq məsələlərini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Bu istiqamətdə müvafiq işçi qrupunun yaradılması və bu çərçivədə müzakirələrin aparılması barədə razılığa gəldik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Çilinin nəqliyyat və telekommunikasiya naziri Xuan Karlos Munyosla görüşdük.
İki ölkə arasında Beynəlxalq Nəqliyyat Forumu çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanın gələn il sədrlik edəcəyi forumla əlaqədar prioritetlərin müəyyənləşdirilməsi və bu istiqamətdə Çili təcrübəsinin öyrənilməsi ilə bağlı fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Pakistanın özəlləşdirmə, investisiya şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xanla görüşdük.
İki ölkə arasında nəqliyyat, xüsusilə aviasiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Aviasiya operatorlarının birgə fəaliyyəti barədə fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
COP29 çərçivəsində keçirilmiş Urbanizasiya, Nəqliyyat və Turizm Günündə “Yaşıl şəhər nəqliyyatı” mövzusunda dəyirmi masada iştirak etdik.
Dayanıqlı şəhər nəqliyyat sisteminin milli, regional və şəhər planlaşdırma strukturlarına inteqrasiyası üzrə strategiyaları müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Şəhər nəqliyyatının dekarbonizasiyasını sürətləndirmək üçün daha sıx əməkdaşlığın təşviq edilməsi ilə bağlı fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
COP29-un Urbanizasiya, Nəqliyyat və Turizm Günündə “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masasında iştirak etdik.
Orta Dəhliz və qlobal miqyaslı digər dəhlizlərdə dayanıqlılıq və rəqəmsallaşma ilə bağlı müzakirə apardıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Dəyirmi masanın yekununda regionda dayanıqlı inkişaf və rəqəmsal transformasiya prosesini irəlilətmək üçün kollektiv öhdəliyi əks etdirən kommunike qəbul etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Baş katibi Umberto de Pretto ilə görüşdük.
Orta Dəhlizin inkişafı və rəqəmsallaşdırılması üzrə müvafiq tədbirlərin görülməsi istiqamətində təşkilatla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanlı mütəxəssislərin təşkilatda işə cəlb edilməsi məsələlərinə dair fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Doreen Bogdan-Martin ilə görüşdük.
Təşkilatla Azərbaycan arasında telekommunikasiya sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün COP29 çərçivəsində birgə keçirdiyimiz Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada qəbul edilmiş və 1000-dən çox maraqlı tərəfin dəstəklədiyi Bəyannamənin vacibliyini vurğuladıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Növbəti il Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına hazırlığa dair fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
COP tarixində ilk dəfə keçirilən Rəqəmsallaşma Günündə Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada iştirak etdik.
Rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası və uğurlu davamlılıq təşəbbüsləri ilə bağlı müzakirə apardıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Ümumilikdə 1000-dən çox hökumət, şirkət, vətəndaş cəmiyyəti təşkilatı, eləcə də beynəlxalq və regional təşkilatlar və digər maraqlı tərəflərin dəstəklədiyi Yaşıl Rəqəmsal Fəaliyyət üzrə COP29 Bəyannaməsini qəbul etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi xanım Tatyana Molçan ilə görüşdük.
Orta Dəhlizin potensialının artırılması üzrə görüləcək işlər və bu istiqamətdə UNECE-nin göstərə biləcəyi mümkün dəstək məsələlərini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
COP29 çərçivəsində təşkil edəcəyimiz “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” tədbiri barədə danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Dünya Bankının Rəqəmsal transformasiya üzrə vitse-prezidenti Sanqbu Kim ilə görüşdük.
Azərbaycanda rəqəmsallaşma sahəsində layihələrin həyata keçirilməsi, eləcə də təlim mərkəzinin yaradılması məsələsini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Rəqəmsal bacarıqların inkişafı və müvafiq sahələrdə təhsilin təşkilinə dair fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
CISCO-nun baş vitse-prezidenti Meri De Vısotski ilə görüşdük.
İnformasiya texnologiyalarının müxtəlif sahələri, o cümlədən süni intellekt üzrə əməkdaşlıq imkanlarını müzakirə etdik.
Birgə təlimlərin təşkili, ölkəmizdə regional mərkəzin yaradılması məsələlərini nəzərdən keçirdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Misirin beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşatla görüşdük.
İki ölkə arasında müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və Misir tərəfinin Orta Dəhlizlə daşımalara cəlb olunması məsələlərini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiya çərçivəsində növbəti addımlar, o cümlədən biznes dairələri arasında əməkdaşlığa dair fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət trekinin yüksəksəviyyəli açılış sessiyasında iştirak etdik.
Rəqəmsal texnologiyalar sənayesində davamlılıq üzrə əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
İqlim dəyişikliyi ilə mübarizədə güclü vasitə olan rəqəmsallaşmanın potensialından tam yararlanmaq üçün həyata keçirilə biləcək tədbirlər barədə fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün COP29 çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Avropa İnvestisiya Bankı arasında Anlaşma Memorandumu imzalandı.
Memoranduma əsasən, tərəflər Bakı Metropoliteni şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə əməkdaşlıq edəcək.
Rashad Nabiyev
@RashadNNabiyev
Metro şəbəkəsinin inkişafı ictimai nəqliyyatın xidmət keyfiyyətini və əlçatanlığını artırmaqla yanaşı, paytaxtın ekoloji vəziyyətinə müsbət təsir göstərəcək.
-
Rashad Nabiyev
@RashadNNabiyev
COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Belçika Krallığının Baş naziri Aleksandr De Kronun rəhbərlik etdiyi nümayəndə heyəti Ələt qəsəbəsində yerləşən Bakı Limanında oldu.
Rashad Nabiyev
@RashadNNabiyev
Qarşı tərəflə Orta Dəhlizin inkişafına və limanın regionda əsas nəqliyyat və logistika qovşağı olmasına dair müzakirə apardıq.
Bakı Limanının tikintisinin ikinci fazası üzrə görülən işlər barədə məlumat verdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Avropa İnvestisiya Bankının vitse-prezidenti Teresa Çervinska ilə görüşdük.
Azərbaycanda metro şəbəkəsinin genişləndirilməsi layihəsinin maliyyələşməsi məsələsini müzakirə etdik.
Rəqəmsallaşma istiqamətində layihələrə dair fikir mübadiləsi apardıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşdük.
Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələr haqqında danışdıq. Bu layihələrin maliyyələşməsində Bankın mümkün iştirakı məsələsini müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Arsenio Dominquez ilə görüşdük.
Əməkdaşlıq məsələlərini, xüsusilə təşkilatın Orta Dəhlizin inkişafı istiqamətində görə biləcəyi işləri müzakirə etdik.
Bundan əlavə, regional təlim mərkəzinin yaradılması məsələsini də nəzərdən keçirdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, Ordumuzun rəşadəti sayəsində qazanılmış Zəfərimizin növbəti ildönümü münasibətilə həmvətənlərimizi təbrik edirik.
Bayramınız mübarək! -
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması haqqında Fərman imzalayıb.
Cənab Prezidentə nəqliyyat və kommunikasiya sektoruna göstərdiyi diqqət və qayğıya görə dərin təşəkkürümüzü bildiririk.
Rashad Nabiyev
@RashadNNabiyev
Bizə göstərilən böyük etimadı doğrultmaq üçün bundan sonra da var gücümüzlə çalışacağıq.
president.az/az/articles/view/67237 -
Rashad Nabiyev
@RashadNNabiyev
Neftçalada Hacıqabul, Salyan, Biləsuvar, Neftçala rayonları və Şirvan şəhəri sakinlərinin müvafiq müraciətlərinə baxdıq. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün cənab Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları və Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu.
Rashad Nabiyev
@RashadNNabiyev
Dövlətimizin başçısına qatarlar barədə məlumat verdik, elektrik mühərrikli “BYD” markalı avtobus və “TX5” markalı taksi nəqliyyat vasitələrini təqdim etdik.
Cənab Prezidentə ölkəmizdə nəqliyyat sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıya görə dərin təşəkkürümüzü bildiririk. -
Rashad Nabiyev
@RashadNNabiyev
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14% artaraq 10,4 milyard manat təşkil edib.
-
Rashad Nabiyev
@RashadNNabiyev
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 12,7% artaraq 2,6 milyard manat təşkil edib.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirəcəyi Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda iştirak üçün seçilmiş məktəblilərlə görüşdük. Uşaqlarla gələcək təhsil istiqamətləri, peşə seçimi və digər mövzular ətrafında diskussiya apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının növbəti iclasını keçirdik. Tranzit yükdaşımaları, o cümlədən Orta Dəhliz üzrə yüklərin daşınmasına dair cari vəziyyəti və aktual məsələləri müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
“PAŞA Holding”in təşkilatçılığı ilə keçirilən “INMerge” İnnovasiya Sammitində iştirak etdik. Azərbaycanda innovasiya ekosisteminin inkişafı üçün həyata keçirilən tədbirlər, bu sahədə mövcud olan yeni tendensiyalar və icra olunan rəqəmsallaşma prosesləri haqqında məlumat verdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Sammit çərçivəsində Azərbaycanda startap və innovativ layihələr üçün maliyyə əlçatanlığını təmin etmək məqsədilə “INMerge Ventures” vençur fondunun təsis edilməsi haqqında Anlaşma Memorandumu imzalandı.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktorunun müavini xanım Şiahonq Yanqla görüşdük.
Nəqliyyat, xüsusilə də dəmiryolu və metro sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə ictimai nəqliyyatın inkişafı istiqamətində bank tərəfindən göstərilə biləcək dəstəklə bağlı fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Mingəçevir şəhərində yerləşən “Qədiroğlu” cüdo klubunda idmançılar üçün yaradılan şəraitlə tanış olduq.
Regionlarda cüdo zallarının maddi-texniki bazası yaxşılaşdırılır, yeni zallar açılır və cüdo ilə məşğul olmaq üçün müraciət edən uşaq və yeniyetmələrin sayı artır.
Rashad Nabiyev
@RashadNNabiyev
Sevindirici haldır ki, artıq özəl sektor tərəfindən də korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində bu işlərə dəstək verilir. “Qədiroğlu” cüdo klubunun rəhbəri Ayaz Ümüdəliyevə təşəkkürümü bildirir, kluba fəaliyyətində uğurlar arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Mingəçevirdə Yevlax rayonu və Mingəçevir şəhəri sakinlərinin müvafiq müraciətlərinə baxdıq. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
"Lapis Lazuli" marşrutunun canlandırılması ilə bağlı məsələlərin müzakirəsi məqsədilə İstanbulda keçirilən tədbirdə iştirak etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Marşrutun səmərəli fəaliyyəti üçün üzv dövlətlərdə infrastrukturun inkişafı ilə bağlı müvafiq işlərin görülməsi, ölkələr arasında məlumat mübadiləsinin aparılması, məşvərət qrupunun yaradılması və Fəaliyyət Planının hazırlanmasını müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində beynəlxalq və regional əməkdaşlığa xüsusi önəm verdiyini vurğuladıq. Son 20 ildə ölkəmiz tərəfindən bu istiqamətdə həyata keçirilmiş mühüm tədbirlər barədə məlumat verdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri Həmidullah Axundzadə ilə görüşdük. Nəqliyyat sahəsində ikitərəfli və "Lapis Lazuli" marşrutu çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanlarını müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Türkiyəyə işgüzar səfər çərçivəsində nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüşdük. Nəqliyyat sahəsində əməkdaşlığı, Orta Dəhlizin daşıma potensialının artırılması üçün birgə görüləcək işləri, eləcə də Bakı-Tbilisi-Qars layihəsinin inkişafını müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
27 sentyabr ölkəmizin suverenliyinin tam bərqərar olunmasına yol açan tarixi gündür. Qürur mənbəyimiz olan şəhidlərimizi dərin ehtiramla anırıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Çinin Nəqliyyat Nazirliyinin Pekində təşkil etdiyi Qlobal Dayanıqlı Nəqliyyat Forumunda iştirak etdik. Ölkəmizdə nəqliyyat sektorunda həyata keçirilən layihələr və bu sahənin rəqəmsallaşdırılması üzrə görülən işlər haqqında forum iştirakçılarına məlumat verdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanın strateji infrastruktura sərmayə qoymaqla Orta Dəhlizin inkişafında və beynəlxalq iqtisadi əməkdaşlığın təşviqində də mühüm rol oynadığını diqqətə çatdırdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Çin Mülki Aviasiya Administrasiyasının rəhbəri Sonq Jiyonqla görüşdük. İki ölkə arasında hava nəqliyyatı sahəsində perspektivləri müzakirə etdik. Qarşılıqlı maraq doğuran məsələlərin daha operativ həlli üçün müvafiq işçi qruplarının əməkdaşlığı barədə razılığa gəldik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Çinə səfər çərçivəsində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Baş katibi Yunq Ta Kimlə görüşdük. Azərbaycanın 2025 – 2026-cı illər üçün BNF-yə prezidentliyi məsələləri, bu istiqamətdə prioritetlər və təşkilatla əməkdaşlığı müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə COP29 çərçivəsində keçiriləcək “Yaşıl ictimai nəqliyyat” mövzusunda nazirlər görüşü ilə əlaqədar müvafiq işlərin görülməsinə dair fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Çinin nəqliyyat naziri Li Siopenlə görüşdük. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində münasibətlərin cari vəziyyəti və gələcək inkişaf perspektivlərini, Orta Dəhliz çərçivəsində əməkdaşlığı müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
İki ölkə arasında normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin avtomobil və dəmiryolu, ictimai nəqliyyat, hava nəqliyyatı sahələrində Çin tərəfi ilə əməkdaşlığın genişləndirilməsi haqqında fikir mübadiləsi apardıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Çinin nəqliyyat nazirini ölkəmizdə COP29 çərçivəsində “Dayanıqlı və rəqəmsal Orta Dəhliz” və “Yaşıl ictimai nəqliyyat” mövzularında keçiriləcək nazirlər iclaslarına dəvət etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Çinə səfər çərçivəsində Çin Dövlət Dəmir Yolları İdarə Heyətinin sədri Liu Jenfanqla görüşdük. İki ölkə arasında dəmiryolu sahəsində əməkdaşlığın daha da genişləndirilməsini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan və Çin arasında dəmiryolu ilə tranzit daşımaların həcminin ötən ilin analoji dövrü ilə müqayisədə 275% artdığı qeyd edildi.
Rashad Nabiyev
@RashadNNabiyev
Liu Jenfanq Çinin Orta Dəhlizin Cənub marşrutunun inkişafında və Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yollarının birgə iştirakı ilə yaradılmış “Middle Corridor Multimodal” şirkətinin işinə qoşulmaqda maraqlı olduğunu bildirdi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Çinə işgüzar səfər çərçivəsində Çinin Orta Dəhliz üzərindən fəaliyyət göstərən aparıcı logistika şirkətlərinin rəhbərləri və əyalətlərin rəsmiləri ilə görüşdük.
Rashad Nabiyev
@RashadNNabiyev
Orta Dəhliz vasitəsilə daşımaların təşkili, infrastrukturun ötürücülük qabiliyyətinin artırılması sahəsində gorülən işlər və qonşu ölkələrlə əməkdaşlıq məsələlərini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Çin nümayəndələri son zamanlar Orta Dəhliz üzrə daşımaların sürətinin artmasında, keyfiyyət göstəricilərində irəliləyiş müşahidə olunduğunu bildirdilər.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Dövlət qulluqçularının və mülki aviasiya işçilərinin peşə bayramları münasibətilə cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş rəqəmsal inkişaf və nəqliyyat sahəsi işçilərinə dövlət mükafatlarını təqdim etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezidentə sahə əməkdaşlarına göstərdiyi diqqətə görə minnətdarlığımızı bildirir, təltifə layiq görülənləri təbrik edirik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddinlə görüşdük. İki ölkə arasında informasiya texnologiyaları və hava nəqliyyatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko ilə görüşdük. İki ölkə arasında nəqliyyat və İKT sahəsində əməkdaşlığı müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
İraqın ticarət naziri Atir Əl-Qurayr ilə görüşdük. İki ölkə arasında əməkdaşlıq çərçivəsində maraq doğuran məsələləri müzakirə etdik. İraqda nəqliyyat və yol infrastrukturu üzrə həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakını nəzərdən keçirdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan “Dubai Port World” şirkətinin baş icraçı direktoru Raj Jit Singh Uallia ilə görüşdük. Dünyada tanınmış liman operatorunun nümayəndələri ilə tranzit daşımaları sahəsində əməkdaşlığı nəzərdən keçirdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan üzərindən keçən tranzit dəhlizlərinin səmərəli fəaliyyəti üçün birgə daşıma texnologiyalarının hazırlanması və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Cüdo üzrə Dünya və Avropa çempionatlarında uğur qazanmış yeniyetmələr və gənclərdən ibarət milli komandaların heyəti ilə görüş keçirdik. Yarışlarda əldə olunmuş yüksək nailiyyətlər münasibətilə komanda üzvlərini təbrik etdik, uğurlarının davamlı olmasını arzuladıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Masallı rayonunda yerləşən cüdo zalında məşqçilər və cüdoçularla görüşdük. Bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olduq.
Azərbaycan Cüdo Federasiyasının əsas məqsədlərindən biri gələcək nəsillərin sağlam və layiqli vətəndaşlar kimi yetişməsinə dəstək olmaqdır. -
Rashad Nabiyev
@RashadNNabiyev
Masallı şəhərində Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarının sakinlərinin müraciətlərinə baxdıq. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması üçün nazirliyin qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Husyevlə görüşdük. İki ölkə arasında nəqliyyat və İKT sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşdük. İki ölkə arasında İT sahəsində əməkdaşlıq perspektivləri və Bakıda keçiriləcək COP29-a hazırlıq məsələlərini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonla görüşdük. İki ölkə arasında nəqliyyat sahəsində, o cümlədən Orta dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Tacikistan yüklərinin Azərbaycan üzərindən daşınması məsələlərini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bakıda mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üçün həyata keçirilən layihə çərçivəsində 10 km-dən artıq velisoped yolu salınıb və şəbəkənin genişləndirilməsi nəzərdə tutulur.
Rashad Nabiyev
@RashadNNabiyev
Artıq ilk velosiped kirayəsi xidməti – “bike-sharing” işə başlayıb. Bu səmərəli fəaliyyətin iştirakçılarına uğurlar arzu edirik!
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bakıda səfərdə olan “Starlink” peyk sisteminin qlobal lisenziyalar və yeni bazarlar üzrə direktoru Rebekka Slik Hanterlə görüşdük.
Azərbaycanda “Starlink” genişzolaqlı peyk internet xidmətinin təşkili məsələlərini müzakirə etdik. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bərdə şəhərində Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Goranboy, Xocalı, Xocavənd və Laçın sakinlərinin müraciətlərinə baxdıq. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması üçün nazirliyin qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyev XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi və Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncamlar imzalayıb.
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezidentə idmançılara göstərdiyi böyük diqqətə görə minnətdarlığımızı bildirir, mükafata və təltifə layiq görülənləri təbrik edirik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Prezident Aparatının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşdük.
Ölkələrimiz arasında İKT, kosmik sənaye, süni zəka və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanda bu sahələrdə təlim proqramlarının həyata keçirilməsi və iki ölkə mütəxəssislərinin təcrübə mübadiləsinin təşkili istiqamətində tədbirlər görülməsini qərarlaşdırdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
"Paris-2024" Yay Olimpiya Oyunlarında daha bir güləşçimiz uğur əldə etdi.
Bürünc medal qazanması münasibətilə Maqomedxan Maqomedov və Azərbaycan Güləş Federasiyasını təbrik edir, yeni qələbələr arzulayıram! -
Rashad Nabiyev
@RashadNNabiyev
"Paris-2024" Yay Olimpiya Oyunlarında bürünc medal qazanması münasibətilə güləşçimiz Georgi Meşvildişvili və Azərbaycan Güləş Federasiyasını təbrik edir, yeni uğurlar arzulayıram!
-
Rashad Nabiyev
@RashadNNabiyev
"Paris-2024" Yay Olimpiya Oyunlarında gümüş medal qazanması münasibətilə boksçumuz Alfonso Dominqesi və Azərbaycan Boks Federasiyasını təbrik edir, yeni uğurlar arzulayıram!
-
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanda İKT sahəsində gənc istedadların yetişdirilməsi məqsədilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Almaniyanın nüfuzlu ali məktəbi - "Constructor University Bremen"lə birgə "Digital Azerbaijan Talent School" proqramına start verib.
Rashad Nabiyev
@RashadNNabiyev
Proqram vasitəsilə gənclər qabaqcıl proqramlaşdırma bacarıqları, alqoritmik təfəkkür və beynəlxalq arenada üstünlük qazanmaq üçün zəruri olan səriştələri əldə edəcəklər.
Bu proqramda iştirak edəcək bütün gənclərimizə uğurlar arzulayırıq! -
Rashad Nabiyev
@RashadNNabiyev
Qürurvericidir ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında taekvondoçumuz Qaşım Maqomedov gümüş, güləşçimiz Həsrət Cəfərov bürünc medal qazanıb.
Onları bu qələbə münasibətilə təbrik edir, bütün idmançılarımıza uğurlar arzulayıram! -
Rashad Nabiyev
@RashadNNabiyev
Daha bir Olimpiya çempionumuz - Zelim Kotsoyev!
İlin ən uğurlu titulları olan Avropa və Dünya çempionatlarının qızıl medallarını qazanmaqla yanaşı, Zelim Kotsoyev Olimpiya zirvəsini fəth edən ikinci idmançımız oldu.
Rashad Nabiyev
@RashadNNabiyev
Bir daha "Paris-2024" Yay Olimpiya Oyunlarında vətənimizin bayrağı zirvələrə qalxdı. Onun bu zəfəri Azərbaycan xalqına ikiqat sevinc bəxş etdi.
Hər kəsi möhtəşəm qələbə münasibətilə təbrik edir, digər idman növlərində də ölkəmizi təmsil edən idmançılarımıza uğurlar arzulayıram! -
Rashad Nabiyev
@RashadNNabiyev
Hidayət Heydərov Olimpiya çempionu oldu!
Bu il karyerasında dördüncü dəfə Avropa və ilk dəfə dünya çempionu olan Hidayət Heydərov "Paris - 2024" Yay Olimpiya Oyunlarında nümayiş etdirdiyi parlaq çıxışı ilə Olimpiya zirvəsinə də ucaldı.
Rashad Nabiyev
@RashadNNabiyev
Onun dörd ilin əsas idman yarışında qazandığı bu zəfər Azərbaycan xalqına böyük sevinc bəxş etdi.
Hər kəsi möhtəşəm qələbə münasibətilə təbrik edirəm! Növbəti günlərdə mübarizə aparacaq cüdoçularımıza uğurlar arzulayıram! -
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan gəncliyinin formalaşmasında və ölkədə idmanın inkişafında mühüm rol oynayan Gənclər və İdman Nazirliyinin yaradılmasından 30 il ötür.
Bu əlamətdar tarix münasibətilə sahə əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Dördüncü “Yüksəliş” müsabiqəsinin bütün qaliblərini təbrik edir və uğurlarının davamlı olmasını arzulayırıq.
Qaliblər sırasında nəqliyyat və rəqəmsallaşma sahəsində çalışan tanış simaları da görmək xoşdur.
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezidentə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək şəxslərin aşkar olunmasına böyük töhfə verən “Yüksəliş” müsabiqəsini təsis etdiyinə görə minnətdarlığımızı bildiririk.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan İsrailin regional əməkdaşlıq naziri David Amsalemlə görüşdük. İki ölkə arasında innovasiyalar, kosmik sahə və aviasiya üzrə əməkdaşlıq məsələlərini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ağsu şəhərində Qobustan, Şamaxı, İsmayıllı, Ağsu və Kürdəmir rayonlarının sakinlərinin müvafiq müraciətlərinə baxdıq. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin aidiyyəti qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Türkiyənin ilk astronavtı Alper Gezeravcı ilə görüşdük. Kosmik sahə və əlaqədar innovasiyaların gündəlik həyatımıza töhfələri haqqında müzakirə apardıq. Azərbaycanda kosmik innovasiya ekosisteminin inkişafı istiqamətində görülən işlər barədə danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə rəşadətli ordumuzun əsgər və zabitlərini təbrik edir, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Siyəzən şəhərində Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərinin müvafiq müraciətlərinə baxdıq. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin aidiyyəti qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Qurban bayramı münasibətilə xalqımızı təbrik edir, ən xoş arzularımı çatdırıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan tarixinə yeni inkişaf dövrünün başlanğıcı kimi yazıldı. Həmvətənlərimizi Milli Qurtuluş Günü münasibətilə təbrik edirəm.
-
Rashad Nabiyev
@RashadNNabiyev
2024-cü ilin yanvar-may aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,1% artaraq 5,4 milyard manat olub.
-
Rashad Nabiyev
@RashadNNabiyev
2024-cü ilin yanvar-may aylarında Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,0% artaraq 1,3 milyard manat olub.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bakıda AZAL-ın “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin təşkilatçılığı ilə keçirilən CANSO-nun Ümumdünya Aeronaviqasiya Sammitində iştirak etdik. CANSO ilə əməkdaşlıq və hava hərəkətinin idarə edilməsində dayanıqlılıq və irəliləyişimiz haqqında danışdıq.
Rashad Nabiyev
@RashadNNabiyev
“Ümumdünya Aeronaviqasiya Sammiti 2024” və CANSO-nun 28-ci İllik Ümumi İclasına ev sahibliyi etməyin Azərbaycanın aviasiya sektorunda artan təsirini və liderliyini göstərdiyini diqqətə çatdırdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Beynəlxalq Dəniz Təşkilatının (IMO) Baş katibi Arsenio Dominquez ilə görüşdük. Ölkəmizdə dənizçilik sahəsində həyata keçirilən yeniliklər və planlaşdırılan işlər haqqında məlumat verdik. Qarşılıqlı məqsədlərimizə nail olmaq üçün IMO ilə potensial əməkdaşlığı müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
We look forward to welcoming the participants of the Civil Air Navigation Services Organization (CANSO) Global ATM Summit and 28th Annual General Meeting in Baku on June 11-13.
More: canso.org/event/canso-global-atm-summit-2024-and-28th-agm/ -
Rashad Nabiyev
@RashadNNabiyev
Cəmi bir neçə gün sonra – 11-13 iyunda Bakıda keçiriləcək Ümumdünya Aeronaviqasiya Sammiti və CANSO-nun 28-ci illik ümumi iclasının iştirakçılarını qarşılayacağıq.
Ətraflı: canso.org/event/canso-global-atm-summit-2024-and-28th-agm/ -
Rashad Nabiyev
@RashadNNabiyev
28 May – Müstəqillik Günü münasibətilə həmvətənlərimizi təbrik edir, müstəqilliyimizin əbədi olmasını arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Əbu-Dabi şəhərində keçirilən Dünya çempionatında cüdoçumuz Zelim Kotsoyev ölkəmizə ikinci qızıl medal qazandırdı. Komandamızı Dünya çempionatı zamanı nümayiş etdirdiyi yüksək nəticələr münasibətilə təbrik edirəm!
-
Rashad Nabiyev
@RashadNNabiyev
Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə dünya çempionatında Hidayət Heydərov 11 ildən sonra ölkəmizə yenidən qızıl medal qazandırıb.
İdmançımızı bu əlamətdar nailiyyət münasibətilə təbrik edirəm! -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Şəki şəhərində Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonları sakinlərinin müvafiq müraciətlərinə baxdıq. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin aidiyyəti qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Belarusun nəqliyyat və kommunikasiya naziri Aleksey Lyaxnoviçlə görüşdük. Dəmiryolu, avtomobil və hava nəqliyyatı ilə daşımalar sahəsində əməkdaşlığı müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycandan keçən nəqliyyat dəhlizləri, o cümlədən Şimal-Cənub Nəqliyyat Dəhlizi və iki ölkə arasında nəqliyyat sahəsi üzrə rəqəmsallaşma məsələləri barədə fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 21% artaraq 4.184,1 milyon manat olub.
-
Rashad Nabiyev
@RashadNNabiyev
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1.040,2 milyon manat olub.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik!
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupmanla görüşdük. Avropa İttifaqı və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığı, xüsusilə Orta Dəhlizin inkişafı məsələlərini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Xorvatiyada keçirilən Avropa çempionatında Elcan Hacıyev Avropa çempionu olub. O öz çəki dərəcəsində bu titula sahib olan ilk azərbaycanlı kimi tarixə düşüb.
Rashad Nabiyev
@RashadNNabiyev
Medal əyarına görə Azərbaycan indiyədək Avropa çempionatında ən yaxşı nəticə göstərib.
Komandamızı bu turnirdə qazandığı parlaq qələbələr münasibətilə təbrik edir və uğurlarının davamlı olmasını arzulayıram! -
Rashad Nabiyev
@RashadNNabiyev
Xorvatiyada keçirilən Avropa çempionatında cüdoçumuz Hidayət Heydərov 4 qat Avropa çempionu olub.
Bu tarixi nailiyyətlə bağlı idmançımızı təbrik edir və uğurlar arzulayıram! -
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin Sektor İqtisadiyyatı və İqtisadi Siyasət Komitəsinin sədri David Sonqulaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Azərbaycan və Gürcüstan arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Vətəndaşların qəbulu ilə əlaqədar Ağdaşa səfər çərçivəsində şəhid polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlunun ailəsini ziyarət etdik. Ailə üzvlərinin şəhidlə bağlı xatirələrini dinlədik, onun keçdiyi rəşadətli döyüş yolundan danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Ağdaş şəhərində Ucar, Zərdab, Ağdaş, Göyçay, Yevlax və Qəbələ rayonlarının sakinlərinin müraciətlərinə baxdıq. Məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
2024-cü ilin I rübü ərzində Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8% artaraq 766,4 milyon manat olub. Bununla da sektorun ÜDM-də payı 1,5%-dən 1,7%-ə yüksəlib.
-
Rashad Nabiyev
@RashadNNabiyev
2024-cü ilin I rübü ərzində Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9% artaraq 3.154,5 milyon manat olub. Bununla da sektorun ÜDM-də payı 5,5%-dən 6,8%-ə yüksəlib.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Teri Hakala ilə görüşdük. Nəqliyyat, o cümlədən aviasiya sahəsində və Orta Dəhliz istiqamətində əməkdaşlığın inkişafını müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə birlikdə Azərbaycanın turizm şirkətlərinin nümayəndələri ilə görüşdük. Səmərəli nəqliyyat sisteminin turizmin inkişafında rolunu və dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini müzakirə etdik, iştirakçıların təkliflərini dinlədik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür.
Qürurvericidir ki, Azərbaycan 50 il sonra – ötən ilin oktyabr ayında yenidən Beynəlxalq Astronavtika Konqresinə uğurla ev sahibliyi etdi. Bakı Konqresi gənclərin bu sahəyə cəlb olunması baxımından əhəmiyyətli töhfə oldu. -
Rashad Nabiyev
@RashadNNabiyev
Müqəddəs Ramazan bayramı münasibətilə hər birinizi təbrik edir, ən xoş arzularımı çatdırıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizin rəqəmsal transformasiyasını sürətləndirən mühüm layihələrdən olan "SİMA İmza" mobil tətbiqinin istifadəçi sayı 1 milyonu ötüb.
"SİMA İmza"nın arxasında duran komandanı təbrik edir, yeni nailiyyətlər arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
Novruz bayramı münasibətilə hər birinizi təbrik edir, cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıram. Bayramınız mübarək!
-
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat sahəsində çalışan bir qrup əməkdaş Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar yubiley medalı ilə təltif edilib.
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezidentə sahə işçilərinə göstərdiyi diqqətə görə minnətdarlığımızı bildirir, təltifə layiq görülənləri təbrik edirik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
“Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkədə 2,077 min ev təsərrüfatı və biznes subyekti yüksəksürətli internet xidmətləri ilə əhatə edilib. Bununla da layihənin 71%-i icra olunub. Nəticədə Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti 37,3 Mbit/s təşkil edib.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Vətəndaşların qəbulu ilə əlaqədar Şəmkir rayonuna səfər çərçivəsində şəhid Mətləb Zamanovun ailəsini ziyarət etdik. Ailə üzvlərinin şəhidlə bağlı xatirələrini dinlədik, onun keçdiyi şərəfli döyüş yolundan danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Şəmkirdə Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux rayonları və Gəncə şəhərinin sakinlərinin müraciətlərinə baxdıq. Məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanda səfərdə olan Almaniyanın Şərqi Biznes Assosiasiyasının və müvafiq sahədə fəaliyyət göstərən alman şirkətlərinin nümayəndələri ilə görüşdük. Nəqliyyat sahəsində əməkdaşlıq imkanları və alman şirkətlərinin ölkəmizdə fəaliyyəti ilə bağlı müzakirələr apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Xocalı faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edirik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bakı Böyük Dəbilqə turnirinin ikinci günündə Azərbaycan cüdoçuları 2 qızıl və 1 gümüş medal qazanıblar. Hidayət Heydərov və Zelim Tçkayev qızıl medal, Ömər Rəcəbli isə gümüş medal əldə edib. Bütün qalibləri təbrik edir, komandamıza davamlı uğurlar arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə birlikdə cüdo üzrə milli komandalarımızın təlim-məşq mərkəzində olduq. Azərbaycanda cüdo idman növünün daha da inkişaf etdirilməsi istiqamətində gələcək əməkdaşlığı müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Bakı Böyük Dəbilqə turnirinin açılışında iştirak etdik. Yarışın ilk günündə cüdoçularımız Balabəy Ağayev və Yaşar Nəcəfov bürünc medal qazandılar.
Qalib idmançıları təbrik edir və komandamıza davamlı uğurlar arzulayıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
2024-cü ilin yanvar ayı ərzində Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artaraq 1.010,6 milyon manat olub. Bununla da sektorun ÜDM-də payı 5,4%-dən 7,0%-ə yüksəlib.
-
Rashad Nabiyev
@RashadNNabiyev
2024-cü ilin yanvar ayı ərzində Azərbaycanda informasiya və rabitə sektoru üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,3% artaraq 258,2 milyon manat olub. Bununla da sektorun ÜDM-də payı 1,5%-dən 1,8%-ə yüksəlib.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevlə birlikdə Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının məşqçi sertifikat proqramında iştirak edən cüdo məşqçilərinə sertifikatlar təqdim etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Xaçmaz şəhərində Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərinin müvafiq müraciətlərinə baxdıq. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Şahin Mahmudzadə və Azad Qəribovla görüşdük. Qaliblərin peşəkar bacarıqlarının artırılması istiqamətində fikir mübadiləsi apardıq, onların yanaşmaları ilə tanış olduq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə görüşdük. İki ölkə arasında nəqliyyat və İKT sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə etdik. Ölkəmizin bu il ev sahibliyi edəcəyi mötəbər tədbir - COP29 ətrafında fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş 20 Yanvar şəhidlərini dərin ehtiramla anırıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Vətəndaşların qəbulu ilə əlaqədar Naxçıvan şəhərinə səfər çərçivəsində şəhid mayor Həsənov Sadiq Əli oğlunun ailə üzvləri ilə görüşdük. Onların şəhidlə bağlı xatirələrini dinlədik, keçdiyi rəşadətli döyüş yolundan danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Naxçıvanda Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının, Naxçıvan şəhərinin sakinlərinin müraciətlərinə baxdıq. Məsələlərin bir hissəsi yerində müsbət həllini tapdı. Digər qisminin araşdırılması üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Xalqımızı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm.
-
Rashad Nabiyev
@RashadNNabiyev
“Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Elkiyar Ziyadov və Etibar Hüseynovla görüşdüm. Qaliblərlə mentorluq dövründə onların şəxsi inkişafı və peşəkar bacarıqlarının artırılması ilə əlaqədar fikir mübadiləsi apardım.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Səudiyyə Ərəbistanının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşdük. İki ölkə arasında nəqliyyat, xüsusilə aviasiya və innovasiyalar sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edirik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanda səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa və Latın Amerikası üzrə vitse-prezidenti Alfonso Garcia Mora ilə görüşdük. Ölkəmizdə nəqliyyat və rəqəmsal inkişaf sahələrində həyata keçirilən layihələrdə əməkdaşlıq imkanlarını müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyev bu gün Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydini qəbul etdi.
Sonra iki ölkə arasında data mərkəzləri layihələrində investisiya əməkdaşlığı haqqında Anlaşma Memorandumunu imzaladıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Xırdalan şəhərində Zəngilan, Qubadlı, Abşeron rayonlarının və Sumqayıt şəhər sakinlərinin müvafiq müraciətlərinə baxdıq. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anırıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “Technovate – Sabah Mələk İnvestorlar Klubu”nun təşkilatçılığı ilə yaradılan “Mələk İnvestorlar Məktəbi”ndən bu gün ilk 109 nəfər məzun oldu. Hər birini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram.
Rashad Nabiyev
@RashadNNabiyev
Ümid edirəm, bu məzunlar investisiya sahəsində əldə etdikləri biliklər sayəsində ölkəmizin startap ekosisteminə töhfə verəcəklər.
-
Rashad Nabiyev
@RashadNNabiyev
İraqa səfər çərçivəsində Rabitə və Media Komissiyasının Baş icraçı direktoru Ali Hussein Al-Muayedlə görüşdük. İki ölkə arasında FM radiostansiyalarının koordinasiyası barədə müzakirə apardıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Hökumətlər arasında FM radio yayımları üzrə tezlik təyinatlarının koordinasiyası barədə Anlaşma Memorandumu imzalandı.
-
Rashad Nabiyev
@RashadNNabiyev
İraqa səfər çərçivəsində Müdafiə Sənayesi Komitəsinin rəhbəri Mustafa Ati Huseynlə görüşdük. İki ölkə arasında müdafiə sənayesi istiqamətində əməkdaşlığı müzakirə etdik. Bu sahədə birgə tədqiqat məsələlərinə dair fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
İraqa səfər zamanı Baş nazir cənab Məhəmməd Şia əl-Sudani Azərbaycan nümayəndə heyətinin üzvlərini qəbul etdi. Azərbaycan və İraq dövlət başçılarının ikitərəfli görüşündən irəli gələn tapşırıqların icrası məsələləri müzakirə edildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
İraqa səfər zamanı tikinti, şəhərsalma, bələdiyyə və dövlət işləri naziri Bangen Rekani ilə görüşdük. İraqda həyata keçirilən tikinti və infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı məsələlərini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
İraqa səfər çərçivəsində nəqliyyat naziri Rəzzaq Muhaybas Al-Sadavi ilə görüşdük. İki ölkə arasında beynəlxalq yük və avtomobil daşımaları sahəsində əməkdaşlığın inkişafını müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
AZAL tərəfindən bu ilin dekabr ayından etibarən Bakıdan Bağdad və Ərbilə, gələn ilin aprel ayından isə Bəsrəyə həftədə 1 reysin həyata keçirilməsi məsələsini nəzərdən keçirdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
İraqa səfər zamanı ali təhsil naziri Naim Abd Yaser ilə görüşdük. Ölkələr arasında bu sahədə əməkdaşlığın inkişafı, o cümlədən Azərbaycanda ali təhsil alan İraq vətəndaşlarının sayının artırılmasını müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
İraqa səfər zamanı Baş nazirin müavini, neft naziri Hayan Əbdül-Qani ilə görüşdük. SOCAR-la əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı.
-
Rashad Nabiyev
@RashadNNabiyev
İraqa səfər çərçivəsində azərbaycanlı və iraqlı iş adamlarının iştirakı ilə keçirilən biznes forumda iştirak etdik. Azərbaycanda xarici şirkətlər üçün yaradılmış biznes imkanlarından danışdıq, İraq şirkətlərini mövcud layihələrdə aktiv iştiraka dəvət etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanın İraq bazarına sərmayə yatırmasını inkişaf etdirməyə dair fikir mübadiləsi aparıldı.
-
Rashad Nabiyev
@RashadNNabiyev
İraqa səfər zamanı müdafiə naziri Thabet Muhammad Al-Abbasi ilə görüşdük. Azərbaycanın müdafiə sənayesinin potensialı haqqında məlumat verdik və iki ölkə arasında bu sahədə əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
İraqa səfər çərçivəsində cənab Prezident Əbdüllətif Camal Rəşid Azərbaycanın nümayəndə heyəti üzvlərini qəbul etdi və Bakıya rəsmi səfərini ehtiramla xatırladı. Səfər zamanı müzakirə olunacaq məsələlər diqqətə çatdırıldı.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan və İraq dövlət başçılarının dostluq münasibətləri, birgə səyləri ilə strateji tərəfdaşlıq və qarşılıqlı hörmət prinsipləri əsasında bütün sahələrdə ikitərəfli əlaqələrin inkişaf etməkdə olduğu vurğulandı.
-
Rashad Nabiyev
@RashadNNabiyev
İraqa səfər çərçivəsində kommunikasiya naziri Hayam Al-Yasiri ilə görüşdük. İki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanlarından danışdıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə xarici şirkətlər üçün geniş vergi və gömrük güzəştləri təklif edən texnologiya və sənaye parkları barədə məlumat verdik. Daha sonra Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında Birgə Komissiyanın üçüncü iclasında iştirak etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan və İraq dövlət başçılarının tapşırıqlarının icrası istiqamətində qarşıda duran vəzifələr müzakirə edildi, müvafiq sənədlər imzalandı.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı münasibətilə sahə əməkdaşlarını təbrik edir, səmərəli fəaliyyətlərində uğurlar arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Özbəkistanın informasiya texnologiyaları və kommunikasiyaların inkişafı naziri Şerzod Şermatovla görüşdük. İki ölkə arasında rəqəmsal inkişaf, o cümlədən kibertəhlükəsizlik və kosmik sahələrdə əməkdaşlığın inkişafını müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Üçüncü ildir ölkəmizdə təşkil olunan “InMerge İnnovasiya Sammiti”nin açılışında iştirak etdik. Azərbaycanda innovasiya ekosisteminin inkişafı istiqamətində görülən işlər haqqında danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyev Bakıda cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldu. Cənab Prezidentə ölkəmizdə cüdo idman növünün inkişafına göstərdiyi diqqət və qayğıya görə dərin təşəkkürümüzü bildiririk.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Vətəndaşların qəbulu ilə əlaqədar Salyan rayonuna səfər çərçivəsində şəhid mayor Vidadi Əhmədovun ailə üzvləri ilə görüşdük. Onların şəhidlə bağlı xatirələrini dinlədik, keçdiyi şərəfli döyüş yolundan danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Salyan şəhərində Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar sakinlərinin müvafiq müraciətlərinə baxdıq. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçanla görüşdük. UNECE və Azərbaycan arasında İKT və nəqliyyat sahələrində əməkdaşlığın inkişafını müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Bu istiqamətlərdə kadr potensialının artırılması məqsədilə həyata keçiriləcək tədbirlərə dair fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Zəngilanda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin 7-ci iclasında iştirak etdik. Nəqliyyat sahəsində əlaqələrin gücləndirilməsi və tranzit potensialının genişləndirilməsində üzv ölkələrlə əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Zəngilan şəhərində keçirilən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq konfransın açılışını etdik. Orta dəhlizin keçdiyi ölkələrin dəhlizlə bağlı məsələlərin həllində birgə səyləri daha da möhkəmləndirdiyini bildirdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Zəngəzur dəhlizinin bərpası ilə Orta dəhlizin imkanlarının əhəmiyyətli dərəcədə artacağını vurğuladıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanda səfərdə olan Dünya Bankının nümayəndə heyəti ilə görüşdük. Ölkəmizdə nəqliyyat sahəsində həyata keçirilməsi planlaşdırılan layihələri müzakirə etdik, bu istiqamətdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
8 Noyabr – Zəfər Günü tariximizin qəhrəmanlıq səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun şücaəti sayəsində haqq savaşımız Zəfərlə başa çatdı.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Mərkəzi Bankın sədri Taleh Kazımovla Süni İntellekt Alyansının yaradılması barədə Anlaşma Memorandumunu imzaladıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Məqsəd bu sahədə çalışan mütəxəssislərə artan tələb fonunda istedadları yetişdirmək, maraqlı tərəflər üçün təcrübə mübadiləsini təmin etmək və sahəyə resurs cəlb edilməsini təşviq etməkdir.
Rashad Nabiyev
@RashadNNabiyev
Alyans süni intellekt sahəsində ixtisaslaşan startap və şirkətləri Azərbaycana cəlb etməklə bu sahədə həll və bacarıqları artırmaq üçün əməkdaşlığa da töhfə verəcək.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Fransanın Monpeyle şəhərində 46 ölkənin iştirakı ilə keçirilən Avropa çempionatında cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyev yüksək ustalıq nümayiş etdirərək qitə çempionu olublar.
Rashad Nabiyev
@RashadNNabiyev
Milli yığmamız çempionatı ümumi sıralamada 2-ci, kişilər arasında isə bütün ölkələri qabaqlayaraq 1-ci yerdə tamamlayıb. Qalib idmançıları təbrik edir, komandamıza davamlı uğurlar arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Yeni Azərbaycan Partiyasının və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə keçirilən "Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi" mövzusunda tədbirdə iştirak etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Tədbir çərçivəsində "Heydər Əliyev - 100: Mühəndislik hakatonu" intellektual yarışının qalibləri mükafatlandırıldı.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Zaqatala şəhərində rayonu təmsil edən cüdo üzrə məşqçilər və cüdoçularla görüşdük, bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olduq. Zaqatala rayonunda Uşaq-Gənclər İdman Məktəbinin yeni təmir edilmiş cüdo zalına baxış keçirdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Vətəndaşların qəbulu ilə əlaqədar Zaqatala rayonuna səfər çərçivəsində şəhid polkovnik-leytenant Hacıyev Abakar Məhəmməd oğlunun ailə üzvləri ilə görüşdük. Onların şəhidlə bağlı xatirələrini dinlədik, keçdiyi şərəfli döyüş yolundan danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Zaqatala şəhərində Şəki, Qax, Zaqatala və Balakən rayon sakinlərinin müvafiq müraciətlərinə baxdıq. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Çinin elektrik mühərrikli avtobus istehsal edən aparıcı şirkəti “Yutong”un nümayəndə heyəti ilə görüşdük. Ölkədaxili mobilliyin artırılması çərçivəsində əməkdaşlığı, həmçinin yerli tərəfdaşlarla birgə Azərbaycanda istehsal müəssisəsinin qurulması məsələsini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Matteo Patrone ilə görüşdük. AYİB-in krediti əsasında “Aztelekom” MMC-nin həyata keçirdiyi genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi layihəsinin irəliləyişi haqqında danışdıq.
Rashad Nabiyev
@RashadNNabiyev
“Hökumət buludu”, metro və dəmir yolu nəqliyyatı sahəsində rəqəmsallaşdırma üzrə əməkdaşlıq imkanlarını müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə gənclər arasında Dünya çempionatında Vüsal Qələndərzadə qızıl medal qazanıb, Nizami İmranovsa gümüş medal əldə edib. Qalib idmançıları təbrik edir, komandamıza davamlı uğurlar arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
"SpaceX" şirkətinin təsisçisi İlon Maskın Azərbaycanın ev sahibliyi etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresində onlayn çıxışını dinlədik. İlon Mask "Starship" proqramı üzrə görüləcək işlər, eləcə də texnoloji yeniliklər barədə məlumat verdi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (İSESKO) üzv ölkələrdən olan 500-dək tələbə ilə ADA Universitetində görüşdük.
Rashad Nabiyev
@RashadNNabiyev
Gənclərlə İSESKO-nun beynəlxalq "Youth Talks" platforması formatında islam dövlətlərinin elmin inkişafına verdiyi töhfələr barədə fikir mübadiləsi apardıq, gələcəyin peşələrini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyevin iştirakı ilə Bakıda möhtəşəm beynəlxalq tədbirin - 74-cü Astronavtika Konqresinin açılış mərasimi oldu. 120 ölkədən 5000 nəfərin qatıldığı tədbirdə cənab Prezident çıxış edərək konqres iştirakçılarını təbrik etdi.
Rashad Nabiyev
@RashadNNabiyev
Qürurvericidir ki, ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Bakıda təşkil olunan Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycan yenidən ev sahibliyi edir.
-
Rashad Nabiyev
@RashadNNabiyev
74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak məqsədilə ölkəmizdə səfərdə olan İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Salim Almaliklə görüşdük.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanda qabaqcıl texnologiyaların tətbiqi ilə dayanıqlı inkişafa nail olmaq məqsədilə həyata keçirilən təşəbbüslərdə, o cümlədən süni intellekt (AI) sahəsində İSESKO ilə əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak məqsədilə ölkəmizdə səfərdə olan Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) baş katibi xanım Yu Qi ilə görüşdük.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan və APSCO arasında elm, tədqiqatlar və təlimlər istiqamətində əməkdaşlığın genişləndirilməsini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edən Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) baş direktoru Yuriy Borisovla görüşdük. Yüksəkixtisaslı yeni nəsil mühəndislərin hazırlanmasını və digər qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Çinə səfər zamanı “Huawei” şirkətinin rəhbərliyi ilə görüşdük, şirkətin Tədqiqat və İnkişaf Mərkəzinin fəaliyyəti ilə tanış olduq.
Rashad Nabiyev
@RashadNNabiyev
Çinin süni intellekt sahəsində əldə etdiyi təcrübəni ölkəmizdə tətbiq etmək üçün “Huawei” ilə birgə Azərbaycanda Süni İntellekt (AI) laboratoriyasının yaradılması, o cümlədən şirkətin Bakıda “ağıllı” nəqliyyat sisteminin inkişafında iştirakı barədə ilkin razılıq əldə olundu.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Çinə səfər çərçivəsində ölkənin aparıcı aviaşirkətləri və turizm sektorunun nümayəndələri ilə görüşdük. İki ölkənin şəhərləri arasında birbaşa uçuşların açılması, istiqamətlərin və uçuşların tezliyinin artırılmasının turizm əlaqələrinin inkişafına töhfə verdiyi vurğulandı.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Çinə səfər zamanı sənaye və informasiya texnologiyaları nazirinin müavini Can Yunminlə görüşdük. İki ölkə arasında İKT və rəqəmsal inkişaf sahəsi üzrə əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Çin şirkətləri tərəfindən Azərbaycanda elm tutumlu istehsalat müəssisələrinin qurulması, Çinin aparıcı universitetləri, texnoparkları, inkubasiya və akselerasiya mərkəzləri ilə əməkdaşlıq, müştərək mübadilə və təlim proqramlarının təşkilinə dair fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Çinə səfər zamanı aparıcı logistika şirkətlərinin nümayəndələri ilə görüşdük. Orta Dəhlizdə iş təcrübəsi olan şirkətlərin təkliflərini dinlədik. Şirkətlər Çinin müxtəlif regionlarını Dəhliz istiqamətində subsidiya və yük həcmi kvotaları ayırmağa təşviq edəcəklərini vurğuladılar.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Çinə səfər zamanı aparıcı nəqliyyat şirkətləri olan “Yutong” və “Zhongtong”un rəhbərliyi ilə görüşdük.
Rashad Nabiyev
@RashadNNabiyev
Bakı şəhərində mobilliyin təmin olunması istiqamətində həyata keçirilən layihələr çərçivəsində elektrik avtobuslarının istifadəsi, eləcə də müvafiq şirkətlər tərəfindən ölkəmizdə istehsal müəssisələrinin yaradılması məsələlərini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Çinə səfər zamanı ölkənin aviasiya siyasətini formalaşdıran Çin Mülki Aviasiya Administrasiyasının rəhbəri Sonq Jiyonqla görüşdük. Ölkələr arasında əməkdaşlığın inkişafı, o cümlədən pilotların hazırlanması, təlimlərin təşkili haqqında danışdıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Birbaşa uçuşların və təyinat məntəqələrinin artırılması və Çin şirkətləri tərəfindən Azərbaycanın regional hava limanlarının operatorluğuna dair fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Çinə səfər zamanı Dəmir Yolları Administrasiyasının rəhbərliyi ilə görüşdük. Dəmir yolu sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Çinlə yük dövriyyəsinin artırılması və Orta Dəhlizin inkişafı istiqamətində ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün konkret addımlar müəyyən etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Çinə səfər çərçivəsində nəqliyyat naziri Li Siopenlə görüşdük. İki ölkə arasında nəqliyyat və logistika sahələrində əlaqələrin gücləndirilməsi məsələlərindən danışdıq. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Orta Dəhlizin inkişafına xüsusi önəm verildiyini qeyd etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Dəmir yolu və avtomobil daşımaları, kombinə edilmiş yük daşımaları və ictimai nəqliyyat istiqamətində potensial əməkdaşlıq, uçuşların tezliyi və uçuş şəbəkəsinin genişləndirilməsi imkanlarını müzakirə etdik. Müvafiq İşçi qrupunun yaradılması barədə fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
27 Sentyabr Anım Günü - milli qürur günümüzdür. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi dərin ehtiramla anırıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Cüdoçularımız Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan Bakı Böyük Dəbilqə turnirində 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq ümumi hesabda və kişilər arasında birinci yerə çıxdılar. İdmançılarımızı ürəkdən təbrik edir və yeni uğurlar arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunan cüdo üzrə Bakı Böyük Dəbilqə turnirinin açılışında iştirak etdik. Yarışın ilk günündə cüdoçumuz Yaşar Nəcəfov cəmi 13 saniyəyə qızıl medal qazandı, Leyla Əliyeva isə gümüş medal əldə etdi.
Rashad Nabiyev
@RashadNNabiyev
Qalib idmançıları təbrik edir, komandamıza davamlı uğurlar arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Hörmətli həmkarım, elm və təhsil naziri Emin Əmrullayevlə birgə Sumqayıt şəhərində yerləşən “İstedad” liseyinin nəzdində STEAM və İnnovasiyalar Mərkəzinin açılışında iştirak etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə yaradılan mərkəzdə riyaziyyat, kimya, informatika, robotiks sahələrində istedadlı şagirdlər aşkar edilərək potensialları inkişaf etdiriləcək, yerli və beynəlxalq olimpiadalara hazırlanacaq.
Rashad Nabiyev
@RashadNNabiyev
Tədbir zamanı liseyin müəllim və şagirdləri ilə görüşdük, İKT, o cümlədən kibertəhlükəsizliklə bağlı bilikləri artırmağın yolları haqqında danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Minlə görüşdük. İki ölkə arasında nəqliyyat və İKT sahəsində mövcud əlaqələri müzakirə etdik, əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Qətərin nəqliyyat naziri Cassem bin Saif Al Sulaiti ilə görüşdük. İki ölkə arasında hava nəqliyyatı sahəsində və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığı müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Vətəndaşların qəbulu ilə əlaqədar Astaraya səfər zamanı Astara Telekommunikasiya Qovşağının əməkdaşı olmuş şəhid polkovnik-leytenant Orucov Nail Rəfail oğlunun ailə üzvləri ilə görüşdük. Onların şəhidlə bağlı xatirələrini dinlədik, şəhidin keçdiyi şərəfli döyüş yolundan danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Astara şəhərində Lerik, Lənkəran, Yardımlı, Masallı, Cəlilabad və Astara rayonlarının sakinləri ilə görüşdük. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru Ussama Kayssi ilə görüşdük.
Rashad Nabiyev
@RashadNNabiyev
İKT və nəqliyyat sektorlarının inkişafı üçün ölkəmizdə həyata keçirilən layihələrin maliyyələşdirilməsini, eləcə də ICIEC-nin Azərbaycan hökuməti ilə əməkdaşlıq perspektivlərini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Ştefani Ştalmeysterlə görüşdük. Ölkəmizdə İKT və nəqliyyat sektorlarının inkişafı, bu sahələrdə Dünya Bankının Azərbaycan hökuməti ilə əməkdaşlığının perspektivlərinə dair fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
“Tesla”nın Ostin şəhərindəki “Giga Texas” zavodunda şirkətin qurucusu İlon Mask ilə görüşdük.
Rashad Nabiyev
@RashadNNabiyev
“Starlink” peyk internet xidmətinin bu il ölkəmizdə planlaşdırılan fəaliyyəti, ölkəmizə məxsus peyklərin orbitə buraxılması, eləcə də bu ilin oktyabr ayında Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi ətrafında fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Vətəndaşların qəbulu ilə əlaqədar Xızı rayonuna səfər çərçivəsində şəhid Natiq Verdiyev və şəhid Elməddin Cəfərovun ailə üzvləri ilə görüşdük. Onların şəhidlərlə bağlı xatirələrini dinlədik, keçdikləri rəşadətli döyüş yolundan danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Xızı şəhərində Xızı, Siyəzən və Şabran rayonlarının sakinləri ilə görüşdük və vətəndaşların müraciətlərinə baxdıq. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Aerokosmos, müdafiə və təhlükəsizlik sahəsində dünya nəhənglərindən olan İtaliyanın “Leonardo” şirkətinin direktorlar şurasının sədri Stefano Pontekorvo ilə görüşdük. Kibertəhlükəsizlik, kosmik fəaliyyət və nəqliyyat üzrə potensial əməkdaşlıq imkanlarını müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Asiya İnfrastruktur İnvestisiya Bankının investisiya əməliyyatları üzrə vitse-prezidenti Konstantin Limitovski ilə görüşdük. Ölkəmizdə nəqliyyat, o cümlədən aviasiya, dəniz nəqliyyatı və dəmir yolu üzrə həyata keçirilən layihələrin icrasında potensial əməkdaşlığı müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
BMT-nin Rəqəmsal hökumət bölməsinin rəhbəri Vinçenzo Aquaro və Beynəlxalq Telekommunikasiya İttifaqının MDB üzrə regional direktoru Nataliya Moçu ilə görüşdük. Azərbaycanda rəqəmsal inkişaf sahəsində həyata keçirilən layihələr və planlar barədə fikir mübadiləsi apardıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Qonaqlar Azərbaycanda insan kapitalının inkişafı üçün göstərilən səylərin əhəmiyyətindən danışdı və müvafiq layihələrin icrası nəticəsində ölkəmizin 2026-cı ilə qədər rəqəmsal hökumət göstəriciləri üzrə dünya liderləri sırasına yüksələ biləcəyini vurğuladılar.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” İnstitutu ilə əməkdaşlığı və “Pasha Holding”in dəstəyi ilə yaradılmış Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ilk 60 tələbəsinə məzun sertifikatları təqdim edildi.
Rashad Nabiyev
@RashadNNabiyev
Məzunları ürəkdən təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram.
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ölkəmizdə bu sahədə kadr potensialının artırılmasına və dövlətimizin kibermüdafiəsinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfədir. -
Rashad Nabiyev
@RashadNNabiyev
22 iyul – Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edir, çətin və məsuliyyətli işlərində uğurlar arzulayırıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Pakistan İslam Respublikasına səfər zamanı Cənubda Davamlı İnkişaf üçün Elm və Texnologiya Komissiyasının (COMSATS) icraçı direktoru Məhəmməd Nafis Zəkəriya ilə görüşdük.
Rashad Nabiyev
@RashadNNabiyev
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə COMSATS arasında Bakıda İT Təlim Mərkəzinin yaradılması haqqında Anlaşma Memorandumu imzalandı.
Rashad Nabiyev
@RashadNNabiyev
İnanıram ki, bu mərkəz ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının inkişafı və müasir innovasiya mühitinin formalaşdırılmasına müsbət töhfə verəcək.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Pakistan İslam Respublikasına səfər zamanı Pakistanın dəmir yolu və aviasiya naziri Xavaca Saad Rafiq, kommunikasiyalar naziri Əsəd Mahmud, dənizçilik naziri Syed Faysal Ali Subzvari ilə görüşdük.
Rashad Nabiyev
@RashadNNabiyev
Aviasiya, dəmir yolu və tranzit daşımaları sahələri daxil olmaqla nəqliyyat sektoru üzrə ölkələr arasında əməkdaşlıq məsələlərini müzakirə etdik. Pakistan yüklərinin Azərbaycan üzərindən daşınması imkanlarına dair fikir mübadiləsi apardıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Yaxın zamanda AZAL vasitəsilə Bakıdan İslamabad, Lahor və Kəraçi şəhərlərinə birbaşa uçuşların həyata keçirilməsi barədə razılığa gəldik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Pakistan İslam Respublikasına səfər çərçivəsində Pakistanın ticarət naziri Syed Navid Qəmər və informasiya texnologiyaları və telekommunikasiya naziri Syed Amin Ul Haque və ölkənin aparıcı İT şirkətlərinin rəhbərləri ilə görüşdük.
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkələr arasında ticari əlaqələr, İKT sahəsində əməkdaşlıq və təcrübə mübadiləsinin inkişafı məsələlərini müzakirə etdik. İT şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaradılmış güzəştlər, imkanlar və üstünlüklər barədə danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun Türkiyə Regional Ofisinin direktoru Valid Abdelvahabın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Nəqliyyat və İKT sektorunda əməkdaşlıq məsələlərini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Vətəndaşların qəbulu ilə əlaqədar Qəbələ rayonuna səfər çərçivəsində şəhid Mustafayev Elməddin Məhəmməd oğlunun ailə üzvləri ilə görüşdük. Onların şəhidlə bağlı xatirələrini dinlədik, şəhidin keçdiyi şərəfli döyüş yolundan danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Qəbələ şəhərində Qəbələ, Oğuz, İsmayıllı və Ağsu rayonlarının sakinləri ilə görüşdük. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün yeniyetmə cüdoçulardan ibarət Azərbaycan milli komandasının heyəti ilə görüşdük. Portuqaliyada keçirilən Cüdo üzrə Avropa çempionatında əldə etdikləri tarixi qələbəyə görə onları təbrik etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Qürurvericidir ki, yeniyetmələr arasında təşkil olunan çempionatda 7-si qızıl olmaqla 10 medal qazanan milli yığmamız indiyə qədər nail olduğumuz ən yüksək nəticəni nümayiş etdirib.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Qurban bayramı münasibətilə xalqımızı təbrik edirəm.
-
Rashad Nabiyev
@RashadNNabiyev
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə xalqımızı təbrik edirəm. Müzəffər Ordumuzun əsgər və zabitlərinə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Yeniyetmələr arasında keçirilən Cüdo üzrə Avropa çempionatında 7-si qızıl olmaqla 10 medal qazanan milli yığmamız indiyə qədər nail olduğumuz ən yüksək nəticəni nümayiş etdirib. Bu münasibətlə milli yığmanın heyətini və bütün idmansevərləri təbrik edirik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanda İKT sahəsində insan kapitalının inkişaf etdirilməsi prioritetlərimizdəndir. Dünyada təhsilə innovativ yanaşmaları ilə seçilən "Harbour Space" Universiteti və Holberton Məktəbinin nümayəndə heyətləri ilə görüşdük.
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə İKT sahəsində peşəkar kadrların yetişdirilməsi istiqamətində ortaq məqsədləri bölüşdük və tərəfdaşlıq imkanlarını araşdırdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
“BakıKart” mobil tətbiqi ölkədə nəqliyyat sahəsində rəqəmsal transformasiyanın yeni uğurudur. Bu innovativ həll vasitəsilə vətəndaşlar asanlıqla gediş haqqını ödəyə, səfərlərini planlaya, “BakıKart” plastik kartların balansını artıra bilərlər.
Rashad Nabiyev
@RashadNNabiyev
Qeyd edim ki, bu tətbiq Bakı şəhərində mobilliyin transformasiyası layihəsinin bir hissəsi olmaqla ictimai nəqliyyatın cəlbediciliyini artırmaq yolunda atdığımız ilk addımlardandır. Gələcəkdə bu tətbiqin ölkədə bütün ictimai nəqliyyat vasitələrini əhatə etməsi planlaşdırılır.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün ölkəmizdə səfərdə olan qlobal İT nəhəngi “Tech Mahindra”nın baş vitse-prezidenti Sandip Padke ilə görüşdük. Ölkəmizdə xarici şirkətlər üçün yaradılmış əlverişli biznes mühiti və İKT sahəsində tətbiq edilən güzəşt və imtiyazlar haqqında danışdıq.
Rashad Nabiyev
@RashadNNabiyev
İki tərəf arasında bilik və texnologiyanın ötürülməsini asanlaşdıracaq uzunmüddətli əməkdaşlıq formatlarını müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
"Bolt" şirkətinin prezidenti Yevgeni Kabanov ilə onlayn görüş keçirdik. Bakı şəhərinin taksi bazarında mövcud problemləri və sektorun tənzimlənməsi ilə bağlı planlarımızı müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Ekoloji təmiz, keyfiyyətli və dayanıqlı taksi xidmətinin təşkilində aqreqatorların rolu haqqında fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
30 il əvvəl Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxardı.
Həmvətənlərimizi Milli Qurtuluş Günü münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram. -
Rashad Nabiyev
@RashadNNabiyev
“Qızlara ağ yaraşır” sosial layihəsi həm qlobal, həm də ölkə səviyyəsində aktual olan erkən nikah mövzusuna əsaslanır.
Dəyərli valideynlər, cüdo məktəbləri və bölmələri olan bölgələrimizdə 7-14 yaşlı qızları cüdoya yazdırın, onlar da adını tarixə yazsın.This media couldn't be displayed. See it on the original post. -
Rashad Nabiyev
@RashadNNabiyev
Vətəndaşların qəbulu ilə əlaqədar Qusar rayonuna səfər çərçivəsində şəhid Cəfərov Ruslan Mövlan oğlunun ailə üzvləri ilə görüşdük. Onların şəhidlə bağlı xatirələrini dinlədik, şəhidin keçdiyi rəşadətli döyüş yolu haqqında danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Qusar şəhərində Quba, Xaçmaz və Qusar rayonlarının sakinləri ilə görüşdük və vətəndaşların müraciətlərinə baxdıq. Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin aidiyyəti qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Qardaş Türkiyənin yeni təyin olunmuş sənaye və texnologiya naziri Mehmet Fatih Kacırı və nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunu ürəkdən təbrik edir, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.
Rashad Nabiyev
@RashadNNabiyev
İnanıram ki, müvafiq sahələrdə əməkdaşlığımız daha da inkişaf edəcək və yeni perspektivlərə yol açılacaq.
Rashad Nabiyev
@RashadNNabiyev
Eyni zamanda Mustafa Varanka sənaye və texnologiya naziri və Adil Karaismayıloğluna nəqliyyat və infrastruktur naziri olduqları müddətdə səmərəli əməkdaşlığımıza görə minnətdarlığımı bildirir və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edirəm.
-
Rashad Nabiyev
@RashadNNabiyev
28 May – Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edir, müstəqilliyimizin daimi olmasını arzulayırıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Qoşulmama Hərəkatına üzv dövlətlərin informasiya və kommunikasiya sahəsinə məsul nazirlərinin “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi çərçivəsində İKT infrastrukturunun inkişafı” mövzusuna həsr olunan görüşünü keçirdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanda İKT infrastrukturunun inkişafı, xüsusilə əhalinin sürətli genişzolaqlı internetə çıxış imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında danışdıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün İKT infrastrukturunun inkişafı ilə bərabər kadr potensialının artırılmasının vacibliyini vurğuladıq. Görüşün sonunda Birgə Bəyannamə qəbul edildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Vətəndaşların qəbulu ilə əlaqədar Ağcabədi şəhərinə səfər çərçivəsində şəhid Cəfərov Anar Eyvaz oğlunun ailə üzvləri ilə görüşdük. Onların şəhidlə bağlı xatirələrini dinlədik, şəhidin keçdiyi şərəfli döyüş yolu haqqında danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ağcabədi şəhərində Tərtər, Bərdə, Ağdam, Laçın və Ağcabədi sakinləri ilə görüşdük və vətəndaşların müraciətlərinə baxdıq. Qaldırılan məsələlərin bir hissəsi yerində müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin aidiyyəti qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
“GSMA M360 Eurasia 2023” konfransı çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibinin müavini Tomas Lamanauskas ilə görüşdük. Kibertəhlükəsizlik, kadr potensialının artırılması və birgə regional layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığı müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bakıda keçirilən “GSMA M360 Eurasia 2023” konfransı çərçivəsində Beynəlxalq GSM Assosiasiyasının baş direktoru Mats Qranrid ilə görüşdük.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanda telekommunikasiyanın, o cümlədən mobil rabitənin inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində görülən tədbirlər haqqında danışdıq. Startapları dəstəkləyən layihələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlığı müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Beynəlxalq GSM Assosiasiyasının təşkilatçılığı və mobil ekosistemi və texnologiya tutumlu sənaye sahələrini təmsil edən qlobal liderlərin iştirakı ilə Bakıda ilk dəfə keçirilən “M360 Eurasia 2023” beynəlxalq konfransına qatıldım.
Rashad Nabiyev
@RashadNNabiyev
“Gələcək rifah üçün rəqəmsal dayanıqlılıq” mövzusunda çıxış edərək Azərbaycanda rəqəmsal transformasiya sahəsində həyata keçirilən mühüm layihələr haqqında məlumat verdim.
-
Rashad Nabiyev
@RashadNNabiyev
“TEKNOFEST Türkiyə – 2023” festivalının azərbaycanlı qalibləri və Azərbaycan pavilyonunu təmsil edən startapçılarla görüşdük. Ölkəmizdə gənc nəslin aviasiya, kosmos, texnologiya sahələrinə yönəlməsi və yeni peşələrə marağın artması mövzusunda fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Ümummilli Liderimiz, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasından 100 il keçir. Həyatını ölkəmizin inkişafına həsr etmiş Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edirik!
This media couldn't be displayed. See it on the original post. -
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Azərkosmos ilə ABŞ-nin “SpaceX” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalandı. Müqaviləyə əsasən internetlə kifayət qədər əhatə olunmayan ərazilərimizdə “Starlink” genişzolaqlı peyk internet xidmətindən istifadə imkanı yaradılacaq.
Rashad Nabiyev
@RashadNNabiyev
Bu xidmətin Azərbaycanda fəaliyyətə başlaması ölkədə yüksəksürətli genişzolaqlı internetin əhatə dairəsinin daha da genişləndirilməsi ilə bağlı planlarımıza müsbət təsir edəcək.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi” mövzusunda konfransda iştirak etdim.
Rashad Nabiyev
@RashadNNabiyev
Ümummilli Liderin rabitə, nəqliyyat və informasiya texnologiyaları sahələrinə verdiyi töhfələr haqqında danışdım.
Rashad Nabiyev
@RashadNNabiyev
Konfrans çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun iştirakı ilə Ulu Öndərin 100 illiyi ilə əlaqədar hazırlanmış poçt markasının möhürlənməsi həyata keçirildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Nəqliyyatı Əlaqələndirmə Şurasının ilk hazırlıq iclasında iştirak etdik. Şuranın yaradılmasını şərtləndirən amilləri qeyd edərək Azərbaycanın nəqliyyat sisteminin cari vəziyyəti və planlar barədə danışdıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezidentin dayanıqlı, təhlükəsiz və ekoloji cəhətdən təmiz nəqliyyat sisteminin formalaşdırılması istiqamətində verdiyi tapşırıqlara dair müzakirə apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
ADA Universitetində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Ümummilli Lider Heydər Əliyevin zamanında beynəlxalq yük daşımalarına və nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılmasına böyük önəm verməsinin, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrini dəstəkləməsinin əhəmiyyəti haqqında danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Gürcüstana səfər zamanı Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi çərçivəsində infrastruktur obyektlərinin tikintisi ilə bağlı aparılan işlərlə yerində tanış olmaq üçün Tetritskaro dəmir yolu stansiyasına baxış keçirdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşdük. İkitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarının həcminin artırılması və buraxılış qabiliyyətinin genişləndirilməsi istiqamətində birgə tədbirlərin görülməsi və layihə üzrə Gürcüstan ərazisində planlaşdırılan işlərin sürətləndirilməsi məsələlərinə dair fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün İstanbulda keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalında cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə iştirak etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Tədbir çərçivəsində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan cənab Prezident İlham Əliyevə Türk dünyasının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Türkiyə Poçtu tərəfindən hazırlanan xatirə poçt markasını və Birinci gün zərfini hədiyyə etdi.
Rashad Nabiyev
@RashadNNabiyev
Festivalda iştirak ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti nümayişi oldu.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunan poçt markasının möhürlənmə mərasimində iştirak etdik. Görkəmli alimin əziz xatirəsini dərin ehtiramla yad etdik. Zərifə xanımın ölkəmizdə tibb sahəsinin inkişafına verdiyi əhəmiyyətli töhfələr barədə danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Rusiya Federasiyasına səfər çərçivəsində Rusiyanın nəqliyyat naziri Vitali Savelyev ilə görüşdük. İkitərəfli görüşdə ölkələrimiz arasında avtomobil nəqliyyatı, aviasiya və dəmir yolu daxil olmaqla nəqliyyat sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində müvafiq infrastrukturun inkişafı istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Moskva şəhərində keçirilən silsilə tədbirlər çərçivəsində Kazan dəmir yolu vağzalının “Çar Qülləsi” salonunda təşkil olunan foto-sərgidə Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin ilə birlikdə iştirak etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Heydər Əliyevin rəhbərliyi ilə ərsəyə gələn Baykal-Amur magistral xətti (BAM) layihəsinə Ulu Öndərin verdiyi önəmli töhfələri əks etdirən foto materiallarla tanış olduq. BAM-ın tikintisində əməyi olmuş insanlarla söhbət etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Müqəddəs Ramazan bayramı münasibətilə xalqımızı təbrik edir, hər kəsə cansağlığı və səadət arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşdük. İki ölkə arasında İKT və nəqliyyat, o cümlədən dəmir yolu və tranzit daşımaları sahələrində əməkdaşlığı müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının Azərbaycan Respublikasındakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queirosla görüşdük.
Rashad Nabiyev
@RashadNNabiyev
“2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”ndən irəli gələn məsələlərə dair fikir mübadiləsi apardıq. Ölkəmizdə İKT sahəsində layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığı müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Dünyanın ən böyük liman operatorlarından biri olan “Shandong Port Group”un ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşdük. Orta Dəhlizlə Azərbaycan üzərindən daşınan Çinə məxsus yüklərin həcminin artırılmasına dair fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Beynəlxalq avtomobil daşımalarındakı inkişaf, milli daşıyıcıların bazar payının artırılması məqsədilə görülən tədbirlər bu sahəyə yeni sərmayələrin cəlb edilməsi ilə nəticələnib. Ölkəyə idxal olunan dartıcıların (TIR-lar) və qoşquların sayındakı kəskin artım bunun göstəricisidir.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Vətəndaşların qəbulu ilə əlaqədar növbəti səfər çərçivəsində Goranboy Olimpiya İdman Kompleksinin nəzdində yaradılan cüdo bölməsində və Naftalan şəhərində fəaliyyət göstərən Cüdo Təlim Mərkəzində idmançılar üçün yaradılmış şəraitlə tanış olduq, onlarla söhbət etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Region idmançıları üçün mövcud şəraitin daha da yaxşılaşdırılması və regionlarda cüdonun inkişaf etdirilməsi istiqamətində görülən işlərlə bağlı müzakirələr aparıldı, müvafiq tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Tərtər rayonunun Xoruzlu kəndində şagirdlərlə birlikdə ağacəkmə aksiyasında iştirak etdik. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan aksiyanın təşkilində məqsəd Ümummilli Liderin əziz xatirəsini yad etmək idi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Naftalan şəhərinə səfər çərçivəsində iki şəhid qardaş - I Qarabağ müharibəsi şəhidi Mehman Bayramov və Aprel döyüşləri şəhidi kapitan Vaqif Bayramovun ailə üzvləri ilə görüşdük. Onların şəhidlərlə bağlı xatirələrini dinlədik, keçdikləri rəşadətli döyüş yolundan danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Naftalanda yerləşən Heydər Əliyev Mərkəzində Goranboy, Xocalı, Göygöl, Samux, Yevlax rayon, Gəncə, Mingəçevir və Naftalan şəhər sakinləri ilə görüşdük. Vətəndaşların nəqliyyat, telekommunikasiya, internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərinə baxdıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapdı. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin aidiyyəti qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Azərbaycan milli aviadaşıyıcısı - AZAL və "Airbus" şirkəti arasında müqavilənin imzalanma mərasimində iştirak etdik. Bu müqavilə nəticəsində AZAL-ın hava gəmisi parkına "Airbus"ın 12 Neo-sinif təyyarəsi əlavə ediləcək.
Rashad Nabiyev
@RashadNNabiyev
Əsas məqsəd AZAL-ın uzunmüddətli strategiyasına uyğun olaraq şirkətin səmərəliliyi və rəqabət qabiliyyətinin, eyni zamanda sərnişinlərin təhlükəsizliyi və rahatlığının daha da artırılmasıdır.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün ölkəmizdə səfərdə olan ABŞ-nin Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman ilə görüşdük. İki ölkə arasında İKT, innovasiyalar, kibertəhlükəsizlik, aviasiya və dəmir yolu nəqliyyatı istiqamətlərində əməkdaşlığı müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Orta Dəhlizin əhəmiyyəti barəsində fikir mübadiləsi apardıq. İKT və innovasiyalar sahələrində əlaqələrin genişləndirilməsi, birgə təlimlərin keçirilməsi haqqında danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İsrailin texnologiya üzrə nüfuzlu ali təhsil müəssisəsi – “Technion” İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin açılışında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevlə birlikdə iştirak etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
“PAŞA Holding” Şirkətlər Qrupunun dəstəyi ilə ölkənin kibertəhlükəsizlik imkanlarını gücləndirmək məqsədilə yaradılan mərkəzdə "Technion"un təcrübəli müəllim heyəti 3 il ərzində 1000-dən çox mütəxəssis hazırlayacaq.
Rashad Nabiyev
@RashadNNabiyev
Yerli təlimçilərin yetişdirilməsi gələcəkdə proqramın əhatə dairəsini daha da genişləndirəcək. 2000 nəfərin müraciət etdiyi seçimlərdə imtahan və müsahibə mərhələlərindən uğurla keçərək dərslərə cəlb olunmuş mərkəzin ilk 60 tələbəsini təbrik edir və onlara uğurlar arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Novruz bayramı münasibətilə hər birinizi təbrik edir, cansağlığı və xoş ovqat arzulayıram. Bayramınız mübarək!
-
Rashad Nabiyev
@RashadNNabiyev
İki məktəblimizin Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olma xəbəri ilə qürur hissi keçirdik. Sevindirici haldır ki, bu gənclərimizdən biri Dəniz Səttarlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi "Technest" Proqramının təqaüdçüsüdür.
Rashad Nabiyev
@RashadNNabiyev
"Technest"in digər məzunu İradə Feyzullayeva isə Cons Hopkins Universitetinə qəbul olub.
Gənclərimizi bu böyük nailiyyət münasibətilə təbrik edir və gələcək təhsil həyatlarında uğurlar arzulayırıq! -
Rashad Nabiyev
@RashadNNabiyev
Bakıda keçirilən Transxəzər Beynəlxalq “Şərq-Qərb” Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüşdə iştirak etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və regional əməkdaşlıq sahəsində görülmüş işlər haqqında danışdıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Orta Dəhliz müştərilərinin tələb etdiyi sürət, qiymət və etibarlılıq parametrlərini ödəmək üçün bütün tranzit yolu üzərində yerləşən ölkələr arasında fəaliyyətin koordinasiyalı şəkildə aparılmasının vacibliyini vurğuladıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
X Qlobal Bakı Forumu çərçivəsində Tacikistanın nəqliyyat naziri Azim İbrohimlə görüşdük. İki ölkə arasında nəqliyyat, xüsusilə tranzit yük daşımaları, avtomobil nəqliyyatı sahəsində əməkdaşlığı müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Tranzit imkanlarından daha yaxşı istifadə üçün ikitərəfli və çoxtərəfli təşəbbüslərdə aktiv iştirakın vacibliyini vurğuladıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumunda iştirak etdik. Azərbaycanın tarixən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri boyunca təbii körpü rolunu oynadığını qeyd etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezidentin həyata keçirdiyi uğurlu strategiyanın nəticəsi olaraq bütöv regiona bəhrə verən nəqliyyat infrastrukturuna vaxtında sərmayə qoyulduğunu diqqətə çatdırdıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Əməkdaşlığı gücləndirməklə ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin, eləcə də Orta Dəhlizin iqtisadi üstünlüklərini maksimum dərəcədə artıra biləcəyimizi vurğuladıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Əziz xanımlar, sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram.
Bayramınız mübarək! -
Rashad Nabiyev
@RashadNNabiyev
Vətəndaşların qəbulu ilə əlaqədar Göyçay rayonuna səfər çərçivəsində şəhid polkovnik-leytenant Vidadi Xəlilovun ailə üzvləri ilə görüşdük. Onların şəhidlə bağlı xatirələrini dinlədik, keçdiyi döyüş yolundan danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Vətəndaşların qəbulu ilə əlaqədar növbəti səfər çərçivəsində Göyçayda “Technest” Təqaüd Proqramına seçilmiş gənclərlə görüşdük. Təqaüd qazanmış gəncləri təbrik edərək onlara qarşıdakı tədris müddətində uğurlar arzuladıq.
Rashad Nabiyev
@RashadNNabiyev
“Technest”in regional fəaliyyəti nəticəsində bölgələrimizdə gənclərin İKT üzrə bilik və bacarıqlara yiyələnməsi çox sevindiricidir.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Göyçayda vətəndaşlarla görüşdük. Kürdəmir, Ucar, Zərdab, Ağdaş və Göyçay rayon sakinlərinin müraciətlərinə baxdıq. Qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapdı. Digər müvafiq müraciətlərin araşdırılması ilə bağlı nazirliyin aidiyyəti qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə internet infrastrukturunun yenilənməsinə qoyulan sərmayələr nəticəsində sabit genişzolaqlı internetin orta sürəti ötən illə müqayisədə 50% artaraq 26.3 Mbps təşkil edib.
Rashad Nabiyev
@RashadNNabiyev
2024-cü ilin sonuna qədər ölkəmizdə bütün yaşayış məntəqələrində yüksəksürətli internetə çıxışın təmin edilməsi istiqamətində işlər davam edir.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” Tvinninq layihəsinin Bakıda keçirilən təqdimat mərasimində iştirak etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin artırılması və yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Təqdim olunan layihənin yol hərəkəti təhlükəsizliyi ilə bağlı fəaliyyətin daha yaxşı idarə olunmasına və əlaqələndirilməsinə əhəmiyyətli dərəcədə təsir edəcəyinə əminliyimizi ifadə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Aviasiya, dəmir yolu nəqliyyatı və bulud texnologiyaları sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Bankın maliyyə dəstəyi ilə həyata keçirilə biləcək prioritet layihələr barədə fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
31-ci ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımı Azərbaycan tarixinin qanlı səhifələrindən biridir. Xocalı qurbanlarının xatirəsini dərin ehtiramla anırıq!
-
Rashad Nabiyev
@RashadNNabiyev
Yerli İKT və innovasiya ekosisteminin fəal üzvləri ilə görüşdük. Cənab Prezident İlham Əliyevin müvafiq sənədləri imzalaması ilə bu ildən ölkəmizdə İKT sektoruna tətbiq olunan güzəştlərin sahibkarlar üçün yaratdığı geniş imkanları müzakirə etdik, rəy və təklifləri dinlədik.
Rashad Nabiyev
@RashadNNabiyev
Eyni zamanda, bu güzəştlərin Azərbaycanın qlobal texnologiya şirkətləri və İKT mütəxəssisləri üçün cəlbedici məkana çevrilməsində rolunu vurğuladıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşdük.
Rashad Nabiyev
@RashadNNabiyev
“Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş” imzaladıq. Saziş iki ölkə arasında qarşılıqlı ticarətin artımı üçün yüklərin rəvan hərəkətinə əlverişli şərait yaradacaq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Pakistan İslam Respublikasının İnvestisiyalar üzrə Şurasının federal naziri Çaudri Salik Hüseyn və neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşdük. Azərbaycanla Pakistan arasında nəqliyyat, İKT və innovasiyalar sahəsində əməkdaşlığa dair məsələləri müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
İki ölkə arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində tranzit daşımaların həyata keçirilməsi, hava nəqliyyatı ilə sərnişin daşımaların artırılması və rəqəmsal inkişaf sahəsində təlim və inkubasiya mərkəzlərinin yaradılması ilə bağlı fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
2023-cü ilin yanvar ayı ərzində Azərbaycan üzərindən tranzit yük daşımalarının həcmi 843 min ton olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 306 min ton və ya 57% artım qeydə alınıb. Daşınan yüklərin 535 min tonu dəmir yolları, 308 min tonu avtomobil daşımalarının payına düşüb.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Hökumətinin sədri Abdulmuslim Abdulmuslimov ilə görüşdük.
Rashad Nabiyev
@RashadNNabiyev
Dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaların həyata keçirilməsini, nəqliyyat infrastrukturunun və sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsini, hava nəqliyyatı sahəsində əməkdaşlığı müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirdik. Qaliblərlə innovasiya, rəqəmsallaşma, nəqliyyat daxil olmaqla müxtəlif mövzulara dair fikir mübadiləsi apardıq, onların yanaşmaları ilə tanış olduq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Polşanın iqtisadi inkişaf və texnologiya nazirinin müavini Qjeqoj Pexoviak ilə görüşdük. Azərbaycan və Polşa arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Orta Dəhlizin inkişafı və aviasiya sahəsinə dair fikir mübadiləsi apardıq, potensial imkanları nəzərdən keçirdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Qürurvericidir ki, Azərbaycan-Fransız Universitetinin tələbələrindən ibarət “NEXUS” komandası Fransanın Kann şəhərində keçirilən beynəlxalq “ActInSpace” kosmik texnologiyalar hakatonunun qalibi olub.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərkosmosun əsas tərəfdaşlığı ilə Bakıda keçirilən “ActInSpace 2022” hakatonunda kosmos sahəsində formalaşmış peşəkar mütəxəssislərimiz isə gənclərin mentorları olaraq hakatonda iştirak etmişlər.
Rashad Nabiyev
@RashadNNabiyev
Gənclərimizə ölkəmizi kosmos sahəsində beynəlxalq yarışda layiqli təmsil etdiklərinə görə təşəkkür edir və onlara daha yüksək nailiyyətlər arzulayıram.
-
Post not available here, view on X
Rashad Nabiyev
@RashadNNabiyev
Azərkosmosun əsas tərəfdaşlığı ilə Bakıda keçirilən “ActInSpace 2022” hakatonunda kosmos sahəsində formalaşmış peşəkar mütəxəssislərimiz isə gənclərin mentorları olaraq hakatonda iştirak etmişlər.
Rashad Nabiyev
@RashadNNabiyev
Gənclərimizə ölkəmizi kosmos sahəsində beynəlxalq yarışda layiqli təmsil etdiklərinə görə təşəkkür edir və onlara daha yüksək nailiyyətlər arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
“Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Elkiyar Ziyadov və Etibar Hüseynovla görüşdüm. Qaliblərlə birillik fərdi inkişaf planı ilə əlaqədar fikir mübadiləsi apardım.
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan şəxslərin aşkar edilməsinə böyük töhfə olduğunu vurğuladım.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Vətəndaşların qəbulu ilə əlaqədar İmişli rayonuna səfər çərçivəsində şəhid Kərimov Ramin Əli oğlunun ailə üzvlərini yeni tikilmiş mənzillərində ziyarət etdik. Görüşdə şəhid ailəsinin qayğıları ilə maraqlandıq. Onların şəhidlə bağlı xatirələrini dinlədik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
İmişli şəhərində vətəndaşlarla görüşdük. Sabirabad, Saatlı, Füzuli, Beyləqan, Xocavənd və İmişli sakinlərinin müraciətlərinə baxdıq. Məsələlərin bir qismi yerində öz həllini tapdı. Digər müraciətlərin araşdırılması ilə bağlı nazirliyin aidiyyəti qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik!
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün ölkəmizdə səfərdə olan Monteneqro Hökumətinin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç ilə Azərbaycan və Monteneqro arasında hava əlaqələri haqqında Saziş imzaladıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Bu Saziş iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq və ölkələrimiz arasında turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Asiya İnfrastruktur İnvestisiya Bankının vitse-prezidenti Konstantin Limitovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük, potensial əməkdaşlıq imkanlarını müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün ölkəmizdə səfərdə olan Monteneqro Hökumətinin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç ilə görüşdük. Nəqliyyat və innovasiyalar sahəsində mövcud ikitərəfli əməkdaşlıq məsələləri və əməkdaşlığın daha da genişləndirilməsini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan Gəncləri Günü münasibətilə gənclərimizi təbrik edir, onlara uğurlar arzulayıram. Bu gün ölkəmizdə yüksək zəkaya sahib, vətənpərvər, iddialı və innovativ layihələrlə çıxış edən gənclərimizi görmək olduqca xoşdur. Əziz gənclər, gününüz mübarək!
-
Rashad Nabiyev
@RashadNNabiyev
"Qadınlar STEM-də" adlı festivalda iştirak etdim. Gənc qızların yüksək texnologiyalar və innovasiyalara dair təklif və layihələri ilə tanış oldum. Ölkəmizdə qadınların texnologiya sahəsinə getdikcə daha çox maraq göstərməsi və innovativ həllərlə çıxış etmələri təqdirəlayiqdir.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa regionu üzrə yeni təyin olunmuş direktoru xanım Rana Karadşeh ilə görüşdük. Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ilə bağlı əməkdaşlığı müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının növbəti mərhələsi, o cümlədən aviasiya, hava limanları, dəmir yolu, avtomobil yolları, fiber-optik infrastruktur üzrə layihələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçirdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
“TEKNOFEST Azərbaycan” festivalında uğurla iştirak etmiş və bu il Türkiyədə keçiriləcək qış düşərgəsinə dəvət almış şəhid övladları ilə görüşdüm. Fərdi inkişaf proqramları istiqamətində yeniyetmələrlə maraqlı diskussiyamız oldu.
Rashad Nabiyev
@RashadNNabiyev
Gənclərimizin informasiya texnologiyaları sahəsinə böyük maraq göstərməsi və innovativ təkliflərlə çıxış etmələri olduqca xoş təəssürat yaratdı.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə görüş keçirdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Görüşlər zamanı nəqliyyat və rəqəmsal inkişaf sahələrində cari və perspektiv əməkdaşlıq məsələlərini müzakirə etdik. Orta Dəhlizin inkişafı, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası və İKT üzrə mütəxəssislərin hazırlanması haqqında danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin iclasında iştirak etdik. İclasda 2022-ci il üzrə fəaliyyətin nəticələri və 2023-cü il üçün hədəflər müzakirə olundu.
-
Rashad Nabiyev
@RashadNNabiyev
33-cü ildönümünü qeyd etdiyimiz 20 Yanvar hadisəsi Azərbaycan xalqının öz müstəqilliyi uğrunda apardığı mübarizənin şanlı bir səhifəsidir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! -
Rashad Nabiyev
@RashadNNabiyev
Vətəndaşların qəbulu ilə əlaqədar növbəti səfər çərçivəsində yeni istifadəyə verilmiş Ağstafa Cüdo Təlim Mərkəzinə baş çəkdik. Eyni zamanda 100 nəfərə qədər yeniyetmə və gəncin cüdo idman növü ilə məşğul ola biləcəyi, bütün zəruri şəraitlə təmin olunmuş mərkəzlə tanış olduq.
Rashad Nabiyev
@RashadNNabiyev
Məqsədimiz cüdonun daha da kütləviləşdirilməsi ilə sağlam həyat tərzinin formalaşdırılmasına töhfə verməkdir.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Tovuzda vətəndaşlarla görüş keçirdik. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy və Daşkəsən rayon sakinlərinin müraciətlərinə baxdıq. Məsələlərin bir qismi yerində öz həllini tapdı. Müvafiq müraciətlərin araşdırılması ilə bağlı nazirliyin aidiyyəti qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyevin qanunvericiliyə müvafiq dəyişiklikləri təsdiqləməsi ilə 2023-cü il yanvarın 1-dən etibarən Azərbaycanda İKT sektoruna genişmiqyaslı güzəştlər tətbiq ediləcək.
Rashad Nabiyev
@RashadNNabiyev
Dəyişikliklər bu sahədə fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan şəxslərə vergi güzəştlərini və işçilərə məcburi sosial dövlət sığorta ödənişləri ilə bağlı güzəştləri nəzərdə tutur.
Rashad Nabiyev
@RashadNNabiyev
Həmçinin əcnəbi mütəxəssislərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması tələb olunmayacaq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Özbəkistanın nəqliyyat naziri İlhom Maxkamov ilə görüşdük. Azərbaycan və Özbəkistan arasında nəqliyyat sahəsində mövcud əməkdaşlığı və perspektivləri müzakirə etdik. İki ölkənin tranzit potensialının artırılması ilə bağlı məsələləri nəzərdən keçirdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edirik! Bu əlamətdar gündə Ali Baş Komandana möhkəm cansağlığı arzulayırıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Türk Dövlətləri Təşkilatının yeni təyin olunmuş Baş katibi Kubanıçbek Omuralievin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşdük. Ölkəmizin Təşkilatla nəqliyyat və İKT sahəsində əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Orta Dəhliz boyunca tranzitin asanlaşdırılması, o cümlədən nəqliyyat əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər haqqında danışdıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Nümayəndə heyətinə Zəngəzur Dəhlizinin üzv dövlətlər üçün əhəmiyyəti və işğaldan azad olunmuş ərazilərimizdə nəqliyyat və rabitə infrastrukturunun inşası üzrə görülən işlər barədə məlumat verdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Moldovanın Baş nazirinin rəqəmsallaşma məsələləri üzrə müavini Yurie Tsurkanunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdük. Azərbaycan və Moldova arasında İKT, innovasiyalar və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
“Elektron hökumət”, “Ağıllı şəhər” və süni intellekt istiqamətlərində əməkdaşlıq və təcrübə mübadiləsi, İT və innovasiyalar sahəsində insan kapitalının inkişaf etdirilməsi məsələləri haqqında danışdıq.
-
Rashad Nabiyev reposted
Çingiz Əsgərov
@CAsgarov
Ali Məhkəmə tərəfindən vətəndaşların məhkəməyə müraciət etmək hüququnun daha səmərəli həyata keçirilməsi istiqamətində təşəbbüslər davam etdirilir. Dəstəyə görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə minnətdarıq
azertag.az/xeber/Suni_intellekt_esasinda_Vahid_Mehkeme_Si… -
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun başçılığı altında Gürcüstana rəsmi səfər çərçivəsində Tbilisi şəhərində Gürcüstan-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının 9-cu iclasında iştirak etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizi beynəlxalq nəqliyyat qovşağına çevirən, regional əməkdaşlığa hesablanmış layihələr haqda ətraflı məlumat verdik. Orta Dəhlizin iştirakçıları ilə göstərilən xidmətlərin rəqabət qabiliyyəti və keyfiyyətinin daha da artırılması məqsədilə icra olunmuş işlər barədə danışdıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Orta Dəhlizin əsas arteriyalarından biri olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin mərhələli şəkildə artırılması üçün görülmüş tədbirləri və gələcək planları müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyinin baş direktoru və Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u imzaladıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Razılaşma üç dövlətin ərazisi arasında və ərazilərindən tranzit keçməklə həyata keçirilən multimodal daşımaların inkişafı, nəqliyyatın rəvan hərəkəti üçün administrativ və viza prosedurlarının sadələşdirilməsi, avtodaşıyıcılar üçün səmərəli şəraitin yaradılmasına xidmət edəcək.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Türkmənistanda keçirilən Türkmənistan, Azərbaycan və Türkiyənin nəqliyyat sahəsi üzrə məsul nazirlərinin görüşündə iştirak etdim. Azərbaycanın təşəbbüskarı olduğu regional nəqliyyat və kommunikasiya layihələri haqqında ətraflı məlumat verdim.
Rashad Nabiyev
@RashadNNabiyev
Orta Dəhlizin rəqabətqabiliyyətliyi baxımından daha əlverişli olduğunu, Zəngəzur dəhlizinin ən qısa müddətdə açılmasının isə Orta Dəhlizin tranzit potensialının genişləndirilməsinə əhəmiyyətli təsir göstərə biləcəyini diqqətə çatdırdım.
-
Rashad Nabiyev
@RashadNNabiyev
“PASHA Holding”in təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Bakıda keçirilən İnnovasiya Sammitində iştirak etdim.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanda mövcud innovasiya ekosistemi, innovativ inkişafda özəl sektorla yanaşı, dövlətin rolu və bu istiqamətdə ölkəmizdə həyata keçirilən işlər haqqında danışdım.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman ilə görüşdük. Azərbaycanla Macarıstan arasında nəqliyyat və rəqəmsal transformasiya sahəsində əməkdaşlığa dair məsələləri müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan xalqının Ümummilli lideri, müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anırıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Avropa İttifaqının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş Direktorluğunun Şərq qonşuluğu və institusional quruculuq üzrə direktoru Lourens Meredit ilə görüşdüm.
Rashad Nabiyev
@RashadNNabiyev
Avropa İttifaqının İqtisadi və İnvestisiya Planı və bu plan çərçivəsində mümkün prioritet layihələrə dair fikir mübadiləsi apardıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi baxımından Azərbaycan-Avropa İttifaqı Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ikinci iclasının 2023-cü ildə Bakıda keçirilməsinin önəmindən danışdıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Vətəndaşların qəbulu ilə əlaqədar növbəti səfər zamanı Şirvan şəhərində, “Technest” Təqaüd Proqramı çərçivəsində təhsil almış gənclərin Məzun Günündə iştirak etdim. Gəncləri İKT sahəsi üzrə məzun olmaları münasibətilə təbrik etdim, gələcək fəaliyyətlərində uğurlar arzuladım.
Rashad Nabiyev
@RashadNNabiyev
İnanıram ki, regionlarda gənclərin İKT üzrə ixtisaslaşması bölgələrdə insan kapitalının formalaşmasına önəmli töhfə verəcək.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Şirvan şəhərində vətəndaşları qəbul etdik. Hacıqabul, Salyan, Neftçala rayon və Şirvan şəhər sakinlərinin müraciətlərinə baxdıq. Məsələlərin bir qismi yerində həllini tapdı. Digər müvafiq müraciətlərin araşdırılması ilə bağlı nazirliyin aidiyyəti qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovla görüşdük. Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində və hava nəqliyyatı, eləcə də rəqəmsallaşdırma üzrə əməkdaşlıq, logistik mərkəzlərin yaradılması və təcrübə mübadiləsi məsələlərini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
“Lenovo” beynəlxalq texnologiya şirkətinin baş vitse-prezidenti Vilfredo Sotolonqonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük.
Rashad Nabiyev
@RashadNNabiyev
“Lenovo” şirkətinin ölkəmizdə fəaliyyət göstərən rəsmi nümayəndəliyinin genişləndirilərək Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin ərazisini əhatə edən regional mərkəzə çevriləcəyi qeyd edildi.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan hökumətinin İT şirkətləri üçün biznes mühitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlər, xüsusilə xarici investisiyaların cəlb edilməsi üçün hökumətə təqdim edilmiş qanunvericiliyə dəyişikliklər barədə məlumat verdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı münasibətilə sahə əməkdaşlarını təbrik edir, çətin və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Brüsselə işgüzar səfər çərçivəsində Belçikanın Sənaye Müəssisələri Federasiyası – "Agoria"nın təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Belçikanın İKT, nəqliyyat və kosmik sahədə fəaliyyət göstərən şirkətlərinin qatıldığı tədbirdə Azərbaycanda müvafiq sahələr üzrə həyata keçirilən layihələr haqqında məlumat verdik, şirkətlərlə əməkdaşlıq perspektivlərini müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Avropa İttifaqının ədliyyə komissarı Didier Reynders ilə keçirilən görüşdə isə Ümumi Məlumatların Qorunması Qaydalarına (GDPR), məlumatların qorunması istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi apardıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Həmçinin Belçikanın baş nazirinin müavini, nəqliyyat naziri Georges Gilkinet və Belçikanın rəqəmsallaşma üzrə dövlət katibi Mathieu Michel ilə görüşlər keçirdik. Nəqliyyat və rəqəmsallaşma, eləcə də bu sahələrdə hüquqi bazanın təkmilləşdirilməsi məsələlərini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Brüsselə işgüzar səfər çərçivəsində Avropa Parlamentinin üzvləri və Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ilə birlikdə “Avropa və Asiya arasında dayanıqlı nəqliyyat əlaqəsi üçün yeni baxışlar və imkanlar” mövzusunda dəyirmi masada iştirak etdim.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələr və ölkəmizin iştirakçısı olduğu beynəlxalq nəqliyyat dəhlizləri barədə danışdım. Avropa Parlamentinin üzvlərinə Zəngəzur Dəhlizinin və Orta Dəhlizin əhəmiyyəti haqda məlumat verdim.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Brüsselə işgüzar səfər çərçivəsində Avropa İttifaqının genişlənmə üzrə komissarı Olivier Varhelyi ilə görüşdük. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında nəqliyyat, rəqəmsal transformasiya, o cümlədən İKT, kibertəhlükəsizlik üzrə əməkdaşlıq haqda fikir mübadiləsi apardıq.
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə həyata keçirilən rəqəmsal transformasiya layihələrinə və sahə üzrə mütəxəssislərin hazırlanmasına Avropa İttifaqı tərəfindən dəstək göstərilməsi məsələlərini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Brüsselə işgüzar səfər çərçivəsində Avropa İttifaqının nəqliyyat komissarı Adina Valeanla görüşdük. Azərbaycan və Avropa İttifaqı arasında nəqliyyat sahəsində əməkdaşlığı və Orta Dəhlizin potensialını müzakirə etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə həyata keçirilən nəqliyyat və rəqəmsallaşma layihələri, eləcə də Zəngəzur Dəhlizinin əhəmiyyəti və işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər barədə ətraflı məlumat verdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanda innovasiya ekosisteminin inkişafı üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə yaradılan “Caucasus Ventures” vençur fondunun təqdimat mərasimində iştirak etdik.
Rashad Nabiyev
@RashadNNabiyev
Bu fond vasitəsilə ölkəmizin innovasiya ekosisteminin gələcəyinə hesablanmış əməkdaşlığın bünövrəsini qoyduq.
Rashad Nabiyev
@RashadNNabiyev
“Caucasus Ventures” innovasiya infrastrukturunun inkişafına, biznes mühitinin optimallaşdırılmasına, xarici investorların ölkəyə cəlb edilməsinə və yerli layihələrin xarici bazarlara çıxarılmasına geniş imkanlar açacaq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Qazaxıstanın Aktau şəhərində Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin ikinci üçtərəfli görüşündə iştirak etdik.
Post not available here, view on X
Rashad Nabiyev
@RashadNNabiyev
İyunda Bakıda keçirilmiş birinci görüşdən ötən müddət ərzində əhəmiyyətli nəticələrin əldə olunduğu və cəlb edilmiş tərəflərin Orta Dəhliz boyu göstərilən xidmətlərin rəqabət qabiliyyəti və keyfiyyətinin daha da artırılması üçün zəruri tədbirlər görməyə hazır olduğu vurğulandı.
Rashad Nabiyev
@RashadNNabiyev
Görüşün sonunda Azərbaycan, Türkiyə və Qazaxıstan ərazisindən keçən Orta Dəhliz marşrutunun inkişafı və istismarına dair “2022-2027-ci illər Yol Xəritəsi” imzalandı.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Gəncə şəhərindəki cüdo təlim mərkəzində idmançılar üçün yaradılmış şəraitlə tanış olduq, onlarla söhbət etdik. Yeni təmir olunmuş təlim mərkəzinin istifadəyə verilməsi bu şəhərdə cüdo idman növünün daha da kütləviləşdirilməsinə zəmin yaradır.
Rashad Nabiyev
@RashadNNabiyev
Əsas məqsədimiz uşaqlar, yeniyetmələr və gənclərin sağlam həyat tərzinin formalaşdırılmasına töhfə verməkdir.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Göygöldə vətəndaşları qəbul etdik. Samux, Daşkəsən, Göygöl, Xocalı, Şəmkir, Gədəbəy, Kəlbəcər, Gəncə və Naftalan sakinlərinin müraciətlərinə baxdıq. Məsələlərin bir qismi yerində həllini tapdı. Digər müraciətlərlə bağlı nazirliyin aidiyyəti qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
“Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda iştirak etdim.
Rashad Nabiyev
@RashadNNabiyev
“Ağıllı” şəhər və kəndlərlə bağlı baxışımızın reallığa çevrilməsini şərtləndirən amillər, o cümlədən müasir İT infrastrukturu, kibertəhlükəsizlik tədbirləri və rəqəmsal cəmiyyət haqqında danışdım.
Rashad Nabiyev
@RashadNNabiyev
Təqdim olunan “ağıllı” layihələrə səmərəlilik və zərurət, dayanıqlılıq və innovasiyanın təşviqi prizmasından baxılmasının zəruri olduğunu qeyd etdim.
-
Rashad Nabiyev
@RashadNNabiyev
8 Noyabr - Zəfər Günü tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gərgin əməyi, Ordumuzun rəşadəti sayəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz və müzəffər xalq kimi tanıdıldı. Zəfər Günümüz mübarək!
-
Rashad Nabiyev
@RashadNNabiyev
4-6 noyabrda keçirilən cüdo üzrə "Bakı Böyük Dəbilqə" turniri uğurla başa çatdı. Azərbaycan cüdoçuları turnirdə 4 qızıl və 2 bürünc medal qazanaraq kişilər arasında və ümumi komanda hesabında birinci oldular. Bütün qalibləri təbrik edir və komandamıza yeni uğurlar arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Cüdo üzrə "Bakı Böyük Dəbilqə" turnirinin ikinci günü Azərbaycan idmançıları 2 qızıl medal qazandı. Beləliklə, medallarımızın sayı 5-ə çatdı. Bütün qalibləri təbrik edir, komandamıza davamlı uğurlar arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Beynəlxalq Cüdo Federasiyasının Yeni Texnologiyalar və Yüksək Məhsuldarlıq Komissiyasının Bakıda keçirilən 1-ci iclasında iştirak etdik. Müasir texnologiyaların tətbiqi ilə idmançıların performansını yüksəltmək və cüdonun hərtərəfli inkişafına nail olmaq barədə müzakirəmiz oldu.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə "Bakı Böyük Dəbilqə" turnirinin açılışı oldu. Yarışın birinci günündə idmançılarımız 1 qızıl və 2 bürünc medal qazandı. Bütün qalibləri təbrik edir, komandamıza davamlı uğurlar arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) İcraçı direktoru Olqa Alqayerova ilə görüşdük.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanla UNECE arasında, eləcə də BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində əməkdaşlıq istiqamətlərini, nəqliyyat əməliyyatlarının rəqəmsallaşdırılması və müvafiq praktiki tədbirlərin həyata keçirilməsini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün Xüsusi Proqramı - SPECA ölkələri üçün yüksək səviyyəli konfransda iştirak etdim. BMT standartlarından istifadə etməklə təchizat zəncirlərində məlumat mübadiləsinin rəqəmsal transformasiyasını müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyevin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə təltif edilmiş rəqəmsal inkişaf və nəqliyyat sahəsi əməkdaşlarına dövlət mükafatlarını təqdim etdim.
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezidentə sahə işçilərinə göstərdiyi diqqətə görə minnətdarlığımı bildirir, təltifə layiq görülənlərin hər birini təbrik edirəm.
-
Post not available here, view on X
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezidentə sahə işçilərinə göstərdiyi diqqətə görə minnətdarlığımı bildirir, təltifə layiq görülənlərin hər birini təbrik edirəm.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl və təşkilatın ölkəmizdə səfərdə olan nümayəndələri ilə görüşdük. Dünya Bankı ilə rəqəmsal transformasiya və telekommunikasiya sahəsində həyata keçirilən birgə layihələri və gələcək əməkdaşlıq məsələlərini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bu gün Çex Respublikası, İraq, İsrail və İsveçin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri ilə görüşdüm. Görüşlər zamanı ölkələrimiz arasında müvafiq sahələrdə mövcud və perspektiv əməkdaşlıq məsələlərini müzakirə etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edirəm. Ölkəmizə əbədi müstəqillik və firavanlıq arzulayıram.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Lənkəranda vətəndaş qəbulunda Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl sakinlərinin müraciətlərinə baxdıq. Məsələlərin bir qismi yerində həllini tapdı. Digər müraciətlərin araşdırılması ilə bağlı nazirliyin qurumlarına tapşırıqlar verildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Rumıniyanın Buxarest şəhərində, Beynəlxalq Telekommunikasiya İttifaqının növbəti Səlahiyyətli Konfransında Azərbaycan 154 ölkənin səsi ilə təşkilatın Şurasına üzv seçildi.
Rashad Nabiyev
@RashadNNabiyev
Eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Sahibə Abdullayeva 114 ölkənin səsini qazanaraq Şərqi Avropa və Şimali Asiya regionunda ən çox səslə Radio Tənzimləmə Komitəsinə seçilmiş Azərbaycan təmsilçisi oldu.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycanın bu mötəbər beynəlxalq təşkilata növbəti dəfə üzv seçilməsi, daha çox ölkədən səs alması ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasını bir daha nümayiş etdirir.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Bakıda Azərbaycan - Pakistan Texnologiya Forumu keçirilir.
Azərbaycan və Pakistan arasında qarşılıqlı etimada, dəstəyə əsaslanan faydalı əməkdaşlıq mövcuddur.
Rashad Nabiyev
@RashadNNabiyev
Forum əməkdaşlığımızı genişləndirmək, məlumat mübadiləsini təşviq etmək və yeni işgüzar münasibətləri asanlaşdırmaq üçün effektiv platforma rolunu oynayacaq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Cənab Prezident İlham Əliyevin 26 avqust 2022-ci il tarixli Fərmanına əsasən, radiotezliklərdən istifadə tarifləri üzrə beynəlxalq qərar və tövsiyələr nəzərə alınmaqla hazırlanmış yeni metodika bu gündən qüvvəyə minir.
Rashad Nabiyev
@RashadNNabiyev
Qüvvəyə minən metodika yeni texnologiyaların tətbiqini təşviq edəcək, dövlətin məhdud resursu olan radiotezliklərdən iqtisadi cəhətdən effektiv istifadəni stimullaşdıracaq, radiotezliklərə olan tələbatın ədalətlilik prinsipinə uyğun tənzimlənməsinə imkan verəcək.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Rumıniyanın Buxarest şəhərində keçirilən növbəti Səlahiyyətli Konfransında çıxış etdim. Azərbaycanda rəqəmsal transformasiya çərçivəsində həyata keçirilən layihələr haqqında məlumat verdim.
Rashad Nabiyev
@RashadNNabiyev
Azərbaycan 1992-ci ildən BTİ-nin, 2014-cü ildən isə BTİ Şurasının fəal üzvüdür. İKT sektorunda ölkələrarası dialoqu genişləndirmək məqsədilə bu mötəbər beynəlxalq təşkilatla əməkdaşlığı davam etdirmək niyyətindəyik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
27 sentyabr Azərbaycan tarixinə Anım Günü - Milli Qürur Günümüz kimi yazıldı. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi ehtiramla anır, qazilərimizə Allahdan şəfa diləyirik!
-
Rashad Nabiyev
@RashadNNabiyev
Buxarestdə keçirilən “Hər kəs üçün daha yaxşı rəqəmsal gələcəyin qurulması” mövzusu üzrə nazirlər səviyyəsində dəyirmi masada iştirak etdik. Ölkəmizdə rəqəmsal transformasiya üçün uyğun mühitin təmin edilməsi istiqamətində görülmüş və planlaşdırılan işlər haqda məlumat verdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
6-12 oktyabrda Daşkənd şəhərində keçiriləcək böyüklər arasında Dünya çempionatına hazırlaşan cüdo üzrə milli yığmanın məşq prosesini izlədik.
İdmançılara qarşıdakı yarışda ölkəmizi layiqincə təmsil edəcəklərinə inandığımızı vurğuladıq, onlara uğurlar arzuladıq. -
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Avropa Parlamentinin üzvü, Nəqliyyat və Turizm Komitəsinin sədr müavini Andris Amerikslə görüşdük. Azərbaycanla Avropa İttifaqı arasında rəqəmsallaşma və nəqliyyat sahəsi də daxil olmaqla müxtəlif sektorlar üzrə əməkdaşlığa dair fikir mübadiləsi apardıq.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Startap ekosisteminin nümayəndələri ilə görüşdüm. Azərbaycanda yaşayıb-yaratmaq üçün şəraitin mövcudluğuna, “beyin axını”nı geri döndürmək, hətta xaricdən ölkəmizə “beyin”ləri cəlb etmək üzrə imkanlarımızın olduğuna dair maraqlı söhbət etdik.
-
Rashad Nabiyev
@RashadNNabiyev
Ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel "Azərkosmos"un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi ilə tanış oldu. Görüşdə nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə əməkdaşlığımızın daha da inkişafı üçün böyük potensialın olduğu bildirildi.
-
Rashad Nabiyev
@RashadNNabiyev
The countries of the Non-Aligned Movement supported #azerbaijan on the matter of the #nagornokarabagh.
This illustrates one country=one voice, regardless of its size, wealth and power. Deep respect and admiration goes to #presidentaz for his farsightedness
#karabakisazerbaijan -
Rashad Nabiyev
@RashadNNabiyev
Learning by Doing!
In his interview to Army Times, the US Army general McConville stated that the active use of UAVs by the Azerbaijani Army in the recent conflict between Armenia and Azerbaijan has caused to highlight a priority in developing air defense systems of the US.











































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































