Konstitusiyamız müstəqil dövlətimizin təməli, hüquq və azadlıqlarımızın təminatıdır.
Konstitusiya Günümüz mübarək!
———
Our Constitution is the foundation of our independent state and the guarantee of our rights and freedoms.
Happy Constitution Day!
Samir Rzayev
Samir Musa oghlu Rzayev (Azerbaijani: Samir Musa oğlu Rzayev; born 9 May 1980) is an Azerbaijani aviation executive who is the President of Azerbaijan Airlines. More on Wikipedia
-
Samir Rzayev
@SamirMRzayev
-
Samir Rzayev
@SamirMRzayev
Üçrəngli bayrağımız harada dalğalanırsa, orada hər birimiz üçün Vətəndən bir parça var. Onu beynəlxalq səmalarda daşımaq, Azərbaycanın adını dünyada təmsil etmək bizim üçün xüsusi qürurdur.
Bayrağımız müstəqilliyimizin və birliyimizin rəmzi olaraq daim yüksəklərdə dalğalansın! Dövlət Bayrağı Günümüz mübarək!
------------------
Wherever our flag flies, it carries a piece of our homeland with it. Carrying it across international skies and representing Azerbaijan around the world is a source of immense pride for us.
May our flag continue to fly high as a symbol of our independence and unity. Happy State Flag Day! -
Samir Rzayev
@SamirMRzayev
8 Noyabr - Zəfərimizin qürurunu yaşadığımız, bu Zəfəri bizə yaşadanların fədakarlığını dərin minnətdarlıqla xatırladığımız gündür.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Ordumuzun şücaəti və xalqımızın birliyi ilə qazanılan bu Zəfər tariximizin şanlı səhifəsidir. Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram.
Zəfər Günümüz mübarək!
-------------
On 8 November, we reflect with pride on our Victory and with profound gratitude on the sacrifices that made it possible.
This Victory, made possible by the decisive leadership of our Commander-in-Chief, the courage of our Armed Forces and the unity of our people, will forever remain a defining moment in our nation’s history. I pay tribute to the memory of our fallen heroes and wish our veterans continued good health.
Happy Victory Day! -
Samir Rzayev
@SamirMRzayev
Bu gün Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Marian de Yonq ilə məhsuldar görüş keçirdik.
Görüşdə aviaparkımızın və marşrut şəbəkəmizin genişləndirilməsi planlarını, həmçinin Azərbaycan ilə Niderland arasında birbaşa uçuşların perspektivlərini müzakirə etdik. Belə bir marşrutun yaradılması iki ölkə arasında iqtisadi və turizm əlaqələrinin inkişafı, eləcə də işgüzar səfərlərin asanlaşması üçün yeni imkanlar aça bilər.
————
Today, we had a productive meeting with Marianne de Jong, Ambassador of the Kingdom of the Netherlands to Azerbaijan.
We discussed our plans to expand our fleet and route network, as well as the prospects for establishing direct flights between Azerbaijan and the Netherlands. Such a route could create new opportunities to strengthen economic and tourism ties between the two countries and facilitate business travel. -
Samir Rzayev
@SamirMRzayev
Beynəlxalq hava əlaqələrinin inkişafı Azərbaycanın turizm potensialının genişləndirilməsi və iqtisadi inkişafının dəstəklənməsi baxımından böyük əhəmiyyət daşıyır.
Frankfurtda keçirilən “Routes World 2026” beynəlxalq forumunda potensial aviasiya tərəfdaşları ilə əməkdaşlıq perspektivlərini müzakirə etdik. Görüşlərdə yeni birbaşa hava əlaqələrinin yaradılması və beynəlxalq aviaşirkətlərlə tərəfdaşlıq imkanlarını dəyərləndirdik.
Ümid edirəm ki, belə qlobal tədbirlər yeni tərəfdaşlıqların qurulmasına və lazımi nəticələrin əldə olunmasına töhfə verəcək.
-------------------
The development of international air connectivity is essential for expanding Azerbaijan’s tourism potential and supporting its economic growth.
At the “Routes World 2026” international forum in Frankfurt, we discussed cooperation prospects with potential aviation partners. Our meetings focused on establishing new direct air links and exploring partnership opportunities with international airlines.
I hope that global events like this will help foster new partnerships and deliver meaningful results. -
Samir Rzayev
@SamirMRzayev
Beynəlxalq tərəfdaşlarımızla fikir mübadiləsi aparmaq və yeni əməkdaşlıq imkanlarını müzakirə etmək hər zaman maraqlıdır. Bu dəfə qonağımız Koreya Respublikasının Azərbaycandakı səfiri cənab Kanq Kımqu oldu.
Görüş zamanı Azərbaycan və Koreya arasında aviasiya sahəsində əməkdaşlığın inkişaf perspektivlərini, Bakının regional aviasiya habı kimi artan rolunu, eləcə də aviaşirkətimizin hava gəmiləri parkının və marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində planlarını müzakirə etdik. İki ölkə arasında turizm əlaqələrinin inkişafı da diqqət mərkəzində oldu.
Marşrut şəbəkəmizin inkişaf strategiyasına uyğun olaraq, 2030-cu ilədək Azərbaycan və Koreya arasında birbaşa uçuşların həyata keçirilməsi perspektivini də müzakirə etdik. Həmçinin, iki ölkənin hava limanları və aviasiya qurumları arasında potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirdik.
İnanıram ki, bu istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi turizmin inkişafına və yeni aviasiya imkanlarının yaranmasına töhfə verəcək.
-------------------------
Exchanging ideas with our international partners and exploring new opportunities for cooperation is always valuable. This time, we welcomed H.E. Kang Kymgu, Ambassador of the Republic of Korea to Azerbaijan.
During our meeting, we discussed prospects for developing aviation cooperation between Azerbaijan and Korea, Baku’s growing role as a regional aviation hub, and our plans to expand our fleet and route network. The development of tourism ties between the two countries was also among our key topics.
In line with our route network development strategy, we also discussed the prospect of launching direct flights between Azerbaijan and Korea by 2030. We further explored potential cooperation between the two countries’ airports and aviation authorities.
I believe that strengthening cooperation in these areas can contribute to tourism growth and create new opportunities for aviation. -
Samir Rzayev
@SamirMRzayev
18 Oktyabr dövlətçilik tariximizdə xüsusi yer tutan, müstəqilliyin xalqımız üçün dəyərini bir daha xatırladan gündür.
Ölkəmizi dünyada təmsil etmək, Azərbaycan bayrağını beynəlxalq səmalarda dalğalandırmaq bizim üçün böyük qürur və məsuliyyətdir.
Müstəqilliyin Bərpası Günümüz mübarək!
-----
18 October holds a special place in our history of statehood, reminding us of the enduring value of independence for our nation.
Representing Azerbaijan around the world and carrying our flag across international skies is both a privilege and a responsibility.
Happy Day of Restoration of Independence! -
Samir Rzayev
@SamirMRzayev
Dünən Vyetnamın Vietjet Air aviaşirkətinin, Sovico Group və Vingroup şirkətlərinin nümayəndələri ilə görüş keçirdik.
Görüş zamanı Azərbaycan və Vyetnam arasında birbaşa hava əlaqələrinin yaradılması, Vietjet Air aviaşirkətinin Bakı və ölkəmizin regional hava limanlarına uçuşlar həyata keçirməsi perspektivləri, eləcə də Azərbaycan Hava Yolları ilə potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi apardıq.
Beynəlxalq marşrut şəbəkəsinin genişləndirilməsi, yeni aviaşirkətlərin cəlb edilməsi və hava əlaqələrinin şaxələndirilməsi strateji prioritetlərimiz sırasındadır.
————
Yesterday, we held a meeting with representatives of Vietnam’s Vietjet Air, Sovico Group, and Vingroup.
During the meeting, we exchanged views on the prospects for establishing direct air links between Azerbaijan and Vietnam, the potential for Vietjet Air to operate flights to Baku and Azerbaijan’s regional airports, and opportunities for cooperation with Azerbaijan Airlines.
Expanding our international route network, attracting new airlines, and diversifying air connectivity remain among our strategic priorities. -
Samir Rzayev
@SamirMRzayev
2026-cı ilin ilk doqquz ayı Azərbaycan aviasiyası üçün inkişaf, daha geniş bağlantılar və beynəlxalq nailiyyətlərlə yadda qaldı.
Azərbaycan Hava Yolları doqquz aylıq dövr üzrə rekord nəticə göstərərək 3,3 milyona yaxın sərnişinə xidmət göstərdi. Transfer sərnişinlərinin sayı isə 29% artdı. Yeni rəqəmsal ödəniş həlləri, “Skytrax World Airline Awards 2026” və “PAX International” mükafatları, eləcə də “Great Place to Work” sertifikatı dövrün mühüm nailiyyətləri sırasında yer aldı.
Heydər Əliyev Beynəlxalq Aeroportu 5,7 milyon sərnişinə xidmət göstərdi. Bakı 42 aviaşirkət vasitəsilə 77 istiqamətlə əlaqələndi.
AZANS 282 mindən çox uçuşa xidmət göstərdi, tranzit uçuşların sayı isə 15% artdı.
Ətraflı nəticələrlə aşağıdakı videoda tanış ola bilərsiniz.
----------
The first nine months of 2026 marked further growth, enhanced connectivity and international achievements across Azerbaijan’s aviation sector.
Azerbaijan Airlines achieved a record result for the nine-month period, serving nearly 3.3 million passengers, while transfer passenger numbers increased by 29%. Other key achievements included the introduction of new digital payment solutions, recognition at the Skytrax World Airline Awards 2026 and PAX International awards, and Great Place to Work certification.
Heydar Aliyev International Airport served 5.7 million passengers, connecting Baku to 77 destinations through 42 airlines.
AZANS provided air navigation services for more than 282,000 flights, while transit traffic increased by 15%.
Watch the video below for a detailed overview of the results. -
Samir Rzayev
@SamirMRzayev
Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Məmməd Həsənov və Orxan Nağıyev ilə növbəti görüşümüzü keçirdik.
Söhbətimizdə dəyişikliklərin idarə edilməsi, qərarların arxasında dayanan məsuliyyət və yeni ideyaların həyata keçirilməsi kimi mövzulara toxunduq. Eyni zamanda, aviasiya kimi dinamik bir sahədə uzunmüddətli hədəflərlə gündəlik qərarlar arasında tarazlığın qorunmasının əhəmiyyətindən danışdıq.
Bacarıqlı və təşəbbüskar insanlar üçün belə platformalar dəyərli imkanlar yaradır. Bu səbəbdən gələcəyin liderlərinin peşəkar inkişafına töhfə verməyi vacib hesab edirəm.
---------------------
I had another meeting with Məmməd Həsənov and Orxan Nağıyev, winners of the Fifth “Yüksəliş” competition.
We discussed topics such as managing change, the responsibility behind decision-making, and turning new ideas into action. We also talked about the importance of balancing long-term goals with day-to-day decisions in a dynamic industry like aviation.
I believe such platforms create valuable opportunities for talented and proactive people. For this reason, I consider contributing to the professional development of the leaders of tomorrow an important responsibility. -
Samir Rzayev
@SamirMRzayev
Bu gün ikinci “Airbus A321neo” təyyarəmizi qarşıladıq. Bununla da cari ildə donanmamıza əlavə etdiyimiz yeni nəsil hava gəmilərinin sayı beşə çatdı.
Donanmamızın yenilənməsini pilotlarımızın peşəkar hazırlığı, əməliyyat imkanlarımızın inkişafı və xidmət keyfiyyətimizin davamlı təkmilləşdirilməsi ilə paralel aparırıq. Məqsədimiz müasir donanma ilə yanaşı, daha yüksək sərnişin təcrübəsi formalaşdırmaqdır.
---------------
Today, we welcomed our second Airbus A321neo. With this addition, the number of new-generation aircraft added to our fleet this year has reached five.
We are renewing our fleet alongside strengthening the professional training of our pilots, developing our operational capabilities, and continuously improving our service quality. Our goal is to combine a modern fleet with an enhanced passenger experience. -
Samir Rzayev
@SamirMRzayev
Bu gün, 27 sentyabr, Azərbaycan xalqının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirik.
Qazilərimizə göstərdikləri şücaət və fədakarlıq üçün minnətdarlığımızı bildiririk.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
-----------------
Today, September 27, we respectfully commemorate the memory of our martyrs who gave their lives for the territorial integrity and sovereignty of Azerbaijan.
We express our gratitude to our veterans for their courage and sacrifice.
May God rest the souls of all our martyrs. -
Samir Rzayev
@SamirMRzayev
Milli Aviasiya Akademiyasında Spartan Aeronavtika və Texnologiya Məktəbinin açılışında iştirak etmək bizim üçün sevindirici hadisədir.
Bu tərəfdaşlıq Milli Aviasiya Akademiyasının akademik təcrübəsini, Spartan-ın beynəlxalq təcrübəsini və praktiki aviasiya hazırlığına yönəlmiş yanaşmanı bir araya gətirir.
Gənc mütəxəssislərə beynəlxalq standartlara uyğun bilik və praktiki hazırlıq imkanlarının yaradılması Azərbaycanda aviasiya sahəsinin gələcək kadr potensialının inkişafı baxımından mühüm addımdır.
-----------------------------
It was a pleasure to join the opening of Spartan College of Aeronautics and Technology at the National Aviation Academy.
This partnership brings together the academic expertise of the National Aviation Academy, Spartan’s international experience and a strong focus on practical aviation training.
Providing young professionals with access to international standards and hands-on training is an important step in developing the next generation of aviation talent in Azerbaijan. -
Samir Rzayev
@SamirMRzayev
Dünən ikinci "Uçuş Təhlükəsizliyi Günü" tədbirini uğurla keçirdik. Bu dəfə tədbirin əsas mövzusu aviasiya təhlükəsizliyində insan amili idi.
Texnologiyalar və prosedurlar təhlükəsiz əməliyyatların əsasını təşkil edir. Lakin təhlükəsizlik, ilk növbədə, insanlardan, liderlikdən və narahatlıqların açıq şəkildə ifadə olunduğu, təcrübədən nəticə çıxarıldığı və davamlı təkmilləşmənin təşviq edildiyi mədəniyyətdən asılıdır.
Bilik və təcrübələrini rəhbər heyətimizlə bölüşdükləri üçün Böyük Britaniyanın Mülki Aviasiya Administrasiyasına, cənab Giancarlo Buono və cənab Simon Robertsə təşəkkür edirəm.
_________________
Yesterday, we held the second Flight Safety Day, dedicated this year to the human factor in aviation safety.
Technology and procedures provide the foundation for safe operations. But safety ultimately depends on people, leadership and a culture where concerns can be raised, lessons can be learned and continuous improvement is encouraged.
Thank you to the UK Civil Aviation Authority, Mr. Giancarlo Buono and Mr. Simon Roberts for sharing their expertise and experience with our leadership team. -
Samir Rzayev
@SamirMRzayev
Dövlət Suverenliyi Günündə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə və hərbçilərimizə minnətdarlığımızı bildiririk.
Azərbaycanın hər guşəsində üçrəngli bayrağımız daim ucalarda dalğalansın!
-----
On State Sovereignty Day, we honor with deep respect the memory of our martyrs who sacrificed their lives for the territorial integrity and sovereignty of our country and express our gratitude to our veterans and servicemen.
May our tricolor flag always fly proudly over every corner of Azerbaijan! -
Samir Rzayev
@SamirMRzayev
Dünən növbəti işgüzar görüşüm Braziliya Federativ Respublikasının Azərbaycanda yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Bernard Jorj Leopold de Qarsia Klinql ilə oldu.
Görüş zamanı Azərbaycan Hava Yollarının donanmasının yenilənməsi, marşrut şəbəkəsinin genişləndirilməsi, eləcə də aviasiya sahəsində Azərbaycan-Braziliya əməkdaşlığının inkişafı üzrə müzakirələr apardıq.
Braziliyanın aviasiya sənayesində mühüm yer tutan “Embraer” şirkətinin istehsalı olan hava gəmirləri barədə də fikir mübadiləmiz oldu. Hazırda donanmamızda regional və orta məsafəli marşrutlarda istismar olunan 7 “Embraer” təyyarəsinin olması bu sahədə iki ölkə arasında artıq formalaşmış praktiki əlaqələrin göstəricisidir.
Cənab Səfirə Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar və qarşıdakı fəaliyyətində yeni nailiyyətlər arzulayıram.
____________________________
Yesterday, I had an introductory meeting with H.E. Bernard Jorge Leopold de Garcia Klingl, the newly appointed Ambassador of the Federative Republic of Brazil to Azerbaijan.
We exchanged views on the renewal of our fleet, the expansion of our route network, and opportunities to further develop cooperation between Azerbaijan and Brazil in the aviation sector.
We also discussed aircraft manufactured by Embraer, a major player in Brazil’s aviation industry. Currently, our fleet includes seven Embraer aircraft operating on regional and medium-haul routes, reflecting the practical ties that already exist between our two countries in the aviation sector.
I wish H.E. the Ambassador every success and many achievements in his diplomatic mission in Azerbaijan. -
Samir Rzayev
@SamirMRzayev
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri İssam bin Saleh əl-Cüteyli ilə bu gün keçirilən görüşümüzdə ölkələrimiz arasında dostluq münasibətləri və aviasiya sahəsində əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi apardıq.
Regionda baş verən geosiyasi proseslərin hava nəqliyyatına təsirini və Azərbaycan Hava Yollarının Səudiyyə Ərəbistanına uçuşları ilə bağlı mövcud vəziyyəti müzakirə etdik. Həmçinin Azərbaycan Hava Yollarının inkişaf strategiyası, donanmanın genişləndirilməsi və marşrut şəbəkəsinin inkişafı barədə danışdıq.
İnanıram ki, birgə səylərimiz Azərbaycan və Səudiyyə Ərəbistanı arasında aviasiya əlaqələrinin genişlənməsinə və sərnişinlər üçün yeni səyahət imkanlarının yaranmasına xidmət edəcək.
____________________________________
Today, I had a meeting with H.E. Issam bin Saleh Al-Jutaili, Ambassador of the Kingdom of Saudi Arabia to Azerbaijan, during which we exchanged views on the strong and friendly relations between our countries and the prospects for further cooperation in aviation.
We discussed the impact of geopolitical developments in the region on air transport, as well as the current situation regarding Azerbaijan Airlines’ flights to Saudi Arabia. We also touched upon AZAL’s development strategy, fleet expansion and the further development of its route network.
I believe that our joint efforts will contribute to strengthening air connectivity between Azerbaijan and Saudi Arabia and creating new travel opportunities for passengers. -
Samir Rzayev
@SamirMRzayev
Dünən Qazaxıstanın Atırau şəhərinə ilk reysin uğurla həyata keçirilməsi Azərbaycan Hava Yollarının marşrut şəbəkəsinin ardıcıl genişlənməsinin növbəti mərhələsidir.
Son 2 ay ərzində elan etdiyimiz yeni istiqamətlər həm region ölkələri ilə hava əlaqələrimizi gücləndirir, həm də sərnişinlər üçün daha geniş səyahət imkanları yaradır. Artıq Şımkent, Qars və Atırau istiqamətlərində uçuşlar uğurla icra olunur. Qarşıdakı aylarda isə Bakı-Aktöbə üzrə ilk reys baş tutacaq. Növbəti il isə bu şəbəkəyə Brüssel şəhəri də əlavə olunacaq.
Hər yeni marşrut sərnişinlərimiz üçün daha geniş səyahət imkanları yaradır, eyni zamanda ölkələr arasında biznes, turizm və insan əlaqələrinin inkişafına töhfə verir.
_______________________________
Yesterday’s successful inaugural flight to Atyrau, Kazakhstan marks another milestone in the continued expansion of Azerbaijan Airlines' route network.
Over the past two months, the new destinations we have announced have strengthened our air connectivity with countries across the region while providing passengers with more travel options. Scheduled services to Shymkent, Kars, and Atyrau are now successfully in operation. In the coming months, we will launch our inaugural flight to Aktobe, followed by the addition of Brussels to our network next year.
Every new route creates more travel opportunities for our passengers while contributing to the development of business, tourism, and people-to-people ties between our countries. -
Samir Rzayev
@SamirMRzayev
Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə məhsuldar görüş keçirdik.
Görüş zamanı Azərbaycan Hava Yollarının 2027-ci ilin may ayından etibarən Bakı–Brüssel–Bakı marşrutu üzrə birbaşa uçuşlara başlaması, bu marşrutun iki ölkə arasında turizm əlaqələrinin inkişafına verəcəyi töhfə və əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi apardıq.
Eyni zamanda, Azərbaycan Hava Yollarının strateji inkişaf istiqamətləri, donanmamızın yeni nəsil hava gəmiləri ilə genişləndirilməsi, marşrut şəbəkəsinin inkişafı, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportuna 40-a yaxın xarici aviaşirkətin cəlb edilməsi nəticəsində sərnişinlər üçün daha geniş seçim imkanlarının yaradılması barədə məlumat verdik.
Görüş çərçivəsində Azərbaycanın regional hava limanlarının inkişaf potensialı və ölkəmizin beynəlxalq hava əlaqələrinin daha da genişləndirilməsi istiqamətində görülən işləri də müzakirə etdik.
----------------------
It was a pleasure to meet with H.E. Julien de Fraipont, Ambassador Extraordinary and Plenipotentiary of the Kingdom of Belgium to Azerbaijan.
Our discussion focused on Azerbaijan Airlines' upcoming launch of direct Baku–Brussels flights in May 2027 and the opportunities this new connection will create for tourism, business, and stronger ties between our two countries, while opening new avenues for cooperation in the aviation sector.
During the meeting, we shared an overview of Azerbaijan Airlines' transformation journey, including our fleet modernization programme, the continued expansion of our international route network, and our efforts to enhance connectivity through Heydar Aliyev International Airport, which today is served by nearly 40 foreign airlines.
The conversation also covered the development potential of Azerbaijan's regional airports and our vision for further strengthening the country's position as a regional aviation hub. -
Samir Rzayev
@SamirMRzayev
Donanmamıza daha bir “Airbus A320neo” təyyarəsi qoşuldu. Bununla da 2026-cı il ərzində parkımıza artıq dördüncü yeni “Airbus” təyyarəsi daxil olub.
Müasir donanmanın formalaşdırılması strateji prioritetlərimizdən biridir. Bu istiqamətdə atdığımız hər addım əməliyyat səmərəliliyimizi artırır və sərnişinlərimiz üçün daha yüksək xidmət keyfiyyəti yaradır.
Bu uğurda əməyi olan hər kəsə təşəkkür edirəm.
#azerbaijanairlines #airbusa320neo
Our fleet has welcomed another Airbus A320neo, bringing the total number of new Airbus aircraft added in 2026 to four.
Building a modern fleet remains one of our strategic priorities. Every step we take in this direction enhances our operational efficiency and allows us to deliver an even higher standard of service and travel experience to our passengers.
My sincere thanks to everyone whose dedication and hard work made this achievement possible.This media couldn't be displayed. See it on the original post. -
Samir Rzayev
@SamirMRzayev
Son illər Azərbaycan Hava Yolları yalnız marşrut şəbəkəsini və donanmasını deyil, həm də öz brendini və korporativ mədəniyyətini inkişaf etdirir.
Yeni imic videomuz bu inkişaf yolunun və bizi birləşdirən dəyərlərin əksidir. Burada təhlükəsizlik, peşəkarlıq, məsuliyyət, komanda işi və Azərbaycanı layiqincə təmsil etmək missiyamız ön plana çıxır.
İnanıram ki, güclü brend ilk növbədə insanların əməyi, etibarı və ortaq dəyərləri üzərində qurulur. Məhz bu dəyərlər şirkətimizi hər gün irəli aparır.
Yeni imic videomuzu izləməyə dəvət edirəm.
________________
Over the past few years, Azerbaijan Airlines has been evolving not only by expanding its route network and modernizing its fleet, but also by strengthening its brand and corporate culture.
Our new brand film reflects this journey and the values that unite us. It highlights the principles that define who we are: safety, professionalism, responsibility, teamwork, and our mission to proudly represent Azerbaijan. I believe that a strong brand is built first and foremost on the dedication of its people, the trust they earn, and the values they share. These are the foundations that drive our company forward every day.
I invite you to watch our new brand film.This media couldn't be displayed. See it on the original post. -
Samir Rzayev
@SamirMRzayev
Azərbaycanın strateji coğrafi mövqeyi onu Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat qovşaqlarından birinə çevirib. Bu üstünlüyün qorunması və inkişafı isə davamlı investisiyalar, müasir infrastruktur və beynəlxalq əməkdaşlıq tələb edir.
Şuşada keçirilən Qlobal Media Forumunda Prezident cənab İlham Əliyevin Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu ilə bağlı səsləndirdiyi fikirlər ölkəmizin uzunmüddətli inkişaf strategiyasının vacib istiqamətlərini bir daha nümayiş etdirdi.
Azərbaycan Hava Yolları olaraq bu strategiyanın mühüm iştirakçılarından biri kimi aeronaviqasiya infrastrukturumuzu daha da təkmilləşdirir, marşrut şəbəkəmizi genişləndirir, donanmamızı müasir hava gəmiləri ilə gücləndirir və Azərbaycanın beynəlxalq hava əlaqələrinin inkişafına töhfə verməyə davam edirik.
#shushaglobalmediaforum -
Samir Rzayev
@SamirMRzayev
Beşinci "Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində qalib Orxan Nağıyev ilə növbəti görüşümüzü keçirdik. Aviasiya sahəsinin inkişaf perspektivləri, liderlik, strateji düşüncə və gələcəyin çağırışları ətrafında fikir mübadiləsi apardıq.
Eyni zamanda, idarəetmə bacarıqlarının inkişafı və dəyişən mühitə uyğunlaşmanın əhəmiyyəti barədə müzakirələr etdik. Əminəm ki, bu cür təşəbbüslər gənc peşəkarlarla yeni təcrübələrə yönəlmiş səmərəli dialoqun qurulmasına şərait yaradır.
-----------------------
As part of the Fifth "Yüksəliş" Mentorship Program, I held another mentoring session with the program winner, Orkhan Naghiyev. We exchanged views on the future of the aviation industry, leadership, strategic thinking, and the challenges ahead.
We also discussed the importance of developing management capabilities and adapting to a rapidly changing environment. I am confident that initiatives like this foster meaningful dialogue with young professionals, encourage the exchange of new ideas and experiences, and contribute to their professional development. -
Samir Rzayev
@SamirMRzayev
Milli Aviasiya Akademiyasının Məzun Günü münasibətilə keçirilən dünənki tədbirdə məmnuniyyətlə iştirak etdik.
Milli Aviasiya Akademiyası uzun illərdir ki, ölkəmizin mülki aviasiyası üçün peşəkar kadrların hazırlanmasında mühüm rol oynayır. Əminəm ki, bugünkü məzunlar da qazandıqları bilik və bacarıqlarla bu ənənəni uğurla davam etdirəcək, aviasiya sahəsinin inkişafına öz töhfələrini verəcəklər.
Azərbaycan Hava Yolları olaraq insan kapitalının inkişafına xüsusi önəm verir, gənc mütəxəssislərin peşəkar inkişafını dəstəkləməyə davam edirik. Ümid edirəm ki, yaxın gələcəkdə bugünkü məzunların bir çoxunu komandamızın üzvü kimi görəcəyik.
Bu əlamətdar gün münasibətilə bütün məzunları səmimi qəlbdən təbrik edir, onlara gələcək peşə fəaliyyətlərində uğurlar və daim açıq səma arzulayıram!
________
It was a pleasure to attend yesterday's Graduation Day ceremony of the National Aviation Academy.
For many years, the National Aviation Academy has played a vital role in preparing highly qualified professionals for Azerbaijan's civil aviation sector. I am confident that today's graduates will successfully carry this tradition forward and make a meaningful contribution to the future development of our industry.
At Azerbaijan Airlines, we place great importance on developing human capital and remain committed to supporting the professional growth of young specialists. I hope to welcome many of today's graduates to our team in the near future.
Congratulations to all graduates on this important milestone. I wish you every success in your professional careers and always clear skies ahead! -
Samir Rzayev
@SamirMRzayev
AZAL tarixində ilk Airbus A321neo təyyarəsi donanmamıza qoşuldu. ✈️
Ölkə rəhbərliyinin mülki aviasiya sahəsinə göstərdiyi daimi diqqət və dəstək nəticəsində AZAL-ın donanmasının müasirləşdirilməsi və genişləndirilməsi uğurla davam edir. Donanmamıza ilk Airbus A321neo təyyarəsinin qoşulması da bu strateji inkişaf kursunun növbəti uğurlu addımıdır.
Daha böyük tutuma və yüksək əməliyyat imkanlarına malik olan Airbus A321neo sərnişinlərimiz üçün daha komfortlu səyahət təcrübəsi təqdim etməklə yanaşı, marşrut şəbəkəmizin inkişafını da təmin edəcək.
Eyni zamanda, Milli Aviasiya Akademiyasının yüksəkixtisaslı aviasiya mütəxəssislərinin hazırlanmasındakı rolunu xüsusi qeyd etmək istərdim. Akademiyanın yetişdirdiyi peşəkar kadrlar bu gün Azərbaycanın mülki aviasiyasının inkişafına və əldə olunan uğurlara mühüm töhfə verirlər.
Bu əlamətdar hadisənin reallaşmasına töhfə verən əməkdaşlarımıza, eləcə də etibarlı tərəfdaşlarımız olan Airbus, AerCap və Collins Aerospace komandalarına təşəkkürümü bildirirəm.
#azal #airbus #aercap #fleetmodernization
The first Airbus A321neo in AZAL’s history has joined our fleet. ✈️
Thanks to the continuous attention and support of the country’s leadership for the civil aviation sector, AZAL’s fleet modernization and expansion continue successfully. The addition of our first Airbus A321neo marks another important step in this long-term strategic development.
With its greater capacity and enhanced operational capabilities, the Airbus A321neo will provide our passengers with an even more comfortable travel experience while supporting the continued expansion of our route network.
I would also like to highlight the important role of the National Aviation Academy in educating highly qualified aviation professionals. The Academy’s graduates make a significant contribution to the development of Azerbaijan’s civil aviation sector and to the achievements we celebrate today.
I extend my sincere gratitude to our employees whose dedication made this milestone possible, as well as to our trusted partners - Airbus Aircraft , AerCap and Collins Aerospace - for their professionalism and collaboration. -
Samir Rzayev
@SamirMRzayev
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ölkəmizin təhküləsizliyinin, suverenliyinin və dövlətçiliyinin qorunmasında müstəsna rol oynayan bir gündür. Şanlı Azərbaycan Ordusunun yüksək peşəkarlığı və müasir imkanları dövlətimizin qüdrətinin və gücünün ən mühüm göstəricilərindəndir. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Ordumuz ölkəmizin müdafiə qüdrətini daha da möhkəmləndirərək xalqımızın qürur mənbəyinə çevrilmişdir.
Bu əlamətdar gün münasibətlə Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini, Vətənə şərəflə xidmət edən qazilərimizi və veteranlarımızı səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, uğurlar və yeni nailiyyətlər arzulayıram! -
Samir Rzayev
@SamirMRzayev
Bu gün AZAL üçün daha bir mühüm mərhələni qeyd edirik – donanmamıza dördüncü yeni nəsil Airbus A320neo təyyarəsi qoşuldu.
Qısa müddət ərzində parkımıza ardıcıl olaraq dörd müasir təyyarənin əlavə edilməsi donanmanın yenilənməsi proqramının planlı və uğurla icra olunduğunu göstərir.
Bu addım daha müasir, səmərəli və dayanıqlı donanmanın formalaşdırılması istiqamətində növbəti mərhələdir.
Donanmanın yenilənməsi proqramının həyata keçirilməsində əməyi olan bütün əməkdaşlarımıza və tərəfdaşlarımıza təşəkkür edirəm.
#azal #a320neo
Today marks another important milestone for AZAL as the fourth next-generation Airbus A320neo aircraft joins our fleet.
The addition of four modern aircraft to our fleet within a relatively short period reflects the steady and successful implementation of our fleet renewal programme.
This delivery represents another step toward building a more modern, efficient, and sustainable fleet.
I would like to thank all our employees and partners whose contribution has made this progress possible. -
Samir Rzayev
@SamirMRzayev
Bu gün Azərbaycan aviasiya təhsilinin flaqmanı olan Milli Aviasiya Akademiyasının yaranmasının 34-cü ildönümüdür.
Akademiya beynəlxalq standartlara uyğun yüksəkixtisaslı aviasiya mütəxəssisləri hazırlamaqla yanaşı, ölkəmizin regional aviasiya təhsili mərkəzi kimi mövqeyinin gücləndirilməsinə də töhfə verir.
Bu əlamətdar gün münasibətilə Akademiyanın rəhbərliyi və kollektivini ürəkdən təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzu edirəm!
#azal #maa
Today marks the 34th anniversary of the National Aviation Academy, the flagship institution of aviation education in Azerbaijan.
The Academy not only prepares highly qualified aviation professionals in line with international standards, but also contributes to strengthening our country’s position as a regional center for aviation education and training.
On this special occasion, I extend my sincere congratulations to the Academy’s leadership and staff, and wish them continued success in their important mission. -
Samir Rzayev
@SamirMRzayev
15 İyun - Azərbaycan Respublikasının Milli Qurtuluş Günüdür.
Müstəqil Azərbaycan dövlətinin tarixində həlledici rolu olan bu əlamətdar gün Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və müstəqilliyimiz uğrunda əvəzsiz töhfələrinin simvoludur.
Ulu Öndərin qurduğu müstəqil Azərbaycan dövlətini qorumaq, yaşatmaq və daim irəli aparmaq hər birimizin üzərinə düşən böyük məsuliyyətdir.
Bütün həmvətənlərimi Milli Qurtuluş Günü münasibətilə təbrik edirəm!
#azal
June 15 marks National Salvation Day in the Republic of Azerbaijan.
This historic day represents a turning point in the development of modern Azerbaijan, commemorating the return of National Leader Heydar Aliyev to leadership and his pivotal role in safeguarding the country's independence and statehood.
Preserving and strengthening the independent Azerbaijan entrusted to future generations by the National Leader remains a shared responsibility and a duty for every citizen.
On this occasion, I extend my sincere congratulations to all Azerbaijanis on National Salvation Day. -
Samir Rzayev
@SamirMRzayev
Səmada təhlükəsizliyin, dəqiqliyin və yüksək xidmətin təmin olunması böyük peşəkarlıq, məsuliyyət və güclü komanda işi tələb edir. Pilotlardan mühəndislərə, hava hərəkəti dispetçerlərindən kabin heyətinə qədər aviasiyanın hər bir əməkdaşı Azərbaycanın mülki aviasiyasının inkişafına mühüm töhfə verir.
AZAL olaraq, milli aviasiyamızın uğurlarında əməyi olan bütün əməkdaşlarımızla qürur duyur, onların peşəkarlığını, fədakarlığını və zəhmətini yüksək qiymətləndiririk.
Bu əlamətdar gün münasibətilə bütün mülki aviasiya işçilərinə möhkəm cansağlığı, yeni uğurlar və təhlükəsiz uçuşlar arzulayıram.
Peşə bayramınız mübarək!
#azal
Ensuring safety, precision, and high standards of service in the skies requires professionalism, responsibility, and strong teamwork. From pilots and engineers to air traffic controllers and cabin crew, every aviation professional makes an important contribution to the development of Azerbaijan’s civil aviation sector.
At AZAL, we are proud of all our employees whose dedication and hard work contribute to the success of our national aviation industry. We highly value their professionalism, commitment, and service.
On this special occasion, I wish all civil aviation workers good health, continued success, and safe flights.
Happy Civil Aviation Workers’ Day! -
Samir Rzayev
@SamirMRzayev
Beynəlxalq Təyyarə Bələdçiləri Günü münasibətilə bütün təyyarə bələdçilərimizi səmimi-qəlbdən təbrik edirəm.
Hər uçuşu sərnişinlər üçün daha rahat və təhlükəsiz edən kabin heyəti üzvlərimiz AZAL-ın dəyərli simalarından biridir.
Bələdçilərimizə aviasiyaya verdikləri dəyərli töhfəyə görə təşəkkür edir, onlara uğurlu və təhlükəsiz uçuşlar arzulayıram.
#azal
On the occasion of International Flight Attendant Day, I extend my sincere congratulations to all our flight attendants.
Our cabin crew members are among AZAL’s most valuable ambassadors, making every flight safer, more comfortable, and more pleasant for our passengers.
I would like to thank our flight attendants for their valuable contribution to aviation and wish them safe and successful flights. -
Samir Rzayev
@SamirMRzayev
Bu gün Azərbaycan tarixində mühüm yer tutan 28 May - Müstəqillik Gününü qeyd edirik. Milli dövlətçilik ənənələrimizin təməlini təşkil edən bu əlamətdar tarix xalqımızın azadlıq, müstəqillik və suverenlik iradəsinin təcəssümüdür.
AZAL olaraq ölkəmizin milli daşıyıcısı kimi Azərbaycanın dünyaya açılan qapısı olmaqdan, dövlətimizi beynəlxalq arenada layiqincə təmsil etməkdən qürur duyuruq.
Müstəqil və güclü Azərbaycanın inkişafı naminə çalışan hər kəsi bu əlamətdar gün münasibətilə təbrik edir, ölkəmizə daim sülh, tərəqqi və uğurlar arzulayırıq. #azal -
Samir Rzayev
@SamirMRzayev
Paylaşmağın və mərhəmətin rəmzi olan müqəddəs Qurban Bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.
Bu əziz bayramın hər bir ailəyə sevinc, ruzi-bərəkət və əmin-amanlıq gətirməsini arzulayıram. İnsanları bir araya gətirən mənəvi dəyərlərin daim həyatımıza işıq tutmasını diləyirəm.
Qurban Bayramınız mübarək!
#azal
On the occasion of the holy Eid al-Adha - a symbol of compassion, sharing, and unity - I sincerely congratulate each of you.
May this blessed holiday bring peace, prosperity, and happiness to every home, and may the spiritual values that unite people continue to inspire our lives.
Wishing you and your loved ones a joyful and memorable Eid al-Adha! -
Samir Rzayev
@SamirMRzayev
Bugün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld ilə səlahiyyət müddətinin başa çatması münasibətilə faydalı görüş keçirdik.
Görüş zamanı AZAL ilə Böyük Britaniya arasında aviasiya sahəsində formalaşmış səmərəli əməkdaşlıq haqqında danışdıq. Xüsusilə hava hərəkətinin idarə olunması sahəsində əməkdaşlıq və aviasiya təlim infrastrukturu üzrə mövcud tərəfdaşlıqlar ətrafında fikir mübadiləsi apardıq.
Eyni zamanda, beynəlxalq hava əlaqələrinin turizmin inkişafında və iqtisadi artımda oynadığı mühüm rolu müzakirə etdik. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportuna 40 aviaşirkətin uçuş həyata keçirməsi Azərbaycanın artan əlaqələrinin göstəricisidir.
Cənab Fergus Auld-a ölkələrimiz arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə təşəkkür edirəm və gələcək fəaliyyətində uğurlar arzulayıram.
——————————-
Today, we held a productive meeting with Mr. Fergus Auld on the occasion of the completion of his tenure as Ambassador of the United Kingdom of Great Britain and Northern Ireland to Azerbaijan.
During the meeting, we discussed the strong and productive cooperation established between AZAL and the United Kingdom in the field of aviation. In particular, we exchanged views on collaboration in air traffic management and existing partnerships related to aviation training infrastructure.
We also discussed the important role of international air connectivity in driving tourism development and economic growth. The fact that 40 airlines currently operate flights to Heydar Aliyev International Airport reflects Azerbaijan’s growing connectivity.
I would like to thank Mr. Fergus Auld OBE for his valuable contribution to strengthening cooperation between our countries and wish him every success in his future endeavors. -
Samir Rzayev
@SamirMRzayev
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövlətçiliyimizin banisi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
Heydər Əliyev uzaqgörən siyasəti və qətiyyətli liderliyi ilə ölkəmizin inkişafının möhkəm təməlini formalaşdırmışdır.
Ulu Öndər zəngin siyasi irsi milli dəyərlərimizin qorunması, dövlətçilik ənənələrinin yaşadılması və Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsində mühüm rol oynamışdır. Onun müəyyən etdiyi inkişaf yolu bu gün də ölkəmizin tərəqqisinin və uğurlarının əsas istiqamətini təşkil edir.
Ümummilli Liderin əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onun ideyalarına sadiq qalaraq Azərbaycanın daha güclü və parlaq gələcəyi naminə fəaliyyətimizi davam etdiririk. -
Samir Rzayev
@SamirMRzayev
Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma ilə məhsuldar görüş keçirdik.
Görüş zamanı AZAL-ın donanmasının yenilənməsi, uçuş istiqamətlərinin genişləndirilməsi və hava limanı infrastrukturunun inkişafı ilə bağlı görülən işlər barədə məlumat paylaşdıq. Eyni zamanda, Azərbaycan və Macarıstan arasında aviasiya sahəsində tərəfdaşlığın dərinləşdirilməsi, eləcə də Wizz Air ilə mövcud marşrutlar üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik.
Təhsil və insan kapitalının inkişafı da diqqət mərkəzində oldu. Milli Aviasiya Akademiyası ilə Macarıstanın aviasiya təlim mərkəzləri arasında potensial əməkdaşlıq perspektivlərini nəzərdən keçirdik.
Ümid edirəm ki, belə məhsuldar görüşlər tərəfdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcək.
#azal #hungary
I had a productive meeting with Tamas Torma, Ambassador Extraordinary and Plenipotentiary of Hungary to Azerbaijan.
We discussed the ongoing renewal of AZAL’s fleet, the expansion of our route network, and the development of airport infrastructure. We also explored ways to further strengthen aviation cooperation between Azerbaijan and Hungary, including opportunities to expand our collaboration with Wizz Air.
We also touched on education and human capital development, looking at potential cooperation between the National Aviation Academy and Hungary’s aviation training centers.
I believe that meetings like this play an important role in strengthening partnerships. -
Samir Rzayev
@SamirMRzayev
Donanmanın modernləşdirilməsi üzrə ardıcıl irəliləyiş davam edir. AZAL parkında yeni Airbus A320neo tipli təyyarələrin sayı artıq üçə çatıb.
Məqsədimiz yalnız donanmanı genişləndirmək deyil, eyni zamanda daha müasir və daha dayanıqlı əməliyyat modelini formalaşdırmaqdır. Mövcud dinamika qorunmaqla, 2032-ci ilə qədər donanmanın ümumi sayının 50 təyyarəyə çatması gözlənilir. Bu isə Bakının regionda güclü hava qovşağı kimi mövqeyini daha da möhkəmləndirəcək.
Nəticələrin əldə olunmasında əməyi olan komandamıza təşəkkür edirəm.
#azal #airbusa320neo #fleetmodernization #sustainability #azerbaijan
The steady progress of fleet modernization continues. The number of new Airbus A320neo aircraft in AZAL’s fleet has now reached three.
Our goal is not only to expand the fleet, but also to build a more modern and sustainable operating model. By maintaining the current momentum, the total number of aircraft in the fleet is expected to reach 50 by 2032. This will further strengthen Baku’s position as a key regional air hub.
I'd like to thank our team for their contribution to achieving these results.
AZAL - Azerbaijan Airlines
@azalofficial
✈️ Donanmamızı yeni nəsil təyyarələrlə genişləndiririk! Bakı Aeroportunda növbəti müasir “Airbus A320neo” hava gəmisinin qarşılanma mərasimi baş tutdu.
“Airbus A320neo”nun əsas üstünlükləri nələrdir?
🔹 6300 km-dək uçuş məsafəsi
🔹 Təxminən 20% daha az yanacaq sərfiyyatı və karbon emissiyası
🔹 Geniş və rahat “Airspace” kabini
🔹 Böyüdülmüş əl yükü bölmələri (XL bins)
🔹 Əyləncə sistemi və biznes sinfində fərdi monitorlar
🔹 Sürətli "Wi-Fi" xidməti
Səyahətinizi daha keyfiyyətli və komfortlu etmək üçün yenilənirik!
***
We’re expanding our fleet with the latest generation of aircraft! Another modern Airbus A320neo has been officially welcomed at Baku Airport.
What makes the Airbus A320neo stand out?
• Up to 6,300 km flight range
• Around 20% lower fuel consumption and reduced carbon emissions
• A more spacious and comfortable “Airspace” cabin
• Larger overhead storage compartments (XL bins)
• Advanced entertainment system with personal screens in Business Class
• High-speed Wi-Fi connectivity
We’re continuously upgrading to make your journey smoother, more comfortable, and truly enjoyable.
#azal #azerbaijanairlines #flyazalThis media couldn't be displayed. See it on the original post. -
Samir Rzayev
@SamirMRzayev
Pilotluq peşədən əlavə, həmçinin təhlükəsizliyə və etimada sadiqlikdir. Hər uçuş sadəcə texniki peşəkarlığın deyil, eyni zamanda soyuqqanlı qərarvermənin və məsuliyyətin göstəricisidir.
Böyük öhdəlik daşıyan və bu şərəfli missiyanı hər gün ləyaqətlə yerinə yetirən bütün pilotlarımızı Beynəlxalq Pilotlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara uğurlar arzulayıram. ✈️
AZAL - Azerbaijan Airlines
@azalofficial
26 aprel Beynəlxalq Pilotlar Günüdür! ✈️
Pilotlarımız minlərlə sərnişini hər gün təhlükəsiz və rahat şəkildə mənzil başına çatdıraraq, aviasiyanın ən vacib missiyasını yerinə yetirirlər. Onların biliyi, təcrübəsi və soyuqqanlı qərarvermə bacarığı hər uçuşun qüsursuz keçməsinin əsas təminatıdır.
Bu əlamətdar gündə bütün pilotlarımızı təbrik edir, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq. 💙This media couldn't be displayed. See it on the original post. -
Samir Rzayev
@SamirMRzayev
Bu gün beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri Orxan Nağıyev və Məmməd Həsənovla görüşdük.
Görüş zamanı avasiya sektorunda insan kapitalının inkişafı və gənc liderlərinin potensialının reallaşdırılması mövzuları ətrafında fikir mübadiləsi apardıq.
Müzakirəmiz çərçivəsində həmçinin AZAL-ın strateji hədəfləri, donanmanın genişləndirilməsi və uçuş təhlükəsizliyinin daha da gücləndirilməsi mövzuları xüsusi diqqət mərkəzində oldu. Düşünürəm ki, bu cür görüşlər gələcək idarəçilərin formalaşdırılmasında mühüm əhəmiyyət daşıyır.
Gənc liderlərə peşəkar fəaliyyətlərində uğurlar arzu edirəm!
#azal #yüksəlişMüsabiqəsi
Today, we met with the winners of the fifth “Yüksəliş” competition, Orkhan Nagiyev and Mammad Hasanov.
During the meeting, we exchanged views on the development of human capital in the aviation sector and the realization of young leaders potential.
Within the discussion, particular attention was also given to AZAL’s strategic priorities, fleet modernization, and further strengthening of flight safety. I believe that such meetings play an important role in shaping future leaders.
I wish these young leaders continued success in their professional careers! -
Samir Rzayev
@SamirMRzayev
Bu gün Milli Aviasiya Akademiyasında yaradılmış Beynəlxalq Aviasiya Təlim Mərkəzinin açılışında iştirak etdik. Bu, yalnız yeni bir infrastruktur layihəsi deyil, həmçinin Azərbaycanın mülki aviasiya sahəsində növbəti mərhələyə keçidinin real göstəricisidir.
Cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılış mərasimində iştirakı bu sahəyə göstərilən yüksək diqqətin və strateji baxışın bariz nümunəsidir.
Yeni mərkəz uçuş heyətinin fövqəladə vəziyyətlərə hazırlığından başlayaraq, hava hərəkətinin idarə olunması üzrə dispetçerlərin təliminə qədər geniş spektri əhatə edir. Müasir simulyatorlar və beynəlxalq proqramlar əsasında burada hər il 3 min heyətin hazırlanması planlaşdırılır.
Bizim üçün əsas prioritetlərdən biri yerli kadr potensialının inkişafıdır. Bu mərkəz isə həmin məqsədə sistemli və uzunmüddətli yanaşmanın nəticəsidir. İnanıram ki, bu təşəbbüs yalnız Azərbaycanın deyil, bütövlükdə regionun aviasiya təhsili xəritəsində mühüm rol oynayacaq.
Bu strateji layihəyə göstərilən davamlı dəstəyə görə ölkə rəhbərliyinə təşəkkür edirəm.
#azal #naaacademy -
Samir Rzayev
@SamirMRzayev
34 il əvvəl əsası qoyulan AZAL bu gün Azərbaycanın dünyaya açılan ən mühüm nəqliyyat körpülərindən biri kimi fəaliyyətini uğurla davam etdirir.
Bu illər ərzində AZAL mülki aviasiyanın inkişafına mühüm töhfələr verib, marşrut şəbəkəsini genişləndirib, beynəlxalq səviyyədə nüfuzlu mükafatlara layiq görülüb və ölkəmizin dünyanın müxtəlif istiqamətləri ilə hava əlaqələrinin gücləndirilməsində əhəmiyyətli rol oynayıb.
Bu inkişaf yolunun arxasında yüksək peşəkarlıq, böyük məsuliyyət və fədakarlıq dayanır. AZAL-ın nailiyyətlərində əməyi olan bütün kollektivə təşəkkürümü bildirirəm. Sizin hər birinizin zəhməti sayəsində AZAL bu gün etibarlı bir milli aviadaşıyıcı kimi fəaliyyət göstərir.
Sərnişinlərimizin etimadı isə bizim üçün ən böyük dəyərdir. Gələcəkdə də Azərbaycanın beynəlxalq aviasiya məkanındakı mövqeyini möhkəmləndirərək yeni hədəflərə doğru qətiyyətlə addımlayacağıq.
34 illik yolumuz mübarək!
#azal
Founded 34 years ago, AZAL today continues to operate successfully as one of Azerbaijan’s most important gateways to the world.
Over the years, AZAL has made a significant contribution to the development of civil aviation, expanded its route network, received prestigious international awards, and played an important role in strengthening our country’s air connectivity with destinations across the globe.
Behind this progress stand high professionalism, great responsibility, and dedication. I would like to express my sincere gratitude to the entire AZAL team for their contribution to these achievements. It is thanks to the hard work of each of you that AZAL today operates as a trusted national carrier.
The trust of our passengers remains our greatest value. Moving forward, we will continue to strengthen Azerbaijan’s position in the international aviation space and advance confidently toward new goals.
Happy 34 years of our journey! -
Samir Rzayev
@SamirMRzayev
31 Mart soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edirik.
Allah rəhmət eləsin.
#31mart #azərbaycanlılarınSoyqırımıGünü
We deeply mourn and respectfully commemorate the cherished memory of the victims of the March 31 genocide.
May God have mercy on them. -
Samir Rzayev
@SamirMRzayev
Əziz həmvətənlər,
Novruz bayramı münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm. Yenilənmənin, birlik və həmrəyliyin rəmzi olan bu bayram qəlblərinizə sevinc, evlərinizə bolluq və bərəkət bəxş etsin.
Arzu edirəm ki, bahar bayramı hər bir evdə yeni başlanğıclar və xoşbəxt anlarla yadda qalsın.
Bayramınız mübarək!
#novruzbayramı
Dear Compatriots,
On the occasion of Novruz, I warmly extend my heartfelt congratulations to each of you. May this festive season symbolizing renewal, unity, and solidarity, bring joy to your hearts and abundance and prosperity to your homes.
I hope this spring holiday grants new beginnings, happy moments, and lasting memories to every household.
Happy Novruz! -
Samir Rzayev
@SamirMRzayev
Ramazan bayramı münasibətilə bütün müsəlmanları ürəkdən təbrik edir, bu müqəddəs günlərin qəlblərə rahatlıq, süfrələrə bolluq, ölkəmizə isə daim sülh və əmin-amanlıq gətirməsini arzu edirəm.
Bayramınız mübarək olsun!
#ramadan2026
I sincerely congratulate all Muslims on the occasion of Eid al-Fitr. May these blessed days fill your hearts with peace, your homes with abundance, and our country with lasting harmony and peace.
Eid Mubarak! -
Samir Rzayev
@SamirMRzayev
Bu gün 8 mart – Beynəlxalq Qadınlar Günüdür.
Bu əlamətdar tarix yalnız nailiyyətləri qeyd etmək üçün deyil, həm də qadınların cəmiyyətimizə gətirdiyi ilham, güc və müsbət enerjiyə görə təşəkkürümüzü ifadə etmək üçün bir fürsətdir.
Bütün xanımlara möhkəm cansağlığı, xoşbəxtlik, davamlı uğurlar və yeni nailiyyətlər arzulayıram.
Əziz xanımlar, bayramınız mübarək!
#internationalwomensday #azal
Today is March 8 – International Women’s Day.
This significant date is not only an occasion to celebrate achievements, but also an opportunity to express our gratitude for the inspiration, strength, and positive energy that women bring to our society.
I wish all women good health, happiness, continued success, and new accomplishments.
Dear ladies, happy holiday! -
Samir Rzayev
@SamirMRzayev
Bu gün Azərbaycan tarixinin dəhşətli faciələrindən biri olan 26 Fevral – Xocalı soyqırımının 34-cü ildönümüdür.
Bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə həkk olunub.
Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.
#xocalıSoyqırımı #khojalygenocide
Today marks the 34th anniversary of one of the darkest tragedies in Azerbaijan’s history – the Khojaly genocide on 26 February.
This tragedy is remembered as one of the gravest crimes committed not only against the Azerbaijani people but against humanity as a whole.
We honor the memory of the victims of the Khojaly genocide with deep sorrow and respect, and we pray for God’s mercy upon their souls. -
Samir Rzayev
@SamirMRzayev
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə səmimi görüşümüz baş tutdu.
Görüş zamanı AZAL-ın uçuş coğrafiyasının genişləndirilməsini hədəfləyən strategiyasını və Bakının tranzit mərkəz kimi inkişaf potensialını müzakirə etdik. Əlavə olaraq, gələcəkdə Azərbaycan və Yaponiya arasında birbaşa reyslərin həyata keçirilməsi və yapon aviaşirkətləri ilə əməkdaşlıq perspektivləri mövzusuna da toxunduq.
Məhsuldar görüşümüzün davamında Azərbaycanın turizm potensialı barəsində fikir mübadiləsi apardıq. Hesab edirəm ki, görüş iki ölkə arasında turizm və aviasiya sahəsində yeni tərəfdaşlıq imkanlarının araşdırılması və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından çox səmərəli oldu.
#azal #japan
We had a cordial meeting with Katsuya Watanabe, Japan’s Ambassador Extraordinary and Plenipotentiary to Azerbaijan.
During the meeting, we discussed AZAL’s route network expansion strategy, as well as Baku’s potential for further development as a transit hub. We also considered the prospects of launching direct flights between Azerbaijan and Japan in the future and opportunities for cooperation with Japanese airlines.
As the productive meeting continued, we exchanged views on Azerbaijan’s tourism potential. I believe the meeting was highly effective in exploring new partnership opportunities and reinforcing mutual ties between the two countries in the fields of tourism and aviation. -
Samir Rzayev
@SamirMRzayev
“Air Astana” şirkətinin prezidenti və baş icraçı direktoru Piter Foster ilə faydalı bir görüş keçirdik.
Görüş zamanı regiondakı sərnişin aviadaşımalarının mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi apardıq. Eyni zamanda, iki aviasiya tərəfdaşı arasında kommersiya əməkdaşlığının genişləndirilməsi mövzusunu da müzakirə etdik.
Ötən il ərzində AZAL Qazaxıstanın Almatı, Aktau və Astana şəhərlərinə 845 uçuş (gediş-gəliş) həyata keçirilməklə 200 mindən çox sərnişinin daşınmasını təmin edib. Bu nəticə tərəflər arasında strateji əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradır.
#azal #airastana
We had a productive meeting with Peter Foster, President & CEO of Air Astana.
During the meeting, we exchanged views on the current state and development prospects of passenger air transport in the region. We also discussed the topic of expanding commercial cooperation between the two aviation partners.
Over the past year, AZAL operated 845 round-trip flights to Almaty, Aktau, and Astana in Kazakhstan, providing the transportation of more than 200,000 passengers. This outcome provides a solid foundation for further strengthening the strategic relations between the parties. -
Samir Rzayev
@SamirMRzayev
Müsahibədə vurğulanan məqamlarla razıyam. Bakı üçün tranzit potensialı sadəcə coğrafiya deyil, düzgün analitika, uzunmüddətli strategiya və beynəlxalq standartların tətbiqi ilə formalaşır.
AZAL olaraq biz sərnişin axınlarının balanslı inkişafına, rəqəmsallaşmaya, infrastrukturun gücləndirilməsinə və qlobal tərəfdaşlıqlara fokuslanırıq. Davamlı aviasiya ekosistemi məhz bu elementlərin sinerjisi üzərində qurulur.
Strateji baxış və dəyərli yanaşmaya görə Rafael Şvartsmana təşəkkür edirəm.
#azal #iata #aviationstrategy #connectivity #sustainability
I agree with the points highlighted in the interview. Baku’s transit potential is shaped not just by geography, but through accurate analytics, long-term strategy, and adherence to international standards.
At AZAL, we focus on balanced passenger flow growth, digitalization, infrastructure enhancement, and global partnerships. A resilient aviation ecosystem is built precisely on the synergy of these elements.
Many thanks to Rafael Schvartzman for his strategic insight and valuable perspective.
report.az/infrastruktur/iata-nin-vitse-prezidenti-baki-du… -
Samir Rzayev
@SamirMRzayev
Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Hava Yollarının, “Boeing” şirkətinin və hava limanının birgə dəstəyi ilə təşkil olunan “Yüksələn işıq” sərgisinin açılışında iştirak etdik.
Bu sərgi vasitəsilə ölkəmizə təşrif buyuran milyonlarla sərnişinə Azərbaycanın zəngin tarixi, mədəni irsi və insan hekayələri təqdim olunur. “Yüksələn işıq” layihəsi Azərbaycanı təkcə coğrafi məkan kimi deyil, öz dəyərləri və mədəni yaddaşı ilə tanıtmaq məqsədi daşıyır.
Sərginin müəllifi, dünyaca tanınmış fotojurnalist Reza Deqatinin əsərləri xalqımızın taleyini, tariximizin mühüm mərhələlərini və milli kimliyimizi incə vizual dillə əks etdirir. Onun fotoları Azərbaycanın hekayəsini beynəlxalq auditoriyaya səmimi və təsirli şəkildə çatdırır.
Qürurvericidir ki, bu sərgi ilk dəfə minlərlə beynəlxalq sərnişinin yolu düşən hava limanında nümayiş olunur. Çünki hava limanları ölkə haqqında ilk təəssüratın formalaşdığı mühüm məkandır.
Azərbaycan Hava Yolları olaraq biz mədəni təşəbbüsləri aviasiyanın davamlı inkişafı ilə paralel görür, ölkəmizə gələn hər bir qonağın yaddaşında xoş təəssürat yaratmağı hədəfləyirik.
Layihənin ərsəyə gəlməsində əməyi olan bütün tərəfdaşlara, xüsusilə də Reza bəyə təşəkkür edirəm.
#azal #boeing #gyd #yüksələnİşıq #risinglight
Today, we attended the opening of the “Rising Light” exhibition at Heydar Aliyev International Airport, organized with the joint support of Azerbaijan Airlines, Boeing, and the airport.
Through this exhibition, millions of passengers visiting our country are introduced to Azerbaijan’s rich history, cultural heritage, and human stories. The “Rising Light” project aims to present Azerbaijan not merely as a geographical location, but as a nation defined by its values and cultural memory.
The works of the exhibition’s author, world-renowned photojournalist Reza Deghati, subtly capture the fate of our people, key stages of our history, and our national identity through a refined visual language. His photographs convey Azerbaijan’s story to an international audience in a sincere and powerful way.
It is a source of pride that this exhibition is being showcased for the first time at an airport frequented by thousands of international passengers, as airports are key spaces where first impressions of a country are formed.
As Azerbaijan Airlines, we view cultural initiatives as an integral part of the steady development of aviation and aim to leave every guest arriving in our country with a positive and lasting impression.
I would like to express my gratitude to all partners who contributed to the realization of this project, particularly Reza Deghati. -
Samir Rzayev
@SamirMRzayev
20 Yanvar həm böyük faciə, həm də ləyaqətini qorumaq üçün mübarizəyə hazır olan xalqımızın tarixində şərəfli bir səhifədir.
Ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş 20 Yanvar şəhidlərinin əziz xatirəsini dərin ehtiramla anırıq.
#20yanvar
January 20 stands as both a profound tragedy and a proud chapter in the history of a nation that rose to defend its dignity.
We honor with deep respect the cherished memory of the January 20 martyrs who sacrificed their lives for the independence of Azerbaijan. -
Samir Rzayev
@SamirMRzayev
2025-ci il Azərbaycanın mülki aviasiyası üçün fəaliyyətin genişləndiyi, səmərəliliyin artdığı və beynəlxalq etimadın möhkəmləndiyi il oldu.
✈️ “Azərbaycan Hava Yolları” üçün 2025-ci il ümumi və tranzit sərnişin sayında artımla yadda qaldı. Yeni istiqamətlərin açılması, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, donanmanın modernləşdirilməsi və rəqəmsal həllərin tətbiqi istiqamətində atılan addımlar AZAL-ın müasir tələblərə cavab verən aviaşirkət kimi mövqeyini daha da gücləndirdi.
🏢 Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək fəaliyyət nəticələri, geniş marşrut şəbəkəsi, əməliyyat proseslərinin və milyonlarla sərnişinə göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə fərqləndi. Nüfuzlu beynəlxalq akkreditasiyalar isə hava limanının regionun aparıcı hava nəqliyyatı mərkəzlərindən biri kimi statusunu təsdiqləyir.
📈 AZANS öz növbəsində Azərbaycanın hava məkanının etibarlı və səmərəli idarə olunmasını təmin edərək uçuşların sayında artıma nail oldu. Beynəlxalq tərəfdaşlıqlar və nüfuzlu mükafatlar bu fəaliyyətin qlobal aviasiya arenasında yüksək əhəmiyyətini əks etdirir.
2025-ci ildə əldə etdiyimiz nəticələr güclü komanda işi və düzgün strateji yanaşmanın məhsuludur. Qarşıdakı dövrdə də məqsədimiz Azərbaycanın aviasiya sahəsində regional liderliyini daha da inkişaf etdirməkdir.
#azal #gyd #azans #2025 -
Samir Rzayev
@SamirMRzayev
Cənab Prezident İlham Əliyevin dünənki müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanın aviasiya sektorunun nə qədər dinamik inkişaf etdiyini bir daha göstərir.
Sərnişin axınının sürətlə artması, uçuş coğrafiyasının genişlənməsi və yeni terminal təşəbbüsü ölkəmizi regionun əsas hava nəqliyyatı mərkəzlərindən birinə çevirir.
Milli daşıyıcı olaraq biz bu inkişafın fəal iştirakçısıyıq və növbəti illərdə daha güclü və daha müasir aviasiya ekosistemi üçün çalışmağa davam edəcəyik.
#azal
The views expressed by Mr. President Ilham Aliyev in yesterday’s interview once again demonstrate how dynamically Azerbaijan’s aviation sector is developing.
The rapid growth in passenger traffic, the expansion of the flight network, and the new terminal initiative are transforming our country into one of the region’s key air transport hubs.
As the national carrier, we are an active participant in this development and will continue working in the coming years to build an even stronger and more modern aviation ecosystem.
AZAL - Azerbaijan Airlines
@azalofficial
"Hazırda nəinki milli hava şirkətimiz, bir çox digər beynəlxalq hava şirkətləri, eləcə də büdcəli hava şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Uçuşların coğrafiyası genişlənir. Bəli, quru sərhədlər indiyə qədər bağlı qalır. Düşünürəm ki, bunun səbəbi anlaşılandır. Bununla belə, əminəm ki, turist sayını iki dəfə artırmaq, onu 5-6 milyona çatdırmaq tamamilə real görünür.
Planlaşdırdığımız işlər arasında Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni terminalın tikintisi də var. Ötən il üçün rəqəmləri hələ almamışam, amma düşünürəm ki, sərnişinlərin sayı 7 milyonu ötəcək. Bizə 15 milyonluq, ola bilsin, 20 milyonluq sərnişin tutumlu terminal lazım olacaq. Bir sözlə, biz burada yeni terminalın yeni konsepsiyası üzərində artıq işləyirik", – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir.
***
"A lot depends on airline connection. And there are also a lot of reforms in this area. So now not only in our national carrier, but many international carriers, including these low-cost airlines, have come to Azerbaijan. So geography of airline connection is growing. Yes, we have so far closed land borders. I think it is understandable why. But nevertheless, I'm sure that the target which we put to double the number of tourists – to bring it to 5 or 6 million – is absolutely realistic.
Among the things which we are planning to do is a new terminal at Heydar Aliyev International Airport. I didn't get the figures yet for the last year, but I think it will exceed 7 million passengers. So, we need to have a terminal for 15, maybe 20 million passengers. So, already we are working on a new concept of a terminal here," President Ilham Aliyev noted.This media couldn't be displayed. See it on the original post. -
Samir Rzayev
@SamirMRzayev
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn 2026-cı il münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm.
Harada yaşamağımızdan asılı olmayaraq bizi birləşdirən dəyərlər Vətən sevgisi, milli birliyimiz və həmrəylik ruhudur. Bu dəyərlər bizi eyni məqsəd ətrafında birləşdirir, milli kimliyimizi qoruyub yaşatmağa və Azərbaycanın uğurları üçün birlikdə çalışmağa ruhlandırır.
Bu əlamətdar gündə dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımıza ən xoş arzularımı çatdırır, birliyimizin daim möhkəm və sarsılmaz olmasını diləyirəm. Yeni il hər evə sevinc, hər ürəyə ümid, hər birimizə isə sağlamlıq, firavanlıq və əmin-amanlıq gətirsin.
Həmrəylik Gününüz və Yeni iliniz mübarək!
#azal #həmrəylikGünü #solidarityday #yeniİl #newyear
On the occasion of 31 December — World Azerbaijanis Solidarity Day and the upcoming year, 2026, I warmly congratulate you.
Wherever we may be in the world, we are bound together by what matters most: love for our homeland, a sense of national unity, and the spirit of solidarity. These values unite us around a common purpose, strengthen our identity, and inspire us to work together for Azerbaijan’s achievements.
On this special day, I extend my best wishes to all Azerbaijanis living around the world and hope that our unity will always remain strong and unwavering. May the New Year bring happiness to every home, hope to every heart, and good health, prosperity, and peace to all.
Happy Solidarity Day and Happy New Year! -
Samir Rzayev
@SamirMRzayev
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla Mentorluq Proqramı çərçivəsində növbəti görüşümüzü keçirdik.
Görüş zamanı AZAL-ın strateji baxışı, şirkətin inkişaf prioritetləri, eləcə də dəyişən aviasiya bazarına uyğunlaşma istiqamətində planlaşdırılan əsas addımlar barədə müzakirələr apardıq. Hədəflərin reallaşdırılmasında vahid yanaşmanın, daxili koordinasiyanın və dayanıqlı inkişaf prinsiplərinin roluna ayrıca toxunduq.
Həmçinin komanda işi mədəniyyətinin gücləndirilməsi, müxtəlif komandalar arasında effektiv əməkdaşlığın qurulması və liderlik bacarıqlarının inkişaf etdirilməsi mövzularında fikir mübadiləsi apardıq.
Şahlar bəyə peşəkar fəaliyyətində uğurlar diləyir, qarşıya qoyduğu hədəflərə çatmasını və karyerasında davamlı yüksəliş arzulayırıq.
#azal #yüksəlişMüsabiqəsi
We held our next meeting within the Mentorship Program with Shahlar Mammadov, the winner of the 4th “Yukselish” competition.
During the meeting, we discussed AZAL’s strategic vision, the company’s development priorities, as well as the key steps planned to adapt to the changing aviation market. We also highlighted the role of a unified approach, internal coordination, and the principles of sustainable development in achieving our targets.
Moreover, we exchanged views on strengthening a culture of teamwork, building effective collaboration between different teams, and developing leadership skills.
We wish Shahlar continued success in his professional activities, the achievement of his goals, and ongoing progress in his career. -
Samir Rzayev
@SamirMRzayev
J2-8243 reysininin icrası zaman baş vermiş təyyarə qəzasından bir il keçir.
Hadisənin ildönümü ilə əlaqədar qəzada həlak olan ekipaj üzvlərimizin məzarlarını ziyarət etdik.
Faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Onların əziz xatirəsi hər zaman yaddaşımızda yaşayacaq.
#azal #j28243
One year has passed since the aircraft accident that occurred during the operation of flight J2-8243.
On the anniversary of the tragedy, we visited the graves of our crew members who lost their lives in the accident.
We pray for God’s mercy upon those who perished in the tragedy and extend our heartfelt condolences, with deep sorrow, to their families and loved ones.
Their cherished memory will always be remembered. -
Samir Rzayev
@SamirMRzayev
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkəmizin tərəqqisi naminə fəaliyyətində davamlı müvəffəqiyyətlər arzulayırıq.
We sincerely congratulate His Excellency Mr. Ilham Aliyev, President of the Republic of Azerbaijan, on the occasion of his birthday and wish him continued success in his activities for the prosperity of our country. -
Samir Rzayev
@SamirMRzayev
Ötən ilin dekabrın 25-də baş vermiş təyyarə qəzasında həlak olan sərnişinlərimizin və ekipaj heyətimizin əziz xatirəsinə ithaf olunmuş poçt markasını “Azərpoçt” ilə birgə təqdim etdik.
Baş vermiş faciəni və onun qurbanlarını unutmamaq məqsədini daşıyan bu təşəbbüs mənəvi bir çağırışın simvoludur.
Qəzada həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
#azal #azərpoçt
Together with Azerpost, we presented a commemorative postage stamp dedicated to the cherished memory of the passengers and crew members who lost their lives in the aircraft accident that occurred on December 25, 2024.
This initiative, aimed at ensuring that the tragedy and its victims are never forgotten, stands as a symbol of a profound moral call and remembrance.
We extend our deepest condolences to the families and loved ones of those who perished in the accident. -
Samir Rzayev
@SamirMRzayev
Slovakiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Elçin Qasımov ilə çox səmərəli görüş keçirdik.
Azərbaycan və Slovakiya arasında aviasiya əlaqələrinin inkişafı, eləcə də mülki aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi barədə açıq və konstruktiv fikir mübadiləsi apardıq. Əsas məqsədimiz iki ölkə arasında səyahət edən sərnişinlər üçün daha rahat, əlçatan və çevik imkanlar yaratmaqdır.
Bu kontekstdə “Wizz Air” ilə daha əvvəl keçirdiyimiz işgüzar görüşün nəticələrini də paylaşdıq. Bakı–Bratislava–Bakı marşrutu perspektivli istiqamət kimi nəzərdən keçirilib və artıq təsdiqlənib. Sevindirici haldır ki, bu reyslərin gələn ildən etibarən “Wizz Air” tərəfindən icrası planlaşdırılır.
Əminik ki, yeni marşrut turizm və biznes əlaqələri, eləcə də sərnişinlər üçün yeni imkanlar yaradacaq.
#azerbaijan #slovakia #azal #wizzair
We held a highly productive meeting with Elchin Gasimov, Ambassador Extraordinary and Plenipotentiary of the Slovak Republic to Azerbaijan.
We engaged in an open and constructive exchange of views on the development of aviation links between Azerbaijan and Slovakia, as well as on expanding cooperation in the field of civil aviation. Our key objective is to create more convenient, accessible, and flexible travel opportunities for passengers between our two countries.
In this context, we also shared the outcomes of our earlier business discussions with Wizz Air. The Baku–Bratislava–Baku route has been identified and approved as a promising direction, and we are pleased that flights on this route are planned to be operated by Wizz Air starting next year.
We are confident that the new route will contribute to the development of tourism and business ties, while opening up new opportunities for passengers. -
Samir Rzayev
@SamirMRzayev
Müasir Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim uca tutur, dərin hörmət və ehtiramla yad edirik. Dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və ölkəmizin dayanıqlı inkişafı naminə gördüyü misilsiz xidmətlər xalqımızın yaddaşında əbədi yaşayacaq.
We always hold in the highest esteem the cherished memory of National Leader Heydar Aliyev, the founder of the modern Azerbaijani state, and commemorate him with deep respect and reverence. The unparalleled services of this great personality in strengthening Azerbaijani statehood and ensuring the sustainable development of our country will forever be remembered by our people. -
Samir Rzayev
@SamirMRzayev
AZAL-ın Asiya İnkişaf Bankı (AİB) ilə Anlaşma Memorandumu imzalamasından və AİB-nin dəstəyi ilə “ESG-nin Əməliyyatlaşdırılması” texniki dəstək layihəsinə başlamasından məmnunluq hissi duyuram.
Bu əməkdaşlıq ətraf mühitə təsirin azaldılması, korporativ idarəetmə və əməliyyat proseslərinə dayanıqlı inkişaf prinsiplərinin sistemli şəkildə inteqrasiyası üçün mühüm addımdır.
Bir illik layihə çərçivəsində dayanıqlı maliyyələşdirmə, yaşıl aviasiya təşəbbüsləri, biomüxtəlifliyin qorunması və müasir ESG hesabatlılıq sisteminin qurulması istiqamətində addımlar atacağıq.
Məqsədimiz Azərbaycanın milli inkişaf prioritetləri və qlobal iqlim gündəliyi ilə uzlaşan, Sıfır/Sıfıra Yaxın Emissiya (“Net/Near Zero Emissions”) hədəfinə uyğun, daha yaşıl aviasiya modelinə keçidi sürətləndirməkdir.
AİB ilə bu əməkdaşlıq dayanıqlı inkişaf strategiyamızın həyata keçirilməsində mühüm mərhələdir. Tərəfdaşlığımızın reallaşdırılmasında əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm.
Əminəm ki, AİB ilə birgə icra edəcəyimiz bu layihə bütövlükdə regionda dayanıqlı aviasiyanın inkişafına töhfə verəcək.
#azal #adb #sustainableaviation
It is a pleasure to announce that AZAL has signed an MoU with the Asian Development Bank (ADB) and, in partnership with ADB, has launched the ESG Operationalization Technical Assistance Project.
This cooperation is an important step towards reducing environmental impact and the systematic integration of ESG principles into our corporate governance and operational processes.
Within the one-year project, we will take steps in the areas of sustainable financing, green aviation initiatives, biodiversity conservation, and the establishment of a modern ESG reporting system.
Our goal is to accelerate the transition to a greener aviation model that is aligned with Azerbaijan’s national development priorities and the global climate agenda, and supports the Net/Near Zero Emissions target.
This cooperation with ADB is an important milestone in the implementation of our sustainable development strategy. I would like to express my deep gratitude to everyone who contributed to the realization of this partnership.
I am confident that this joint project with ADB will contribute to the development of sustainable aviation across the region. -
Samir Rzayev reposted
AZAL - Azerbaijan Airlines
@azalofficial
Bu gün səmaların ritmini qoruyan, üfüqləri birləşdirən, şəhərləri, ölkələri, ürəkləri yaxınlaşdıran aviasiya qəhrəmanlarını salamlayırıq. ✈️
Göy üzü onların peşəkarlığı ilə sakit, yollar onların fədakarlığı ilə açıqdır. Biz isə hər dəfə səmaya baxanda anlayırıq: yüksəlmək, irəliləmək və sərhədləri aşmaq üçün həmişə bir yol var, yetər ki, istəyəsən. 🚀🗺
Bütün aviasiya ailəsinə – göydə, yerdə, kabinədə, qüllədə çalışan hər kəsə dərin təşəkkürlər! 7 Dekabr – Beynəlxalq Mülki Aviasiya Günümüz mübarək! ✊
***
Today, we honor the aviation heroes who safeguard the rhythm of the skies, connect distant horizons, and bring cities, countries, and hearts closer together.
Through their professionalism, the skies remain calm; through their dedication, every route stays open. And each time we lift our eyes upward, we are reminded that there is always a path to rise higher, move forward, and push beyond boundaries – as long as we have the will.
Our deepest gratitude goes out to the entire aviation family – to everyone who works in the skies, on the ground, in the cabin, and in the control tower. Happy December 7 – International Civil Aviation Day!
#azal #azerbaijanairlines #flyazalThis media couldn't be displayed. See it on the original post. -
Samir Rzayev
@SamirMRzayev
İordaniyanın Turizm və Əntiq Əşyalar Nazirliyinin baş katibi və nazir müavini Yazan əl-Xadiri, “Royal Jordanian Airlines” şirkətinin yük daşımaları üzrə icraçı direktoru Xalid Məhəmməd əl-Havaldə və İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Ömər əl-Nahar ilə görüşümüz baş tutdu.
İki ölkə arasında mülki aviasiya sahəsində əməkdaşlığın inkişafı baxımından növbəti konstruktiv addım olan bu görüş zamanı hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq. Nümayəndə heyəti ilə 2026-cı ilin iyun ayından etibarən Bakı–Əmman–Bakı marşrutu üzrə müntəzəm uçuşların həyata keçirilməsi planı müzakirə olundu.
Bu təşəbbüs aviasiya əlaqələrinin daha səmərəli qurulmasına, həmçinin Azərbaycan və İordaniya arasında turizm, biznes və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsinə töhfə verəcək. Əmman istiqamətində cari ilin iyun–sentyabr ayları ərzində yerinə yetirilmiş müntəzəm çarter reysləri vasitəsilə 3 mindən çox sərnişinə xidmət göstərilib.
#azal
We hosted a meeting with Yazan Alkhadiri, Deputy Minister and Secretary General of Jordan’s Ministry of Tourism and Antiquities, Khalid Mohammed Al-Havaldeh, Executive Director for Air Cargo Transportation of "Royal Jordanian Airlines", and Omar Nahar, Ambassador of the Hashemite Kingdom of Jordan to Azerbaijan.
The meeting was another constructive step in strengthening Azerbaijan–Jordan cooperation in civil aviation. We exchanged views on expanding air connectivity and discussed plans to launch regular flights on the Baku–Amman–Baku route starting in June 2026.
This initiative will help create more efficient aviation links and further support cooperation between our countries in tourism, business, and cultural exchange. Between June and September this year, more than 3,000 passengers were served on regular charter flights to Amman. -
Samir Rzayev
@SamirMRzayev
🛫 AZAL olaraq iştirak etdiyimiz “Dubai Airshow 2025” sərgisi texnologiya və təhlükəsizlik sahəsində əməkdaşlıqların qurulmasında bizim üçün mühüm mərhələ oldu.
1️⃣ Sərgidə İtaliyanın müdafiə və aerokosmik sənayesinin aparıcı istehsalçısı "Leonardo" şirkəti ilə müqavilə imzaladıq. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, bu əməkdaşlıq çərçivəsində yeni nəsil “METEOR 735 C-Band” radar sistemi infrastrukturumuza daxil ediləcək.
Bu texnologiya:
✅ dolu, leysan, turbulentlik və külək kəsimi kimi ekstremal hava hadisələrini real vaxtda dəqiqliklə aşkar etməyə imkan verəcək,
✅ uçuş təhlükəsizliyini və operativ planlamanı mühüm dərəcədə gücləndirəcək,
✅ fasiləsiz və davamlı uçuş idarəçiliyi yaradacaq.
2️⃣ “Viasat Inc.” ilə imzaladığımız əməkdaşlıq müqaviləsi nəticəsində parkımıza daxil olacaq 20 yeni təyyarə (“Airbus A320” və “Boeing 787-9 Dreamliner”) “Viasat Amara” Wi-Fi sistemi ilə təchiz ediləcək.
Bu o deməkdir ki, sərnişinlərimizə yüksəksürətli internet və yeni nəsil simsiz əyləncə platforması təqdim ediləcək. Bu sistem artıq istismara verilmiş iki yeni “Airbus A320neo” təyyarəmizdə quraşdırılıb.
3️⃣ Sərgi çərçivəsində AZAL olaraq dünyanın ən nüfuzlu aviasiya təhlükəsizliyi qurumlarından biri olan “Flight Safety Foundation”a üzv olduq və “Benefactor Member” statusunu əldə etdik. Bu status aviasiya sahəsində liderlik mövqeyimizi möhkəmləndirməklə yanaşı, qlobal təhlükəsizlik standartlarının formalaşdırılmasına birbaşa töhfə verməyimizə imkan yaradır.
Bütün bu addımların ortaq məqsədi AZAL-ın inkişaf tempini daha yüksək səviyyəyə qaldırmaqla sərnişinlərimizə daha təhlükəsiz, daha rahat və daha müasir səyahət təcrübəsini təqdim etməkdir.
Bu əməkdaşlığa töhfə verən bütün komanda üzvlərinə təşəkkür edir, sərnişinlərimizə isə xoş səyahətlər arzulayıram.
#azal #das2025 #dubaiairshow
🛫 For AZAL, participation in the Dubai Airshow 2025 exhibition marked an important milestone in establishing collaborations in the fields of technology and safety.
1️⃣ At the exhibition, we signed an agreement with Leonardo, one of Italy’s leading defense and aerospace manufacturers. I am pleased to note that within the framework of this cooperation, the new-generation METEOR 735 C-Band radar system will be integrated into our infrastructure. This technology will:
✅ enable real-time, high-precision detection of extreme weather phenomena such as hail, heavy rain, turbulence, and wind shear,
✅ significantly strengthen flight safety and operational planning,
✅ ensure uninterrupted and continuous flight management.
2️⃣ As a result of the cooperation agreement we signed with Viasat Inc., 20 new aircraft entering our fleet (Airbus A320 and Boeing 787-9 Dreamliner) will be equipped with the Viasat Amara Wi-Fi system. This means that our passengers will be provided with high-speed internet and a next-generation wireless entertainment platform. The system has already been installed on two newly commissioned Airbus A320neo aircraft.
3️⃣ During the exhibition, AZAL also became a member of the Flight Safety Foundation, one of the world’s most prestigious aviation safety organizations, and obtained Benefactor Member status. This status not only strengthens our leadership position in the aviation industry but also allows us to contribute directly to the development of global safety standards.
All these efforts serve one common purpose — to elevate AZAL’s growth trajectory to an even higher level and provide our passengers with a safer, more comfortable, and more modern travel experience.
I extend my gratitude to all team members who contributed to this cooperation and wish our passengers pleasant journeys. -
Samir Rzayev
@SamirMRzayev
9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirik!
Tarixi köklərimizi və milli kimliyimizi özündə əks etdirən üçrəngli bayrağımızın əbədi dalğalanmasını arzu edirik.
#9noyabr #dövlətBayrağıGünü #azal
We extend our heartfelt congratulations to our nation on November 9 – State Flag Day!
May our tricolor flag, symbolizing our deep historical roots and national identity, forever fly proudly in the skies of Azerbaijan. -
Samir Rzayev
@SamirMRzayev
8 Noyabr – Zəfər Günü münasibətilə hər kəsi səmimi-qəlbdən təbrik edirəm.
Zəfərimizin 5-ci ildönümünü hər birimiz qürur hissi ilə qeyd edir, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi və ordumuzun qüdrəti sayəsində əldə etdiyimiz bu sevincli günlərin şahidi oluruq.
Bu qürurlu gündə bütün şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.
Zəfər Gününüz mübarək!
#8noyabr #zəfərGünü #azal
On the occasion of November 8 – Victory Day, I extend my heartfelt congratulations to everyone.
We proudly celebrate the 5th anniversary of our Victory — a triumph achieved under the leadership of Ilham Aliyev, Commander-in-Chief, through the unity of our people and the strength of our army.
On this glorious day, we honour the cherished memory of all our martyrs with deep respect and express our sincere gratitude to our veterans.
Happy Victory Day! -
Samir Rzayev
@SamirMRzayev
İsrail Dövlətinin Azərbaycandakı yeni təyin olunmuş səfiri Ronen Krausz ilə görüş keçirdik. Görüş zamanı Azərbaycan ilə İsrail arasında ikitərəfli əməkdaşlığın inkişafı, xüsusilə aviasiya sahəsində əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə etdik. Bu istiqamətdə birgə təşəbbüslərin və əməkdaşlıq layihələrinin vacibliyini vurğuladıq.
Azərbaycan və İsrail arasında hava nəqliyyatı sahəsində davamlı artım dinamikası müşahidə olunur. Bu tendensiyanın davamı kimi, AZAL yaxın zamanda bu istiqamətdə uçuşların sayını artırmağı planlaşdırır. Belə ki, 2026-cı ilin may ayından etibarən Bakı ilə Tel-Əviv arasında həftəlik uçuş sayının 21-ə qədər artırılması nəzərdə tutulur. Bu addım hava əlaqələrinin genişləndirilməsi və qarşılıqlı sərnişin axınının artması baxımından mühüm mərhələ olacaq.
Son illərin statistik göstəriciləri əməkdaşlığın miqyasını və inkişaf tempini aydın şəkildə əks etdirir. “Azərbaycan Hava Yolları” 2024-cü ildə Bakı–Tel-Əviv–Bakı marşrutu üzrə həftədə 11 uçuş olmaqla ümumilikdə 303 reys (gediş-gəliş) həyata keçirərək 74 minə yaxın sərnişin daşıyıb. 2025-ci ilin yanvar–oktyabr aylarında isə aviaşirkət həmin istiqamət üzrə həftədə 14 uçuş olmaqla 562 reys yerinə yetirib və 147 mindən çox sərnişinə xidmət göstərib.
Fəaliyyətimizi davam etdirərək əməkdaşlığın yeni imkanlarının reallaşmasına töhfə verməyi hədəfləyirik.
#azal
We held a meeting with Ronen Krausz, the newly appointed Ambassador of the State of Israel to Azerbaijan. During the meeting, we discussed the development of bilateral cooperation between Azerbaijan and Israel, particularly the expansion of ties in the field of aviation. We emphasized the importance of joint initiatives and collaborative projects in this direction.
A steady growth dynamic has been observed in air transport between Azerbaijan and Israel. As a continuation of this trend, AZAL plans to increase the number of flights in this direction in the near future. Starting from May 2026, the number of weekly flights between Baku and Tel Aviv is expected to reach 21. This step will mark an important stage in expanding air connectivity and boosting mutual passenger traffic.
The statistical indicators of recent years clearly reflect the scale and pace of this cooperation. In 2024, Azerbaijan Airlines operated a total of 303 round-trip flights en route Baku–Tel Aviv–Baku, performing 11 weekly flights and carrying nearly 74,000 passengers. Between January and October 2025, AZAL increased the frequency to 14 weekly flights, operating 562 round-trip flights and serving more than 147,000 passengers.
We remain committed to continuing our activities and contributing to the realization of new opportunities for collaboration. -
Samir Rzayev
@SamirMRzayev
Çinin Sian şəhərinin meri Ye Niu Pinqin və "China West Airport Group"un vitse-prezidenti Lianq Yanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirdik.
Görüş zamanı Prezident İlham Əliyevin bu ilin aprel ayında Çinə səfəri ilə dövlətlərarası əlaqələrin genişlənməsi və yüksək mərhələyə qədəm qoyması vurğulandı.
Görüşdə Azərbaycan və Çin arasında aviasiya sahəsində əməkdaşlığın möhkəmlənməsi, hava nəqliyyatı əlaqələrinin inkişafı və qarşılıqlı tərəfdaşlıq imkanları barədə müzakirələr apardıq.
İki ölkə arasında viza rejiminin ləğvi ilə səyahət edənlərin sayındakı artımla bağlı məlumatlar paylaşıldı.
AZAL 2023-cü ilin dekabrından Pekinə müntəzəm uçuşlara başlayıb. Aviaşirkət 2024-cü il ərzində bu istiqamətdə 104 reys yerinə yetirərək 28 mindən çox sərnişin daşıyıb. Cari ilin sentyabr ayına kimi isə 110 reys (gediş-gəliş) həyata keçirilib və 38 mindən çox sərnişinə xidmət göstərilib.
İki ölkə arasında artan sərnişin axını və güclənən turizm əlaqələri dostluq münasibətlərimizin möhkəmləndiyini bir daha göstərir. AZAL gələcəkdə Çin istiqamətində marşrut şəbəkəsini aktiv şəkildə genişləndirməyi planlaşdırır.
#azal
We held a meeting with the delegation led by Ye Niuping, Mayor of Xi’an, and Liang Yan, Vice President of China West Airport Group.
During the meeting, it was emphasized that President Ilham Aliyev’s visit to China in April this year marked a new stage in the expansion and strengthening of bilateral relations between the two countries.
Discussions focused on expanding cooperation in the field of aviation, developing air transport connectivity, and exploring new partnership opportunities between Azerbaijan and China.
The sides also exchanged information on the growing number of travellers following the introduction of the visa-free regime between the two countries.
Since launching regular flights to Beijing in December 2023, AZAL has operated 104 flights in this direction throughout 2024, carrying more than 28,000 passengers. By September of this year alone, the airline had already operated 110 round-trip flights, serving over 38,000 passengers.
The increasing passenger flow and strengthening tourism ties once again highlight the deepening friendship between Azerbaijan and China. AZAL plans to actively expand its route network to China in the future. -
Samir Rzayev
@SamirMRzayev
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günüdür. Bu əlamətdar gün münasibətilə həmvətənlərimizi ürəkdən təbrik edir, müstəqilliyimizin əbədi olmasını diləyirəm.
#azal #müstəqilliyinBərpasıGünü #18oktyabr
October 18 marks the Day of Restoration of State Independence of Azerbaijan. On this momentous occasion, I extend my heartfelt congratulations to all our compatriots and wish for our independence to endure forever.
#azal #restorationofindependenceday #october18 -
Samir Rzayev
@SamirMRzayev
Bir ay əvvəl donanmamıza bu ilin ilk yeni "Airbus A320neo" təyyarəsinin qoşulmasını qeyd etmişdik. Bu gün isə böyük məmnuniyyətlə bildiririk ki, ikinci yeni "A320neo" təyyarəmiz də Bakıya gətirildi və donanmamıza əlavə olundu. ✈️
Bu hadisə yalnız yeni bir təyyarənin qarşılanması deyil, həm də şirkətimizin davamlı inkişaf və modernləşmə yolunda atdığı əhəmiyyətli addımlardan biridir.
2032-ci ilə qədər AZAL-ın donanmasına 30-dan çox yeni təyyarə əlavə olunacaq. Bu plan bir tərəfdən sərnişinlərimiz üçün daha rahat və müasir səyahət imkanları yaradacaq, digər tərəfdən isə Bakının Avropa ilə Asiya arasında mühüm hava qovşağı kimi mövqeyini daha da möhkəmləndirəcək.
#azal #a320neo
A month ago, we marked the addition of this year’s first new Airbus A320neo aircraft to our fleet. Today, we are pleased to announce that our second new A320neo has also arrived in Baku and joined our fleet. ✈️
This event is not only about welcoming a new aircraft, but also represents another important step in our company’s path of continuous development and modernization.
By 2032, more than 30 new aircraft will be added to AZAL’s fleet. This plan will both create more comfortable and modern travel opportunities for our passengers, and further strengthen Baku’s position as a key air hub between Europe and Asia. -
Samir Rzayev
@SamirMRzayev
Dəyərli tərəfdaşlar,
Böyük məmnuniyyət hissi ilə AZAL-ın 2024-cü il üzrə Dayanıqlılıq hesabatlarını təqdim edirəm.
AZAL 33 ildir ki, səmadadır və bu əlamətdar hesabat milli aviasiya şirkəti olaraq strateji baxışımıza sadiqliyimizi bir daha təsdiqləyir: Avrasiyada təhlükəsiz, dayanıqlı və aparıcı aviasiya ekosistemi olmaq. İnanırıq ki, biz aviasiya şirkəti olaraq təkcə məkanları birləşdirən vasitə deyil, həm də nəsilləri daha dayanıqlı gələcəyə bağlayan körpüyük.
Keçən ili əhatə edən dayanıqlılıq hesabatımızda ilk dəfə olaraq biz “Azərbaycan Hava Yolları”, hava limanları, "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) üzrə üç istiqamətdə hesabat hazırladıq. Bu hesabatlar ən müasir beynəlxalq tələblərə cavab verməklə yanaşı, həm milli aviadaşıyıcı, həm də qlobal tərəfdaş rolumuzu özündə əks etdirir və Azərbaycanın regional və qlobal nəqliyyat sistemində artan strateji mövqeyinə və nüfuzuna töhfə verir.
GRI və SASB kimi qabaqcıl standartlarla yanaşı, IATA və ICAO çərçivələrinə uyğun hazırlanan hesabatımız şirkətimizdə şəffaflığı, fəaliyyətimizi, mövcud imkanları və tərəfdaşlarımıza olan etimadı özündə ehtiva edir.
AZAL-da dayanıqlılıq artıq hər bir qərarımızı istiqamətləndirən düşüncə tərzinə çevrilib. ESG prinsiplərini təyyarə parkımızın modernləşdirilməsi, enerji səmərəliliyinin artırılması, həmçinin korporativ idarəetmənin təkmilləşdirilməsi və cəmiyyətlə əlaqələrin gücləndirilməsi kimi bütün fəaliyyətimizin hər bir sahəsinə inteqrasiya etmişik.
AZAL olaraq dayanıqlı inkişaf strategiyamızın həyata keçirilməsi ilə Azərbaycanın milli inkişaf hədəflərinə və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verməkdən qürur duyur, inkişafımızın məsuliyyətli və gələcək yönümlü olmasını hədəfləyirik.
Daima önə və yüksəklərə! ✈️
#azal #dayanıqlılıqHesabatı #esg
Dear Valued Stakeholders,
I am pleased to announce the release of the AZAL Sustainability Report 2024.
As we celebrate 33 years in the sky, this milestone report reaffirms our commitment to our vision: to be a safe, sustainable, and leading aviation ecosystem in Eurasia. Beyond connecting destinations, we see aviation as a bridge that connects generations to a more sustainable future.
This year, for the first time, we are presenting three dedicated reports — for Azerbaijan Airlines, airports, and Azeraeronavigation Air Traffic Department (AZANS). These reports go beyond compliance; they embody our role as both a national carrier and a global partner, while contributing to Azerbaijan’s growing strategic role in regional and global connectivity.
Prepared in alignment with leading international standards such as GRI and SASB, and in accordance with the frameworks of IATA and ICAO, our disclosures ensure transparency, comparability, and trust.
At AZAL, sustainability is not an initiative — it is a mindset guiding every decision. From modernizing our fleet and advancing energy efficiency to enhancing governance and strengthening community engagement, we are embedding ESG principles into every dimension of our operations.
Through these efforts, we are proud to contribute to Azerbaijan’s national development goals and the UN Sustainable Development Goals (SDGs) — ensuring that our growth is both responsible and future-oriented.
We thank you for being part of this journey and invite you to review the reports:
AZAL: www.azal.az/_next/static/media/pdf/ENG_Azerbaijan_Airline…
Airports: www.azal.az/_next/static/media/pdf/ENG_Azerbaijan_Airport…
AZANS: www.azal.az/_next/static/media/pdf/ENG_AZANS_Sustainabili…
Further and Higher! ✈️
#azal #sustainabilityreport #esgThis media couldn't be displayed. See it on the original post. -
Samir Rzayev
@SamirMRzayev
Bu gün Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Barqav Dasqupta və AİB-nin ölkə direktoru Sunniya Durrani-Camalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük və AZAL ilə AİB arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsini müzakirə etdik.
Görüşdə AZAL-ın Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə (ESG) strategiyasının hazırlanması və ESG-yə yönəlmiş təcrübələrin əməliyyatlarda tətbiqi barədə fikir mübadiləsi apardıq.
Müzakirələr zamanı dayanıqlı maliyyə, dövlət-özəl tərəfdaşlığı modelləri, yaşıl aviasiya təşəbbüsləri, beynəlxalq hesabatlılıq, Dayanıqlı Aviasiya Yanacağının (SAF) istifadəsi, eləcə də Azərbaycanın qlobal nəqliyyat sistemində artan strateji mövqeyinə uyğun olaraq aviasiya sahəsində regional əlaqələrin daha da gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirildi.
#azal #aİB #dayanıqlıAviasiya
Today, we welcomed the Asian Development Bank (ADB) delegation, led by Mr. Bhargav Dasgupta, ADB Vice-President, and Ms. Sunniya Durrani, ADB Country Director, to discuss advancing a strategic partnership between AZAL and ADB.
The meeting highlighted AZAL’s ongoing ESG strategy development and the operationalization of ESG-embedded practices.
The discussion focused on sustainable finance, Public–Private Partnership models, green aviation initiatives, international compliance and reporting, the integration of SAF, and strengthening regional connectivity in line with Azerbaijan’s growing strategic role in global networks.
#azal #adb #sustainableaviation -
Samir Rzayev
@SamirMRzayev
Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün bərqərar olunması uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq.
#anımGünü #27sentyabranımGünü
We pay our deepest respect to the memory of our heroic martyrs who sacrificed their lives for the sovereignty and territorial integrity of the Republic of Azerbaijan.
#remembranceday #27septemberremembranceday -
Samir Rzayev
@SamirMRzayev
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Şahlar Məmmədovla Mentorluq Proqramı çərçivəsində növbəti görüşümüz baş tutdu.
Bu görüşdə idarəetmənin təkmilləşdirilməsi, transformasiya və müasir texnologiyaların
əməliyyatlara inteqrasiyası istiqamətində dəyərli fikir mübadiləsi apardıq.
Şahlar bəyin peşəkar inkişaf yolunda göstərdiyi fəallıq, strateji yanaşma bacarığı və yeniliklərə açıq mövqeyi xoş təəssürat yaratdı.
Onun bu keyfiyyətləri gələcəkdə həm karyerasına, həm də ölkəmizin inkişafına dəyərli töhfələr verəcəyinə əminlik yaradır.
Belə gəncləri dəstəkləmək, onların liderlik yolunda addımlarına yol yoldaşı olmaq bizim üçün xüsusi əhəmiyyət kəsb edir.
#azal #yüksəlişMüsabiqəsi
Our next meeting with Shahlar Mammadov, the winner of the fourth “Yukselish” competition, was held within the framework of the Mentorship Program.
During this meeting, we exchanged valuable ideas on enhancing management practices, driving transformation, and integrating modern technologies into operations.
Shahlar’s active commitment to his professional development, his strategic mindset, and his openness to innovation left a very positive impression.
These qualities give us confidence that he will make valuable contributions not only to his future career but also to the development of our country.
Supporting such young talents and accompanying them on their path to leadership is of special importance to us. -
Samir Rzayev
@SamirMRzayev
20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, müstəqil Azərbaycanın milli aviadaşıyıcısı olaraq ölkəmizi və bayrağımızı səmalarda təmsil etməkdən qürur duyuruq.
#azal #dövlətSuverenliyiGünü
On September 20 – the Day of State Sovereignty of the Republic of Azerbaijan, we sincerely congratulate our nation and, as the national air carrier of independent Azerbaijan, we are proud to represent our country and flag in the skies.
#azal #statesovereigntyday -
Samir Rzayev
@SamirMRzayev
Qürur hissi ilə bildirirəm ki, AZAL-ın donanmasına yeni “Airbus A320neo” təyyarəsi qoşuldu. Təyyarə parkının modernləşdirilməsi strategiyası çərçivəsində atılan bu addım strateji baxışımızın və dayanıqlı inkişaf yolumuzun rəmzidir. ✈️
Sərnişinlərimiz üçün yeni “A320neo” daha rahat səyahət deməkdir. Yeni təyyarənin müasir “Airspace” salonu yüksək komfortu təmin edir. Uçuş zamanı Wi-Fi və multimedia sistemi səyahət təcrübəsini zənginləşdirir.
AZAL üçün bu təyyarə dayanıqlı inkişafın göstəricisidir:
✅ Daha səmərəli mühərriklər sayəsində yanacaq sərfiyyatı və karbon emissiyası əhəmiyyətli dərəcədə azalır. ✅ Uçuşların səmərəliliyi artır, texniki xidmət yükü yüngülləşir, əməliyyat xərcləri optimallaşır. ✅ Və ən əsası, Bakı Avropa ilə Asiya arasında daha güclü hava qovşağına çevrilir.
Bu, sadəcə başlanğıcdır. Artıq oktyabrda daha bir yeni “A320neo” AZAL-ın təyyarə parkına qoşulacaq. Ümumilikdə 2032-ci ilə qədər AZAL donanmasına 30-dan çox yeni təyyarə əlavə olunacaq.
Milli aviasiyamızın bu yeni mərhələsi ilə qürur duyur, bütün əməkdaşlarımızı səmimi-qəlbdən təbrik edirəm. Qarşımızda böyük hədəflər var və biz birlikdə onları gerçəkləşdirəcəyik.
#azal #airbusa320neo #donanmanınModernləşdirilməsi #dayanıqlıİnkişaf #azərbaycan
I am proud to announce that a new Airbus A320neo has joined AZAL’s fleet. This step, taken within the framework of our fleet modernization strategy, is a symbol of our strategic vision and sustainable growth path. ✈️
For our passengers, the new A320neo means a more comfortable journey. Its modern Airspace cabin ensures a high level of comfort. Onboard Wi-Fi and multimedia systems enrich the travel experience.
For AZAL, this aircraft is a sign of sustainable development: ✅ Thanks to more efficient engines, fuel consumption and carbon emissions are reduced significantly. ✅ Flight efficiency increases, maintenance workload is eased, and operating costs are optimized. ✅ Most importantly, Baku becomes an even stronger hub between Europe and Asia.
And this is just the beginning. Another new A320neo will join AZAL’s fleet in October. In total, more than 30 new aircraft will be added to the fleet by 2032.
We take pride in this new chapter of our national aviation and sincerely congratulate all our employees. Great goals lie ahead of us, and together we will achieve them.
#azal #airbusa320neo #fleetmodernization #sustainability #azerbaijan -
Samir Rzayev
@SamirMRzayev
Almatıda keçirilən Avropa və Asiya Aeronaviqasiya Xidmətləri Təminatçıları üçün Regional Aeronaviqasiya Təhlükəsizliyi üzrə Koordinasiya Platformasının (SOCEA) İllik Ümumi Yığıncağında Azərbaycanın sədrliyi rəsmi olaraq təsdiq olundu.
İllik Ümumi Yığıncaqda SOCEA-nın yeni seçilmiş prezidenti kimi AZANS-ın direktoru Fərxan Quliyev iki il ərzində platformanın koordinasiyasına sədrlik edəcək. Fəaliyyətlərə işçi qruplarla əməkdaşlıq, strateji təşəbbüslərin həyata keçirilməsi və regional tərəfdaşlarla əlaqələrin gücləndirilməsi daxildir. Eyni zamanda hava hərəkətinin idarə olunmasında sərhədlərarası inteqrasiyaya və innovasiyalara xüsusi diqqət yetiriləcək.
SOCEA təşkilatına sədrliyin Türkiyədən Azərbaycana keçid prosesi prosedura uyğun olaraq həyata keçiriləcək.
Bu nailiyyət ölkəmizin və AZAL QSC-nin tərkibində fəaliyyət göstərən AZANS-ın aviasiya sektorunda vacibliyini gücləndirir və Avrasiyada təhlükəsiz, dayanıqlı və aparıcı aviasiya ekosistemi olmaq strateji baxışımızın reallaşdırılmasına töhfə verir.
Tərəfdaşlarımızla birlikdə əməkdaşlığı möhkəmləndirməyə, yenilikləri tətbiq etməyə və regionumuzun səmalarının hər kəs üçün təhlükəsiz olması, habelə daha sıx əlaqələnməsi istiqamətində səy göstərməyə davam edirik.
#azal #azans #socea
At the Annual General Meeting of the Regional Air Navigation Safety Coordination Platform for European and Asian Air Navigation Service Providers (SOCEA) held in Almaty, Azerbaijan’s chairmanship was officially approved.
At this meeting, the newly elected president of SOCEA, Director of AZANS Farkhan Guliyev, will chair the coordination of the platform for two years. Activities will include cooperation with working groups, implementation of strategic initiatives, and strengthening relations with regional partners. Special attention will also be given to cross-border integration and innovation in air traffic management.
The transfer of the SOCEA chairmanship from Türkiye to Azerbaijan will be carried out in accordance with the established procedures.
This achievement reinforces the importance of our country and AZANS, operating within AZAL CJSC, in the aviation sector and contributes to the realization of our strategic vision of becoming a safe, sustainable, and leading aviation ecosystem in Eurasia.
Together with our partners, we continue to strengthen cooperation, implement innovations, and strive to ensure that our region’s skies remain safe for everyone and that our region becomes ever more interconnected.
#azal #azans #socea -
Samir Rzayev
@SamirMRzayev
Strateji baxışımızın 3 istiqamətindən biri məhz təhlükəsizlikdir.
AZAL-ın “Avrasiyada təhlükəsiz, dayanıqlı və aparıcı aviasiya ekosistemi olmaq” baxışından irəli gələrək növbəti əhəmiyyətli tədbiri – “AZAL Uçuş Təhlükəsizliyi Günü”nü təşkil etdik.
Tədbirdə uçuş təhlükəsizliyi sahəsində liderlik, insan amilinin sistemə inteqrasiyası, dəyişikliklərin idarə olunması və müsbət korporativ mədəniyyətin daha da təkmilləşdirilməsi kimi vacib mövzulara toxunduq.
Tədbirin təşkilində bizə dəstək göstərən Böyük Britaniya Mülki Aviasiya İdarəsinin (“UK Civil Aviation Authority”) əməkdaşları Cankarlo Buono və Saymon Roberts ilə birlikdə təhlükəsizlik mədəniyyətimizi daha da təkmilləşdirmək üçün birlikdə müzakirələr apardıq.
Uçuşlarda və əməliyyatlarda təhlükəsizliyin yüksək standartlarda təminatı bu dəyərləri rəhbər tutan AZAL komandasının əməyinin nəticəsidir.
Əminik ki, bu kimi təşəbbüslər strateji baxışımızı reallaşdırmağa bizi bir addım daha da yaxınlaşdıracaq.
#azal #aviasiyatəhlükəsizlikGünü #aviasiya #təhlükəsizlikMədəniyyəti
#azal #flightsafetyday #aviasiya #safetyculture
One of the three pillars of our strategic vision is safety.
In line with AZAL’s vision of “being a safe, sustainable, and leading aviation ecosystem in Eurasia”, we organized another important initiative – the AZAL Flight Safety Day.
The event covered crucial topics such as leadership in flight safety, integration of the human factor into systems, change management, and further strengthening of a positive corporate culture.
With the support of the @UK_CAA representatives – Giancarlo Buono and Simon Roberts – we engaged in valuable discussions on advancing our safety culture.
Ensuring the highest standards of safety in flights and operations is the result of the dedication and commitment of the AZAL team who live by these values.
We are confident that initiatives like this bring us one step closer to delivering on our strategic vision. -
Samir Rzayev
@SamirMRzayev
Bu gün Belçika Krallığının Azərbaycandakı səfiri – Julyen de Frepon ilə maraqlı bir görüşümüz baş tutdu. Görüş bir daha göstərdi ki, mülki aviasiya sərnişinlərin daşınması ilə yanaşı, həm də mədəniyyətlər, insanlar və imkanlar arasında bir körpüdür.
Görüş zamanı AZAL-ın gələcək strateji hədəflərindən danışdıq və bizim üçün prioritet olan məsələləri – dayanıqlı inkişaf, sərnişin məmnuniyyəti və innovasiya ilə bağlı ideyalarımızı partnyorlarımızla bölüşdük. Söhbətimizdə Azərbaycan və Belçika arasında birbaşa hava əlaqələrinin qurulması ideyası da xüsusi yer tutdu. Bu imkanlar həm biznes sahəsində əməkdaşlığı, həm də mədəni mübadilə üçün də böyük əhəmiyyət daşıyır.
Eləcə də AZAL-ın COP29-da olan iştirakından və daha yaşıl gələcək qurmaqda aviasiyanın roluna dair öhdəliyimizi vurğuladıq.
#azal
Today, we had an engaging meeting with the Ambassador of the Kingdom of Belgium to Azerbaijan, Mr. Julien de Frepon. The meeting once again showed that civil aviation is not only about transporting passengers, but also about serving as a bridge between cultures, people, and opportunities.
During our discussion, we spoke about AZAL’s strategic goals for the future and shared with our partners our priorities — sustainable development, passenger satisfaction, and innovation. The idea of establishing direct air connections between Azerbaijan and Belgium was also a key topic in our conversation. Such opportunities hold great importance not only for cooperation in the business sphere but also for cultural exchange.
We also highlighted AZAL’s participation at COP29 and reaffirmed our commitment to the role aviation can play in building a greener future. -
Samir Rzayev
@SamirMRzayev
Milli mətbuatın 150 illiyi – maarifçilik ənənələrinin, ictimai düşüncənin və Vətənə xidmətin tarixidir.
Bu əlamətdar gün münasibətilə bütün media nümayəndələrini səmimi-qəlbdən təbrik edirik. Peşəkar fəaliyyətiniz cəmiyyətin məlumatlandırılması, milli dəyərlərin qorunması və güclü Azərbaycanın qurulmasına verdiyiniz töhfə ilə daim fərqlənir.
Sözə sədaqətinizə, obyektivliyinizə və ictimai məsuliyyət hissinizə görə təşəkkür edirik.
#millimətbuat150 #azərbaycan
The 150th anniversary of the National Press marks a history of traditions in enlightenment, public awareness, and service to the Motherland.
On this significant occasion, we sincerely congratulate all media professionals. Your dedicated work in informing society, preserving national values, and contributing to the building of a strong Azerbaijan is truly commendable.
We thank you for your commitment to truth, objectivity, and sense of social responsibility.
#millimətbuat150 #azerbaijan -
Samir Rzayev
@SamirMRzayev
2025-ci ilin ilk yarımili üzrə əldə olunan uğurlar Azərbaycanın mülki aviasiyasının sürətli inkişafını və gələcəyə inamını əyani şəkildə göstərir.
Artan uçuş sayı ilə yanaşı, xidmətlərin rəqəmsallaşdırılması və müasir texnologiyaların tətbiqi komandamızın peşəkarlığının və strateji yanaşmasının parlaq nümunəsidir.
Bu nailiyyətlər AZAL, AZANS və Heydər Əliyev Beynəlxalq Aeroportunun səmərəli əməkdaşlığının və əzmkar fəaliyyətinin bəhrəsidir.
#azal #uçuşlar #rəqəmsallaşma #azans #heydərƏliyevHavaLimanı #2025nailiyyətləri
The achievements of the first half of 2025 clearly reflect the rapid progress of Azerbaijan’s civil aviation sector and its confident outlook toward the future.
Alongside the growing number of flights, the digitalization of services and the implementation of modern technologies stand as vivid examples of our team’s professionalism and strategic vision.
These results are the outcome of the effective efforts and dedicated work of AZAL, AZANS, and Heydar Aliyev International Airport.
#azal #flights #digitalization #azans #heydaraliyevairport #achievements2025 -
Samir Rzayev
@SamirMRzayev
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günüdür.
Bu münasibətlə qalib Azərbaycan Ordusunun bütün şəxsi heyətini, vətənin bütövlüyü uğrunda hünər göstərən qazi və veteranlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı və uğurlar arzulayırıq.
Şanlı Ordumuz bizim qürur mənbəyimizdir.
#azal
June 26 marks the Armed Forces Day of the Republic of Azerbaijan.
On this occasion, we sincerely congratulate all personnel of the victorious Azerbaijani Army and our war veterans who have demonstrated bravery in defending the territorial integrity of our homeland. We wish them good health and continued success.
Our glorious Army remains a source of national pride. -
Samir Rzayev
@SamirMRzayev
AZAL növbəti dəfə beynəlxalq “Skytrax” mükafatına layiq görüldü.
“Paris Air Show 2025” çərçivəsində Azərbaycan Hava Yolları Böyük Britaniyanın nüfuzlu “Skytrax” təşkilatı tərəfindən Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət seçilib.
Bu mükafat AZAL komandasının peşəkarlığını, sərnişinlərimizin göstərdiyi yüksək etimadı və şirkətin dayanıqlı inkişaf prinsiplərinə öhdəliyini əks etdirir. Qazanılan bu nailiyyət, eyni zamanda aviaşirkətimizin regionda lider mövqeyini bir daha təsdiqləyir. Bu, bizim üçün həm böyük qürur, həm də daha da yüksək hədəflərə çatmaq üçün motivasiyadır.
#azal #skytrax2025 #parisairshow #bestregionalairline
AZAL honored the international Skytrax award once again.
At the Paris Air Show 2025, Azerbaijan Airlines was once again recognized by UK’s renowned Skytrax as the Best Regional Airline in Central Asia and CIS.
This award reflects the professionalism of the AZAL team, the strong trust shown by our passengers, and the company’s commitment to the principles of sustainable development. It also reaffirms our leading position in the region. For us, this is not only a great source of pride but also a powerful motivation to aim even higher goals. -
Samir Rzayev
@SamirMRzayev
Milli Aviasiya Akademiyasını 33 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirik!
Ölkəmizin aviasiya sahəsində illərdir peşəkar kadrların hazırlanması və elmi-tədris mühitinin inkişafına verdiyi dəyərli töhfələr MAA-nın nüfuzunu bir daha təsdiqləyir.
Bu əlamətdar gündə Akademiyanın rəhbərliyini və bütün kollektivini ürəkdən təbrik edir, yeni zirvələr və davamlı uğurlar arzulayırıq!
#azal #milliaviasiyaakademiyası
Warm congratulations on the 33rd anniversary of the National Aviation Academy!
The NAA’s long-standing contributions to training highly skilled professionals and fostering a progressive scientific and educational environment continue to affirm its esteemed role in our nation’s aviation sector.
On this special occasion, we sincerely congratulate the leadership and entire team of the academy, wishing them new achievements and ongoing success! -
Samir Rzayev
@SamirMRzayev
15 İyun xalqımızın müstəqilliyinin qorunması və gələcəyimizin təmin olunması günüdür.
Ümummilli lider Heydər Əliyevin qətiyyətli mövqeyi və uzaqgörənliyi sayəsində müstəqilliyimiz sarsılmaz təməl üzərində möhkəmləndi. Bütün həmvətənlilərimizi təbrik edir, ölkəmizə sülh, birlik və rifah arzulayıram.
Milli Qurtuluş Günümüz mübarək!
June 15 marks the day of safeguarding our nation’s independence and securing our future.
Thanks to the resolute stance and visionary leadership of our National Leader Heydar Aliyev, our independence was strengthened on a solid foundation. We congratulate all our fellow citizens and wish our country peace, unity, and prosperity!
Happy National Salvation Day! -
Samir Rzayev
@SamirMRzayev
Qurban bayramı münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edirəm.
Bu mübarək günlərdə Uca Tanrıdan etdiyiniz bütün dualarınızın qəbul olmasını diləyirəm.
Bayramınız mübarək!
#azal
On the occasion of Eid al-Adha, I sincerely congratulate our nation.
On these blessed days, I wish that all your prayers may be accepted by Almighty God.
Happy holiday! -
Samir Rzayev
@SamirMRzayev
2 İyun – Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günüdür!
Mülki aviasiya sahəsində çalışan bütün həmkarlarımı peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizin peşəkarlığınız, yüksək məsuliyyətiniz və əzmkarlığınız sayəsində hava nəqliyyatı təhlükəsiz və etibarlı şəkildə fəaliyyət göstərir, sərnişinlərimiz rahat və vaxtında təyinat nöqtələrinə çatırlar.
Bu əlamətdar gündə bütün mülki aviasiya işçilərinə möhkəm cansağlığı və işlərində uğurlar arzulayıram.
Bayramınız mübarək!
#azal
June 2nd marks Civil Aviation Workers’ Day in Azerbaijan!
I sincerely congratulate all my colleagues working in the civil aviation sector on this special occasion.
Thanks to your professionalism, dedication, and perseverance, air transportation operates safely and reliably, ensuring our passengers reach their destinations comfortably and on time.
On this important day, I wish all civil aviation workers good health and continued success in your work.
Happy holiday! -
Samir Rzayev
@SamirMRzayev
31 May – Beynəlxalq Təyyarə Bələdçiləri günüdür!
Uçuşların təhlükəsizliyinin təminatçılarından olan və yüksək peşəkarlığı ilə seçilən təyyarə bələdçilərimizi səmimi-qəlbdən təbrik edirəm.
AZAL bələdçiləri Azərbaycanın ruhunu və mədəniyyətini hər detalda əks etdirərək ölkəmizi dünyaya layiqincə tanıdırlar.
#azal
May 31 is International Flight Attendant Day!
I sincerely congratulate our cabin crew members, who are one of the key guarantors of flight safety and are distinguished by their high level of professionalism.
AZAL's flight attendants represent the spirit and culture of Azerbaijan in every detail, proudly introducing our country to the world. -
Samir Rzayev
@SamirMRzayev
28 May – Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edirəm. Azərbaycan xalqına əbədi istiqlaliyyət, sülh və əmin-amanlıq içində daimi inkişaf və rifah arzu edirəm.
On the occasion of May 28 – Independence Day, I extend my heartfelt congratulations to our nation. I wish eternal independence, sustained progress in peace and prosperity for the people of Azerbaijan. -
Samir Rzayev
@SamirMRzayev
Bu gün Bakıda IATA-nın Aviasiya Enerji Forumunun rəsmi açılışını etdik. Bu, ölkəmiz və aviasiya sənayesi üçün əlamətdar hadisədir.
60-dan çox ölkədən 800-ə yaxın nümayəndəni bir araya gətirən bu forum sadəcə bir tədbir deyil. Bu, dayanıqlı aviasiyanın gələcəyini formalaşdıran bir əməkdaşlıq platformasıdır — innovasiya, tərəfdaşlıq və ortaq məsuliyyət üzərində qurulan bir müzakirə meydanıdır.
AEF 2025 platforması sayəsində təcrübə mübadiləsi və güclü tərəfdaşlıqlar yarada və bununla da dayanıqlı aviasiyaya və “Net Zero” hədəfinə çatmaq üçün tələb olunan enerji həllərinin sinerjisinə nail ola bilərik.
Ölkəmizin növbəti dəfə qlobal əməkdaşlıq üçün vacib platforma rolunu oynamasından qürur və məmnunluq duyuruq.
Bakıda bizimlə bir araya gələn hər kəsə təşəkkür edirəm. Burada başlanan dialoqlar gələcəkdə müsbət dəyişikliklərə aparacağına əminəm.
#azal #iata #iataaef #aef2025baku
Today, we officially opened the IATA Aviation Energy Forum 2025 in Baku - a truly significant milestone for our country and the aviation industry.
Bringing together around 800 participants from over 60 countries, this forum is more than just an event. It is a collaborative platform shaping the future of sustainable aviation — built on innovation, partnership, and shared responsibility.
Thanks to the AEF 2025 platform, we can foster experience sharing and strong partnerships, thereby achieving the synergy of energy solutions required to reach sustainable aviation and the Net Zero goal.
We take pride and satisfaction in our country once again playing a key role as a platform for global cooperation.
I extend my gratitude to everyone who joined us here in Baku. The dialogues that start here will pave the way for transformative change in the future. -
Samir Rzayev
@SamirMRzayev
Bu gün müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.
Heydər Əliyevin müdrik siyasəti və uzaqgörənliyi sayəsində Azərbaycanın müstəqilliyi möhkəmlənmiş, dövlətçilik ənənələri güclənərək beynəlxalq aləmdə layiqli yerini tutmuşdur.
Ulu Öndərin rəhbərliyi ilə qurulan sabitlik və ictimai həmrəylik müasir Azərbaycanın davamlı inkişafını təmin edən əsas sütunlardan birinə çevrilərək milli kimliyin qorunması, mədəni irsin yaşadılması və güclü vətəndaş cəmiyyətinin formalaşmasına zəmin yaratmışdır.
Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla anır, onun bizə göstərdiyi yol və irsə olan bağlılığımızı daim qoruyaraq Azərbaycanın daha parlaq gələcəyi üçün çalışmağa davam edirik.
Today marks the 102nd anniversary of the birth of Heydar Aliyev, the architect of modern Azerbaijan and the National Leader of our people.
Thanks to Heydar Aliyev’s wise policies and foresight, Azerbaijan's independence was strengthened, statehood traditions were reinforced, and the country has earned its rightful place in the international arena.
The stability and public solidarity established under the National Leader’s guidance became one of the main pillars ensuring the sustainable development of modern Azerbaijan, laying the foundation for preserving national identity, safeguarding cultural heritage, and forming a strong civil society.
We honor the cherished memory of the National Leader with deep respect and remain committed to the path and legacy he left behind, continuing our efforts to build a brighter future for Azerbaijan. -
Samir Rzayev
@SamirMRzayev
Qlobal aviasiya sənayesinin enerji və dayanıqlılıq məsələlərinə həsr edilən ən nüfuzlu platformalarından biri IATA-nın Aviasiya Enerji Forumu 2025 Bakıda keçirilir.
AZAL öz tarixində daha bir mühüm imzalarından birini atır.
Bu forum yalnız aviasiya üçün deyil, Azərbaycanın gələcək enerji perspektivləri üçün də yeni mərhələ olacaq. Azərbaycan bu forumla gələcəyin enerji xəritəsini çəkən strateji oyunçulardan biri olduğunu göstərir.
#azal #iata #iataaef #aef2025baku
One of the most prestigious platforms dedicated to energy and sustainability issues in the global aviation industry - the IATA Aviation Energy Forum 2025 - will be held in Baku.
AZAL is marking another major milestone in its history.
This forum will represent not only a significant event for aviation but also a new chapter for Azerbaijan’s future energy prospects. Through this forum, Azerbaijan demonstrates that it is a strategic player shaping the energy map of the future.This media couldn't be displayed. See it on the original post. -
Samir Rzayev
@SamirMRzayev
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Krallığın ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüş keçirdik.
Görüşdə qarşılıqlı tərəfdaşlığın gücləndirilməsi və hava nəqliyyatı əlaqələrinin inkişaf perspektivlərini müzakirə etdik.
Ötən il iki ölkə arasında sərnişin axının yüksək olması turizm əlaqələrinin gücləndiyini və dostluq münasibətlərinin möhkəmləndiyini təsdiqləyir.
#azal
To expand cooperation in the field of aviation between Azerbaijan and Saudi Arabia, we held a meeting with the Kingdom’s Ambassador to our country, H.E. Essam bin Saleh Al-Jutaili.
During the meeting, we discussed ways to strengthen our partnership and the prospects for developing air transport connectivity.
The high passenger flow between the two countries last year confirms the strengthening of tourism ties and the deepening of friendly relations. -
Samir Rzayev
@SamirMRzayev
Bu gün, 26 aprel – Dünya Pilotlar Günündə hava nəqliyyatının aparıcı qüvvəsi olan pilotlarımızın peşəkarlığını və əvəzsiz xidmətlərini qeyd edirik.
Məhz onların sayəsində biz sərnişinlərə etibarlı və təhlükəsiz səyahət təklif etməklə beynəlxalq aviasiya sahəsində fərqlənirik.
Bütün pilot heyətimizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, onlara açıq səma və uğurlu uçuşlar arzulayıram!
AZAL olaraq sərnişinlərimizin təhlükəsizliyini və rahatlığını təmin edən peşəkar komanda ilə fəxr edirik.
#azal
Today, on April 26 – World Pilots’ Day – we celebrate the professionalism and valuable service of our pilots, who are the driving force of air transport.
It is thanks to them that we stand out in the global aviation industry by offering passengers safe and reliable journeys.
We wholeheartedly congratulate our entire pilot crew on this special day and wish them clear skies and successful flights!
As AZAL, we take pride in our professional team that ensures the safety and comfort of our passengers. -
Samir Rzayev
@SamirMRzayev
Aviasiya Enerji Forumu ilk dəfə Qafqazda!
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Aviasiya Enerji Forumu 2025-in Bakıda keçiriləcəyini böyük fəxrlə bildirirmək istərdik.
Forum çərçivəsində sənayenin ən aktual prioritetləri müzakirə ediləcək, aviasiya sahəsində səmərəliliyin artırılması, innovasiyaların təşviqi və 2050-ci ilə qədər “Xalis Sıfır” emissiya (Net Zero Emissions) hədəfinə nail olunması istiqamətində fikir mübadiləsi aparılacaq.
13-15 may 2025-ci il tarixlərində AZAL-ın dəstəyi ilə ölkəmizdə baş tutacaq bu mötəbər forumda:
✅ 50+ ölkənin nümayəndələri,
✅ 60+ aviaşirkət,
✅ 550+ qeydiyyatdan keçmiş iştirakçı bir araya gələcək.
Azərbaycan və AZAL olaraq Aviasiya Enerji Forumuna ev sahibliyi etməklə qlobal aviasiya gündəminə töhfə verməkdən, beynəlxalq tərəfdaşlıqları genişləndirməkdən və ölkəmizin regionun aviasiya mərkəzi kimi mövqeyini gücləndirməkdən qürur duyuruq.
#azal #iata #iataaef #aef2025baku
Aviation Energy Forum in the Caucasus for the first time!
We are proud to announce that the International Air Transport Association’s (IATA) Aviation Energy Forum 2025 will be held in Baku.
Within the framework of the forum, the industry’s most pressing priorities will be discussed, and exchanges of ideas will take place to enhance efficiency in the aviation sector, promote innovations, and achieve the Net Zero Emissions by 2050.
This notable event, supported by AZAL, will take place in our country on May 13–15, 2025, and will bring together:
✅Representatives from 50+ countries
✅60+ airlines
✅550+ registered participants
As Azerbaijan and AZAL, we take pride in hosting the Aviation Energy Forum, contributing to the global aviation agenda, expanding international partnerships, and strengthening our country's position as the region's aviation hub. -
Samir Rzayev
@SamirMRzayev
Bu gün “Azərbaycan Hava Yolları” (AZAL) QSC 33 illiyini qeyd edir!
1992-ci ildən bəri regionun ən mütərəqqi şirkətlərindən biri kimi xidmətlərimizi təqdim edirik.
Son illərdə AZAL aviareyslərin və sərnişin axınının əhəmiyyətli artımına nail olaraq, təyyarə parkını genişləndirmək və müasirləşdirmək istiqamətində mühüm addımlar atıb. AZANS Azərbaycanın hava məkanından keçən və tranzit uçuşların sayını əhəmiyyətli dərəcədə artırıb. Eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportu üzrə də xidmət göstərilən istiqamətlərin və sərnişin sayının dinamik artımı müşahidə olunub.
AZAL müştəri məmnuniyyəti, innovasiya və yüksək xidmət keyfiyyəti prinsiplərinə əsaslanaraq öz mövqeyini möhkəmlədib və bu ənənəni davam etdirir.
Qazandığımız hər bir nailiyyətdə əməkdaşlarımızın, sərnişinlərimizin və tərəfdaşlarımızın danılmaz töhfəsi var.
Bizə etimad göstərdiyiniz üçün təşəkkürümüzü bildiririk.
Yeni üfüqlər kəşf etməyə davam!
#azal
Today, Azerbaijan Airlines (AZAL) CJSC celebrates its 33rd anniversary!
Since 1992, we have been providing our services as one of the most progressive companies in the region.
In recent years, AZAL has made significant strides in expanding and modernizing its fleet, while achieving substantial growth in both flight frequency and passenger traffic. AZANS has substantially increased the number of flights passing through and transiting over Azerbaijan's airspace. At the same time, a dynamic rise in the number of serviced destinations and passengers has also been seen at the Heydar Aliyev International Airport.
AZAL has strengthened its position and continues this tradition by adhering to the principles of customer satisfaction, innovation, and high-quality service.
The undeniable contributions of our employees, passengers, and partners are behind every achievement we have attained.
We sincerely thank you for your trust in us.
We continue to discover new horizons! -
Samir Rzayev
@SamirMRzayev
Müqəddəs Ramazan bayramınız mübarək! Bu əlamətdar bayram günlərində dua və niyyətlərinizin qəbul olunmasını diləyir, hər birinizə bol ruzili və bərəkətli günlər arzulayıram.
Happy Ramadan holiday (Eid al-Fitr)! I wish for your prayers and intentions to be accepted during these blessed holiday days, and I wish each of you a prosperous and bountiful life. -
Samir Rzayev
@SamirMRzayev
Novruz bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, bahar əhval-ruhiyyəsi, səadət, möhkəm cansağlığı və fəaliyyətlərinizdə yeni uğurlar arzulayıram.
Bayramınız mübarək!
I sincerely congratulate each of you on the occasion of Novruz Bayram and wish you a spring mood, happiness, good health, and new successes in your endeavors.
Happy Holidays! -
Samir Rzayev
@SamirMRzayev
“Yüksəliş” müsabiqəsi çərçivəsində mentor kimi yeni səhifə açmaq mənim üçün yeni bir başlanğıcdır.
Gələcəyin liderlərini dəstəkləmək həm şərəf, həm də böyük bir məsuliyyətdir. Müsabiqənin qalibi Şahlar Məmmədovla liderlik, inkişaf və çağırışların öhdəsindən gəlmək mövzusunda təcrübələrimi paylaşmaq mənim üçün əhəmiyyətlidir.
Mentorluq sadəcə məsləhətlər vermək deyil – bu, inam yaratmaq, potensialı ortaya çıxarmaq və özünü kəşf etməyə dəstək olmaq deməkdir. Mentiyə yol göstərməyi, təcrübə mübadiləsi aparmağı və onun növbəti uğurlarını görməyi səbirsizliklə gözləyirəm!
#yüksəlişMüsabiqəsi
Excited to embark on a meaningful journey as a mentor!
Supporting the next generation of leaders is both a privilege and a responsibility, and I’m looking forward to sharing my experiences in leadership, growth, and navigating challenges with the winner of the Yukselish competition – Shahlar Mammadov.
Mentorship isn’t just about giving advice—it’s about inspiring confidence, unlocking potential, and learning about self along the way. Looking forward to guiding my mentee, exchanging insights, and seeing him thrive! -
Samir Rzayev
@SamirMRzayev
Əziz xanımlar, sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayırıq.
Bayramınız mübarək!
Dear women, we sincerely congratulate you on March 8 – International Women’s Day. We wish each of you good health, happiness, and prosperity.
Happy holiday! -
Samir Rzayev
@SamirMRzayev
İnsanlıq tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımından 33 il keçsə də, bu dəhşətli qətliamın acısı hələ də ürəklərimizdədir. Xocalı faciəsi qurbanlarının xatirəsini dərin hüznlə anır, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Even though 33 years have passed since the Khojaly genocide, one of the bloodiest pages in human history, the pain of this horrific massacre still lingers in our hearts. We remember the victims of the Khojaly tragedy with deep sorrow and pray for God’s mercy on all our martyrs.
#xocalıSoyqırımı #khojalygenocide #justiceforkhojaly #xocalıyaƏdalət -
Samir Rzayev
@SamirMRzayev
Bu gün Asiya İnkişaf Bankının (AİB) (@ADB_HQ) Azərbaycandakı Nümayəndəliyinin ölkə üzrə direktoru xanım Sunniya Durrani-Camal və AİB-nin özəl sektorun inkişafı üzrə regional direktoru Enriko Pinali ilə görüşdük. Görüş zamanı #azal-ın inkişaf strategiyası, investisiyaların təşviqi planları, dayanıqlılıq gündəliyi və aviasiyada innovasiya yönümlü təşəbbüslərin icrası barədə məlumatlar təqdim etdik, habelə dövlət-özəl tərəfdaşlığı imkanlarını nəzərdən keçirdik. Görüşdə AZAL-ın ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetməyə (#esg) dair yol xəritəsi, yaşıl maliyyə, dayanıqlı aviasiya yanacağından (#saf) istifadə və regionda strateji tərəfdaşlıqların təşviqinə təkan verən yaşıl layihələr ilə bağlı məsələləri müzakirə etdik.
Today, we met with the Asian Development Bank (#adb) mission, led by Ms. Sunniya Durrani-Jamal, ADB Country Director for Azerbaijan, and Mr. Enrico Pinali, ADB Regional Director for Private Sector Development. During the meeting we informed the delegation about AZAL’s expansion strategy, investment plans, sustainability agenda, and innovation-driven aviation initiatives, emphasizing opportunities for Public-Private Partnerships (PPP). The meeting also covered AZAL’s #esg roadmap, green finance, Sustainable Aviation Fuel (#saf) integration, and green projects, reinforcing the airline’s commitment to fostering strategic partnerships that drive sustainable aviation and economic resilience in the region.
#sustainableaviation #greenprojects #publicprivatepartnerships -
Samir Rzayev
@SamirMRzayev
“Azərbaycan Hava Yolları” (AZAL) QSC son 20 il ərzində planlı və dinamik şəkildə inkişaf edərək bir sıra mühüm nailiyyətlərə imza atıb.
Qeyd edilən dövr ərzində işğaldan azad olunmuş torpaqlarımız da daxil olmaqla ölkəmizdə dünya standartlarına cavab verən hava limanlarının və terminalların inşası reallaşdırılıb, təyyarə parkı modernləşdirilib və genişləndirilib. Maddi-texniki bazanın yaxşılaşdırılması ilə yanaşı, #aviasiya sahəsində kadrların yetişdirilməsi, onların potensialının gücləndirilməsi və daha yüksək mərhələyə çatdırılması üçün mühüm addımlar atılıb.
AZAL aviaşirkəti üzrə 2024-cü ilin göstəricilərinin COVID-19 pandemiyasından əvvəlki dövr ilə (2019-cu illə) müqayisəsinə əsasən:
✅ Uçuş istiqamətlərinin sayını 63-ə çatdırmaqla,
✅ Qeyd olunan istiqamətlərdə 17 mindən artıq uçuş icra etməklə reyslərin sayında 43% artıma,
✅ 4 milyondan çox sərnişinə xidmət göstərməklə sərnişin sayında 50% artıma nail olunub və tarixi rekorda imza atılıb.
Müvafiq dövrlər üzrə #azal və Heydər Əliyev Beynəlxalq Aeroportu #skytrax tərəfindən dəfələrlə “5 Ulduz” mükafatlarına layiq görülüb, illər ərzində bir sıra nüfuzlu beynəlxalq mükafatlar əldə edib.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfə verən fəaliyyətlərin həyata keçirilməsi dayanıqlı inkişaf üçün güclü zəmin yaradıb.
AZAL tarixi ənənəsinə sadiq qalaraq sərnişinlərə yüksək standartlara cavab verən xidmət təqdim etməyə davam edir. -
Samir Rzayev
@SamirMRzayev
J2-8243 nömrəli Bakı-Qroznı reysinin qəzaya uğramasından 40 gün ötür. Vəzifələrini şərəflə yerinə yetirən Azərbaycanın Milli Qəhrəmanları kapitan İqor Kşnyakini, pilot Aleksandr Kalyaninovu və böyük təyyarə bələdçisi Hökumə Əliyevanı dərin ehtiramla anırıq. Qəzada həlak olan qəhrəman ekipaj üzvlərimizə və sərnişinlərə Allahdan rəhmət diləyirik.
It has been 40 days since the tragic crash of flight J2-8243 on the Baku-Grozny route. We pay tribute to Azerbaijan’s National Heroes—Captain Igor Kshnyakin, Pilot Alexander Kalyaninov, and Senior Flight Attendant Hokuma Aliyeva—who fulfilled their duties with great honor. We pray for the souls of our heroic crew members and passengers who lost their lives in the crash to rest in peace. -
Samir Rzayev
@SamirMRzayev
Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçən 20 Yanvar şəhidlərinin əziz xatirəsini dərin ehtiramla yad edirik. Ruhları şad olsun!
We deeply honor the cherished memory of the martyrs of 20 January, who sacrificed their lives for the freedom and independence of Azerbaijan. May their souls rest in peace! -
Samir Rzayev
@SamirMRzayev
AZAL ailəsi olaraq bu ağır dövrdə bizimlə həmrəy olan, dəstəyini göstərən hər kəsə dərin minnətdarlığımızı ifadə etmək istəyirik.
Yaşanan faciə hamımız üçün böyük bir sınaq idi. Amma bu sınaqda sizin dəstək sözləriniz bizim üçün güc mənbəyi oldu. Biz tək olmadığımızı, xalqımızın sevgisini və həmrəyliyini hiss etdik. Bu, bizə daha möhkəm dayanmaq, yaralarımızı sağaltmaq üçün stimul verir.
Səmimi minnətdarlıqla,
“Azərbaycan Hava Yolları” QSC
***
As AZAL family, we would like to express our deepest gratitude to everyone who stood in solidarity with us and offered their support during this difficult time.
The tragedy we faced was a profound test of resilience. However, your words of support became a source of strength for us during this challenging period. We felt the love and solidarity of our people, realizing that we are not alone. This gives us the motivation to stand stronger and heal our wounds.
With heartfelt gratitude,
Azerbaijan Airlines CJSC -
Samir Rzayev
@SamirMRzayev
Bu gün Bakı aeroportunda J2-8243 nömrəli Bakı-Qroznı reysinin qəzaya uğraması nəticəsində həyatlarını itirən pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyeva ilə vida mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, ekipaj üzvlərinin ailələri, dövlət rəsmiləri və AZAL əməkdaşları iştirak ediblər.
Həlak olan ekipaj üzvləri II Fəxri xiyabanda torpağa tapşırılıblar.
Onların cəsur və fədakar xidmətləri heç vaxt unudulmayacaq. Allah hər birinə rəhmət eləsin, ruhları şad olsun!
A farewell ceremony was held today at Baku Airport for the pilots Igor Kshnyakin, Aleksandr Kalyaninov, and flight attendant Hokuma Aliyeva, who tragically lost their lives in the crash of the flight numbered J2-8243 on the Baku-Grozny route. The ceremony was attended by the President of the Republic of Azerbaijan Ilham Aliyev and First Lady Mehriban Aliyeva, the families of the crew members, state officials, and AZAL employees.
The deceased crew members were laid to rest in the Second Alley of Honor.
Their brave and selfless service will never be forgotten. May they rest in peace, and may their souls be blessed! -
Samir Rzayev
@SamirMRzayev
“Embraer 190” təyyarəsinin qəzaya uğraması nəticəsində itirdiyimiz əziz insanları heç vaxt unutmayacağıq. Bu itkilər bütöv bir cəmiyyətin ürəyində yara açdı. Bu itki bizi daha həssas və bir-birimizə bağlı olmağa səsləyir.
Məhz bu səbəbdən Bakı aeroportunda, Terminal 2-nin cənub girişində quraşdırılan xatirə stendi xüsusi bir məna daşıyır. Stend hər kəs üçün açıqdır. Ziyarətçilər burada qəlblərindəki duaları, xatirələri və ehtiramlarını paylaşa bilərlər.
Qəzada faciəvi şəkildə həyatlarını itirən insanların ruhları şad, xatirələri əbədi olsun.
We will never forget the beloved people we lost in the crash of the Embraer 190 aircraft. This loss left a deep wound in the heart of an entire community. It reminds us to be more compassionate and connected to one another.
This is why the memorial stand installed at the southern entrance of Terminal 2 at Baku Airport carries such profound meaning. The stand is open to everyone, inviting visitors to share their prayers, memories, and respects from their hearts.
May the souls of those who tragically lost their lives rest in peace, and may their memory live on forever. -
Samir Rzayev
@SamirMRzayev
Bu gün AZAL üçün son dərəcə ağır və faciəli bir gündür. Aktau şəhəri yaxınlığında “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə və ekipaj üzvlərinə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onların ağrısı bizim də ağrımızdır. Xəsarət alanlara tez bir zamanda şəfa arzulayırıq.
Today is a tragic day for AZAL. We extend our deepest condolences with profound sorrow to the families and loved ones of the passengers and crew members who lost their lives in the crash of the Embraer-190 aircraft near the city of Aktau. We pray for God's mercy upon them. Their pain is our pain. We wish a speedy recovery to the injured. -
Samir Rzayev
@SamirMRzayev
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.
We sincerely congratulate the President of the Republic of Azerbaijan, the Victorious Commander-in-Chief, Mr. Ilham Aliyev, on his birthday. -
Samir Rzayev
@SamirMRzayev
AZAL və ABB-nin əməkdaşlığı çərçivəsində səyahətçilərə yeni imkanlar açan “ABB-AZAL Miles” kobrend kartı bazara təqdim olundu. Bu təşəbbüs yenilənmiş “AZAL Miles” loyallıq proqramının davamı olaraq sərnişinlərimizə daha müasir və əlverişli xidmətlərin göstərilməsinə yönəlib. Layihənin ərsəyə gəlməsində əməyi keçən AZAL və ABB əməkdaşlarına təşəkkür edirəm.
Within the framework of the cooperation between AZAL and ABB, the ABB-AZAL Miles co-branded card, which opens up new opportunities for travelers, was introduced to the market. This initiative, as a continuation of the updated AZAL Miles loyalty program, is aimed at providing our passengers with more modern and convenient services. I would like to express my gratitude to the AZAL and ABB teams for their efforts in bringing this project to life. -
Samir Rzayev
@SamirMRzayev
Azərbaycan xalqının tarixində misilsiz rol oynayan Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik.
We commemorate with deep respect the cherished memory of the National Leader Heydar Aliyev, who played an unmatched role in the history of the Azerbaijani people. -
Samir Rzayev
@SamirMRzayev
7 dekabr qlobal əlaqələrin gücləndirilməsində, iqtisadi artımın stimullaşdırılmasında və mədəni mübadilənin təşviqində mülki aviasiyanın xüsusi rolunu vurğulayan əlamətdar bir tarixdir. Təhlükəsizlik, əlçatanlıq və dayanıqlılıq prinsiplərini rəhbər tutaraq ölkəmizi qlobal aviasiya arenasında təmsil etməkdən qürur duyuruq.
Bu sahədə çalışan hər kəsi Beynəlxalq Mülki Aviasiya Günü münasibətilə ürəkdən təbrik edirəm, sizə fəaliyyətinizdə uğurlar arzulayıram.
December 7 marks a significant date that highlights the special role of civil aviation in fostering global connectivity, driving economic growth, and promoting cultural exchange. Guided by the principles of safety, accessibility, and sustainability, we take pride in representing our country on the global aviation stage.
I sincerely congratulate everyone working in this field on the occasion of International Civil Aviation Day and wish you success in your endeavors. -
Samir Rzayev
@SamirMRzayev
#cop29 çərçivəsində “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda hökumət rəsmiləri, sənaye liderləri və maraqlı tərəflərlə birgə yüksəksəviyyəli panel müzakirəsində iştirak etdik. Mülki aviasiyada 2050-ci ilədək “Xalis Sıfır” emissiya məqsədinə çatmaq üçün əməkdaşlıq perspektivləri, dayanıqlı transformasiyanın həyata keçirilməsi üçün strateji investisiya imkanları və effektiv siyasətlərin müəyyənləşdirilməsi istiqamətində müzakirələr apardıq. Dayanıqlı dünya bizdən innovativ yanaşmalar və əməkdaşlıq tələb edir. Biz də bu prinsipə əsaslanaraq addımlar atmağa davam edirik.
As part of the #cop29 event, we participated in a high-level panel discussion on the topic of "International Aviation and Climate Change", alongside government officials, industry leaders, and stakeholders. We held discussions on cooperation prospects for achieving the Civil Aviation Net Zero goal by 2050, strategic investment opportunities for sustainable transformation, and the identification of effective policies. A sustainable world demands innovative attitudes and collaboration from us. We maintain taking steps based on this principle. -
Samir Rzayev
@SamirMRzayev
#cop29 çərçivəsində keçirilən “Sustainability Now” podkastında aviasiyanın dayanıqlı gələcəyini müzakirə etdik. Azərbaycanın milli aviadaşıyıcısı olaraq aviasiya sahəsində dayanıqlı inkişaf və ətraf mühitin qorunması istiqamətində gördüyümüz işlərdən və qarşıya qoyduğumuz hədəflərdən danışdıq. Bu hədəfləri həyata keçirməklə biz həm ətraf mühitin mühafizəsinə töhfə verir, həmçinin AZAL-ın gələcəyini möhkəm əsaslar üzərində qurmuş oluruq. Daha ətraflı: www.youtube.com/watch?v=MGd-QitdVqs
It was a privilege to take part in the “Sustainability Now” podcast within the framework of #cop29, where we discussed and shared insights on the sustainable future of aviation. As Azerbaijan's national airline, we highlighted our initiatives and ambitions in advancing sustainable development and environmental protection within the aviation sector. By pursuing these objectives, we not only contribute to environmental preservation but also lay a solid foundation for AZAL's future. Watch more: www.youtube.com/watch?v=MGd-QitdVqs -
Samir Rzayev
@SamirMRzayev
“CarbonClick” şirkətinin baş icraçı direktoru Deyv Rouz ilə görüşdük. Görüş çərçivəsində sərnişinlərimizin könüllü şəkildə karbon emissiyalarını kompensasiya edə bilmələri üçün tətbiq etdiyimiz yeni proqram barədə fikir mübadiləsi apardıq. Həmçinin uçuşlarımızın daha dayanıqlı edilməsi məsələlərini və yeni əməkdaşlıq imkanlarını müzakirə etdik.
We met with Dave Rouse, the CEO of CarbonClick. During the meeting, we discussed the new program we have implemented that allows our passengers to voluntarily offset their carbon emissions. We also exchanged ideas on making our flights more sustainable and explored new collaboration opportunities. -
Samir Rzayev
@SamirMRzayev
Azərbaycan Hava Yolları Maldiv Respublikasının paytaxtı Male şəhərinə birbaşa uçuşlara başlayıb. Azərbaycanın milli aviadaşıyıcısına məxsus təyyarə 9 noyabr tarixində Velana Beynəlxalq Hava Limanına uğurla ilk enişini edib. Sərnişinlər və uçuş heyəti hava limanında qonaqpərvərlik və dostluq rəmzi olan ənənəvi çələnglərlə səmimi qarşılanıblar. Daha ətraflı: report.az/infrastruktur/azal-bakidan-maldiv-adalarina-ilk…
Azerbaijan Airlines has begun operating direct flights to Malé, the capital of the Republic of Maldives. The aircraft belonging to Azerbaijan's national air carrier, successfully made its first landing at Velana International Airport on November 9. Passengers and the flight crew also received a warm reception at the airport, with traditional wreaths symbolizing hospitality and friendship. Read more: report.az/en/infrastructure/azal-operated-its-first-fligh… -
Samir Rzayev
@SamirMRzayev
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 4 il öncə əldə etdiyimiz Zəfərlə əzmkarlığımızın və birliyimizin nə qədər güclü olduğunu dünyaya bir daha sübut etdik. Tarixi qızıl hərflərlə yazan şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, Azərbaycan xalqına qələbə dolu günlər arzu edirəm.
8 Noyabr - Zəfər Gününüz mübarək!
We once again proved to the world the strength of our determination and cohesiveness with the Victory we achieved 4 years ago, under the leadership of Ilham Aliyev, Commander-in-Chief. I honor the cherished memory of our martyrs, who wrote history in golden letters, and wish the people of Azerbaijan many more triumphs.
Happy November 8 - Victory Day! -
Samir Rzayev
@SamirMRzayev
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirəm. Ölkəmizə əbədi müstəqillik, tərəqqi və əmin-amanlıq arzulayıram.
I extend my heartfelt congratulations to the people of Azerbaijan on the occasion of October 18, the Day of Restoration of Independence. I wish our country enduring independence, continued progress, and lasting peace. -
Samir Rzayev
@SamirMRzayev
“Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşlarının 2024-cü ildə basketbol, voleybol, alpinizm, şahmat, üzgüçülük, atıcılıq, robototexnika və s. kimi idman və intellektual yarışlarda qazandıqları nailiyyətləri qeyd etmək üçün bir araya gəldik. Əməkdaşlarımızın müxtəlif sahələrdə əldə etdiyi uğurlar komanda ruhumuzu artırır, bizə ilham verir və əzm, fədakarlıq kimi keyfiyyətlərin həqiqətən gözəl nəticələr doğurduğunu bir daha vurğulayır.
Uçuşların və sərnişin xidmətinin yüksək səviyyədə yerinə yetirilməsi yalnız hər bir əməkdaşın bir-birini dəstəklədiyi mühitdə, birlik içində çalışan komanda sayəsində mümkündür. İş həyatında və şəxsi maraqlarda balans yaratmaq güclü və effektiv komandanın formalaşmasına gətirib çıxarır.
We gathered to commemorate the accomplishments of Azerbaijan Airlines employees in 2024 across various sports and intellectual competitions, including basketball, volleyball, mountaineering, chess, swimming, shooting, robotics, and others. The achievements of our employees in these diverse fields enhance our team spirit, inspire us, and reaffirm that qualities such as perseverance and dedication yield truly exceptional results.
A high standard of flight and passenger service is attainable only through a united team working collaboratively in an environment where each employee supports one another. Striking a balance between professional responsibilities and personal interests fosters the development of a strong and effective team. -
Samir Rzayev
@SamirMRzayev
Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə karbon emissiyalarının kompensasiyası proqramında iştirak edərək səyahətlərini ekoloji cəhətdən daha məsuliyyətli etmək imkanı təqdim edir. Bu könüllü təşəbbüs iqlim dəyişikliyi ilə mübarizəyə və aviasiyanın ətraf mühitə təsirini azaltmağa yönəlib. Proqram çərçivəsində AZAL karbon emissiyalarının kompensasiyası sahəsində tanınmış lider şirkətlərdən biri olan “CarbonClick” ilə əməkdaşlıq edir. Bu proqram vasitəsilə AZAL-ın hər bir sərnişini ekoloji layihələrə dəstək verməklə öz uçuşlarının ətraf mühitə təsirini azalda bilər. Daha ətraflı: az.trend.az/business/green-economy/3955929.html
Azerbaijan's national air carrier, AZAL, has introduced a carbon offset program, allowing passengers to make their travel more sustainable. This voluntary initiative is designed to help mitigate climate change and reduce aviation’s environmental impact. In partnership with Carbon Click, a leader in carbon offset solutions, AZAL enables passengers to offset the emissions generated by their flights by supporting certified environmental projects. Read more: en.trend.az/business/green-economy/3955930.html -
Samir Rzayev
@SamirMRzayev
Azərbaycanın milli aviadaşıyıcısı AZAL dünyanın ən böyük aviasiya lizinqi şirkəti olan “AerCap” ilə CFM LEAP mühərrikli altı yeni “Airbus” təyyarəsinin əməliyyat lizinqinə dair müqavilə imzalayıb. Müqaviləyə əsasən, 2026-cı ilin yaz aylarından başlayaraq həmin ilin sonunadək üç A320neo və üç A321neo təyyarəsinin tədarükü planlaşdırılır. Lizinq müqaviləsinin imzalanması, xüsusilə məşhur A321neo təyyaralərinin cəlb edilməsi, donanmamızı əhəmiyyətli dərəcədə yeniləməyə imkan yaradır. Bu təyyarələr sərnişinlərimizin ehtiyaclarını ödəmək, onların maksimum rahatlığını təmin etmək, eləcə də aviaşirkətimizin marşrut şəbəkəsinin genişləndirilməsinə töhfə vermək məqsədinə xidmət edir. Daha ətraflı: apa.az/infrastruktur/azal-aercap-sirketinden-6-yeni-airbu…
Azerbaijan's national air carrier, AZAL, has signed an agreement with AerCap, one of the world's largest aviation leasing companies, to lease six new Airbus CFM LEAP powered aircraft. According to the document, AZAL will receive three A320neos and three A321neos, with deliveries starting in spring 2026 and continuing until the end of the year. The signing of these six leases significantly expands our fleet replacement, in particular with the popular A321neo. These aircraft are intended to meet the evolving needs of our passengers, providing them with maximum comfort and convenience, while also contributing to the expansion of our airline's route network. Read more: en.apa.az/infrastructure/azal-signs-agreement-to-lease-6-… -
Samir Rzayev
@SamirMRzayev
27 sentyabr – Anım Günü Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində ərazi bütövlüyümüzün bərpa edilməsinə və suverenliyimizin tam bərqərar olunmasına yol açan tarixi gündür.
Vətən yolunda canlarını fəda etmiş qəhrəman Şəhidlərimizi dərin hörmət və ehtiramla yad edir, qazilərimizə Allahdan şəfa diləyirik.
September 27th - Remembrance Day commemorates the historic day that led to the restoration of our territorial integrity and the full establishment of our sovereignty. This was made possible thanks to the bravery of the victorious Azerbaijan Army, under the leadership of Ilham Aliyev, Commander-in-Chief.
We honor our heroic martyrs who sacrificed their lives for the motherland with deep respect and wish healing to our veterans. -
Samir Rzayev
@SamirMRzayev
26 sentyabr Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günüdür. Bu münasibətlə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbər heyətini və kollektivini səmimi-qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.
September 26th marks the professional holiday of employees of the State Service of Special Communication and Information Security of the Republic of Azerbaijan. On this occasion, I extend my sincere congratulations to the management and staff of the State Service of Special Communication and Information Security and wish them continued success. -
Samir Rzayev
@SamirMRzayev
Azərbaycan neftçilərini 20 sentyabr – Neftçilər günü münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram.
I extend my sincere congratulations to the Azerbaijani oil workers on September 20th - Oil Workers' Day, and wish them continued success in their future endeavors. -
Samir Rzayev
@SamirMRzayev
Bu ildən etibarən 20 sentyabr tarixi Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq. Bu münasibətlə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, suverenliyimizin və müstəqilliyimizin əbədi olmasını diləyirəm.
September 20th will be celebrated annually in the Republic of Azerbaijan as State Sovereignty Day. On this significant occasion, I extend my sincere congratulations to the people of Azerbaijan and express my earnest wish for our sovereignty and independence to be eternal. -
Samir Rzayev
@SamirMRzayev
Sentyabrın 19-da Bakıda “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndələri ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nümayəndə heyəti arasında ikigünlük görüşə start verilib. Görüşün məqsədi Dubayda keçirilən COP28 tədbirinin təşkili zamanı əldə edilən təcrübəni bölüşmək və mülki aviasiya sahəsində əməkdaşlığı genişləndirməkdir. Daha ətraflı: report.az/infrastruktur/azerbaycan-ve-bee-cop29-la-elaqed…
A two-day meeting was initiated on September 19 in Baku, bringing together representatives of Azerbaijan Airlines CJSC and a delegation from the United Arab Emirates (UAE). The meeting's main goal is to exchange valuable insights gained from organizing the COP28 event in Dubai and to strengthen collaboration within the field of civil aviation. Read more: report.az/en/infrastructure/azerbaijan-and-uae-strengthen… -
Samir Rzayev
@SamirMRzayev
23 avqust Azərbaycan Respublikasında xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günüdür. Bu münasibətlə xüsusi dövlət mühafizəsi işçilərini səmimi-qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.
August 23rd marks the professional holiday of employees of the Republic of Azerbaijan's special state protection. On this occasion, I extend my sincere congratulations to the employees of the special state protection and wish them continued success. -
Samir Rzayev
@SamirMRzayev
18 avqust Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür. Bu münasibətlə ölkəmizin ərazi bütövlüyünün qorunması və sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında rəşadət göstərən Dövlət Sərhəd Xidmətinin rəhbər heyətini və əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayıram.
August 18th marks the professional holiday of the employees of Azerbaijan Border Guard. On this occasion, I express my heartfelt congratulations to the management and personnel of the State Border Service, who confidently demonstrate courage in protecting our country's territorial integrity and ensuring the security of our state borders. I wish them continued success in their honorable profession. -
Samir Rzayev
@SamirMRzayev
7 avqust Azərbaycan İnvestisiya Holdinqinin yaradılması günüdür. Bu münasibətlə qurumun rəhbər heyətini və kollektivini ürəkdən təbrik edir, işlərində uğurlar arzulayıram.
The 7th of August marks the establishment of Azerbaijan Investment Holding. On this occasion, I extend my warm congratulations to the management and staff of the company and wish them continued success. -
Samir Rzayev
@SamirMRzayev
İyulun 26-da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyi tamam olur. Bu münasibətlə Nazirliyin rəhbər heyətini və kollektivini səmimi-qəlbdən təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayıram.
July 26th marks the 30th anniversary of the establishment of the Ministry of Youth and Sports of the Republic of Azerbaijan. On this occasion, I extend my sincere congratulations to the management and staff of the Ministry and wish them continued success. -
Samir Rzayev
@SamirMRzayev
Azərbaycan Hava Yollarının 2023 və 2024-cü illərin 1-ci yarısının yüklənmə faktoru üzrə göstəricilərini müqayisə edərkən yerli və xarici istiqamətlərdə həyata keçirilən uçuşlarda təyyarə oturacaqlarının tutulma faizində artım dinamikası nəzərə çarpıb. Belə ki, bütün istiqamətlərdə AZAL ilə səyahət edən sərnişinlərə təklif edilən oturacaqların sayı 2024-cü ilin 1-ci yarımilində 2023-cü ilin eyni dövrü ilə müqayisədə 39% artıb. Bununla da 2023-cü ilin 1-ci yarımili ilə müqayisədə 2024-cü ilin 1-ci yarımilində ümumilikdə bütün istiqamətlər üzrə uçuşlarda oturacaqların yüklənmə faktoru 7% yüksəlib.
A comparison between the load factor indicators of Azerbaijan Airlines for the first half of 2023 and 2024 reveals a significant increase in aircraft seat occupancy on both domestic and international flights. Specifically, the number of seats offered to passengers on all AZAL routes increased by 39% in the first half of 2024 compared to the same period of 2023. As a result, the overall load factor of seats on flights across all routes rose by 7% in the first half of 2024 compared to the first half of 2023. -
Samir Rzayev
@SamirMRzayev
22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli peşə fəaliyyətlərində uğurlar arzulayıram.
On the occasion of July 22nd - National Press Day, I sincerely congratulate the media representatives and wish them success in their honorable and responsible profession. -
Samir Rzayev
@SamirMRzayev
20 iyul “Azərbaycan Dəmir Yolları” QSC-nin yaranması günüdür. Bu münasibətlə ADY-nin rəhbər heyətini və kollektivini səmimi-qəlbdən təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayıram.
The 20th of July marks the establishment of Azerbaijan Railways CJSC. On this occasion, I extend my sincere congratulations to the management and staff of Azerbaijan Railways, and wish them continued success. -
Samir Rzayev
@SamirMRzayev
2023 və 2024-cü illərin 1-ci yarısının müqayisəsi zamanı Azərbaycan Hava Yollarının ölkədaxili və beynəlxalq uçuşlar üzrə sərnişinlərinin sayında artım dinamikası müşahidə edilib. Belə ki, 2023-cü ilin 1-ci yarımili ilə müqayisədə 2024-cü ilin 1-ci yarımilində beynəlxalq istiqamətlərdə 60%, ölkədaxili istiqamətlərdə isə 10% olmaqla ümumi istiqamətlər üzrə uçuşlarda sərnişindaşımada cəmi 47% artım izlənilib.
In comparing the first half of 2024 to 2023, Azerbaijan Airlines observed an upsurge in both domestic and international passenger numbers. In the first half of 2024, there was a 60% increase in passenger transportation in international destinations, and a 10% increase in domestic destinations, making for a total of 47% increase in passenger traffic across all flight routes, as compared to the first half of 2023. -
Samir Rzayev
@SamirMRzayev
Füzuli Beynəlxalq Hava Limanı Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşü çərçivəsində 40-dan çox reys qəbul edib və yola salıb. İyulun 17-dən isə AZAL-ın Qarabağa müntəzəm reysləri başlayacaq. Bu, regionun Azərbaycan və dünya ilə inteqrasiyasına yeni bir mərhələ açacaq və Qarabağın inkişafı, turizm potensialının artırılması baxımından böyük əhəmiyyət kəsb edəcək. Daha ətraflı: az.trend.az/azerbaijan/society/3921588.html
Fuzuli International Airport received and departed more than 40 flights within the framework of the Summit meeting of the Organization of Turkic States held in Shusha. Starting July 17, AZAL will operate regular flights to Karabakh. This will initiate a new era in integrating the region with Azerbaijan and the world. It holds great importance for the development of Karabakh and the enhancement of its tourism potential. Read more:
en.trend.az/azerbaijan/society/3921586.html -
Samir Rzayev
@SamirMRzayev
9 iyul Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür. Bu münasibətlə bütün diplomatik xidmət orqanları əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, onlara çətin, məsuliyyətli və şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram.
July 9th is marked as the day of the professional holiday of diplomatic service employees of the Republic of Azerbaijan. On this occasion, I extend my heartfelt congratulations to all employees of the diplomatic service, wishing them success in their challenging, responsible, and honorable activities. -
Samir Rzayev
@SamirMRzayev
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı Hava Limanında olub. Cənab Prezidentə Xocalı Hava Limanının infrastrukturunun inkişaf etdirilməsi məqsədilə nəzərdə tutulan təkmilləşdirmə işləri haqqında məlumat verilib. İşğaldan azad olunan ərazilərin qısa müddətdə bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən işlər arasında hava nəqliyyatı infrastrukturunun yaradılması xüsusi əhəmiyyət daşıyır. Daha ətraflı:
azertag.az/xeber/prezident_ilham_eliyev_xocali_hava_liman…
Today, the President of the Republic of Azerbaijan, Mr. Ilham Aliyev visited Khojaly Airport. During the visit, the President was presented with comprehensive details regarding the proposed development plans for Khojaly Airport's infrastructure. The establishment of air transportation infrastructure is a significant component of the restoration and reconstruction of the territories liberated from occupation in a short time frame. -
Samir Rzayev
@SamirMRzayev
26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edir, qalib ordumuzun bütün əsgər və zabitlərinə bu şərəfli peşədə uğurlar arzulayıram!
I extend my heartfelt congratulations to our nation on the occasion of June 26th - Day of the Armed Forces of the Republic of Azerbaijan, and wish success to all soldiers and officers of our victorious army in this honorable profession! -
Samir Rzayev
@SamirMRzayev
Azərbaycanın milli aviadaşıyıcısı AZAL növbəti dəfə beynəlxalq “Skytrax World Airline Awards 2024” mükafatının “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasında qalib gələrək yüksək statusunu yenidən təsdiqləyib.
Bu mükafat sərnişinlərimizə dünya səviyyəli xidmət təklif edən “Azərbaycan Hava Yolları” komandasının əməyinin nəticəsidir. Biz fəxr edirik ki, səylərimizin nəticəsi olaraq belə nüfuzlu mükafata layiq görülmüşük. Bu mükafatın əldə edilməsi AZAL-ın yüksək keyfiyyət və müştəri xidməti standartlarına sadiqliyini təsdiq edir, aviaşirkətin regionda və beynəlxalq miqyasda mövqeyini möhkəmləndirir.
Azerbaijan's national air carrier, AZAL, has once more secured the title of Best Regional Airline in Central Asia and CIS at the Skytrax World Airline Awards 2024.
This recognition is a testament to the dedication of the entire Azerbaijan Airlines team, who continually strive to deliver world-class service to our passengers. We are honored that our efforts have been acknowledged with such a prestigious award. Receiving this award affirms AZAL's commitment to maintaining high standards of quality and customer service, reinforcing the airline's leadership both regionally and internationally. -
Samir Rzayev
@SamirMRzayev
Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər kəsə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.
I sincerely congratulate Azerbaijani people on the occasion of Eid al-Adha, and wish everyone good health, happiness, and prosperity. -
Samir Rzayev
@SamirMRzayev
Bu gün Milli Aviasiya Akademiyasının yaranmasından 32 il ötür. Azərbaycanın mülki aviasiya sahəsinin inkişafına əvəzsiz töhfələr vermiş təhsil ocağının rəhbərliyini və kollektivini təbrik edir, fəaliyyətlərində daha böyük uğurlar arzulayıram.
Today marks 32 years since the founding of the National Aviation Academy. I congratulate the management and staff of the educational institution, which has made invaluable contributions to the development of civil aviation in Azerbaijan, and wish them even greater success in their activities. -
Samir Rzayev
@SamirMRzayev
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı bugünkü güclü və müstəqil Azərbaycan dövlətinin əsasını qoyub. 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, həmvətənlərimizə ən xoş arzularımı çatdırıram.
On June 15, 1993, Great Leader Heydar Aliyev's return to power at the request of the Azerbaijani people laid the foundation of today's strong and independent state of Azerbaijan. I congratulate the Azerbaijani people on the occasion of June 15 - National Salvation Day and convey my best wishes to our compatriots. -
Samir Rzayev
@SamirMRzayev
“Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) aviasiya sahəsində ekoloji məsuliyyətin artırılmasına yönəldilmiş nüfuzlu “CANSO GreenATM” akkreditasiya proqramının üzvü olmaq niyyətini nümayiş etdirən Anlaşma Memorandumu imzalayıb. İmzalama mərasimi Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və CANSO-nun 28-ci İllik Ümumi İclası çərçivəsində baş tutub.
“Azeraeronavigation” Air Traffic Department (AZANS) of Azerbaijan Airlines CJSC has signed a Memorandum of Understanding indicating its intent to become a member of the esteemed CANSO GreenATM accreditation programme, which aims to enhance environmental responsibility across the aviation industry. The signing ceremony was undertaken during the CANSO 2024 Global ATM Summit and 28th Annual General Meeting held in Baku. -
Samir Rzayev
@SamirMRzayev
“Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) təşkilatçılığı ilə CANSO-nun Ümumdünya Aeronaviqasiya Sammiti işə başlayıb.
Bu gün Bakıda start götürən Ümumdünya Aeronaviqasiya Sammitində ekoloji dayanıqlılıq diqqət mərkəzindədir. Həmçinin bu həftənin sonunda təşkilatın 28-ci İllik Ümumi İclası (AGM) keçiriləcək.
İyunun 11-dən 13-nə kimi davam edəcək tədbirdə hava hərəkətinin təşkili sahəsində dünya liderləri və CANSO-nun (Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı) üzvləri təşkilatın gələcəyi üçün əsas məsələlərin müzakirəsində və vacib qərarların qəbul edilməsində iştirak edəcəklər. Builki tədbirin mövzusu ekoloji dayanıqlılıq, xüsusilə iqlim dəyişikliyi ilə mübarizədir. İştirakçılar karbon emissiyalarının azaldılması, qabaqcıl texnologiyaların tətbiqi, ekoloji cəhətdən daha təmiz uçuşlara nail olmaq üçün hava hərəkətinin idarə edilməsi prosesinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.
CANSO Global ATM Summit hosted by Azeraeronavigation Air Traffic Department (AZANS) of Azerbaijan Airlines CJSC has started.
Environmental sustainability is in the spotlight at the CANSO Global ATM Summit held today in Baku. The organisation’s 28th Annual General Meeting (AGM) will also take place later this week.
From June 11 to 13, global ATM leaders and CANSO (Civil Air Navigation Services Organisation) members will participate in discussions on key issues and important decisions for the future of the organisation. The theme of this year’s event is environmental sustainability and more specifically, combating climate change. Participants will be exchanging ideas on reducing carbon emissions, showcasing advanced ATM technologies, and enhancing air traffic management with the goal of having more environmentally friendly flights. -
Samir Rzayev
@SamirMRzayev
Azərbaycan Hava Yollarının ötən il əldə etdiyi nailiyyətlər və müsbət göstəricilər üzrə 2024-cü ildə artan tendensiya müşahidə olunur. AZAL marşrut şəbəkəsinin genişləndirilməsi, tarif siyasətinin optimallaşdırılması, innovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi, donanmanın modernləşdirilməsi və digər istiqamətlərdə əhəmiyyətli işlər görüb. Əldə etdiyimiz müvəffəqiyyətlər və müsbət istiqamətdə dəyişikliklərə strateji planlaşdırma və nəticəyönümlü yanaşmanın mühüm təsiri olub. Daha ətraflı: bitly.cx/m9G
#azal -
Samir Rzayev
@SamirMRzayev
Bu gün, 2 iyun – Mülki aviasiya işçilərinin peşə bayramıdır. Bu münasibətlə bütün aviasiya əməkdaşlarını səmimi qəlbdən təbrik edir, hər birinə möhkəm cansağlığı və işlərində uğurlar arzulayıram.
Today, June 2nd, is the professional holiday of civil aviation workers. On this occasion, I extend my heartfelt congratulations to all colleagues in aviation, wishing each of them good health and success in their endeavors. -
Samir Rzayev
@SamirMRzayev
28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, müstəqilliyimizin əbədi olmasını arzulayırıq.
We congratulate the people of Azerbaijan on the occasion of May 28 - Independence Day and wish our independence to be eternal. -
Samir Rzayev
@SamirMRzayev
Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 101 il ötür. Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edirik!
May 10 marks the 101st birth anniversary of Heydar Aliyev, the National Leader of Azerbaijan. We commemorate the memory of our Great Leader with deep respect! -
Samir Rzayev
@SamirMRzayev
9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə bütün veteranlarımızı və Azərbaycan xalqını təbrik edir, ölkəmizə sülh və firavanlıq arzulayıram.
I congratulate all our veterans and the people of Azerbaijan on the occasion of May 9 - Day of Victory over Fascism, and wish peace and prosperity to our country. -
Samir Rzayev
@SamirMRzayev
26 Aprel - Dünya Pilotlar Günü münasibətilə Azərbaycan Hava Yollarının peşəkar pilot heyətini təbrik edir və uçuşlarında aydın səma arzulayıram.
-
Samir Rzayev
@SamirMRzayev
Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər kəsə cansağlığı, firavanlıq, ruzi və bərəkət arzulayıram.
I sincerely congratulate Azerbaijani people on the occasion of the sacred Ramadan holiday, and wish everyone good health, prosperity, sustenance and blessings. -
Samir Rzayev
@SamirMRzayev
2023 və 2024-cü illərin 1-ci rübləri ərzində Azərbaycan Hava Yollarının yerli və xarici istiqamətlər üzrə həyata keçirdiyi uçuşlarda sərnişinlərin sayında artım dinamikası müşahidə edilib. Belə ki, 2023-cü ilin 1-ci rübü ilə müqayisədə 2024-cü ilin 1-ci rübündə xarici istiqamətlərdə 69.2%, yerli istiqamətlərdə isə 1.5% olmaqla ümumi istiqamətlər üzrə uçuşlarda sərnişindaşımada cəmi 50.8% artım izlənilib.
#azerbaijanairlines #azal -
Samir Rzayev
@SamirMRzayev
Bu gün AZANS-ın yaranmasından 28 il ötür. Bu münasibətlə AZANS-ın rəhbər heyətini və kollektivini təbrik edir, ölkəmizin hava məkanında uçuşların təhlükəsizliyinin beynəlxalq standartlar əsasında təmin edilməsi istiqamətində daha da böyük nailiyyətlər arzulayıram.
-
Samir Rzayev
@SamirMRzayev
Milli-mənəvi dəyərlərimizi özündə əks etdirən, qədim el bayramı olan Novruz bayramı münasibətilə həmvətənlərimizi təbrik edir, hər kəsə bahar əhval-ruhiyyəsi, cansağlığı və firavanlıq arzulayıram. Bayramınız mübarək!
-
Samir Rzayev
@SamirMRzayev
Bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yaranması günüdür. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbər heyətini və kollektivini “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yaranması günü münasibətilə təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayıram!
-
Samir Rzayev
@SamirMRzayev
Əziz xanımlar, sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı və firavanlıq arzulayıram. Bayramınız mübarək!
-
Samir Rzayev
@SamirMRzayev
2021-2023-cü illər ərzində Azərbaycan Hava Yollarının yerli və xarici istiqamətlər üzrə uçuşlarının sayında artım dinamikası müşahidə edilib.
#azal #azerbaijanairlines -
Samir Rzayev
@SamirMRzayev
Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad edirik. Allah rəhmət eləsin!
#justiceforkhojaly #xocalıyaƏdalət -
Samir Rzayev
@SamirMRzayev
Bu gün avtomobil yolları işçiləri peşə bayramını qeyd edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbər heyətini və kollektivini 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayıram!
-
Samir Rzayev
@SamirMRzayev
Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə AZAL-ın Bakı ilə London arasında uçuşlarının tezliyinin artırılmasına həsr olunmuş videoçarx hazırlanıb. Təşəbbüs üçün Böyük Britaniyanın Azərbaycandakı səfiri cənab @FergusAuldFCDO və Səfirliyə təşəkkürümü bildirirəm.
-
Samir Rzayev
@SamirMRzayev
Bu gün Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaranmasından 32 il ötür. Bu əlamətdar gün münasibətilə Hərbi Hava Qüvvələrində təmsil olunan hərbçilərimizi təbrik edir, ölkəmizə dinc və aydın səma arzulayıram.
#azal #azerbaijanairlines #flyazal -
Samir Rzayev
@SamirMRzayev
Əziz Azərbaycan gəncləri, sizi 2 Fevral – Gənclər Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz bizim uğurlu və parlaq gələcəyimizsiniz. Bayramınız mübarək!
#azal #azerbaijanairlines #flyazal -
Samir Rzayev
@SamirMRzayev
Azərbaycanın mülki aviasiyasının 20 illik inkişaf yolu – nailiyyətlər və perspektivlər haqqında: az.trend.az/azerbaijan/society/3854980.html













































































































































































































